QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə37/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

220 
 
Kürdoğluya rəy demək üçün təqdim etdiyi gündən 
başlayıb 47 illik bu dastan. Bir gündən sonra həmin 
dəftərə  rəy  əvəzinə  “Gözlərin”  şeirini  yazıb  mənə 
qaytardı Hüseyn. Beləcə başladı sevgi, arzu, ümid, 
həsrət  dolu  günlərimizin  nəğmələri.  Hüseynin  hər 
gün  ürək  qapımı  döyən  odlu-alovlu,  giley-güzarlı 
misraları,  mənim  şeir  adına  düzüb-qoşduğum 
cavablar...  Üç  ildən  sonra  Hüseynin  doğulub 
boya-başa 
çatdığı, 
gülündən-çiçəyindən, 
daşından-qayasından  ilham  al--dığı  La-çından 
mənim  ata  yurdum  Qubaya  toy  karva-nı  gəldi. 
Ömür-gün sevdamız başladı...”   
Hüseyn  Kürdoğlunun  Fəridə  xanıma  həsr 
etdiyi,  1-ci  kurs  tələbəsinin  qapısını  döyən,  bir 
elçiyə  dönən  ilk  şeiri  –  ”Gözlərin”  1956-cı  ilin 
noyabrında yazılıb:   
Gəl and içək bir müqəddəs ilqara
Nur çiləsin bu peymana gözlərin.   
Doğru sözün bəndəsiyəm əzəldən,   
Çəksin məni imtahana gözlərin... 
Maraqlıdır  ki,  həmin  noyabr  ayında  gənc  şair 
Fəridə  xanıma  daha  altı  şeir  həsr  etmişdi: 


221 
 
“Tapılmaz”,  “Söz  ayrılığı”,  “Təcnis”,  “Könlüm”, 
“Bülbülün  naləsi  gülü  yandırar”  və  “Dadı 
şirindir”. 
Bu  şeirlərdə  və  sonralar  yazdığı  şeirlərin 
bəzisində  şair  Fəridə  xanımın  gözlərindən  söz 
açır:   
Könül deyir bu dünyada sənintək,   
Qədir bilən mehribanım tapılmaz. 
Xumar gözün od salmasa bağrıma,   
Söz mülkündən bir nişanə tapılmaz. 
Az  müddət  ərzində  o,  Fəridə  xanımın  şəninə 
on  yeddi  şeir  yazdı.  Hüseyn  Kürdoğlu  bu  şeirləri 
yazanda Fəridə xanımla hələ əhd-peyman bağlaya 
bilməmişdi. Şairin ömrü boyu Fəridə xanıma həsr 
elədiyi  şeirləri  dörd  bölməyə  ayırmaq  olar:   
Məhəbbət  şeirləri,  qadınlar  günü  münasibəti 
ilə Fəridə xanıma həsr etdiyi şeirlər, hər kitabı 
çıxanda ilk nüsxəsini Fəridə xanıma avtoqrafla   
hədiyyə  etdiyi  kitablar,  hər  il  ad  günü 
münasibəti  ilə  Fəridə  xanıma  ünvanladığı 
şeirlər.   
Məhəbbət  şeirləri.  Fəridə  xanıma  sonsuz 
mə-həbbəti  onu  nəğməkar  şair  etmişdi.  Bütün 


222 
 
poezi-y-a-sı dilinin şirinliyi və axıcılığı ilə seçilən 
Hüseyn   
Kürdoğlunun  nəğmələri  başqa  aləmdir,  sanki 
bəs-tədilər. Şairin “Məhəbbət yetim qalanda”, “Bu 
gün  elə  kövrəyəm  ki”,  “Nazında  yalan  yeri  var”, 
“Bir bəladır göz mənə”, “Niyə məndən qaçırsan”, 
“Qoy  dolanım  bu  dağların  başına”,  “Xətrimə 
dəymə”, “Ay mənim qarabuğdayım”, “Dolanırsan 
başıma  sən”  və  s.  şeirlərinə  yazılmış  nəğmələr 
arasında Fəridə xanıma ürəyini təzəcə açdığı, hələ 
cavab  ala  bilmədiyi,  intizarlı  günlərdə  qələmə 
aldığı  “Bə-yənmir  məni”  və  “Könül  bağladım” 
kimi  nəğmələr  də  vardır.  Universitetin  IV  kurs 
tələbəsi  Hüseyn  Kürdoğlunun  yazdığı  nəğmələr 
çox tez dillər əzbərinə çevrilirdi.   
Müğənni  və  bəstəkar  Qulu  Əsgərov  mahnı 
bəstələdiyi  və  oxuduğu  təkrarsız  “Bəyənmir 
məni”  və  “Könül  bağladım”  mahnıları  indinin 
özündə    belə  toyda,  nişanda,  tədbirlərdə 
sevilə-sevilə oxunur. Nəğməyə dönmüş bu şeirlər 
məlhəm kimi adama rahatlıq gətirir.   
Fikrimi  təsdiq  üçün  hər  iki  nəğməni 
poeziyasevərlərə və tədqiqatçılara təqdim edirəm.   


223 
 
Bəyənmir məni 
Bir leyli gözlünün oduna yandım,   
Saralıb-soluram, bəyənmir məni.   
Bircə yol qanrılıb yana baxanda 
Min ilham alıram, bəyənmir məni.   
Mənə əl eyləyib çağırır özü,   
Çatılır qaşları, doluxur gözü.   
Verdiyi vədəni, dediyi sözü 
Yadına salıram, bəyənmir məni.   
Fikirli oturur, fikirli durur,   
Açılmış telini qatara vurur.   
Baxır uzaqlara boynunu burur,   
Qeydinə qalıram, bəyənmir məni.   
Dinib danışmayır o dilbər sona
Çəkdiyim cəfalar yetərmi sona,   
Ayrısı çor desə, can deyər ona, 
Mən qurban oluram, bəyənmir məni.   
 
 
 
 
noyabr, 1956   
 
Könül bağladım 
Maral gəzər dağ üstə,   


224 
 
Bülbül uçar bağ üstə. 
Niyə məndən qaçırsan, 
Dağ çəkirsən dağ üstə. 
Getmə, getmə, maralım,   
Nə ki dərdin var, alım.   
Gözünə düz baxmasam, 
Gözlərimdən saralım.   
Sözün mənə qənd olar,   
Rəqibə rişxənd olar.   
Bülbül də gül bağında,   
Bircə gülə bənd olar.   
Sev ki, sevən mərd olar, 
Sevməyən namərd olar. 
Sevəsən verməyələr, 
Onda yaman dərd olar.   
Qoşa xalın zil qara,   
Kipriyində mil qara.   
İnanmasan eşqimə,  
And içərəm ilqara.   
Sənə könül bağladım,   
Çaylar kimi çağladım. 


225 
 
Mən səni bir duyğutək,   
Ürəyimdə saxladım.   
Sevgilini qınama,   
İnanırsan sınama.   
Dolanaram başına 
Gəlin olsan anama.   
 
15 oktyabr, 1957   
Şair  Fəridə  xanımla  evlənəndən  sonra  da  ona 
nəğmələr 
qoşmaqdan 
yorulmurdu. 
Bəzən 
giley-güzar  da  olurdu.  Bu  baxımdan  “Xətrimə 
dəymə” maraq doğurur: 
Bir gözələ baxan kimi
Ha deyirsən korlanmışam. 
Yaralayıb sözün məni, 
Qubarlanıb qorlanmışam.   
Gözəlləri şad görəndə,   
Dərdə-qəmə yad görəndə, 
Yanaqlarda od görəndə 
Şölə çəkib nurlanmışam.   
Gəl xətrimə dəymə, gülüm,   
Qaşlarını düymə, gülüm. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə