QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə23/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   19   20   21   22   23   24   25   26   ...   46

127 
 
sənətkarlıqla öz ifadəsini tapıb:   
Necə baxım ev-eşiyə, 
Yaralı könlüm üşüyə, 
Toz bürümüş boş beşiyə 
Şirin layla çalan yoxdur. 
Gəraylılar  aşıq  havası  üstündə  oxunduğuna 
gö-rə  daha  geniş  yayılıblar.  Xalq  şairi  Hüseyn 
Arifin  “Meşəbəyi”si  gəraylı  üstündə  köklənib  və 
dillər  əzbərinə  çevrilib.  Həqiqət  budur  ki, 
gəraylılar  yazılı  ədəbiyyatda  geniş  yayılıb. 
AMEA-nın  müxbir  üzvü  Əziz  Mirəhmədovun 
“Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət” əsərində 
gəraylılardan  bəhs  edər-kən  Qasım  bəy  Zakirdən 
misal gətirməsi çox mətləblərdən xəbər verir:   
Qəm evində var olalı, 
Eşqə giriftar olalı, 
Yarımadıq yar olalı,   
Nə sən məndən, nə mən səndən.   
Qasım  bəy  Zakirdən  verilən  bu  örnəkdən  də 
göründüyü kimi, istər aşıq poeziyasının, istərsə də 
yazılı  ədəbiyyatın  ən  oynaq  şəkli  gəraylıdır. 


128 
 
Gəraylının  ən  yaxşı  nümunələrini  aşıq  sənətinin 
memarları  Qurbani,  Abbas  Tufarqanlı  və  başqa 
ustad aşıqlarımız, eləcə də M.Əmani, M.V.Vidadi 
başda  olmaqla  şairlərimiz  yaratmışlar.  Belə  bir 
mülahizə  vardır  ki,  gəraylı  qəzəl  janrının  daxili 
qafiyəli  nümunələrindən  yaranmışdır.  Bunun 
əksini də söyləmək olar. Çünki gəraylını asanlıqla 
qəzələ və ya qəzəli gəraylıya çevirmək olur.   
Nəsimi  və  Füzulinin  daxili  qafiyəli  qəzəlləri 
he-ca  vəzninə  yaxın  bəhrdə  yazıldığına  görə 
onları 
asanlıqla 
“gəraylı”  şəklinə  salmaq 
mümkündür.   
S.Vurğun  “20  bahar”  adlı  şeirində  Füzulinin 
qəzəlini gəraylı şəklinə salaraq öz şeirinin vəzninə 
uyğunlaşdırmışdır:   
Möhnət çəmənindən gül dərə-dərə,   
Ucaldı şairin ahı göylərə:   
“Şəbi-hicran yanar canım,   
Tökər qan çeşmi-giryanım,   
Oyadar xalqı əfqanım,   
Qara bəxtim oyanmazmı?” 
Füzuli yurdunun qəm səsidir bu, 


129 
 
Pərişan bir elin naləsidir bu.   
Nəsiminin:   
Allahu  əkbər,  ey  sənəm,  hüsnünə  heyran 
olmuşam,   
Qövsi  qüzəhdi  qaşların,  yayinə  qurban  olmuşam. 
– 
 
mətləi  ilə  başlayan  bu  və  ya  bir  çox  başqa 
qəzəllərini gəraylıya çevirmək olur:   
Allahu əkbər, ey sənəm,   
Hüsnünə heyran olmuşam.   
Qövsi qüzehdi qaşların,   
Yayinə qurban olmuşam.   
Bunu Hüseyn Kürdoğlunun yaradıcılığında da 
müşahidə etmək olar. Lakin şairin yaradıcılığın-da 
bunun  əksini  görürük.  O,  qəzəli  birbaşa  gəraylı 
şək-lində yazır:   
Gəl ey səadət mələyi,   
Eşqinə heyran olmuşam.   
Dörd yanımda gül əkmisən,   
Əhli-gülüstan olmuşam.   
və ya: 


130 
 
Təsəllilər təbəssümü,   
Fikri duman içindədir. 
Hardasan, ey vəfasızım   
Yastığım qan içindədir.   
Hüseyn Kürdoğlu tələbəlik illərindən başlamiş 
ömrünün  sonuna  qədər  gəraylı  yazmış  və 
zəmanəmizin  gəraylı  ustadına  çevrilmişdir.  Onun 
saysız-hesabsız  cinaslı  və  cinassız  gəraylıları 
vardır.   
Əsərin “Dördlüklər” bölümündə şairin gəraylı 
dörd-lüklərindən  söz  açmışıq.  Burada  bir  misalla 
ki---fayətlənirik:   
Qocalırıq, qarıyırıq,   
Budaq-budaq quruyuruq. 
Sağalmayan yaramızı,   
Xatirəylə sarıyırıq.   
Şairin təsnif üstə “Könül bağladım” və qoşma 
üstə  “Bəyənmir  məni”  adlı  məşhur  nəğmələrini 
çıxmaqla,  yerdə  qalan  bütün  nəğmələri  gəraylı 
üstündədir.  Buraya  “Xətrimə  dəymə”,  “Ay  qara 
qız”,  “Ay  mənim  qarabuğdayım”,  “Mənəm”, 
“Bilirsən  ki”,  “Nazında  yalan  yeri  var”, 
“Gecikmisən”,  “Biz  gedirik  Balbulağa”  kimi 


131 
 
aşıqların ilhamla oxuduğu nəğmələri aiddir. 
Bu 
nəğmələrdən 
bir 
neçə 
bəndi 
məmnuniyyətlə poeziyasevərlərə təqdim edirəm:   
Səni mələk bildiyimi, 
Bilirsən ki, bilirsən ki. 
Gözümdən yağan leysana 
Gülürsən ki, gülürsən ki. 
*** 
Ay camalın ayaz deyil,   
Sər-səhmanın taraz deyil.   
Nazın da həmən naz deyil, 
Nazında yalan yeri var. 
*** 
Ay camalın bir tamaşa,   
Qurbanam bu gözə, qaşa. 
Yaraşıqsan başdan-başa, 
Ayın, günün hər vaxtında. 
Şairin gəraylı janrında yazılmış yumoristik və 
satirik şeirləri də vardır:   
Kürdoğluya hədyan demə,   
Xam atı öyrədir gəmə. 


132 
 
Dəyib qızarmamış yemə,   
Sonra gilasdan incimə. 
Zəmanədən şikayət, qəm, qüssə, kədər, insanın 
psixoloji durumu, Kürdoğlunun gəraylılarının ana 
xəttini təşkil edir.   
Nə söyləyim qaçqın elə, 
Bax gözümdən axan selə. 
O yurda dönməyim hələ 
Gümandır, güman, ay duman!   
*** 
Hökmdar pul olan yerdə
Ədalət qul olan yerdə. 
Yamanlıq bol olan yerdə 
Yaxşılıq xoşa gəlmədi. 
*** 
Basdırma, torpaq yanmasın,   
Oğlum, axıt çaya məni. 
Vətən dərdi sönməz olur,   
Aparsın dəryaya məni. 
*** 
Hanı gözəl Qarabağım,   
Dağıtdılar dağım-dağım. 


133 
 
Sinəmi göynədən dağım 
Döndərdi bir yaya məni. 
*** 
Satmışıq namusu-arı,   
Xainlər düşmənlə yarı. 
Dağlarda dağlıq vüqarı,   
Çöllərdə çöllük qalmadı. 
 
Bununla 
belə, 
şairin 
təbiəti, 
insanın 
gözəlliyini,  eşqi-məhəbbəti  tərənnüm  edən 
gəraylıları da qədərincədir:   
 
Qışı da xoşdur Qubanın,   
Gül açan baharı kimi. 
Orman üstə qar oynaşır 
Beçə vermiş arı kimi.   
*** 
Həm dərdimsən, həm dərmanım,   
Həm gülümsən, həm tikanım. 
Həm dağımsan, həm dumanım, 
Ay qara qız, ay qara qız!   
*** 
Sənsiz bağrım qana dönər,   


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə