QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə24/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

134 
 
Göz yaşım ümmana dönər,   
Qamətim kamana dönər,   
Ay qara qız, ay qara qız!   
*** 
Bir gözələ baxan kimi,   
Ha deyirsən korlanmışam. 
Yaralayıb sözün məni,   
Qubarlanıb qorlanmışam. 
*** 
Gözəlləri şad görəndə,   
Dərdə-qəmə yad görəndə, 
Yanaqlarda od görəndə 
Şölə çəkib nurlanmışam. 
 
Yazılana yoxdur pozu,   
Bəsdir daha a naz-nazı. 
İnsaf eylə, zalım qızı, 
Yarım, sevgilim, həmtayım,   
Ay mənim qarabuğdayım.   
Hüseyn Kürdoğlunun gəraylı dünyası inci dolu 
ümmana  bənzəyir.  Sərraflar  burada  istədikləri 
qədər inci tapa bilərlər.   


135 
 
Təsniflər
 
 
 
Hüseyn  Kürdoğlunun  yaradıcılığında  xeyli 
sayda  təsniflərə  də  təsadüf  edilir.  Hər  bəndi  dörd 
misradan,  hər  misrası  beş,  yeddi  hecadan  ibarət, 
qoşma  şəkilli,  1-ci  bənddən  başqa,  hər  bəndin 
əvvəlinci  üç  misrası  həmqafiyə  olan  təsnif  aşıq 
poeziyasının  qədim  şəklidir.  Təsniflərə  XIII-XIV 
əsrlərdə yaşamış Yunis İmrədə təsadüf edilir:   
Qəddim yay oldu,   
Bağrım zay oldu. 
İşim vay oldu 
Eşqin əlindən. 
Bütün  görkəmli  ustad  aşıqlarımız  təsnifin 
gözəl nümunələrini yaratmışlar:   
Elmi dayazlar, 
Kamaldan azlar, 
Hədyan avazlar 
 
Yamandır, yaman. 
  
       
 
(Aşıq Alı) 
Ağlayıb gülləm, 


136 
 
Göz yaşım silləm, 
Qurban kəsilləm,   
Sən bizə gəlsən.             
  
 
 
(Molla Cümə)   
Aşıq  yaradıcılığının  bu  oynaq  janrı  yazılı 
ədəbiyyatımıza  da  təsir  etmişdir.  Xüsusən  də 
Səməd  Vurğun  ondan  yaradıcı  şəkildə  istifadə 
etmişdir.  Ma-raqlıdır  ki,  şair  “Bəsti”  poemasının, 
demək  olar  ki,  yarısını  beş  və  yeddi  hecalı 
təsniflərlə 
yazmışdır. 
Təsniflər 
S.Vurğun 
yaradıcılığında  da  dilinin  aydınlığı,  xalq  ruhunda 
yazılmağı və oynaqlığı ilə seçilir: 
Ey azad qadın,   
Gözlərin aydın. 
Sən olmasaydın, 
Mən nə yazardım.   
və ya:   
Ey bahar, yazım,   
Söhbətim, sazım. 
Sən hünər göstər,   
Mən şeir yazım.   


137 
 
Aşağıdakı  nümunədən  göründüyü  kimi,  yeddi 
hecalı  təsniflərin  poetik  strukturu  və  misraların 
sa-yı məsələsində şair yenilikçi kimi çıxış edir:   
Bil ki, təmizdir südün,   
Bir məktəbdir öyüdün. 
Sənə layiq bir əsər,   
Yazmamışdır şairlər. 
Ah nə dünən, nə bu gün.   
Hüseyn  Kürdoğlu  sanki  ustadının  vəsiyyətini 
ye-rinə yetirirmiş kimi, əksər təsniflərini qadınlara 
həsr edib.   
Telini dara, 
Gözləri qara. 
Sən yaraşıqsan 
Gözəl bahara. 
Pozma ilqarı, 
Bizə gəl barı. 
Sənsiz tökülər 
Ömrümün barı. 
İncə bir gülsən, 
Saçı sünbülsən. 


138 
 
Nə dərdim olar, 
Dərdimi bilsən. 
Gəzdik dağ üstə, 
Buz bulaq üstə. 
Nişanə qalmış 
Gül yanaq üstə. 
Aydan arısan, 
Sudan durusan. 
Könlüm çırağı, 
Gözüm nurusan. 
Şairin  “Nədir  muradın  sənin?!”,  “Gözdən 
dü-şər”,  “Səndən  ayrı  düşəndə”,  “Gözümə  işıq 
gəlib”, “Bir bəladır göz mənə” və başqa təsnifləri 
sözün həqiqi mənasında nəğmədir.   
Olan oldu əzəllər,   
Göyərərmi xəzəllər. 
Ağlım alan gözəllər, 
Ağıl verin siz mənə.   
və ya:   
Köksümdə çarpan ürək,   
Səni səslər, ey mələk!   


139 
 
Aləmə yayam gərək 
Gözümə işıq gəlib.   
Şairin  ən  maraqlı  təsniflərindən  biri  “Dillər   
için-də” təsnifidir. 
Ən qüdrətli əl, 
Ən şəfqətli əl 
Anamın əlidir 
əllər içində. 
Ən narın ipək, 
Ən zərif çiçək 
Anamın telidir 
tellər içində. 
Ən şirincə dil, 
Gözəl, incə dil 
Anamın dilidir 
dillər içində. 
Şairin möhürbəndlə bitən təsnifləri də vardır: 
Nədir bu dərd, bu nisgil,   
Kürdoğlu, can qədri bil.   
Yanıb kül olmusan, kül,   
Ay yazıq, can tapılmır.   


140 
 
Apardığımız müşahidələr göstərir ki, aşıq və el 
şairlərinin  yaradıcılığında  geniş  yer  alan  təsniflər   
(əslində aşıq və el şairlərinin yaradıcılığı da yazılı 
ədəbiyyatdır) şairlərimizin yaradıcılığında da yox 
deyildir.  Odur  ki,  görkəmli  ədəbiyyatşünas  alim 
Əziz 
Mirəhmədovun 
“Ədəbiyyatşünaslıq. 
Ensiklopedik  lüğət”  adlı  qiymətli  əsərində 
təsniflərə  yer    ayırmaması,  bu  şən,  oynaq, 
ədəbiyyatımızı  zənginləşdirən  janra  unutqanlıq 
göstərməsi insafdan kənardır.     
 
 
 
 
 
Hüseyn Kürdoğlunun ağıları 
 
Ölüm  həyatın  əbədi  və  əzəli  qanunu  olsa  da, 
ölümün 
acısı 
da 
qaçılmazdır. 
Bu 
acı, 
qəm-qüssə-kədər  “Ağı”  adlandırdığımız  əbədi 
janrın  yaranma-sına  gə-tirib  çıxarmışdır.  Ağılar 
həm nəzm, həm də nəsr şək-lində olur.   
Ağı  Yaxın  və  Orta  Şərqin,  eləcə  də 


141 
 
Azərbaycanın  klassik  şeir  növlərindən  biridir. 
Ölümlə, yasla, matəmlə bağlı yaranan dərd, ələm, 
qəm,  qüssə,  kədər  ifadə  edən  mərasim  mənşəli 
janrdır.  Əvvəllər  məşhur  şəxslərin,  dövlət 
adamlarının,  elm  və  sənət  xadimlərinin  ölümü 
münasibəti ilə yazılırdı. Elə indi də elədir. Səməd 
Vurğunun dahi Üzeyir bəyin vəfatı münasibəti ilə 
yazdığı  və  dəfn  mərasimində  oxuduğu  şeir  bu 
baxımdan səciyyəvidir:   
Ölüm sevinməsin qoy, ömrünü vermir bada   
El qədrini canından daha əziz bilənlər.   
Şirin bir xatirətək qalacaqdır dünyada   
Sevərək yaşayanlar, sevilərək ölənlər... 
Mən bu kiçik şeirimi yazıram göz yaşımla,   
Çünki vidalaşıram bir könül sirdaşımla. 
Az  şair  tapılar  ki,  böyük  şəxsiyyətlərin, 
dost-tanışın,  xüsusən  də  həyatda  kam  almayan 
gənclə--rin 
qəfil 
ölümündən 
kədərlənib 
mərsiyə-ağı yazmasın. 
Hüseyn  Kürdoğlunun  da  xeyli  sayda 
ağı-mərsiyələri  vardır.  Şairin  ağılarındakı  dərd, 
ələm 
vətən 
torpağının 
həsrətinin, 
Laçın 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə