QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə41/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   38   39   40   41   42   43   44   45   46

244 
 
misal  gətirərək  yazır:  “Dahiyanə  bir  sadəliklə 
deyilmiş  bu  misralar  ölməz  bir  sənətkarın  vətən   
sevgisidir... Öz şeirinin forma və məzmunu, ideya 
və  qayəsi  ilə  hal-hazırda  Səməd  Vurğun  qədər 
xalqımızın  ürəyinə  yol  tapan  ikinci  bir  şairimiz 
yoxdur”. 
Girişdə 
araşdırıcı, 
ümumiyyətlə,  Səməd 
Vurğun  yaradıcılığından,  xalq  yaradıcılığının, 
klassik  ədəbiyyatın  onun  yaradıcılığına  müsbət 
təsirindən 
bəhs 
edir.  “Zəncinin  arzuları”, 
“Muğan”,  “Zamanın  bayraqdarı”,  “Aygün” 
poemalarını təhlil edir. Şairin “Vaqif”, “Fərhad və 
Şirin”,  “Xanlar”  dramlarından  söz  açır.  Hüseyn 
Alışanov  Səməd  Vurğun  poeziyasına  nəzər 
salarkən  onun  mürəkkəb  inkişaf  yollarında 
yetişdiyini  göstərir.  Doğru  olaraq  qeyd  edir  ki, 
onun  ilk  yaradıcılıq  dövrü  öz  mürəkkəb  və 
ziddiyyətli  tərəfləri  ilə  sonrakı  yaradıcılıq 
dövrlərinə  nisbətən  daha  çox  tədqiqat  incəliyi 
tələb  edir.  Məhz  buna  görə  də  bu  mövzunu 
seçmişdir. 
Əsərin  I  fəsli  “Səməd  Vurğun  şeirinin  ilham 
mənbələri” adlanır. 


245 
 
İlk  mətbu  şeirləri  1924-cü  ilə  təsadüf  edilən 
Səməd  Vurğunun  ilk  ilham  mənbəyi  aşıq 
poeziyası  və  xalq  ədəbiyyatıdır.  Səməd  Vurğun 
ömrünün  sonuna  qədər  aşıq  poeziyasından 
ilhamlanmış,  aşıq  sənəti  və  sazın  sehrindən  ayrı 
düşməmişdir. 
Təsadüfi 
deyildir 
ki, 
şair 
yaradıcılığa qoşma ilə başlamışdır. 
Başına döndüyüm əziz Şikəstə, 
Dinlə məni halı yaman olmuşam – 
misraları  ilə  başlayan  bu  qoşma  şairin  ilk 
mətbu  şeiridir.  Şeir  1924-cü  ildə  yazılıb. 
Tədqiqatçı  haqlı  olaraq  göstərir  ki,  bu  qoşmada 
həm aşıq şeirinin, həm Vaqif yaradıcılı-ğının, həm 
də  klassik  ədəbiyyatın  nəfəsi  var.  “Dağlar”, 
“Başına döndüyüm” də eləcə. 
Araşdırıcıya  görə  xalq  ədəbiyyatından,  eləcə 
də  aşıq  poeziyasından  sonra  Səməd  Vurğun 
şeirinin ikinci ilham mənbəyi Vaqif poeziyasıdır. 
Şair Füzuli və Sabirin şeirlərindən və romantik 
türk  şairlərinin  əsərlərindən  də  faydalanmışdır. 
Hətta  sonralar  S.Vurğun  “20  bahar”  adlı  şeirində 
Füzulinin  qəzəlini  gəraylı  şəklinə  salaraq  öz 


246 
 
şeirinin vəzninə uyğunlaşdırmışdır: 
Möhnət çəmənindən gül dərə-dərə 
Ucaldı şairin ahı göylərə: 
“Şəbi-hicran yanar canım, 
Tökər qan çeşmi-giryanım, 
Oyadar xalqı əfqanım, 
Qara bəxtim oyanmazmı?” 
Füzuli yurdunun qəm səsidir bu, 
Pərişan bir elin naləsidir bu. 
Səməd  Vurğun  Füzulinin  S.Ə.Şirvaninin, 
A.Səh-hətin, 
M.Hadinin, 
H.Cavidin, 
C.Cabbarlının  və  b.  romantik  Azərbaycan 
şairlərinin əsərlərindən təsirlənmişdi. O, H.Cavidə 
“Günlər  ötüşsün”  adlı  bir  qoşma  da  yazmışdı. 
Lakin  tədqiqatçını  göstərdiyi  kimi,  Vurğunda 
romantik  şair  təbiətinin  yaranması  yalnız  klassik 
şairlərin  romantik  əsərlərinin    təsirinin  nəticəsi 
deyildir.  Şairin ilk  məhəbbəti baş    tutmadığından 
onun ürəyində küskünlük, bədbinlik, tənhalıq və s. 
kimi hallar yaranmışdı. Nakam bir məhəbbətin acı 
xatirələri  gənc  şairin  qəlbini  kaman  kimi  titrədib 
ağlatmışdı.  Bu,  şairin  yaradıcılığında  dərin  iz 
buraxır və yaradıcılığının müəyyən dövrünü əhatə 


247 
 
edir. 
Tədqiqatın II fəsli “Təbiət və sevgi duyğuları” 
adlanır.  Hüseyn  Alışanov  bu  fəsildə  təbiət 
təsvirlərinə  yer  versə  də,  əsasən  onun  nakam 
məhəbbətindən  söz  açır.  Səməd  Vurğunun  “Onu 
görürkən”,  “Səni”,  “Çəkil”,  “Acı  gülüşlər”,  “Sən 
satmadınmı?”  və  s.  şeirlərini  təhlil  edir,  onların 
şairin ilk yaradıcılıq dövrünün ayrılmaz hissəsinə 
çevrildiyini xüsusi qeyd edir. 
Mən sənə yar desəm dilim qurusun
Yarı,  məhəbbəti  sən  satmadınmı  –  misraları 
üzərində dayanır. 
Araşdırıcı  xüsusi  vurğulayır  ki,  şairin  təbiət 
təsvirinə həsr olunan şeirlərinin canlı alınmasın-da 
onun 
Qazax 
müəllimlər 
seminariyasını 
bitirdik-dən  sonra  (1918-1924)  Qazax,  Quba  və 
Gəncədə   
müəllimlik 
etməsi, 
ayrı-ayrı 
bölgələrdə 
Azərbaycan 
təbiətinin 
əlvanlığını 
görərək 
duyması  olmuş-dur.  Bununla  belə  Hüseyn 
Alışanov  şairin  ilk  dövr  yaradıcılığını  təhlil 
süzgəcindən  keçirərək  o  qənaətə  gəlmişdir  ki, 
küskünlük,  uğursuz  məhəbbət,  təbiətə  aludəçilik 


248 
 
Səməd  Vurğunun  ilk  gənclik  şeir--ləri-nin  əsas 
motivləridir.  Həmin  şeirlər  şairin  ölü---mündən 
sonra,  1957-ci  ildə  “Çiçək”  kitabında  dərc 
olunmuşdur. 
Əsərin 
II 
fəslində 
tədqiqatçı, 
şairin 
ictimai-siyasi  motivli  şeirlərini  araşdırır.  Gənc 
tədqiqatçı  qeyd  edir  ki,  şairin  ilk  yaradıcılıq 
dövrünü  onun  ya-radıcılıq  məramnaməsi  olan 
“Şairin  andı”  şeiri  ilə  yekunlaşdırmaq  olar. 
Təsadüfi  deyildir  ki,  S.Vur-ğunun  ilk  kitabı  bu 
şeirin adını daşıyır. 
Diplom 
işinin 
III 
fəsli 
“Sənətkarlıq 
xüsusiyyətləri” adlanır. 
Araşdırıcının  qəti  qənaəti  belədir  ki,  Səməd 
Vurğun  ilhamsız  bircə  söz  də  yazmamışdır. 
Fikrini isbat üçün Mir Cəlal müəllimin şairə həsr 
etdiyi  məqaləsinə  istinad  edir:  “Səməd  Vurğun 
kağız  korlamamışdır.  O,  əlinə  qələm  aldığı 
gündən  şair  yaranmışdır”.  Hüseyn  Alışanov 
şairin  şeirlərini  təh-lil  edərək  maraqlı  nəticəyə 
gəlir:  Səməd  Vurğun  şeirinin  ən  başlıca  bədii 
məziyyətlərindən  biri  onun  təbiiliyidir.  Sənətdə 
təbiilik istedadın hə---qi-qiliyinə və böyüklüyünə 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə