QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə42/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   38   39   40   41   42   43   44   45   46

249 
 
dəlalət edir. “Səməd Vur-ğun şeirlərində poeziya 
tariximizdə  indiyədək  görünməmiş  bir  sadəlik 
vardır. Şairin bir beytinə nəzər salaq: 
Gözümdə canlanır nələr, ay nələr, 
İçimdə kimsəsiz bir quzu mələr. 
Bu ikicə misra sənət eşqinin fırtınalı, qasırğalı 
dəryasından  tapılmış  qiymətsiz  incidir”  –  deyə 
fikrini tamamlayır. 
Hüseyn  Alışanovun  göstərdiyi  kimi,  Səməd 
Vur--ğun  ilk  şeirlərini  həm  heca,  həm  də  əruz 
vəznində 
yazmışdır. 
Tədqiqatçı 
şairin  bu 
vəznlərdə 
şeir 
yazmağının 
haradan 
qaynaqlanmağı  barədə  də  söz  açır.  Göstərir  ki, 
Səməd  Vurğunun  ilk  dövr  yaradıcılığında  Aşıq 
poeziyasının  və  Vaqifin  qoşmaları  dərin  iz 
buraxmışdır. 
Lakin 
S.Vurğunun 
qoşmaları 
orijinaldır.  Bununla  belə  şair  heca  vəzninin 
xüsusiyyətlərinə bələd olduqca, hiss edir ki, təkcə 
qoşma  formasının  çərçivəsində  qalmaq  onu 
məhdudlaşdırır. 
Araşdırıcı əruz vəznində yazan şairi Füzulinin, 
Sabirin,  Cavidin  xələfi  hesab  edir.  Şairin  əruz 
vəznində  yazılmış  şeirlərinin  yüksək  romantik 


250 
 
pafosda  yazıldığını  qeyd  edir  və  göstərir  ki, 
klassik  şairlərin  şeirlərindən  fərqli  olaraq  Səməd 
Vurğunun  əsərlərində  ərəb-fars  tərkibləri  və 
ifadələri olduqca    azdır. 
Tədqiqatçı 
Səməd 
Vurğunun 
sərbəst 
şeirlərindən  danışarkən  şairin  “Hərəkət”,  “Şairin 
andı”, “Ra--port” və s. şeirlərini təhlilə cəlb edir. 
Hüseyn Alışanov şairin ilk yaradıcılıq dövrünü 
tədqiq  edərək  qəti  qənaətə  gəlmişdir  ki,  Səməd 
Vurğunun  sənətkar  xoşbəxtliyi  əsərlərinin  son 
də-rə-cə orijinal olmasındadır. 
Hüseyn Kürdoğlu Səməd Vurğunun zəif hesab 
etdiyi  şeirlərindən  də  söz  açır.  Şairin  “Müəllim” 
şeirini tənqid edir. Bizə belə gəlir ki, o, tənqidində 
haqsızlığa  yol  verir.  Aşağıdakı  gözəl  misralar 
tərifəlayiqdir, tənqidə yox: 
Almanlar bu sözü etmişlər təkrar – 
Mənimdir gələcək, müəllimim var... 
Lakin Hüseyn Alışanovun şairin ilk şeirlərində 
bədii  cəhətdən  mükəmməl  olmayan  parçalar, 
kələ-kötür,  qırıq-sökük  beytlər  və  misralar  da  az 
de-yildir – fikrinə etiraz etmək haqsızlıq olardı. 


251 
 
Tədqiqatçı  maraqlı  bir  müqayisə  aparır. 
Göstərir ki, hər bir uşaq təzə dil açanda aydın və 
rəvan  danışa  bilmir,  kəkələyir,  sözləri  təhrif 
olunmuş  şəkildə  deyir.  Lakin  uşağın  danışığı  o 
qədər  məsum  və  şirin  olur  ki,  böyüklər  onun 
körpə  dilinin  tələffüzündən,  hər  sözündən  zövq 
alırlar.  Səməd  Vurğunun  ilhamının  ilk  şeir  dilini 
təzə  dil  açan  uşağın  dilinə  bənzədə  bilərik.  Bu 
şeirlərin 
cilalanmamış, 
hamarlanmamış 
parçalarını  oxuyanda  da  onlar  bizə  çox  şirin  və 
təbii  görünür  və  biz  inanırıq  ki,  onların  müəllifi 
gələcəyin böyük sənətkarı olacaq. 
Bu,  həqiqətən  də  belə  oldu.  Səməd  Vurğunun 
poetik  dili  ədəbi  dilimizin  inkişafında  yeni  və 
böyük 
bir 
mərhələdir. 
Atalar 
sözləri, 
zərb-məsəllər,  idiomlar  şairin  ilk  şeirlərində  də 
olduqca  təbiidir.  Səməd  Vurğunun  yaradıcılığı 
hələ  ilk  dövrdən  bütün  bədii  xüsusiyyətləri  ilə 
ədəbi dil daşıyıcısına çevrilir. 
Hüseyn  Alışanovun  namizədlik  dissertasiyası 
səviyyəsində 
olan  “Səməd  Vurğunun  ilk 
yaradıcılıq  dövrü”  diplom  işi  onun  böyük  elmi 
potensialından  xəbər  verirdi.  Odur  ki,  o, 


252 
 
Azərbaycan  Dövlət  Universitetinin  filologiya 
fakültəsini  bitirəndə  təyinatla  Dövlət  Radio  və 
Televiziya Komitəsinə göndərilsə də, yaxşı maaşı 
olsa  da,  oçerk  və  şeirlərinə  görə  böyük  qonorar 
alsa da, elm sahəsini üstün tutdu. 
                         
 
 
 
 
 


253 
 
Elmi axtarış yollarında 
 
 
 
     
Elmə  həvəs  onu  1960-cı  ildə  Azərbaycan 
EA-nın  Yaxın  və  Orta  Şərq  Xalqları  İnstitutuna 
gətirir.  Əvvəlcə  elmi  işçi  vəzifəsini  tutdu. 
Sonralar  “İran  ədəbiyyatı”  şöbəsində  böyük  elmi 
işçi  kimi  çalışdı  və  uzun  müddət  (1960-1993)  bu 
şöbənin əməkdaşı olmuşdur. Şöbədə əslən İraqdan 
olan  Əli  Gəlavej  və  Rəhim  Qazi  də  çalışırdı. 
Onlar  1945-ci  ildə  Milli  Kürdüstan  hökuməti 
tərəfindən 
Bakıya 
hərbi 
təhsil 
almağa 
göndərilmiş,  milli  hökumətin  məğlubiyyətindən 
sonra  vətənə  qayıda  bilməmiş,  burada  ailə  qurub 
yaşamağa başlamışdılar. Hər ikisi elmlər namizədi 
idi.  Həmin  şöbədə  çalışan  Zümrüd  Şəfiyevanın 
yazdığına  görə  Əli  Gəlavej  ona  və  Hüseyn 
Kürdoğluna təmənnasız kürd dili öyrətməyi təklif 
edir.  Məmnuniyyətlə  razılıq  verirlər.  Əli  Gəlavej 
onlara  özünün  tərtib  etdiyi  “Kürd  dilinin 
qrammatikası”ndan  dərs  deyir.  Tezliklə  Hüseyn 


254 
 
Kürdoğlu  kürdcə  danışmağa  başlayır.  Onun  kürd 
dilini  tez  mənimsəməsinin  səbəbi  vardı.  O, 
ADU-da  oxuyarkən  onlara  xarici  dil  kimi  fars 
dilini  keçirlərmiş.  Maraqlıdır  ki,  hər  iki  dil 
Hind-Avropa  dilləri  ailəsinin  İran  qrupuna 
daxildir. (Buraya fars, əfqan, tacik, talış, osetin və 
kürd  dilləri  daxildir).  Tələbəlik  illərindən  fars 
dilini mənimsəyən Hüseyn Alışanova qohum kürd 
dilini öyrənmək o qədər də çətin olmadı. O, nəinki 
təkcə  kürd  dilini  öyrənməklə  ki-
-
fayətləndi,  eləcə 
də  kürd  şairi  Abdulla  Qoranın  bir  sıra  şeirlərini 
tərcümə 
edərək 
“Ədəbiyyat  və  incəsənət” 
qəzetində çap etdirdi. 
Kürd  dilini  öyrənməsi  Hüseyn  Kürdoğlunun 
gələcək  ədəbi-elmi  fəaliyyətində  müstəsna  rol 
oynadı. Onun həm də tərcüməçi kimi yetişməsinə 
tə-kan verdi. O, kürd ədib və şairlərindən Ə.Həjar, 
A.Qo-ran, R.Qazı, Ə.Aqri və başqalarının bir sıra 
əsər-lərini Azərbaycan dilinə çevirmişdir.   
Ə.Həjarın  “Kürd  nəğmələri”  kitabındakı 
Azərbaycan 
dilinə 
tərcümələrin 
əksəriyyəti 
Hüseyn  Kürd--oğluya  məxsusdur.  O,  eləcə  də 
Rəhim  Qazinin  “Peş--mərqə”  (“Fədai”)  povestini 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə