QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə22/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

121 
 
seçilən  bayatılar  və  təcnislər  təşkil  edir.  Aşıqlar 
cığalı təcnisləri adətən cinas bayatılarla oxuyarlar. 
Görkəmli 
ədəbiyyatşünas 
alim 
Feyzulla 
Qasımzadə bu ba-xımdan maraqlı fikir söyləyir: 
“Təcnisin daha gözəl nümunələrini bayatılarda 
görmək olar. Aşıqlar təcnis yazmağı bayatılardan 
öyrənmişlər.  Bayatılarda  işlənən  cinas  qafiyələr 
şeirə  xüsusi  gözəllik,  oynaqlıq  və  musiqi  ahəngi 
vermişdir” 
(Bax:  F.Qasımzadə  “XIX  əsr 
Azərbaycan  ədəbiyyatı  tarixi.  Bakı,  “Maarif”, 
1966, s.27).   
Çəkinmədən 
deyə 
bilərik 
ki, 
çağdaş 
ədəbiyyatımızda 
cinas 
bayatıların, 
cinas 
dördlüklərin, təcnis və qoşma təcnislərin ən yaxşı 
nümunələrini Hüseyn Kürdoğlu yaratmışdır.   
Şairin  hələ  IV  kursda  ürəyini  gələcək 
ömür-gün  yoldaşına  açan  vaxt  yazdığı  (1956 
noyabr) 
təcnis 
kamil 
təcnis 
ustadlarının 
təcnisindən geri qalmır:   
Ünüm ərşə çıxdı, bəlkə bu könlüm,   
Hicran yuxusundan oyana, dedim. 
Yazıqsan dedilər, giley yaz ona, 
Aşiqəm, qıymaram o yana, dedim. 


122 
 
Kim deyir, həsrətdən ah çəkən doyar, 
Ah çəkdirən də yar, ah çəkən də yar. 
Eşidim səsini ah çəkəndə yar, 
Küləklər əsməsin o yana, dedim. 
Şirin təcnisimin ağa bəndini, 
Qəmzəsi bağrımı oyana dedim... 
Hüseyn iqbalın daşa vuruldu, 
Ürəyim göynədi, oy ana!... dedim. 
Məlum 
həqiqətdir 
ki,  görkəmli  ustad 
aşıqlarımızı  çıxmaqla,  prof.  Paşa  Əfəndiyevin 
haqlı  olaraq  göstərdiyi  kimi,  bir  çox  aşıqlar 
təcnisdə sözləri məharətlə işlətməyə daha çox səy 
göstərdiklərindən, şeirin  mənasına bir  o  qədər də 
əhəmiyyət  vermədiklərindən  yaranan  təcnis 
məzmunca  sönük  olub.  Bəlkə  də  buna  onların 
qüdrəti çatmayıb. Ona görə ki, təcnis sənətkardan 
fitri  şairlik  istedadı,  zəngin  söz  ehtiyatı,  dilin 
incəliklərini  bilmək,  dilin  dərin  qatlarına  baş 
vurmaq  tələb  edir.  Təcnis  formaca  eyni, 
məzmunca 
müxtəlif  olan  cinas  rədif  və 
qafi-yə-lərdən yaranır.   
Zəmanəmizdə  təcnis  tək-tək  hallarda  yazılsa 
da,  Hüseyn  Kürdoğlu  qüdrətli  söz  ustadı  kimi 


123 
 
təcnisin 
gözəl, 
qəlbəyatan 
nümunələrini 
yaratmışdır.   
Həmdəm oldun çiçəklə sən, güllə sən, 
Sərrafım ol, sözümü seç, güllə sən. 
Söz atmadın, atdın mənə güllə sən,   
Bir zamanlar yadına sal, sözüm an.   
Şairin  “O  yana  dedim”,  “Nə  çatım”,  “Gülə 
sən”,  “Ay  belə  baxdı”,  “Ya  Ziya”,  “Söz  qala 
məndən”, “Söz uman”, “Sizin bağın bəhrəsinə söz 
olmaz”,  “Dağıstan  gözəli”  və  başqa  təcnisləri 
vardır.  Oxucuların  şairin  təcnis  yaradıcılığı 
haqqında  aydın  təsəvvürü  olsun  deyə  üç  nümunə 
veririk:   
Ay belə baxma 
Ələsgər yurdunu dustaq görəndə,   
Çənlibel çağırıb, ay belə baxdı. 
Saçına bürüdü şəhid məzarı, 
Şeirin günəşinə ay belə baxdı. 
Gördü qəbir qazır gecə tək qarı,   
Qapqara geyinib gecə tək qarı.   
“Ey dünya, bu qanlı gecə tək qarı!” –   
Belə qarğış tökdü, ay belə baxdı.   


124 
 
Başımız müsibət çəkən də bizik,   
Arxadan tətiyi çəkən də bizik. 
Göylərə ah-nalə çəkən də bizik, 
Görüm yerə girsin, ay belə baxtı. 
Günahsız Kürdoğlu qanlıdı yara,   
Təbib yox, sinəmdə qanlıdı yara. 
Baxmaq istəmədi qanlı diyara,   
Gün belə üz tutdu, Ay belə baxdı.   
 
Çilə sən 
Deyən varmı yazığı bir yad eylə
Gör neynədin, eyləməzdi yad eylə. 
Ya sevginən, ya küsəndir, yad eylə, 
Nolar bir gün oduna su çiləsən. 
 
Mən Yusifi kor quyudan çəkənəm
Qıyarammı qönçə könlün çəkə nəm.   
Səndən ötrü müsibətlər çəkənəm,   
Çəkməyəsən nalə, fəryad, çilə sən.   
Könlüm quşu bağçanızda gecələr, 
Ağ buludlar incisini gec ələr. 


125 
 
Ey gözəl ay, biz görüşən gecələr   
Ulduzları bulaqlara çilə sən.   
 
Dağıstan gözəli 
(zarafatyana)   
Xəncər qaşlı bir Dağıstan gözəli,   
Atıb getdi, qoydu məni avara.   
Bu sirrimi gərək deyim şeirlə,   
Həm ləzgiyə, həm kumuka, avara.   
 
Fərhad oldum, külüngümdən dağ aşa, 
Sinəm üstdən çalın-çarpaz dağ aşa. 
Valeh kimi saz götürüb dağ aşa,   
Dəli könül yar dalınca ha vara.   
 
Dastan eylər bu el-oba dərdimi,   
Kamil ovçu belə ov edərdimi?!   
Tapdım, dedim qaçmış ova dərdimi, 
Dedi çıx get, öz yerində ov ara.   
 
 
 
 
 
1970     
 
 


126 
 
Şairin gəraylı dünyası 
 
 
Aşıq  yaradıcılığında  həddən  artıq  çox 
yayılan,  yazılı  ədəbiyyatda  önəmli  yer  tutan 
gəraylılar 
Hüseyn  Kürdoğlu  yaradıcılığında 
aparıcı  janrlardandır.  Bunun  əsası  var.  Xalq 
yazıçısı  Mirzə  İbrahimov  təsadüfi  yazmırdı: 
“Azərbaycan  dilinin  təbiətinə  daha  uyğun  olan 
heca  vəzni  əsas  şeir  vəzni  olmuşdur.  Əsrlər  boyu 
davam  edən  daxili  proses  və  təkamül  nəticəsində 
bu  vəznlə  aşıq  şeirinin  qoşma,  gəraylı,  təcnis, 
müxəmməs  və  müsəddəs  kimi  əsas  formaları 
yaranmışdır.  Bu  formalar  içərisində  ən  çox 
yayılmış  qoşma  və  gəraylıdır.  Nəinki  ayrı-ayrı 
şeirlərin,  dastanların  da  əksəriyyətində  qoşma  və 
gəraylı hakim formadır...”. 
Anlaşıqlı,  canlı  danışıq  dilində  olduğundan 
qoş-ma  və  gəraylılar  ürəklərə  asanlıqla  yol  tapır 
və se-vilirlər. İnsanın ən incə, ülvi və kövrək hiss 
və  duy-ğuları,  daxili  aləmi,  psixoloji  anları 
gəraylılarda  poetik  və  obrazlı  ifadəsini  tapır. 
“Koroğlu”  dastanında  Nigar  xanımın  övladsızlıq 
dərdi  dörd  misralıq  bircə  gəraylıda  yüksək 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə