QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə43/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   38   39   40   41   42   43   44   45   46

255 
 
tərcümə  edərək  çap  etdirmişdir  (“Azərnəşr”, 
1969).   
Hüseyn  Kürdoğlu,  həm  də  Məhdumqulu, 
S.Stalski,  Sayat  Nova  və  başqalarından  da 
tərcü-mələr  etmiş  və  uğur  qazanmışdır.  Hüseyn 
Kürdoğlu  fars  dilindən  də  tərcümələr  etmişdir. 
Xüsusi  vurğulamağa  dəyər  ki,  Şəhriyarın  farsca 
qəzəllərinin  əksəriyyətini  Azərbaycan  dilinə  o 
çevirmiş,  əsl  şair  olduğundan  şairin  ruhunu 
qoruya bilmiş və uğur qazanmışdır.   
Kürdşünas alim Rəhim Qazinin rəhbərliyi ilə 
“Müasir  kürd  şairi  Abdulla  Qoranın  poeziyası” 
adlı  dissertasiya  işi  götürmüşdü.  Tədqiqat 
aparar-kən  böyük  çətinliklərlə  üzləşmişdi. 
Məsələ  bu-rasındadır  ki,  Qoran  irsinin  çapına 
İraqda icazə vermirdilər. Şairin qiymətli məqalə, 
şeir  və  poe-ma-la-rı  yalnız  ayrı-ayrı  qəzet  və 
jurnallarda çap olunmuşdu. 
Onları  toplayıb  tədqiqata  cəlb  etmək  müşkül 
məsələ  idi.  Tədqiqatçı  şairin  özü  ilə  məktublaşır 
və Bakıda təhsil alan kürd aspirantlarının vasitəsi 
ilə materiallar əldə edirdi. Dissertasiyanı yazarkən 
o,  Abdulla  Qoranın  Azərbaycanla,  Azərbaycan 


256 
 
ədəbiyyatı  ilə  əlaqəsini  üzə  çıxarmışdı.  Məlum 
olmuşdu  ki,  A.Qoran  1959-cu  ildə  Bakıda  olub. 
“Xəzər  dəryasının  sahil  qızı”  şeirini  Bakıya  həsr 
edib.  Bu  şeirdə  və  eləcə  də  “Lenin  yolu”  (1959) 
şeirində  Bakının  cah-calalından,  Azərbaycanın 
tərəqqisindən 
söz 
açaraq, 
heyranlığını 
gizlətməmişdir.   
Araşdırıcı 
Qoran 
yaradıcılığına 
bütün 
zamanların ölməz şairi M.Ə.Sabirin təsirini də üzə 
çıxarmışdır. Dissertasiyadan öyrənirik ki, Abdulla 
Qoran doğma Hələbcə kəndində altı il türkcə təhsil 
aldıqdan  sonra  Kərkükdə  “Mədrəseyi-ümumi”də 
ərəb və türk dillərini mükəmməl öyrənib. Sonralar 
ərəb  və  türk  dillərindən  dərs  deyirmiş.  Siyasi 
baxışlarına görə Nuri Səidin hakimiyyəti dövründə 
Kərkükdə  zindana  atılan  Qoran  M.Ə.Sabirin 
“Hophopnamə”sini  əldə  edib  oxumuş  və  “Zindan 
dəftəri”  şeirlər  toplusunu  Sabirin  təsiri  altında 
yazmışdır.   
Yeri  gəlmişkən  M.Ə.Sabirin  “Hophopnamə”si 
Kər-kük 
ellərində 
çox 
məşhurdur. 
Ərəb 
qrafikasında  çap  edilmiş  “Hophopnamə”ni  xalq 
ruhunda şeirlər ya-zan Mustafa Gök Qayanın kitab 


257 
 
mağazasında   
şəx-sən  görmüşəm.  Kitabı  satmırdı.  Arzu  edənlər 
gəlib  mağazada  oxuya  bilirdilər.  Bilmirəm,  bəlkə 
bu  çox  yaşlı  olan  Mustafa  Gök  Qayanın 
“Hophopna-mə”-yə  olan  məhəbbətindən  irəli 
gəlirdi.  Bəlkə  də  bu  al-verin  incə  bir  üsulu  idi. 
Mağazada  oturub  “Hop-hopnamə”ni  oxuyanlara 
təmənnasız çay, ko-fe, su verilirdi. Mağazanı tərk 
edənlər qələmdən, dəf--tər-dən, kitabdan bir nəsnə 
alırdılar.  Bunu  da  müşahidə  etmişdim.  Bu  öz 
yerində.  Mətləbin  üs-tünə  qayıdaraq  deməliyəm 
ki,  A.Qoranın  “Hophop-namə”ni  Kərkükdə  əldə 
edib oxuması təəccüblü deyildi...   
Hüseyn  Alışanov  giriş  və  üç  fəsildən  ibarət 
“Müasir  kürd  şairi  Abdulla  Qoranın  poeziyası” 
ad-lı dissertasiya işini 1966-cı ildə uğurla müdafiə 
edə-rək  filologiya  üzrə  elmlər  namizədi  adına 
layiq gö-rüldü.   
Əsərin  giriş  hissəsini  kürd  ədəbiyyatına  bir 
ba-xış adlandırmaq olar. Dissertasiyanın I fəslində 
Ab--dulla Qoranın həyatı və ədəbi mühiti tədqiqat 
süz-gəcindən 
keçirilir. 
Tədqiqatçı 
şairin 
həyatından 
bəhs 
edərkən 
şairin 
yazdığı 


258 
 
“Şərhi-halı” əsas götür-müşdür.   
Tədqiqatın  II  fəsli  “Qoran  şeirində  realizmin 
in-kişafı. Məhəbbət lirikası. Siyasi lirika” adlanır. 
Bu  fəsildə  dissertant  Qoran  yaradıcılığında 
realizmin inkişafını elmi ardıcıllıqla izləmişdir.   
Dissertasiyanın çox maraqlı III fəslində Qoran 
poeziyasında  sənətkarlıq  xüsusiyyətləri,  Qoran 
şeirində  janr  və  şəkillər,  vəznlər,  Qoran  şeirinin 
dili,  forma  və  üslub  yenilikləri  tədqiqata  cəlb 
edilir,  Qoran  poeziyasının  məzmun  və  formaca 
novatorlu-ğu  ön  plana  çəkilir.  Tədqiqatçının  yeri 
gəldik-cə 
Qoranın 
elmi-nəzəri 
məqalələrinə 
müraciət etmə-si əsərin dəyərini daha da artırır.   
Hüseyn  Alışanovun  dissertasiyası  Qoran 
poeziyasına  həsr  olunmuş  ilk  elmi-tədqiqat  işi 
olduğundan  böyük  əhəmiyyət  kəsb  edir.  Fəxarət 
hissi ilə demək istəyirəm ki, Hüseyn Kürdoğlunun 
yara-dıcılığını  izlədikcə  onun  bir  şair  kimi, 
tərcüməçi  kimi,  ədəbiyyatşünas  və  folklorşünas 
kimi nə qə-dər təvazökar olduğunun şahidi oldum. 
Hər  şey  ədəb-ərkan  daxilində!  Bir  məsələni  də 
dərindən  dərk  etdim.  Poeziyadan  tədqiqat 
aparmaq  üçün  gə-rək  şair  doğulasan.  Bu  halda 


259 
 
araşdırıcının  mühakimə  və  mülahizələri,  gəldiyi 
nəticələr, mühüm elmi-nəzəri fikirlər daha tutarlı, 
daha  qiymətli  olur.  Bu  baxımdan  uzun  illər 
Hüseyn  Kürdoğlu  ilə  bir  sahədə  çiyin-çiyinə 
çalışan,  onun  yaradıcılığını  dərindən  bilən, 
filologiya  elmləri  namizədi  Zümrüd  Şəfiyevanın 
qənaətləri  hədəfə  düz  dəyir:  “XX  əsr  kürd 
ədəbiyyatında  dönüş  yaratmış,  ardınca  böyük  bir 
nəsli  aparmağa  qadir  olan  ustad  Qoran  haqqında 
əsər  yazmaq  həm  şərəfli,  həm  də  çətin  və 
məsuliyyətli  işdir.  Qorandan  yazmaq  üçün  onun 
yaradıcılığını  bütün  incəliklərinə  qədər  duymaq, 
kürd  şeirinə  gətirdiyi  məzmun,  forma  və  üslub 
yeniliklərini  araşdırmaq  lazımdır.  Qoran  sözünün 
cazibəsini, sirrini, füsunkarlığını dərk etmək üçün 
gərək  həm  yüksək  elmi-nəzəri  biliyin,  həm  də 
həssas,  kövrək  şair  qəlbin  olsun.  Burada  quru 
tədqiqatçılardan baş-qa poetik zövqə malik olmaq 
da  şərtdir.  Məhz  bu  mənada  Hüseyn  Alışanovun 
əsəri kürd ədəbiyyatı, o cümlədən Qoran haqqında 
az-çox  yazılanlar  arasında  xüsusi  mövqeyə 
malikdir”.   
Tədqiqatçının  “Müasir  kürd  şairi  Abdulla 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə