QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə18/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

96 
 
Arzumuz ürəkdən keçir
Buğdamız ələkdən keçir. 
Hər ömür ki, bir dünyadır, 
Doğulur, bələkdən keçir. 
*** 
Oxlandım ala göz ilə,   
Ağrısı getməz yüz ilə. 
Ürəyimə bir söz batıb,   
Çıxaran yoxdur söz ilə.   
*** 
Yazıq canım əldən gedir,   
Könlüm uçub güldən gedir. 
Kürdoğlu el dərdi çəkib,   
Deyən varmı eldən gedir?!   
Hüseyn  Kürdoğlunun  qoşma  dördlükləri 
saysız-hesabsızdır.  Şairin  gəraylı  dördlüklərindən 
fərq--li olaraq qoşma dördlükləri həm cinaslı, həm 
də cinassız olur. Cinaslı qoşma dördlüklərə yalnız 
Kürdoğlunun  yaradıcılığında  rast  gəlmişik.  Onun 
cinas  qoşma  dördlükləri  bənzərsizdir,  ecazkardır. 
Bir neçə nümunə veririk. Qoy oxucu istədiyi cinas 
qoşma dördlüyü qəlbinə həyan etsin:   


97 
 
Ömür sevinc ilə, dərd ilə yarı,   
Dünya aldatmasın dərd ilə yarı. 
Tale sevinc ilə yarıtmır məni,   
Deyir: Şair isən dərd ilə yarı.   
*** 
Tarixdə ucalıb söz qala-qala,   
Məndən də yurduma söz qala, qala.   
Ey tanrım, əlimdən alma qələmi,   
Qəlbimdə bu qədər söz qala-qala. 
*** 
Mənim təki varmı dərdin yazarı, 
Vətən deyir: yaz namusu, yaz arı. 
Naxələfin nə vecinə bu millət,   
Ya nalə çək, ya sızılda, ya zarı. 
*** 
Qocalsam da mənəm eşqin yazarı, 
Üzümdə qış, sözümdəsə yaz arı. 
Nə vecinə daş ürəkli dünyanın, 
Ya hıqqılda, ya zıqqılda, ya zarı.   
*** 
Bulud yoxdur, ay yaraşır ayaza,   
Şair könlüm ha zövq ala, ha yaza. 


98 
 
Qorxuram ki, günəşimçün ah çəkəm, 
Göy tutula, öz yolundan ay aza.   
*** 
Səhər-səhər bağçaya gəl gül iylə,   
Könül gülər su verdiyi gül iylə. 
Qəlbindən at dərdi, qəmi, həsrəti,   
Gül eşqinə tikanı da gül eylə.   
 
Şairin  cinassız  qoşma  dördlükləri  fikir 
aydınlığı, ibrətamizliyi və axıcılığı ilə seçilir.   
Yaralandı qaya, yaralandı daş,   
Top dəydi, daşından aralandı daş.   
Qəlbimi dəyişdim səbir daşına,   
Çəkdi vətən dərdi, paralandı daş.   
*** 
Qara şalın ay camala yaraşır,   
Gül yanağın qoşa xala yaraşır.   
Yalqız gəzmə, sənin kimi gözəlin   
Qucağına gözəl bala yaraşır.   
*** 
Bir ömür torpaqda çalışan babam, 
Dərdə, müsibətə alışan babam. 


99 
 
Bizə miras qoydu qeyrət qanından 
O Şaxanım nənəm, Alışan babam.   
*** 
Dağı da uçurub sellər aparır,   
Xəzələ dönürük, yellər aparır.   
Təkcə söz önündə acizdir zaman,   
Qalan hər nə varsa illər aparır.   
 
Şairin  cinassız  qoşma  dördlüklərində  vətən, 
el-oba  təəssübkeşliyi  ağrılı-acılı  misralarda  öz 
əksini tapır:   
 
Gözəl bir şəhərin söndü çırağı,   
Daşını, daş üstə qoymadı yağı.   
Getməz sinəmizdən məhşərə kimi,   
Xocalı yarası, Xocalı dağı.   
Şairi düşmən tapdağı altında qalan Vaqif, Sarı 
Aşıq,  Ələsgər,  Şəmşir  və  başqa  görkəmli 
şəxsiyyətlərin məzarlarının taleyi düşündürür:   
Ey bulud karvanı, dürr-gövhər gətir,   
Əyil, Qırxqızımdan çiçək dər, gətir.   
Qorxma bir az ləngi Cıdır düzündə,   


100 
 
Vaqif türbəsindən bir xəbər gətir. 
Şairin  satirik  dördlükləri  də  çoxdur.  İki 
nümunə verməklə kifayətləndik:   
Əyri danışırsan, düz görə-görə,   
Ağıl kəsə-kəsə, göz görə-görə. 
Bir çaylaq daşına dönəcək üzün,   
Sürtük adamlara üz görə-görə. 
*** 
Nifrəti, nifaqı kimlər qaynadır,   
Tarixə daş atma, tarix aynadır. 
Bizə at nallayıb, yüyən tutanlar 
İndi yurdumuzda köhlən oynadır.   
 
Şairin dördlükləri arasında ağılar da vardır:   
 
Kimdir o qızcığaz, nədir bu ağı,   
Yüz yerdən göynədi sinəmin dağı. 
Yamandır anadan yetim bir qızın, 
Ölmüş atasına layla çalmağı. 
Şairin  dördlükləri  arasında  xeyli  sayda  16 
hecadan ibarət olanları da vardır:   


101 
 
Yuvasına çathaçatda qarışqa leysana düşdü,   
Qərq oldu yaz yağışına, sanki bir ümmana düşdü. 
Kaş onu görəydi bulud, ləngidəydi yağışını,   
Hayıf kı, görə bilmədi, günahsız bir qana düşdü. 
Şairin bu qəbildən olan dördlükləri kimi, aşıq 
poeziyasında  məşhur  olan  müxəmməslərin də hər 
misrası  16  hecadan  ibarət  olur.  Lakin  saz 
havasının    melodik  axarı  ilə  bağlı  olaraq  aşıqlar 
hər  misranı  iki  yerə  bölüb  oxuyurlar.  Çox  vaxt 
müxəmməsləri  dəftərə  köçürəndə  də  iki  yerə 
bölürlər.  Misradaxili  bölgü  8+8  şəklində  olur. 
Hüseyn Kürdoğlunun 16 hecalı dördlüklərində də 
misradaxili  bölgü  8+8  şəklində  olur.  Dördlük 
belədir:   
Çıxar sinif qabağına, şeirini söylər Aytənim, 
Dərsdən beş alıb gələr, məni şad eylər Aytənim. 
Bu qədər ki, çox istəyir başıqarlı babasını 
O  bir  gün  daşa  dönəndə,  bilmirəm  neylər 
Aytənim. 
Şairin  16  hecalı  dördlüyünü  iki  yerə  böləndə 
göründüyü  kimi  müxəmməsə  çevrilir.  Aşıq 
yaradıcılığında bu “Müxəmməs gəraylı” adlanır.   


102 
 
Çıxar sinif qabağına, 
Şerini söylər Aytənim. 
Dərsdən beş alıb gələr,   
Məni şad eylər Aytənim. 
Bu qədər ki, çox istəyir   
Başıqarlı babasını,   
O, bir gün daşa dönəndə   
Bilmirəm neylər Aytənim?!   
Şairin  “Müxəmməs  gəraylı”ya  çevrilə  bilən 
xeyli sayda dördlükləri vardır:   
Necə gedim mən bu yolu, ayağıma qəm dolaşır,   
Tufan qopur, şimşək çaxır, çalxanıb aləm dolaşır.   
Dünyanı göstərir mənə gözündəki ilahi nur,   
Göz  qoyuram  dörd  bir  yana,  əhli-cəhənnəm 
dolaşır. 
Şairin bu qəlib dördlükləri rəngarəngdir: 
Duruxuram, ah çəkirəm, yeriyirəm bir az-bir az,   
Nə zamandır dərd içində əriyirəm bir az-bir az. 
Həsrətimin şələsindən əyilir dağ çiyinlərim, 
Kölgəmi də öz ardımca sürüyürəm bir az-bir az.   
Hüseyn  Kürdoğlunun  gerçək  həqiqətləri  əks 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə