QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə34/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

199 
 
Pətəyindən ağ şan kəsim. 
Hicranın durdu qəsdimə, 
Yandım, el baxdı tüstümə. 
Gəl, gün kimi doğ üstümə, 
Gözlərimdən leysan kəsim. 
Şad xəbərlə sazım dindi, 
Üşüyən qəlbim isindi. 
Kürdoğluyam, çoxdur indi 
Məndən kitab uman kəsim. 
27.02.97 
 
 
 
 


200 
 
Hüseyn Kürdoğlunun uşaq şeirləri 
 
 
 
 
Azərbaycan  ədəbiyyatında  uşaq  poeziyası 
əhəmiyyətli  yer  tutur.  Tək-tək  şair  tapılar  ki, 
uşaqlar  üçün  şeir  yazmasın.  Qasımbəy  Zakir, 
Seyid  Əzim  Şirvani, Mirzə  Ələkbər  Sabir,  Abbas 
Səhhət  uşaq  şeirləri  yazan  ilk  şairlərimizdir. 
Sabirin  “Uşaq  və  buz”,  “Yaz  günləri”,  Abdulla 
Şaiqin “Xoruz” və “Keçi” şeirləri indinin özündə 
belə dillər əzbəridir. Sovet dövrünün əvvəllərində 
Abdulla  Şaiqlə  bərabər  Səməd  Vurğun,  Mirvarid 
Dilbazi,  Mir  Mehdi  Seyidzadə,  az  sonra  Mikayıl 
Rzaquluzadə,  Rəsul  Rza,  Zeynal  Cabbarzadə, 
Xanımana  Əlibəyli,  Teymur  Elçin  və  başqaları 
uşaq poeziyasının inkişafına güclü təkan verdilər. 
Uşaq ədəbiyyatı məktəbi yaranmağa başladı. İlyas 
Tapdıq, Məstan Günər, Tofiq Mütəllimov, Hikmət 
Ziya,  Zahid  Xəlil,  Rafiq  Yusifoğlu,  Qəşəm 
İsabəyli  və  bir  çox  başqaları  uşaq  şairləri  kimi 
tanınmağa  başladılar.  Təəssüf  ki,  bu  siyahıda 


201 
 
Hüseyn Kürdoğlunun adına rast gəlmirik. Halbuki 
şairin  “Aytənin  nəğmələri”  adlı  (Bakı,  “Sabah”, 
2009,  172  səh.)  uşaq  şeirlərindən  ibarət  sanballı 
kitabı  vardır.  Kitabda  şeirlərlə  bərabər  “Quzular 
dağa  çıxdı”  poeması  da  yer  alır.  Mənə  belə  gəlir 
ki,  şairin  iri  həcmli  “Gopçular”  əsərini  də  poema 
hesab etmək olar.   
Yaradıcılığında  uşaq  şeirlərinə  xüsusi  yer 
ayıran, uşaq  poeziyasına qayğı  göstərən görkəmli 
şairimiz  S.Vurğun  yazırdı:  “Uşaq  insandır!  Onun 
sadə  görünən  oynaq,  daima  xoşbəxt  və  azad 
təbiətində  böyük  insanların  bütün  xassələri 
mövcuddur:  düşünmək,  duymaq,  sevinmək, 
küsüb-incimək, ağ-la-maq, gülmək, qəzəblənmək, 
xatırlamaq,  xəyala  dal-maq,  ümid  və  arzulara 
bağlanmaq,  yaxşılıq,  hör-mət  –  bütün  insani 
xassələr  uşaq  aləmində  mövcuddur”.  Hüseyn 
Kürdoğlu sevimli şairimizin söz açdığı məsələləri 
nəvələrində 
müşahidə  edə-edə,  duya-duya, 
nəvələrinə şeir qoşa-qoşa uşaqlar üçün şeir yazan 
gözəl  şairə  çevrilmişdir.  Yeri  gəlmişkən, 
ədəbiyyat 
aləmində 
uşaqlarını, 
nəvələrini 
sevə-sevə  müşahidə  edən  başqa  sənət  sahibləri 


202 
 
bəzən elə ədəbiyyat nümunələri yaratmışlar ki, bu 
əsərlərlə tarixə düşmüşlər. O cümlədən də ingilis 
riyaziyyatçısı  Luis  Kerol  “Alisa  möcuzələr 
aləmində”  əsərinə,  Anna  Svel  isə  atlardan  bəhs 
edən “Qara gözəl” povestinə görə. 
Uşaqlar  üçün  şeir  yazmaq  asan  deyil.  Burada 
şairin istedadı, biliyi, təfəkkürü hələ hər şey deyil. 
Uşaq  aləmini  dərindən  bilmədən  yaddaqalan, 
uşaqlar  tərəfindən  sevilən  şeir  yazmaq  sadəcə 
olaraq  mümkün  deyil.  Əsas  məsələlərdən  biri  də 
uşaqların  yaş  səviyyəsinin  nəzərə  alınmasıdır. 
Professor  Qara  Namazov  “Azərbaycan  uşaq 
ədəbiyyatı”  (Bakı,  2007)  dərsliyində  pedaqoji 
təlimə əsasən, 17 yaşına qədər olan oxucuları dörd 
qrupa  bölmüşdür:  Bağçayaşlı  uşaqlar  (3-7  yaş), 
kiçikyaşlı məktəblilər (7-11), ortayaşlı məktəblilər 
(11-15),  yuxarıyaşlı  məktəblilər  (15-17).  Hüseyn 
Kürdoğlunun  “Aytənin  nəğmələri”  kitabını 
vərəqləyəndə  burada  bütün  yaş  dövrünə  mənsub 
uşaqların payının olduğunun, həm də bir-iki deyil, 
bol-bol olduğunun şahidi oluruq. 
“Bağçayaşlı  uşaqlar”  bölümündə  əyanilik, 
əyləncələrə  və  oyuncaqlara  meyl,  rəsmlər,  rəngli 


203 
 
şəkillər  də  onların  tərbiyəsində  əsasdır.  Burada 
hecaların  sayı  az,  oynaq  qafiyəli  bir  neçə  misralıq 
şeir  olmalıdır.  Bu  şeirlərdə  dil  aydın  olmalıdır. 
Hüseyn  Kürdoğlunun  uşaq  şeirlərinin  bir  çoxunu 
belə şeirlər təşkil edir. “Aytən və göyərçin” şeirində 
olduğu kimi: 
Göyərçin, ay göyərçin, 
Gəl qon bizim eyvana. 
Babama məktub yazım, 
Aparıb çatdır ona. 
Bu  misralarda  ən  çox  diqqəti  çəkən  Aytənin 
məhz göyərçinə müraciət etməsidir. Şübhə yoxdur 
ki,  bu  şeir  oxunanda  uşaq  soruşacaq  ki,  bəs  niyə 
göyərçin  və  cavabdan  öyrənəcək  ki,  keçmişdə 
göyərçinlərdən bu məqsədlə istifadə edərlərmiş. 
“Babama  konfet  vermişəm”  şeiri  də  maraq 
doğurur: 
Babama konfet vermişəm
Ona da bir şeir yaza. 
Deməsin qoca kişiyəm, 
Özünü qoymasın naza. 
Babam şeir yazan günü


204 
 
Naxışlı donumu geyim. 
Nənəşim də tort bişirsin, 
Şeir deyim, tortu yeyim. 
Şairin  kiçikyaşlı  uşaqlar  üçün  yazdığı 
“Kuklama soyuq dəyər” şeiri də maraq doğurur: 
Pəncərəni ört, baba, 
Kuklama soyuq dəyər. 
Xalatlı həkim xala 
Gəlib mənə nə deyər? 
Deyər saxlaya bilmir
Balaca bir körpəni. 
Mən də deyərəm: həkim, 
Babamdır tez-tez açan 
Qapını, pəncərəni. 
Şairin  “Kuklama  ad  qoymuşam”  şeiri  də  bu 
qəbildəndir: 
Kuklama ad qoymuşam – 
Öz nənəmin adını. 
Bilmir hələ konfetin
Dondurmanın dadını. 
Çay versəm içə bilmir, 
Süd versəm içə bilmir. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə