QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə40/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

238 
 
Heç kəs bu dünyayla qalmır baş-başa. 
Ad günün mübarək, nənə Fəridə, 
Əzəlki ilqarla sən məğrur yaşa
Şükür ki, hələlik gedirik qoşa...   
 
 
 
 
17.03.2001   
Şair  ağır  xəstə  olsa  da,  yenə  də  həyat 
yoldaşının  ad  gününə  şeir  yazır.  Lakin  real  həyat 
həqiqətlərini qələmə alır: 
Can Fəriş, səksənə, doxsana ucal, 
Mənsiz sözlərimin qayğısına qal. 
Kövrək nəğmələrim, könül sirdaşım, 
Bu gün mübarəkdir altmış dörd yaşın. 
 
 
 
 
 
17.03.2002   
Sevindirici  haldır  ki,  Fəridə  xanım  onun 
sözlərinin,  poeziyasının  qayğısına  qaldı.  Şairin 
məhəbbət  dolu  şeirlərini  toplayaraq  çox  maraqlı 
“Sevgi  dastanı”  adlı  ön  sözlə  “Sənə  könül 
bağladım”  kitabını  çap  etdirdi  (Bakı,  “Sabah” 
nəşr, 2009, 100 səh.). Haqqında qəm, qüssə, kədər 
dolu “Keçən günlərimi qaytaraydılar” adlı məqalə 
yazdı... 
Şair  Fəridə  xanımın  altmış  beş  yaşı  tamam 


239 
 
olanda, çox ağır xəstə olsa da, beş misradan ibarət 
şeir yazmışdı: 
Fəriş, gəlib çatdın altmış beş yaşa, 
Əlli ilə yaxın gəlmişik qoşa. 
Bu evdə işığın gur yansın sənin, 
Mən yetmiş yaşında dönsəm də daşa, 
Yaşa, qurban olum, yaşa, sən yaşa. 
Bu  şeir,  ümumiyyətlə,  Hüseyn  Kürdoğlunun 
son  şeiri  oldu.  Şair  altmış  doqquz  yaşında 
dünyasını  dəyişdi.  Beləcə  “Hüseyn-Fəridə” 
dastanı sona yetdi.   
 
 
 
 
 
 


240 
 
Şair, alim, tərcüməçi 
 
 
 
 
Hüseyn  Kürdoğlu  hələ  tələbəlik  illərindən 
(1953-1958)  tanınmış  şair  idi.  Müğənni  və 
bəstəkar  Qulu  Əsgərov  onun 
“Bəyənmir  məni” 
(Bir  leyli  gözlünün  oduna  yandım,  Saralıb 
soluram, bəyənmir məni) və “Könül bağladım” 
(“Maral gəzər dağ üstə, Bülbül qonar bağ üstə. 
Niyə  məndən  qaçırsan,  Dağ  çəkirsən  dağ  üstə) 
şeirlərinə  musiqi  bəstələyir  və  oxuyur.  Hələ 
tələbəykən  yazdığı  “Qoy  dolanım  bu  dağların 
başına”,  “Mənim”,  “Kəklik”,  “Titrədi”  və  s. 
şeirləri  ədəbiyyatımıza  istedadlı  bir  şairin 
gəldiyindən,  Universiteti  qurtararkən  (1958) 
yazdığı  “Səməd  Vurğunun  ilk  yaradıcılıq  dövrü” 
adlı  diplom  işi  isə  Hüseyn  Alışanovun  elmi 
potensialından  xəbər  verirdi.  Elə  buradaca  deyim 
ki, onun gələcək elmi fəaliyyəti heç vaxt şairliyini 
üstələyə  bilmədi.  Ədəbi  aləmdə  məlumdur  ki, 
sevimli  şairimiz  Bəxtiyar  Vahabzadə  ilk  xalq 


241 
 
şairimiz  Səməd  Vurğuna  həsr  etdiyi  “Səməd 
Vurğunun  həyat  və  yaradıcılığı”  mövzusunda 
doktorluq 
dissertasiyası 
yazanda 
poeziya 
yaradıcılığı arxa plana keçmişdi. Şaiyə yayılmışdı 
ki, şairin ilham pərisi onu tərk edib, şairliyi sönüb. 
Şair Hikmət Ziya dostluq şarjı yazdı: 
Bəxtiyaram, iki fəxri adım var, 
Alim Bəxtiyaram, şair Bəxtiyar. 
Qatlayıb dizinin altına qoyar 
Alim Bəxtiyarı şair Bəxtiyar. 
Hüseyn  Alışanovun  elmi  fəaliyyəti  nəinki  bir 
şair  kimi  onun  ilhamına  mənfi  təsir  etdi,  əksinə 
onun  yalançı  pafosdan  uzaq  poeziyasında  real 
həyat  həqiqətlərini  qələmə  almasında  elmi 
tədqiqatlarının təsiri az olmadı. 
Uzun 
illər 
AMEA-nın 
Nizami 
adına 
Ədəbiyyat  İnstitutunda  Dissertasiya  Şurasında 
həmsədr, müavin və bugün də həmin şuranın üzvü 
kimi 
yazılan 
namizədlik 
və 
doktorluq 
dissertasiyalarının  elmi  sə-viyyəsindən  hərtərəfli 
xəbərdar olduğumdan çə-kin-mədən deyə bilərəm 
ki,  Hüseyn  Alışanovun  “Sə-məd  Vurğunun  ilk 


242 
 
yaradıcılıq  dövrü”  diplom  işi  günü  bu  gün 
namizədlik  dissertasiyası  kimi  müdafiəyə  təqdim 
edilə bilərdi. 
Bu  böyük  həcmli  elmi  tədqiqat  işi  giriş,  üç 
fəsil  və  kitabiyyatdan  ibarətdir.  Əsərin  əvvəlində 
araşdırıcının elmi rəhbəri, Bəxtiyar Vahabzadənin 
rəyi  verilmişdir.  Bəxtiyar  müəllim  diplomçunun 
elmi  səriştəsindən,  təfəkküründən,  özü  şair 
olduğundan  Səməd  Vurğun  poeziyasının  ruhunu, 
onun  ilham  mənbələrini  doğru-düzgün  müəyyən 
edə  bilməsindən  səxavətlə  danışır.  Diplom  işinin 
ən  yaxşı  fəslinin  “Təbiət  və  sevgi  duyğuları” 
olduğunu  xü-susi  vurğulayır.  Müəllifin  Səməd 
Vurğunun  ilk  ya-ra-dıcılıq  dövrü  haqqında  yazan 
tədqiqatçılarla, görkəmli ədəbiyyatşünas alimlərlə, 
hətta  elmi  rəh-bəri  ilə  mübahisəyə  girişdiyindən, 
öz  fikirlərini  fakt-larla  sübuta  çalışdığından  söz 
açır.  Qeyd  edir  ki,  diplomçunun  bəzi  fikirləri  ilə 
razılaşmaq  da,    ra-zı-laşmamaq  da  olar.  Lakin 
müəllifin  orijinal  və  müs-təqil  fikir  yürütmək 
bacarığını  nəzərə  alaraq,  onun  dediklərinə 
toxunmaq 
istəməyib. 
Bəxtiyar 
müəl-lim 
tədqiqatçının 
əsərdə 
yürütdüyü 
fikirlərin 


243 
 
ha-mısının özünə məxsus olduğunu nəzərə alaraq,   
diplom işini “Əla” qiymətlə müdafiəyə təklif edib.   
Tədqiqatçı gənc olduğundan, tənqidçi səriştəsi 
olmadığından  Məmməd  Arif  və  Mir  Cəlal 
müəllimi  sərt  tənqid  etdiyinə  görə  (s.  24-26) 
müzakirə  vaxtı  diplom  işi  mübahisəyə  səbəb 
olmuşdu. Hüseynin azad təyinat almasına, Bakıda 
qalmasına  kömək  edən  Mir  Cəlal  müəllim 
yumorla deyir: Hüseyn məni tənqid də edib, tərif 
də.  Əla  qiymətini  yazın  getsin,  –  deyir.  Hüseyn 
həqiqətən  də  Mir  Cəlal  müəllimin  Səməd 
Vurğunla  bağlı  yüksək  fikrini  diplom  işində 
vermişdi: 
“Səməd  Vurğun əlinə qələm  alandan 
şair yaranmışdır”. 
Əsərin girişində tədqiqatçı  yazır ki,  S.Vurğun 
poeziyası  zəmanəmizin  poeziyasıdır.  O,  şairin 
“Azərbaycan” şeirindən aşağıdakı bəndi: 
Bəzən səndən gen düşəndə, 
Ayrılıq məndən düşəndə
Saçlarıma dən düşəndə, 
Boğar aylar, illər məni 
Qınamasın ellər məni     


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə