QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə35/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   31   32   33   34   35   36   37   38   ...   46

205 
 
Ancaq gülür gözləri, 
Ağzını aça bilmir... 
Şairin  “Atamı  gözləyirəm”  şeiri  bir  çox 
cəhətdən düşündürücüdür. Balaca qız yata bilmir, 
intizarla  böyüklər  kimi  yol  gözləyir.  Lakin  bu 
intizar  nə  qədər  çəkir.  Əslində,  bu  şairin 
tapıntısıdır: 
Atam səhərdən gedir, 
İşləyir gün batınca. 
Hər axşam darıxıram, 
Gəlib evə çatınca. 
Gec gələndə yatmıram, 
Gözləyirəm atamı 
Televizor yatınca. 
Şairin  “Aytən  kəndə  gedir”,  “Kitabım, 
dəftərim  var”,  “Mənə  də  yazmaq  öyrət”,  “Laçın 
hardadır, baba”, “Gözləri də göy olsun”, “Nənəmə 
muncuq  aldım”,  “Məktəbə  gedir  Aytən”  və  s. 
şeirləri  də  gözlənilməz  sonluqla  bitir.  “Kimi  çox 
istəyirsən” şeirində olduğu kimi: 
Bir dənəsən, bir dənə, 
Boyuna qurban nənə. 
Təzə don aldım sənə. 


206 
 
Kimi çox istəyirsən? 
– Babanı! 
Aytən balam incidir, 
Bu evin sevincidir. 
Hey danışır, deyinir, 
Nənə kimi incidir? 
– Babanı! 
Bu  baxımdan  “Küləyi  də  bağla”  maraq 
doğurur: 
İnəyi bağladın sən, 
Bənəyi bağladın sən. 
Göy atı çidarladın, 
Telini tumarladın. 
Qoyunu yığ ağıla, 
Qoyma hürküb dağıla. 
Küləyi də tut, bağla, 
Ay ata! 
Axı bu külək qoymur 
Adam doyunca yata! 
Hüseyn  Kürdoğlu,  yuxarıda  dediyimiz  kimi, 
öv-ladları  kiçik  olanda  müşahidə  apararaq  gözəl 
şeir-lər yazmışdır: 


207 
 
Bax bu mənim Süsən balam, 
Danlayanda küsən balam. 
Yeddi rəngli kağızları 
Naxış-naxış kəsən balam. 
Qayçı yaraşır əlinə, 
Toqqa bağlayıb belinə. 
Yamanca hirslənir balam 
Gözünə düşən telinə. 
Şairin  azyaşlı  uşaqlar  üçün  yazdığı  “Atama 
məktub”  şeiri  ailə,  ailə  nigarançılığına  həsr 
olunmuş ən yaxşı uşaq şeirlərindəndir: 
Gözümdən öpdün yuxuda, 
Qəfil oyandım dan üzü. 
Sübhəcən yatmayıb anam, 
Dönüb kağıza bənizi. 
Gah durub eyvana çıxır, 
Gah dönüb baxır saata. 
Bəs niyə gəlmirsən, ata, 
Nigaran qoymusan bizi?! 
Bu tufanlı gecələrdə 
Necə qazırsan dənizi?! 


208 
 
Hüseyn  Kürdoğlunun  uşaq  şeirləri  sanki 
nəğmədir, şərqidir: 
Çağlayır Kürü, Arazı, 
Tar-kamanı, telli sazı. 
Dünyaya düşür avazı, 
Şöhrətim-şanımdır vətən. 
Şairin  uşaq  şeirləri  dilin  sadəliyi,  qafiyələrin 
oynaqlığı  ilə  seçilir  və  uşaqların  söz  ehtiyatının 
zənginləşməsinə  xidmət  edir.  Şairin  nəvəsi 
Daşqına  ünvanladığı  “Balaca  rəssam”  şeirində 
olduğu kimi: 
Şəkər balam, al fırçanı, 
Murovu çək, Şahdağı çək. 
Göy çəməndə ağ çadırı, 
Daşdan axan bulağı çək. 
Sürülər sel kimi daşır, 
Dağların çiynindən aşır. 
Çobanlar dağa yaraşır, 
Başında yun papağı çək. 
Şairin  “Balaca  rəssam”  şeirində  yaratdığı 
lövhələrdə təbiət real və canlıdır. Odur ki, şeirdəki 


209 
 
poetik  lövhələr  adamı  heyran  edir.  Bu  kiçik 
həcmli şeirdə süjet aydın, təsvirlər heyranedicidir. 
Hüseyn  Kürdoğlunun  “Məktəblilər  şərqisi” 
şeirini  oxuyanda  sanki  Azərbaycanı  səyahətə 
çıxırsan: 
Bu torpaq Od yurdu Azərbaycandır, 
Gecələr işığı bir kəhkəşandır. 
Gözəldir Şirvan da, Muğan da, Mil də, 
Qubanın Şahdağı ürəkaçandır. 
Şairin nəvələri Şaiq üçün yazdığı “Təzə ilim”, 
xüsusən  də  Toğrul  üçün  yazdığı  “Uğurla  gəl” 
şeirləri arzularla doludur: 
Gəl, ay mənim təzə ilim, 
Qış günü qar gətir bizə. 
Yaz gələndə durnaları 
Qatar-qatar gətir bizə. 
Uğurla gəl, ay təzə il, 
Qarabağı qaytar bizə. 
İşıqlını, Əriməzi, 
Dəlidağı qaytar bizə. 
Şairin çox uğurlu “Əlifba” şeiri vardır. Bu şeir 


210 
 
mənim  yadıma  ingilis  dilində  günlərin  və  ayların 
adlarını,  hər  ayın  neçə  gündən  ibarət  olduğunu 
gös-tərən 
şeirləri 
institutda 
oxuyarkən 
əzbərlədiyim vaxtı saldı. Həftənin günləri ilə bağlı 
“Solomon  Qrandi”  şeiri  həm  sadə,  həm  də 
əhəmiyyətlidir. 
 
Solomon Qrandi 
Doğulub – Bazar ertəsi 
Xaç suyuna çəkilib – Çərşənbə axşamı 
Evlənib – Çərşənbə günü 
Xəstələnib – Cümə axşamı   
Ölüm ayağında – Cümə günü 
Vəfat edib – Şənbə günü 
Dəfn edilib – Bazar günü 
Budur Solomon Qrandinin tarixçəsi. 
Ayların  adlarını  və  günlərini  dəqiq  göstərən 
şeir də nümunəvidir. Aprel, iyun, sentyabr, noyabr 
30  gündən,  fevraldan  başqa  bütün  aylar  31 
gündən,  fevral  isə  adətən  28  gündən,  hər  dörd 
ildən bir – uzun ildə isə 29 gündən ibarət olur. Bu 
iki  kiçik  şeiri  əzbərləməklə  təqvimsiz  keçinmək 
olur. 


211 
 
Hüseyn  Kürdoğlunun  “Əlifba”  şeiri  bu 
baxımdan  çox  qiymətlidir.  Şeirə  giriş  kimi  bir 
bənd verilib: 
Otuz iki yoldaşıq biz, 
Yoldaş nədir, qardaşıq biz. 
Qədirbilən sərraf olsa, 
Ən bahalı daş-qaşıq biz. 
Bundan sonra isə əlifba sırası ilə hər hərfə bir 
bənd şeir həsr edib: 

Azərbaycan əziz ana, 
Bəxş etdin bizi cahana. 
Canından da şirin olar, 
Öz vətəni hər insana. 
“Əlifba” şeiri uşaqlara vətəni sevmək, ölkə ilə 
yaxından 
tanış 
olmaq, 
heyvanlar, 
bitkilər 
haqqında məlumat almaq, keçmişimizə məhəbbət, 
bilik əldə etmək və s. təlqin edir: 
 

Oxumaq bizə yaraşır, 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə