QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə45/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   38   39   40   41   42   43   44   45   46

265 
 
açır,  onları  epizm  və  lirizmin  üzvi  vəhdəti 
baxımından  folklor  xəzinəmizin  parlaq  inciləri 
kimi dəyərləndirir.   
Lakin  dastanlarımızın  toplanması,  nəşri  və 
təd-qiqi  Cənubi  Azərbaycanda  qeyri-mümkün 
olmuş-dur. 
Odur  ki,  vahid  folklor  elmi 
konsepsiyası  yaratmaq  mümkün  olmamışdır. 
Bununla  belə,  tədqiqatçı  dastanlarımızın  Güney 
və  Quzey  variantlarını  müqayisə  və  təhlil  edə 
bilmişdir.  Təəssüflə  deməliyəm  ki,  “Abbas  və 
Gülgəz”in beşiyi Cənub aşıq məktəbləri, xüsusən 
də  Tufarqan  və  Qaradağ  aşıq  ocaqları  olduğu 
halda,  burada  dastanın  yalnız  bir  variantına 
təsadüf  edilmişdir.  Halbuki  Şimali  Azərbaycanda 
“Abbas  və  Gülgəz”in  Qazax,  Borçalı,  Göyçə, 
Qarabağ variantları vardır.   
Hüseyn 
Kürdoğlu 
qəhrəmanlıq 
dastanı 
“Səttarxan”ı  tarixilik  baxımından  təhlil  edir.  O, 
eləcə də “Qaçaq Nəbi” dastanının Cənub və Şimal 
variantlarını  tutuşdurur.  “Qurbani”  dastanından 
söz  açır.  Ən  çox  “Abbas  və  Gülgəz”  və  “Xəstə 
Qasım”   
dastanları  üzərində  dayanır.  “Xəstə  Qasım” 


266 
 
dastanında  yer  alan,  indi  unudulmağa  üz  tutan 
“bağlama-deyişmələr”dən  bəhs  edir.  Xəstə 
Qasımla  Ləzgi  Əhməd  arasında  yer  alan 
“bağlama-deyişmələr”dən nümunələr verir. Lakin 
əvvəlcə aşıq sənətini dərindən bilməyən oxuculara 
gərəkli olacağını nəzərə alaraq aşıq yaradıcılığının 
bu  maraqlı  janrı  haqqında  qısaca  məlumat 
verməyi münasib bilirik.   
Keçmişdə  bağlama  deyişmələr  ustad  aşıqlar 
arasında  geniş  yayılmışdı.  Bu  tip  deyişmələrdə 
son  məqsəd  aşıqların  bir-birini  bağlayaraq  sazını 
əlindən 
almaq 
olduğuna 
görə, 
onları 
“Bağlama-deyişmə” 
adlandırırlar. 
Bağlama-deyişmələr  keçmişdə  aşıq  sənətinin 
inkişafına  böyük  təkan  vermişdir.  Deyişmələr 
aşıqların  istedadını,  biliyini,  bədahətən  şeir  demə 
qabiliyyətini, kimin nəyə qadir olduğunu nümayiş 
etdirmək, 
ad-san 
qazanmaq 
baxımından 
əhəmiyyətli  olmuş,  aşıqların  öz  üzərində  daim 
işləmələrinə  gətirib  çıxarmışdır.  Deyişmə  zamanı 
aşıq şeir şəkillərinin əksəriyyətindən, xüsusən də, 
hərbə-zorba,  bağlama,  qıfılbənd,  ustadnamə, 
təcnis  və  onun  növlərindən  istifadə  edildiyindən 


267 
 
ustadlıq  iddiasında  olan  aşıq  bütün  aşıq  şeir 
şəkil-lə-rindən  və  aşıq  havalarından  xəbərdar 
olmalı  idi.  Ölüm-dirim  mübarizəsinə  çevrilən 
bağlama 
de-yiş-mələr 
prof. 
V.Vəliyevin 
göstərdiyi kimi, dörd   
mər-hələdən  ibarətdir:  dəvət,  dəvət  alan  aşığın 
cavabı,  hərbə-zorba  və  qıfılbənd.  Deyişmənin 
qıfılbənd  mərhələsində  aşıqlar  üzbəüz  görüşür  və 
deyişirlər.  Məclisdə  saz-söz  biliciləri,  ağsaqqallar 
hakimlik edirlər.   
Çox təəssüflər olsun ki, klassik aşıq sənətində 
vaxtilə özünə möhkəm yer tutan deyişib bir-birini 
bağlamaq  ənənəsi  zəmanəmizdə  aradan  çıxmışdır 
(Bax:  Mikayıl  Azaflı.  Qoca  Azaflıyam.  Bakı, 
“Nurlan”, 2007; 2015, s.575-584).   
Bir  çox  aşıqlar  ustadlığını  nümayiş  etdirmək 
üçün bu vasitədən istifadə etmişlər.   
Ləzgi  Əhmədlə  Xəstə  Qasımın  hərbə-zorbası   
çox maraqlıdır:   
Ləzgi Əhməd:   
Sənin adın Dədə Qasım, 
Yandıracam oda Qasım. 
Ləzgi Əhmədin əlindən 


268 
 
Gedəcəksən dada Qasım.   
Xəstə Qasım:   
Əhməd, belini dağa ver,   
Gəl hirsinə qadağa ver.   
Qurtarsan Xəstə Qasımdan,   
Bir ye, beş sadağa ver.   
Hərbə-zorbadan  sonra  deyişmə  gəlir.  Hüseyn 
Kürdoğlu sənət örnəyi kimi aşağıdakı nümunələri 
verib:     
Ləzgi Əhməd:   
Səndən xəbər alım, ay Dədə Qasım,   
O nədir ki, dürlü-dürlü halı var. 
Nədən hasil oldu ərşin ağacı,   
O nədir ki, toxunmamış xalı var.   
Xəstə Qasım:   
Sənə cavab verim, ay Ləzgi Əhməd, 
Bahardır ki, dürlü-dürlü halı var.   
Nurdan xəlq olundu ərşin ağacı,   
O. buluddur toxunmamış xalı var.   
Ləzgi Əhməd:   
O nədir ki, dayanıbdır dayaqsız,   


269 
 
O nədir ki, boyanıbdır boyaqsız.   
O nədir ki, doğar əlsiz-ayaqsız,   
Üç ay keçər, ayağı var, əli var.   
Xəstə Qasım:   
Göy bir çadır, dayanıbdır dayaqsız,   
Ayla gündür, boyanıbdır boyaqsız.   
Qurbağadır, doğar əlsiz-ayaqsız,   
Üç ay keçər, ayağı var, əli var.   
Ləzgi Əhməd:   
Ləzgi Əhməd deyər, gələr dalalar,   
Nə qumaşdır, satan olmaz alalar. 
O nədir ki, dimdiyindən balalar,   
O nədir ki, qanadında xalı var.   
Xəstə Qasım:   
Xəstə Qasım deyər, yaşdır dalalar,   
O ağıldır, satan olmaz alalar. 
O buğdadır, dimdiyindən balalar,   
Kəpənəkdir, qanadında xalı var.   
Hüseyn Kürdoğlu haqlı olaraq qeyd edir ki, bu 
altı  bəndlik  bağlama  deyişmə  real,  təbii,  canlı 
həyat 
lövhələrilə  doludur.  Təəssüflə  qeyd 


270 
 
etməliyik  ki,  alimin  Cənubi  Azərbaycan  folkloru 
üzərində  təd-qi-qat  apardığı  XX  əsrin  80-ci 
illərində əlaqələrimiz yox dərəcəsində idi. Sonrakı 
tədqiqatlar başqa bir mən-zərədən xəbər verir. Elə 
götürək  “Xəstə  Qa-sım”  dastanını.  Güney 
Azərbaycandan 
olan 
Mə-həm-məd 
İbadi 
Qaraxanlının  aşığın  yaradıcılığını  toplay--a-raq 
Folklor  İnstitutuna  verdiyi,  Folklor  İnstitutu-nun 
tər-tib  edərək  çap  etdirdiyi  “Xəstə  Qasım” 
kita-bında Xəstə Qasımla Ləzgi Əhməd arasın-da 
yer  alan  hərbə-zorba  və  qıfılbənd  bağlamala-rın 
sayı-hesabı  yoxdur  (Bax:  Xəstə  Qasım.  Bakı, 
Nurlan,  2010,  səh.  130-134,  139-141,  144-145, 
149-162). 
Dastanın  “hərbə-zorba”  hissəsində  Ləzgi 
Əhmədin aşığı Dədə Qasım deyə etiraf etməsi bir 
daha  göstərir  ki,  Xəstə  Qasım  hələ  öz  dövründə 
çox görkəmli aşıq kimi tanınıb. Hüseyn Kürdoğlu 
qeyd  edir  ki,  aşıqlar  arasında  bu  ad  çox  az 
sənətkara  nəsib  olur.  “Xalq  hətta  aşıq  sənətinin 
şahı ad-landırdığı Qurbanini və bu sənətin vəziri 
hesab  elədiyi  Abbası  da  bu  fəxri  ada  layiq 
görməmişdir” 
(Bax: 
Cənubi 
Azərbaycan 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə