QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə36/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   32   33   34   35   36   37   38   39   ...   46

212 
 
Dilimiz sözə yaraşır. 
Sətirlərin şəfəqləri 
Oxuyan gözə yaraşır. 
və ya: 

Rəngi – göy, yaşıl, qırmızı, 
Yada salır soyumuzu. 
Müqəddəsdir bayrağımız, 
Azadlığın dan ulduzu. 
Şairin  “Şəhidlər”  şərqisi  uşaqların,  eləcə  də 
gənclərin  vətənpərvərlik  ruhunda  tərbiyəsində 
əhəmiyyətlidir: 
Yurdumuza yaraşıq, 
Vüqarı dağ şəhidlər. 
Qara torpaq altında 
Ey üzü ağ şəhidlər! 
Vətənin yaddaşında 
Həmişə sağ şəhidlər. 
Şairin “Kənd muzeyi” şeiri həm uşaqların dərk 
edəcəyi  sadə  dildə  yazılmış,  həm  də  indi 
leksikonumuzdan çıxmağa üz tutmuş çoxlu sözlər 
işlənmişdir.  On  bənddən  ibarət  şeirin  altı  bəndini 


213 
 
burada verməyi münasib bildim: 
Babaların tüfəngi, 
Papağı var muzeydə. 
Güllədən paralanmış 
Bayrağı var muzeydə. 
Dəyişib neçə dövran, 
Dolanıb, dönüb zaman. 
Nənələrin saxsıdan, 
Bir də paslı dəmirdən 
Çırağı var muzeydə. 
Bu kotandır, bu da xış, 
Bir vaxt şöhrəti varmış. 
Yerin bağrını yarmış, 
İndi də mürgü vurub, 
Yatmağı var muzeydə. 
Körük ilə yanaşı, 
Qədim dəyirman daşı. 
Bilinməz onun yaşı. 
Təknəsi, çaxçaxı var, 
Çanağı var muzeydə. 
Şana, kürək, bel, dəhrə, 
Şam ağacından nəhrə. 


214 
 
Bu da ki, köhnə cəhrə... 
Dişində əlçim qalmış, 
Darağı var muzeydə. 
Neçə aşığın sazı, 
Neçə şairin sözü, 
Neçə igidin izi, 
Sorağı var muzeydə. 
Babaların tüfəngi, 
Papağı var muzeydə. 
Mənə  belə  gəlir  ki,  bu  şeir  etnoqrafiya  və 
folklor  baxımından,  uşaqlara  yeni  biliklər  vermək, 
dilimizin 
zənginliklərindən 
bəhrələnmək 
baxımından  böyük  əhəmiyyət  kəsb  edir.  Axıcı  və 
valehedici  dildə  yazılmış  bu  şeir  dərslikləri 
bəzəmək gücünə malikdir. 
Şairin  “Quzular  dağa  çıxdı”  adlı  oğlu  İlhama 
ithaf  etdiyi  poeması  vardır.  Poema  yeddilik 
üstündə qurulmuşdur. Quzu otaran çoban uşaqları 
ətrafına  yığıb,  onlara  sevdiyi  işindən  məhəbbətlə 
söz açır: 
Tütəyim var, sazım var, 
Xoş səsim, avazım var. 


215 
 
Kölgəliyə toplaşın, 
Sizə çoxlu sözüm var. 
Mən bir quzu çobanı, 
Dağın, daşın soltanı. 
Ad qazanıb almışam 
Döşümdəki nişanı. 
Çay keçib dağ aşmışam, 
Quzuya söz qoşmuşam. 
Qulaq asın oxuyum, 
Aşıq kimi coşmuşam –   
- deyə dağlardan, bulaqlardan, təbiətdən, insan 
əməyindən,  düzlərdən,  çəmənlərdən,  çobanlıq 
həyatından, binələrdən, çadırlardan danışır: 
Adımız-sanımız var, 
Hünər dastanımız var. 
Çadır kitabxanamız, 
Maşın dükanımız var –   
- deyə bəyan edir. 
Şairin  “Quzular  dağa  çıxdı”  poemasını 
oxuduqca  adam  özünü  çobanın  yanında  – 
dağlarda  hiss  edir.  Bu  isə  şairin  qələminin 


216 
 
qüdrətindən xəbər verir. 
Şairin  həm  məna,  məzmun  və  həcminə  görə 
poemaya  bənzər  “Gopçular”  əsərində  bir  çox 
uşaqlara xas özünüöymə kimi naqis xüsusiyyətdən 
söz gedir: 
... Tural dedi: mən güclüyəm, 
Vüsal dedi: mən güclüyəm. 
Tural dedi: lap yekə ayını da   
Mən yıxaram, 
Götürüb yerə çaxaram. 
Vüsal dedi: mən ayını aşıraram, 
Bir çeçələ barmağımla 
Yuvasını uçuraram... 
Tural dedi: yaxşı, yaxşı, 
Çox da belə gop eyləmə, 
Quyruqlu yalan söyləmə. 
Hünərin var bu saatca 
Tez ol, dur gedək meşəyə... 
Özlərini öyə-öyə, 
Döşlərinə döyə-döyə... 
Onlar təpədən aşdılar, 
Ağaclığa yanaşdılar. 
Ağacların arasından 


217 
 
Qəfil bir qaraltı çıxdı. 
Moo-moo deyə-deyə 
Boylandı onlara baxdı, 
Onlar qorxudan əsdi, 
Geri qaçmağa tələsdi... 
Dönüb geriyə baxmadan 
Qaçırdı özünü öyən 
Bu iki gopçu pəhləvan... 
Kəndə yetişdilər daha, 
Çatdılar, şükür Allaha... 
Dallarınca gələn nədir? 
Bəs o qıllı ayı hanı? 
Darvazanın qabağına 
Gəlib çatdı moo-moo – qara balağ –   
Camışlarının balası... 
Turalın da, Vüsalın da 
Üz-gözündən tər töküldü, 
Bir də gopçu pəhləvanlar 
Özlərini öymədilər, 
Döşlərinə döymədilər. 
Şairin  bu  şeiri  tərbiyəvi  əhəmiyyəti  olmaq 
baxımından fərqlənir. 
Məlumdur  ki,  uşaq  ədəbiyyatının  məqsəd  və 


218 
 
vəzifəsi  uşaq  və  gənclərin  etik  və  estetik 
tərbiyəsini  düzgün  istiqamətləndirmək,  milli  və 
bəşəri  ideyaları,  insana  xas  olan  vətənpərvərlik, 
humanizm, dostluq, sədaqət, doğruluq, tələbkarlıq 
kimi  keyfiyyətləri  aşılamaq  və  s.-dən  ibarətdir. 
Çəkinmədən  deyə  bilərik  ki,  şair  Hüseyn 
Kürdoğlunun  həyat  hadisələrini  poetik  dillə 
tərənnüm  edən  uşaq  şeirləri  bu  ülvi  ideyaların 
təbliğinə xidmət edir. 
 
 
 
 
 
 


219 
 
Şairin əbədi məhəbbəti 
 
 
 
Dahi  Səməd  Vurğun  “Aygün”  poemasında 
doğru deyibmiş: “Məhəbbətin nə ilki, nə sonu var”. 
Sən demə, heyranlıqla qələmə aldığım Hüseynin ilk 
məhəbbəti  şairin  əbədi  məhəbbətilə  qoşalacaqmış. 
Onun  əsl  məhəbbəti  IV  kursda  oxuyanda  başlayıb 
və  “Hüseyn-Fəridə”  dastanı  yaranıb.  Fəridə 
xanımın  şairin  “Sənə  könül  bağladım”  kitabına 
yazdığı,  oxuduqca  insanı  haldan-hala  salan,  kədər 
və  sevinc  dolu  “Sevgi  dastanı”  adlı  ön  sözdə 
oxuyuruq:  “Bizim  sevgi  dastanımız  1956-cı  ildə 
universitetdə  keçirilən  bir  poeziya  axşamında 
doğulub. 
Filologiya  fakültəsinin  jurnalistika 
şöbəsinin 1-ci kursuna qəbul olunan qubalı bir qızın 
tələbə  dəftərinə  yazdığı  ilk  qələm  təcrübələrini 
qorxa-qorxa,  ürəyi  əsə-əsə,  qoşmaları  universitet 
tələbələrinin  dilindən  düşməyən,  IV  kurs-da 
oxumasına  baxmayaraq  artıq  ədəbi  dairələrdə  bir 
şair  kimi  yaxşı  tanınan,  mərkəzi  mətbuatda  və 
almanaxlarda 
şeirləri  dərc  oluan 
Hüseyn 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə