QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə20/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

109 
 
bayatılarının  əldə  olanlarını,  ondan  əvvəl  Salman 
Mümtazın üç dəfə (1925, 1927, 1935) və Əhliman 
Axundovun  bir  dəfə  (1966)  çap  etdirdiyini 
göstərir. 
Qeyd edir ki, Qubadlının Xanlıq kəndində orta 
məktəbdə oxuyarkən, Qaçaq Nəbinin kəndi Aşağı 
Molluda  atasının  dostugildə  yaşayırmış.  Atasının 
dostunun  arvadı  Gilə  xala  sinədəftər  imiş.  Sarı 
Aşığın bir çox bayatılarını ondan eşidib yaddaşına 
kö-çü-rübmüş.  Bundan  əlavə  1953-cü  ildə 
“Laçın” qəzetinin qocaman əməkdaşı, şair Tapdıq 
Nəcibdən  bir  qalın  dəftər  bayatı  toplayıb  və 
dəftərin 
meşin 
cildinin 
üstündə 
qırmızı 
mürəkkəblə,  iri  hərflərlə,  məhəbbətlə  “Haqq 
Aşığı”  yazıb.  Şair  bu  münasibətlə  “Ön  söz”də 
qeyd  edir:  “Üstündə  qırmızı    mürəkkəblə  “Haqq 
Aşığı”  yazdığım  dəftər  yaxşıca  karıma  gəldi. 
Kitablarına  düşməyən  nə  qədər  bayatı  varmış. 
Naqis  nəşr  olunmuş,  mənası,  məzmunu  təhrif 
edilmiş  onlarca  bayatını  bərpa  etməyə  cəhd 
göstərdim.  Bütün  bayatıları  Aşığın  dilindən 
çıxdığı ilk şəklinə qaytarmaq istədim və  bu çətin 
işin öhdəsindən qismən gələ bildim”. 


110 
 
Hüseyn  Kürdoğlunun  şair  fəhmi,  Sarı  Aşığın 
yaşadığı  coğrafi  mühitin  özəlliklərinə,  xalqın 
düşüncə tərzinə, leksikonuna dərindən bələdlik ona 
Sarı  Aşığın  bayatılarının  nəşrindəki  qüsurları 
aradan  götürməyə  yardımçı  olmuşdur.  Onun  bu 
tarixi ədəbi vətəndaşlıq xidmətini M.Aslan yüksək 
qiymətləndirir,  bayatı  dünyasına  yaxından  bələd 
olan  qələm  əhli  kimi  öz  həmkarının  zəhmətini 
doğru  dəyərləndirir:  “İnsaf  naminə  deyim  ki, 
ölümsüz  cinaslı  bayatıların  ən  həssas  naşiri  elə 
məhz  Hüseyn  Kürdoğludur.  Uzun  zaman  ərzində 
Sarı  Aşığın  təhrif  olunmuş  bir  sıra  cinaslı 
bayatısını  bu  şair,  demək  olar  ki,  memarlıq 
abidəsində  olduğu  kimi  kərpic-kərpic,  daş-daş  və 
zərrə-zərrə  əslinə  uyğun  şəkildə  bərpa  etmişdir. 
(“Ekran-Efir” qəzeti, 12 iyun, 2004) 
Təbii  ki,  bu  ağır  işdə  ona  şairliyi  kömək 
etmişdir. Bayatı yazmaqda isə ona hər sətri böyük 
mənalar kəsb edən: 
Zülfün suda mar kimi
Oynar su damar kimi. 
Sızıldatdın Aşığı 
Yağa su damar kimi.   


111 
 
– dahiyanə cinas bayatı yazan, ustad hesab etdiyi 
Sarı Aşıqdan öyrənmiş və uğur qazanmışdır.   
Xüsusi  vurğulamaq  lazımdır  ki,  Hüseyn 
Kürdoğlu  bayatı  janrında  poema  yazmış  ilk  və 
yeganə  şairimizdir.  Şairin  bayatı-xoyrat  janrında 
yazılan  və  çap  olunan  iki  lirik  poeması  vardır: 
“Aşıq  və  Yaxşı”  (1993)  və  “Tovuzum  mənim, 
Oğuzum mənim” (1998) poemaları. Bu poemalara 
qədər  şair  Kərkük  xoyratlarından  ilhamlanaraq 
çox  sayda  bayatılar  yazmış,  “Min  bir  bayatı” 
(1992, 224 səh.) kitabını nəşr etdirmişdir. 
Kitabda  “Yolları  daşlı  Kərkük”  bölümü  də 
vardır.  Onlar  poetik  quruluşuna  görə  heç  də 
Kərkük xoyratlarından fərqlənmir: 
El sözü urvat imiş,  
Qənd imiş, nabat imiş. 
Bayatının bacısı 
 
Kərkükdə xoyrat imiş. 
Tərlanımın ovu yox, 
Qılıncımın sovu yox. 
Minmişəm qəm atına 
Başında cilovu yox. 


112 
 
Onu 
da 
deyək 
ki, 
H.Kürdoğlunun 
bayatı-xoyrat  yaradıcılığı  Kərkük  ellərində  sevilir 
və  yüksək  qiymətləndirilir.  Çünki  Kürdoğlunun 
yaratdığı, yük--sək bədii təfəkkürün məhsulu olan, 
dərin  məna  tu--tumu  ilə  fərqlənən  cinaslı  bayatı 
möcüzəsinə  yalnız  Kərkük  dolaylarında  rast 
gəlmək olur: 
Qara dərdim; 
Ağ səpdim, qara dərdim.   
  
Dağlarda qarmı qalar, 
  
Söyləsəm qara dərdim? 
  
(H.Kürdoğlu) 
Oda yandı; 
Ürəyim oda yandı. 
Su tökdüm oda sönsün, 
 Səpdiyim su da yandı. 
  
 
 
 
(Kərkük) 
Bunlar  da  Hüseyn  Kürdoğlunun  böyük 
Füzuli-yə həsr etdiyi bayatı və Kərkük xoyratının 
bənzəridir: 
Dünyadan keçdi, getdi, 


113 
 
Yaratdı, köçdü, getdi. 
O xoyrat bulağından 
Füzulim içdi getdi.  
 
 
Barı var; 
Qəm daşından barı var. 
Əkmişəm dərd ağacı, 
Hər fəsildə barı var. 
Hüseyn  Kürdoğlunun  bir  neçə  gözəl  poeması 
vardır. Biz onun yalnız bayatı üstündə yazılmış iki 
lirik  poemasından  –  “Aşıq  və  Yaxşı”  və 
“Tovuzum 
mənim, 
Oğuzum 
mənim” 
poemalarından söz açacağıq.   
Şairin  “Aşıq  və  Yaxşı”  lirik  poeması  Sarı 
Aşığa həsr olunmuşdur. Şair “Bağbansan, bağında 
boy atam gərək” – deyərək Sarı Aşığın davamçısı 
olduğunu etiraf edir.   
“Aşıq və Yaxşı” poeması qoşma və bayatılarla 
yazılıb.  Bu  o  deməkdir  ki,  şair  bütövlükdə 
ustadını təkrar etmək fikrində deyil. Aşağıda bənd 
deyilənləri təsdiqləyir:   
Bir dağam, başımın qarı təzədir,   
Şerimə bal çəkən arı təzədir.   


114 
 
Kökləri uludur, barı təzədir,   
Olmasın bir dənə boyatım mənim.   
Şairin  tamamilə  bayatı  janrında  yazdığı 
“Tovuzum mənim, Oğuzum mənim” lirik poeması 
mə-nim  60  illik  yubileyimə  həsr  olunsa  da,  üç 
də-fə  mə-nim  doğma  kəndimin  –  Tovuz 
rayonunun  Düz-qırıxlı  kəndinin  Mədəniyyət 
sarayında 
Respublika 
üzümçülərinin 
zona 
müşavirəsini  keçirmiş  ulu  ön-dərimiz  Heydər 
Əliyevin  “Tovuzun  gözəl  təbiəti,  zəngin  sərvəti 
vardır.  Onun  ən  zəngin  sərvəti  əməksevər 
insanlardır”  sözlərindən  ilhamlanan  şair  Tovuzun 
təbii 
gözəlliklərini, 
adlı-sanlı 
adamları-nı, 
adət-ənənəsini  incə  bədii  boyalarla,  məhəbbətlə 
vəsf  edir.  Eşidəndə  ki,  şair  poemanı  mənə  ithaf 
edib, düzü narahat oldum. Axı poema həsr ediləsi 
daha  layiqli  ziyalılarımız  var  –  deyə  düşündüm. 
Oxu-cu və ziyalıların qınağından çəkindim. Lakin 
şairin  poemaya  yazdığı  ön  sözün  əlyazmasını 
oxuyandan  sonra  narahatlığıma  son  qoyuldu. 
“Qəzənfər  müəllimin  Kərkük  bayatılarına  həsr 
olunmuş  kitabları  mənim  bayatı  yaradıcılığımda 
böyük  bir  dönüş  yaratdı,  bu  doğma  qədim  şeir 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə