QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə44/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   38   39   40   41   42   43   44   45   46

260 
 
Qo-ranın  poeziyası”  əsəri  o  dövrdə  Moskva, 
Leninqrad,  Daşkənd,  Aşqabad  və  Bakıda  kürd 
ədəbiyyatına  həsr  olunan  əsərlər  arasında  elmi 
mükəmməlliyinə  görə  fərqlənirdi.  Əsəri  Rəhim 
Qazi,  Əli  Gəlavej,  Asiya  Xalqları  İnstitutunun 
Leninqrad  filialında  kürd  kabinetinin  müdiri, 
filologiya  elmləri  namizədi  K.Kurdoyev,  dosent 
M.Mübariz, dissertasiya işinin rəsmi opponentləri 
filologiya elmləri doktoru Kamran Məmmədov və 
Leninqrad  Akademiyasının  elmi  işçisi,  filologiya 
elmləri 
namizədi 
Kərim 
Əyyubi  yüksək 
qiymətləndiriblər.   
Heç  şübhəsiz  buna  görədir  ki,  alimin 
dissertasiya  işi  Bakıda  eyni  adla  çap  olundu 
(“Elm”,  1969,  135  səh.).  Şair  və  ədəbiyyatşünas 
alimin tədqiqatı İraqda böyük maraqla qarşılandı.   
1974-cü  ildə  monoqrafiya  Bağdadda  kürdcə 
çı-xan 
“Ət-taxi” 
(“Qardaşlıq”) 
qəzetində 
hissə-hissə dərc edildi.   
1975-ci  ildə  isə  İraq  İnformasiya  Nazirliyinin 
Mədəniyyət 
departamentinin  “Kürd  şöbəsi” 
tərəfindən  Bağdadda  “Əl  Cahiz”  nəşriyyatında 
ərəbcə nəşr edildi. 195 səhifəni əhatə edən kitabın 


261 
 
üz  qabığında  yazılıb:  “Müasir  kürd  şairi  Abdulla 
Qoran”  Müəllif  Hüseyn  Alışanov  –  Kürdoğlu. 
Azərbaycan  dilindən  tərcümə  edən:  Şükür 
Mustafa.   
Monoqrafiyanı ərəb dilinə tərcümə edən yazıçı 
və  ədəbiyyatşünas  alim  Şükür  Mustafa  əsərə 
yazdığı ön sözdə xüsusi vurğulayıb: “Böyük kürd 
şairi Abdulla Qoran haqqında yazılmış bu dəyərli 
kitabı  əldə  etdiyimə  görə  çox  sevindim.  Xalqlar 
dostluğunun  carçısı,  beynəlmiləlçi  nəğməkar, 
azadlıq 
fədaisi 
Qoranın 
bütün  yaradıcılıq 
xüsusiyyətləri  Azərbaycan  alimi  tərəfindən 
diqqətlə öyrənilmiş və çox gözəl şərh edilmişdir.   
Bu  nadir  ədəbi  uğura  mənim  tərəfimdən 
müqəddimə yazmaq hər hansı başqa araşdırmalara 
ön  söz  yazmaq  kimi  deyil.  Nə  Qoranın  istedadı 
qarşısında  mən  bu  işə  girişməyə  imkan  tapardım, 
nə də Alışanovun fəziləti bu iddiada olmağıma yol 
verərdi.  Bütün  bunlarla  yanaşı  göstərməyə 
bilmərəm  ki,  hörmətli  müəllifin  təhlilləri  və 
nəticələri  haqqında  məndə  müəyyən  fikirlər 
yarandı.  Xüsusilə  o  şəxslər  üçün  ki,  onlar  Qoran 
haqqında  həqiqətləri  məndən  yaxşı  bilirlər.  O 


262 
 
Qoran  ki,  azad  bir  şairdir,  əqidəsində  möhkəmdir, 
yaxud  romantik  şairdir,  ya  da  yarı  romantik,  yarı 
klassik,  yaxud  romantik-realist,  yaxud  sosialist 
realizm  yolunu  tutan,  habelə  bu  kimi  başqa 
təşbihlərlə və təyinlərlə adlandırılan bir şairdir.   
Təbiət,  sevgi,  gözəllik  şairi  Qoranla  siyasət, 
cə-miyyət  və  fəlsəfə  şairi  arasında  müqayisədən 
çox yazılıb. Mən buraya heç bir əlavə etməmişəm. 
Mən  qürur  hissi  keçirirəm  ki,  bu  araşdırma  işini 
ərəb  dilinə  tərcümə  etdim.  Ümid  edirəm  ki,  bu 
kimi  tədqiqatlar  kürd  və  ərəb  kitabxanalarının  bu 
tipli araşdırmalara olan ehtiyacını aradan qaldırıb, 
onları daha da zənginləşdirəcək”.   
Hüseyn  Kürdoğlu  ilə  bir  şöbədə  işləyən 
Zümrüd Şəfiyeva onun xüsusi istedad və təfəkkür 
sahibi  olduğunu  dərk  etmiş  və  yazmışdır: 
“Hüseyn  Kürdoğlu  böyük  elmi  potensiala  malik 
idi. Ardıcıl məşğul olsaydı, elmi fəth edə bilərdi”.   
Zümrüd  xanıma  haqq  qazandırmaqla  bərabər, 
onu  da  deməliyəm  ki,  şairliyi  və  tərcüməçiliyi 
Hüseyn  Kürdoğlunun  vaxtını  daha  çox  alsa  da, 
elmi fəaliyyətini də davam etdirmişdir.   
 


263 
 
Folklorşünaslıq fəaliyyəti 
 
 
 
 
Folklor  onun  əbədi-ədəbi  yol  yoldaşı  olub. 
Şifahi  xalq  ədəbiyyatı,  aşıq  poeziyası  və 
musiqisini  dərindən  bildiyinə  görə  AMEA-nın 
Nizami  adına  Ədəbiyyat  İnstitutu  iki  cildlik 
“Cənubi  Azərbay-can  ədəbiyyatı  tarixi.  XIX-XX 
əsrlər”  əsərini  yazar-kən,  onun  çox  böyük  “XIX 
əsrdə Cənubi Azərbaycan--da folklor” fəslini ona 
etibar etmişdi. Bu, həqiqətən də çox böyük etimad 
idi.  Cənubi  Azərbaycanla  əla--ələrin  demək  olar 
ki, yox dərəcəsində olduğu, material qıtlığı bu işə 
girişmək  üçün  alimdən  böyük  hünər  tələb  edirdi. 
Xoşbəxtlikdən biliyi və folklora sonsuz məhəbbəti 
sayəsində  o,  bu  şərəfli  və  məsuliyyətli  işin 
öhdəsindən  üzağlığı  ilə  gəlib.  Təsadüfi  deyil  ki, 
“Cənubi  Azərbaycan  ədəbiyyatı  tarixi.  XIX-XX 
əsrlər”  əsərinin  1-ci  cildi  Hüseyn  Kürdoğlunun 
böyük həcmli tədqiqatı ilə başlayır (Bax: “Cənubi 
Azərbaycan  ədəbiyyatı  tarixi.  XIX-XX  əsrlər”.  I 


264 
 
cild, s.9-54).   
İki  cildlik  “Cənubi  Azərbaycan  ədəbiyyatı 
tarixi.  XIX-XX  əsrlər”  əsəri  1988-ci  ildə  hazır 
olduğundan,  sonralar  bizdə  və  İranda  təzə 
tədqiqatlar  ortaya  çıxsa  da,  bu  ədəbiyyat  tarixi 
kitabında 
öz 
əksini 
tapmayıb. 
Hüseyn 
Kürdoğlunun  tədqiqatında  bu  səbəbdən  material 
qıtlığının  hiss  olunması  anlaşılandır.  Alimin 
araşdırması  dastanlar  və  bayatılar  olmaqla  iki 
bölümü əhatə edir:   
 
1. Dastanlar 
Hüseyn  Kürdoğlu  dastanları  Azərbaycan 
folklorunun  şah  əsəri  hesab  edir.  Araşdırıcı  haqlı 
olaraq  qeyd  edir  ki,  əsrlərin  min  bir  sınağından 
keçib gələn, xalqımızın qəlbini və zəkasını bütün 
parlaqlığı və əzəməti ilə əks etdirən dastanlarımız 
milli-bədii təfəkkürün canlı abidələri kimi indi də 
öz  möhtəşəmliyini  qoruyub  saxlamaqdadır. 
Tədqiqatçı 
“Koroğlu”,  “Əsli  və  Kərəm”, 
“Qurbani”,  “Abbas  və  Gülgəz”,  “Aşıq  Valeh”, 
“Qəndab”,  “Xəstə  Qasım”,  “Qaçaq  Nəbi”  və  s. 
məhəbbət  və  qəhrəmanlıq  dastanlarımızdan  söz 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə