QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə31/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

180 
 
dəfələrlə  olduğundan  Hüseynlə  Humayın  sevgi 
dastanından  xəbərdar  idi.  Bilirdi  ki,  Hüseyn 
Humayı  “Süsən”,  “Süsənim”  deyə  çağırarmış. 
Şair  evlənəndən  sonra  ilk  övladı  qız  olur. 
Dostunun  ilk  övladının  adını  Yaşar  Qarayev 
Süsən  qoyur.  İlk  məhəbbət  dastanındakı  Süsənin 
sonrakı  taleyinin  necə  olduğunu  bilmirik.  Şairin 
qızı Süsən isə xoşbəxt oldu. Böyüdü, ali təhsil aldı, 
ailə  qurdu.  Üç  övlad  anası  oldu:  Daşqın,  Toğrul 
və  Şaiq.  Hamısı  evlidir.  Süsən  xanım  indi 
nəvələrinin sevimli nənəsidir..   
 
 
 
 
 
 


181 
 
Hüseyn Kürdoğlu poeziyası və 
unudulmaqda olan janrlar   
 
 
Sevimli  şairimiz  Hüseyn  Kürdoğlunun  çox 
sayda  həcvləri,  satirik  və  yumoristik  şeirləri 
vardır.  Təəssüf  ki,  onlar  nə  çap  olunub,  nə  də 
tədqiqata  cəlb  edilib.  Şairin  yaradıcılığına  dair 
kitab  yazma-ğa  başlayanda  məlum  oldu  ki, 
arxivində  rəngi  saralmış  vərəqlərdə  onlarla 
həcvləri,  satirik  və  yumoristik  şeirləri  vardır. 
Həcvlərdən  danışarkən  de--məliyik  ki,  həcv 
müəllifi  hər  hansı  bir  şəxsin  ya-ra-maz 
hərəkətlərini  təsvir  və  tənqid  edərək,  ona  kin  və 
küdurətini  bildirir.  Onlarda  şəxsi  motivlər  üs-tün 
olduğundan  ictimai  əhəmiyyəti  az  olur.  Odur  ki, 
bir  çox  şairlər  realist  satiranı  bu  cür  həcvlərə 
qar-şı  qoyaraq,  şeirdə  ictimai  məzmunu, 
həyatiliyi, 
xəl-qiliyi 
qüvvətləndirməyə  can 
atmışlar.  Azərbaycan  şairlərindən  Qasım  bəy 
Zakir,  Seyid  Əzim  Şirvani,  Asi,  Müznib  və 
başqaları həcv yazsalar da, bu janr öz yerini realist 
satira və yumora vermişdir. Bu, Hüseyn Kürdoğlu 


182 
 
yaradıcılığında da belədir. Lakin aydınca görünən 
bir  məsələ də vardır.  Kürdoğlunun  həcvləri  satira 
və yumorun qovşağında yer alıb.   
Şairin  həcv  və  satirik  şeirlərində  insanı  məhv 
yox, islah etmək bir problem kimi ortaya qoyulur. 
Şair  özündən  razı,  özünü  öyən  adamları  ifşa 
edərək yazırdı: 
Qabarmayın köpük kimi, 
Yellənməyin yelpik kimi. 
Sizi qara qəpik kimi 
Ataram tozun içinə. 
Şairin  həcvləri,  satirik  və  yumoristik  şeirləri 
aşıq 
poeziyası 
kimi 
axıcıdır, 
mənalıdır, 
hikmətlidir: 
Hələ ki, hindəsiniz, ay cücələr, ay beçələr, 
Caynağımdan hələ də ağrı çəkir bir neçələr. 
Bir qızılquş şığıyar, sizləri vallah heç elər, 
Baş əyin, tövbə deyin, bəlkə qüsurdan keçələr. 
*** 
Xəyyam özü meyxanadan parlamış, 
Meyxanalar dahilər aşkarlamış. 
Ustadımız zəng edib ismarlamış, 


183 
 
Mehman olaq seyyidi-şeydayə biz, 
Üz tuturuq indi Buzovnayə biz. 
və ya:     
                 
Yazda Buzovnanı qızıl gül bəzər, 
Zurna çalan ağcaqanaddan həzər və s. 
Məlumdur  ki,  satirada  çox  vaxt  tənqid  hədəfi 
qələm sahibinin düşməni, yumorda isə dostu olur. 
Bu  baxımdan  televizor  ustası,  şairin  dostu, 
eloğlusu,  Azərbaycan  Politexnik  İnstitutunun 
məzunu,  mühəndis  Bəşirov  Bəşirə  yazdığı  “Ay 
Bəşir” 
və 
“Bəşir” 
qoşmaları 
deyilənləri 
təsdiqləyir: 
Neçə şeir yazdım, gəlib çıxmadın, 
Çəkilməz dərd imiş nazın, ay Bəşir! 
İranda bu qədər yalan danışsan, 
Dönüb qış olardı yazın, ay Bəşir! 
Dünən dediklərin gəlmir huşuna, 
Xarab televizor qoyub qarşına, 
Boşalt, çanağını keçirt başına, 
Örtülsün tac ilə dazın, ay Bəşir! 
Məclis qurulanda məzəylə, meylə, 


184 
 
Dəmlənib, çəmlənib gedirsən göylə. 
Tüpür bu sənətə, aşıqlıq eylə, 
Döşündən düşməsin sazın, ay Bəşir! 
Nəzir qoy ağlına ocaqda, pirdə, 
Özünü suya çək Arazda, Kürdə. 
Şair Kürdoğlunu aldatma bir də
Daha bəd yazılar yazın, ay Bəşir! 
Şairin  satira  və  yumorunun  hədəfi  bəzən  indi 
görkəmli  alimlər  olan  professorlar  Şirindil 
Alışanov (şairin kiçik qardaşı), akademik  Teymur 
Kərimli,  dostu  Nizami,  dostu  Rəhim  Əliyev,  şairi 
müalicə  edən  həkim  dostu  Köçəri  olub.  Əslində 
onların “tarixə” düşmələrinin səbəbi özləri olublar. 
Onlar  birləşib  şairə  ünvanlanan  satirik  və 
yumoristik “şeirlər” yazıblar. Hüseyn Kürdoğlu da 
cavablarını  artıqlaması  ilə  verib.  Onlar  şairə 
“sataşmaqla”  tarixi  bir  həqiqəti  unudublarmış. 
Unudublarmış  ki,  şaha,  şirə,  şairə  toxunmaq 
olmaz.  Şah  nəslinin  kökünü  kəsər,  şir  səni 
parçalayar,  şair  isə  ömürlük  səni  bədnam  edər. 
Şairin “Üç dost” şeirində olduğu kimi: 
Nizko coşur: Mən azəri türküyəm, 


185 
 
Xilaskarım, pənahımdır Türkiyəm. 
Düşmənləri yonub tökən kərkiyəm, 
Bax belədir yurdumuzun üç əri: 
Nizko, Şirko, bir də həkim Köçəri. 
Sakitləşib fəlsəfəyə keçillər, 
Yenə araq gətirdillər, içillər. 
Yamanları alaq kimi biçillər 
Nizko söyür çox lotunu, ləçəri, 
Çəpik çalır Şirko ilə Köçəri. 
Şairin  siyasi  motivli  həcvləri,  hadisələrə 
vaxtında  müdaxilə  etməsi  güclüdür.  Burada  eyni 
zamanda  bəzi  azərbaycanlı  kişilərin  keçmişdəki 
və  bugünümüzdəki  olayları,  başımıza  gətirilən 
müsibətləri 
unudaraq 
ermənilərlə 
işbirliyi 
qurması, erməni qadınlara meyl göstərməsi tənqid 
atəşinə  tutulur.  Bu  baxımdan  “Haykanuşun 
sərgüzəşti”,  “Haykanuşun  ilk  məktubu”  və 
“Arağı” səciyyəvidir: 
Kim bilir Haykanuşun keçmişini? – Heç bir kəs. 
Bəlkə də xarici bir radioda diktor imiş... 
O viran qalmışını bəs niyə tərk etmiş axı, 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə