QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə38/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

226 
 
Qoy açılsın düymə gülüm 
Yaz çayıtək gurlanmışam.   
 
 
 
Qadınlar günü münasibəti ilə yazılan şeirlər 
Şair Fəridə xanımla birgə ömür sürdüyü hər il 
ona 8 martda şeir həsr edirdi. Şairin kiçik qardaşı, 
prof. Şirindil Alışanovun dediyinə görə bu şeirlər 
ona  ən  yaxşı  hədiyyə  olurdu.  Fəridə  xanım 
deyirmiş  ki,  bu  şeirlər  əbədi  qalacağına  görə  ən 
yaxşı 
hədiyyələrdir. 
Təbrik 
şeirləri  bəzən 
müəyyən  münasibətlə  yazıldığından  sənətkarlıq 
cəhətdən  zəif  olur.  Lakin  Hüseyn  Kürdoğlunun 
başqa  şeirləri  kimi  təbrik  şeirləri  də  sənətkarlıq, 
məna  və  axıcılıq,  ürəyə  yatımlılıq  baxımından 
fərqlənir:   
Mübarəkdir bayramın, üç balamın anası, 
Qızılgül qönçəsitək qəlbin safdır, təmizdir. 
Baxtımızın ulduzu, eşqimizin aynası,   
O xəyallı gözlərin bir sahilsiz dənizdir. 
Evimizə çıraqsan, alnı açıq, üzü ağ, 


227 
 
İlqarın, etibarın vüqarımın tacıdır. 
Boyadan, bər-bəzəkdən hüsnün uzaqdır, uzaq,   
Şirin, şəkər sözlərin dərdimin əlacıdır. 
 
Həyat qoymaz ayırsın ömrümüzün yolunu, 
Qoşa qartallar kimi bala uçuraq gərək. 
Şerimi yaxana düz şehli bənövşələrtək, 
Mübarəkdir bayramın, mübarəkdir, mübarək! 
 
 
 
 
 
 

mart 
1973   
Başqa  bir  təbrik  şeirində  şair  etiraf  edir  ki, 
həyat yoldaşına hədiyyə ona həsr etdiyi həyatı və 
şeiridir:   
Bu bayram günündə gəl öpüm səni,   
Gülüm, nə küs məndən, nə inci məndən. 
Könlümü, şerimi vermişəm sənə,   
İstəmə nə gövhər, nə inci məndən. 
 
 
 
 
 
8 mart 1986 
Şairin  belə  əziz  günlərdə  yazdığı  “İncimə 
məndən”  qoşması  bir  daha  göstərir  ki,  hətta 
qadınlar  bayramı  münasibəti  ilə  Fəridə  xanıma 
ünvanladığı təbrik şeirində belə şair söz üstə əsir, 


228 
 
şeiri ilhamla, məhəbbətlə, təblə yazır:   
Bu əziz günlərdə incimə məndən
İnciklik görəndə yar inciməsin. 
Əzəlki sevgiylə naz eylə mənə, 
Ceyran gözlərində naz inciməsin. 
Haqq ucaltdı bizi haqqın taxtına,   
Doğdun günəş kimi şair baxtına. 
Çatdıq ömrümüzün ahıl vaxtına,   
Gərəkdir ahıllar tez inciməsin.   
Gözümün yaşıyla bir ocaq qala
Əgər günahkaram at bu tonqala. 
Gəl qalan günləri döndərək bala, 
Könül inciməsin, göz inciməsin, 
Kürdoğlu qəlbində söz inciməsin. 
 
 
 
 
 
 

mart 
1997 
 
 
 
Avtoqrafla hədiyyə olunan kitablar 
Fəridə 
xanımın 
“Keçən 
günlərimi 
qaytaraydılar”  məqaləsində  yazdığı  kimi,  hər  bir 


229 
 
kitabı  çıxanda  ilk  nüsxəsini  şeirlə  avtoqraf  yazıb 
ona bağışlayarmış. İlk kitabı “Səhər nəğmələri”nə 
yazılan avtoqraf:   
Ey könül bağında ilkin çiçəyim,   
Soldura bilərmi boran-qar səni? 
Verdim sevgilimə yadigar səni. 
Onundur ilhamım, eşqim, ürəyim, 
Qoynunda saxlayar nazlı yar səni. 
Verdim sevgilimə yadigar səni. 
 
 
 
 
04.02.1964   
“Qaya çiçəkləri” kitabına yazılan avtoqraf:   
Göyərçin yar, bildirçin yar, sona yar,   
Qoyma baxtın şam-çırağı sönə yar. 
Qoşa gəzək eşqimizin bağında, 
Ömür gəlib yetişincə sona, yar. 
 
 
 
31.12.1970 
Şairin  “şeir  avtoqraf”ları  yenilik  olmaqla 
bərabər, tədqiqata cəlb olunmalı nümunələrdir.   
Şairin  “Çiçək  təbəssümü”  kitabına  avtoqrafla 
yazdığı  misralar  dilinin  şirinliyi,  rəvanlığı, 
axıcılığı ilə adamı heyran edir:   
Özün dindir bu könlümün tarını, 


230 
 
Dilə gəlsin, sarı simlər oynasın! 
Oxu sevgilinin misralarını, 
Dodağında təbəssümlər oynasın! 
 
 
 
 
12.11.1975   
Bu  avtoqraflarda  bəzən  ailəsi  ilə  bağlı 
müəyyən  tarixi  məsələlər,  giley-güzarlar  da 
açıqlanır. Məsələn, şairin “Dörd telli durna” kitabı 
çıxanda  Fəridə  xanımın  42  yaşı  tamam  olub. 
Avtoqrafın  tarixi  17.03.1980-ci  il  göstərilir. 
Hüseyn  Kürdoğlunun  “Quzular  dağa  çıxır” 
kitabının avtoqrafından görünür ki, artıq nəvələru 
var və s.   
Daşqına, Toğrula əziz nənəsən, 
Mənim gözlərimdə bircə dənəsən. 
Gah çiçək olursan, gah da gicitkən, 
Məni dalayırsan, hərdən yenə sən. 
Səninəm qamətim qarmaq olunca,   
Küsəyən, ağlayan uşaq olunca. 
 
 
 
 
18.05.1986 
Şair  “Min  bir  bayatı”  kitabını  Fəridə  xanıma 
hədiyyə edəndə avtoqrafı təsniflə yazıb:   
Gözüm nuru Fəridə,   


231 
 
Ağlar gözüm kiridə. 
Tilsimli sevgisiylə 
Xeyir eylər şəri də. 
 
 
 
03.12.1992 
“Yaralı  torpağım,  yaralı  sevgim”  kitabına 
yazılmış avtoqraf sanki vəsf-haldır:   
Göy olsam günəşimsən, torpaq olsam baharım,   
Özüm torpaq olunca dönməz eşqim, ilqarım. 
Mənim nazlı Fərişim, mənim şeir sərrafım, 
Sənsən, balalarımdır, bir də sözümdür varım.   
Qoy gün doğsun üstünə, sənindir bu xəzinə
Susamış maralımsan, gəl bu çeşmə gözünə.   
Şairin  mənə  həsr  elədiyi  “Tovuzum  mənim, 
oğuzum  mənim”  poeması  bütövlükdə  bayatı 
üstündə yazılmışdır. Fəridə xanıma hədiyyə edilən 
kitaba avtoqraf da bayatı üstündə yazılmışdır:   
Üz qoydun üzümə sən,   
Çıraqsan gözümə sən. 
Yandın bir ömür boyu,   
Şeirimə-sözümə sən. 
 
 
 
31.08.1998   


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə