QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə28/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   24   25   26   27   28   29   30   31   ...   46

162 
 
Yusif və Vaqif Səmədoğluların bacısı qızı Aygün 
xanım  yandırdı.  O  Aygün  xanım  ki,  babasından 
çox nənəsinin nüfuzunu qoruyurdu. 
...  Bir  dəfə  Təhsil  Nazirliyindən  mənə  zəng 
elədilər ki, orta məktəbin “Ədəbiyyat” dərsliyində 
Səməd  Vurğunun  tərcümeyi-halı  verilərkən  onun 
gənclik  illərində  guya  Dürrə  adlı  bir  qıza  aşiq 
oldu-ğu,  ona  çoxlu  şeirlər  həsr  etdiyi  barəsində 
yazılıb, 
elə 
şey  olmayıb,  xahiş  edirik, 
düzəldəsiniz...  So-ruş-dum  ki,  bizim  dərsliyə  bu 
tənqidi  qeydi  edən  “mü-təfəkkir”  kim  idi?.. 
Dedilər  ki,  şairin  nəvəsi,  ev  muzeyinin  müdiri 
Aygün xanım...   
Üstünü  vurmadım...  “Narahat  olmayın, 
baxarıq” dedim...   
Az  keçmədi  ki,  rəhmətlik  Aygünün  özü  zəng 
elədi.  Və  həyəcanla:  “Nizami  müəllim,  hər 
adamın gənclik illərində səhvləri olur, onu xüsusi 
qabartmağa  nə  ehtiyac  var?  Əgər  Səməd  Vurğun 
Xavər  xanımı  sevib  alıbsa,  ona  bu  qədər  şeirlər 
yazıbsa, Dürrə söhbətini yada salmağa nə ehtiyac 
var?..  Xahiş  edirəm  o  adı  dərslikdən  çıxarın... 
Təhsil  Nazirliyindən  rəsmi  xahiş  elədim,  dedilər, 


163 
 
müəllif sizsiz... Ona görə də...”   
Xətrini  çox  istədiyim  (və  dostum  Mehmanın 
həyat  yoldaşı  olan)  Aygünün  sözünü  kəsdim: 
“Aygün,  Dürrə  Səməd  Vurğun  yaradıcılığının 
birinci  dövrünün  əsas  qəhrəmanıdır...  Bu  gün  də 
aşıqlar xalq şairi Nəriman Həsənzadənin sözlərini, 
demək olar ki, hər məclisdə oxuyurlar...   
Bura Dilcan dərəsidi,   
Bizim dağlar qabaqdadı. 
Vurğun-Dürrə əhvalatı 
Hələ dildə-dodaqdadı. 
İndi  də  Aygün  xanım  mənim  sözümü  kəsdi. 
Və  dedi  ki,  “Babam  onu  almadı  ki...  Nənəmi 
aldı...  Xa-hiş  edirəm,  məni  başa  düşəsiz...  Bu 
Dürrə  söhbə-ti  heç  rəhmətlik  nənəmin  də  xoşuna 
gəlmirdi”...   
Söhbət  uzandı.  Mən  Aygünü  haradasa  başa 
düşdüm, ancaq o məni – dərslik müəllifini heç cür 
başa düşə bilmədi ki, bilmədi”. 
Burada söhbət təkcə nüfuzdan getmir və təkcə 
şair və aşıqların könül sazının dilləndirilməsindən 
də  getmir.  İlk  məhəbbət  şairin  yaradıcılığında 


164 
 
dərin  iz  buraxır,  onun  yaradıcılığının  nəinki 
müəyyən  dövrünü  əhatə  edir,  bütün  həyatı  boyu 
şair ilk məhəbbət mövzusuna müraciət edir.   
Bunu  Hüseyn  Kürdoğlunun 1958-ci  ildə Bakı 
Dövət Universitetini bitirərkən yazdığı və nüfuzlu 
komissiya  tərəfindən  yüksək  qiymətləndirilən 
“Sə-məd  Vurğunun  ilk  yaradıcılıq  dövrü”  adlı 
diplom işində də görürük:   
“Gənc  Vurğunda  romantik  şair  təbiətinin 
yaranması  yalnız  klassik  şairlərin,  romantik 
əsərlərin təsiri nəticəsi deyildir. Şairin ilk sevdası 
baş  tutmadığından  onun  ürəyində  küskünlük, 
bədbinlik,  tənhalıq  və  s.  bu  kimi  hallar 
yaranmışdı.  Nakam  bir  məhəbbətin  acı  xatirələri 
gənc 
şairin  qəlbini  kaman  kimi  titrədib 
ağlatmışdır. 
Ürəyinin  sızıltıları-nı,  yuxusuz 
gecələrdə  keçirdiyi  iztirabları  vərəqlərə  kö-çürən 
şairin  xarakterində  qeyri-adi  vəziyyətlər  əmələ 
gəlir”.   
İlk məhəbbətin təsiri həqiqətən də izsiz qalmır. 
Professor  Yavuz  Axundlu  çox  maraqlı  “Xatirələr 
işığında.  Ömür  keçdi,  gün  keçdi”  kitabında  bu 
münasibətlə yazmışdır:   


165 
 
“Qrupumuzda 
(BDU-nun 
filologiya 
fakültəsində)  oxuyan  Əli  ilə  ləzgi  qızı  ilk  gündən 
bir-birlərini sevməyə başladılar. Dekabrın əvvəlləri 
idi.  Əligilə  yı-ğışmışdıq.  Aşıq  Hüseyn  Cavan  da 
orada idi. Özünü çox sadə və səmimi aparan qızın 
atası  Milli  Təhlü-kə-sizlik  Komitəsində  müavin 
imiş.  Bakını  aya-ğa  qaldırır.  Bir  neçə  DTK 
əməkdaşı  gəlib  sakitcə  qı-zı  apardılar.  O  bir  daha 
dərsə  gəlmədi  (Atası  qızını  bir  neçə  il  kənddə 
saxlamış, 
sonra 
qohumlarından 
bi-rinə  ərə 
vermişdi. Biz son kursda olarkən həmin qız I kur-sa 
bərpa  olunmuşdu.  Məyus-məyus  gələr,  heç  kəs-lə 
danışmazdı).  Bu  hadisə  hamımızı  kədərlən-dir-di. 
Şair təbiətli Əli isə heç cürə özünü ələ ala bilmirdi. 
İllər  keçdi,  evləndi,  oğul-uşaq  sahibi  oldu, 
lakin  ilk  məhəbbət  unudulmadı”  (Bax:  Xatirələr 
işığında.  Ömür  keçdi,  gün  keçdi.  Adiloğlu,  2014, 
s.59-60).   
İfadəyə  fikir  verin:  “şair  təbiətli”,  o  da  olsun 
ana-dan şair doğulan Hüseyn Kürdoğlu.   
Orta məktəb şagirdinin özündən üç yaş böyük 
olan  müəlliməsinə  vurularaq  onunla  evlənmək 
is-tə-məsi az görünən hadisədir. Atası Həsən kişi 


166 
 
Hüseynlə 
Humay 
müəllimənin 
sevgisinə 
xeyir-dua  da  veribmiş.  Lakin  Hüseynin  bibisinin 
həyat  yoldaşı,  Mollaəhmədli  kəndindən  bütöv  bir 
müəllim-lər  ordusunun  yetişməsində  xüsusi 
xidmətləri  olan,  La--çın  rayon  Maarif  şöbəsinin 
müdiri  İdris  Xəlilov  onun  şairlik  istedadını 
görərək ali təhsil alma-sı üçün əlindən gələni edir. 
Humay  müəlliməni  Hüseyn-dən  ayırmaq  üçün 
uzaq  Yığın  kəndinə  məktəb  direktoru  vəzifəsinə 
təyin edir. Sevgilisindən ayrı düşən Hüseyn rayon 
qəzetinə  qoşmalar  yazır  və  məhəbbətini  bu 
qoşmalarla  izhar  edir.  İdris  Xəlilov  Hüseynin 
qarşısında  şərt  qoyur.  Get  Bakıda  ali  təhsil  al, 
sonra  kiminlə  istəyirsən  evlən.  Hüseyn  Bakıya 
gələrək 
Azərbaycan 
Dövlət  Universitetinin 
filologiya fakültəsinə daxil olur. 
Görkəmli  yazıçı  Mehdi  Hüseynin  qızı, 
akademik  Teymur  Bünyadovun  həyat  yoldaşı 
Zivər 
xanım 
Hüseyn  Kürdoğlu  haqqında 
xatirələrində  incə  bir  mətləbə  toxunur:  “Onunla 
beş  il  universitetdə  (ADU-da)  bir  sinifdə 
oxumuşam.  Yaşar  Qarayev,  Tofiq  Hacıyev  kimi 
Hüseyn  də  yaxşı  oxuyurdu  (Arif  Səfiyev,  Şamil 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə