QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə26/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   22   23   24   25   26   27   28   29   ...   46

149 
 
Qərq oldunuz qanlı selə, Gülyana!   
Mən bu dərdi necə deyim ellərə,   
Ürək yana, dodaq yana, dil yana,   
 
 
Ah, Gülyana, Gülyana!   
Balaların selə düşən çiçəkdi,   
Özün kimi nə gözəldi, göyçəkdi?!   
Heç bildinmi atan, anan nə çəkdi,   
Dözmək olmur bu nisgilə, Gülyana!   
Zaman burda öz köçünü ləngidə, 
Gün ağlaya, Ay sızlaya, il yana,   
 
 
Ah, Gülyana, Gülyana!   
Ana dağlar can qalamış oduna,   
Fərq olmadı yaxınına, yadına. 
Kürdoğlu da ağı yazdı adına,   
Qan-yaş tökdü gilə-gilə, Gülyana! 
Ağlamasın üç məzarı qazanlar,   
Qorxuram ki, külüng yana, bel yana,   
 
 
Ah, Gülyana, Gülyana!   
Şairin  tələbə  yoldaşı  akademik  Tofiq 
Hacıye-vin 
oğlu,  Leninqradda  Şərqşünaslıq 
İnstitutunda 4-cü kursda oxuyan gənc şair İsmayıl 
atasının  gözü  önün-də  yay  vaxtı  Xəzər  dənizində 


150 
 
batanda Hüseyn Kürdoğlu “Ruhun dənizdə yaşar” 
adlı ağı yazmışdı. Ürəklərə od salan həmin ağıdan 
üç bəndi oxuculara təqdim edirəm. Burada şair bir 
filosof  kimi,  dünyanın  keşməkeşlərini  dərindən 
duyan psixoloq kimi çıxış edir:   
Atan sahildə durmuş, göz dikib dalğalara,   
Sahil qayalarıtək onun da bağrı yara.   
Xəyalı səni gəzir dəryanı yara-yara,   
Bəlkə məskənin olmuş su altında Səbayıl,   
 
 
 
 
Ah, İsmayıl, İsmayıl! 
Açılmadı qönçədən min bir muradın sənin,   
Bir gözəlin köksündə çırpınar adın sənin.   
O mavi səltənətdə kimdir ustadın sənin,   
Bəlkə şerini dinlər, ölməz Müşfiq Mikayıl,   
Ah, İsmayıl, İsmayıl!   
Atan sahildə durmuş min ilin həsrətiylə,   
Qayalar oyum-oyum Xəzərin hiddətiylə. 
Ruhun dənizdə yaşar allah ülviyyətiylə,   
Günəş kimi, Ay kimi atan dənizə mail,   
 
 
Anan dənizə mail,   
 
 
 
 
Ah, İsmayıl, İsmayıl! 
 
 
 
 
 
 


151 
 
 
23.02.1991   
Şairin İsmayılın xatirəsinə həsr etdiyi “Kaş ki 
su pərisi gerçək olaydı” adlı ağısı da var.   
Hüseyn Kürdoğlunun qardaşı Seyfi müəllimin 
xatirəsinə  həsr  etdiyi  “İl  gəldi  getdi”,  Aşıq 
Şəmşi-rə  həsr  etdiyi  “Məzarının  başında”, 
dünyasını vaxt-sız dəyişən gözəl şair Eldar Baxışa 
həsr  etdiyi  ağıla-rı  da  çox  təsirlidir.  Onları 
oxuduqca adam haldan- 
hala düşür. Ola bilsin ki, onları şəxsən tanıdığı-ma 
görə məni çox təsirləndirib. Həqiqət budur ki,   
şairin  ağılarını  ürək  ağrısız  oxumaq  olmur. 
Hüseyn Kürdoğlunun ən təsirli ağılarından biri də 
beş il ADU-nun filologiya fakültəsində bir qrupda 
oxu-du-ğu,  görkəmli  alim  Yaşar  Qarayevin 
xatirəsinə həsr etdiyi:   
Sanki zülmət gecə çıraq itirdik,   
Sanki yanıq çöldə bulaq itirdik. 
Ölüm nə amansız bir qəsbkarmış,   
Şah dağından uca bir dağ itirdik – dördlüyü   
və  “Nə  deyim  zamana,  qardaş”  ağısıdır.  Şair 
sanki qüdrətli rəssam fırçası ilə ədəbiyyatşünaslıq 


152 
 
elmimizin iftixarının portretini yaratmışdır:   
Dərdinə loğmanlar əlac tapmadı,   
Tale yaman imiş, yaman, a qardaş!   
Nə tez qələmindən ayırdı səni,   
Nə deyim, nə deyim zamana, qardaş?!   
 
Gözəl arzuların açırdı gül-gül,   
Budaq sındırırdı barın ilbəil.   
Elə bil bağrıma ox batdı qəfil,   
Qəddimi döndərdi kamana, qardaş.   
Nur saçan zəkalar az yaranır, az,   
Xəyalın dupduru, kamalın ayaz.   
Gözümün yaşına yaş demək olmaz,   
Qandır gözlərimdən daman, a qardaş!   
Deyirdin sağalım, bir durub gəzək,   
Laçın dağlarında gəzdiyimiz tək. 
Neyləyim, belədir kor olmuş fələk,   
Baxmayır yaxşıya-yamana, qardaş.   
Bütün türk elləri əziz simsarın,   
Dönülməz diyara düşdü güzarın.   
Ziyarətgah olar bir gün məzarın,   


153 
 
Sorağın yayılar cahana, qardaş.   
Sən qalib gəlmisən zamana, qardaş! 
 
 
 
 
28.08.2002   
 
Şairin  ağıları  bir  yandan  onun  qələminin 
qüdrətindən, digər tərəfdən də dünyasını dəyişmiş 
insanların ruhuna ehtiramdan söz açır.   
 
 
 
 
 
 
 
 
 


154 
 
Rübailər 
 
 
Türkdilli poeziyada geniş yayılan rübailərin ən 
yaxşı  nümunələrinə  XII  əsr  Azərbaycan  şairəsi 
Məhsəti Gəncəvinin yaradıcılığında təsadüf edilir. 
Qoşmada  olduğu  kimi,  bu  lirik  şeir  formasının 
birinci,  ikinci  və  dördüncü  misraları  həmqafiyə, 
üçüncü misrası isə sərbəst olur. Bəzən həmqafiyə 
sözlərdən sonra bir söz və ya ifadədən ibarət rədif 
də gələ bilər.   
Hüseyn  Kürdoğlunun  “Qaya  çiçəkləri” 
(Gənclik, 1970) kitabının redaktoru və kitaba çox 
maraqlı,  fikir  dolğunluğu  ilə  seçilən  “Mətanət  və 
zəriflik”  adlı  ön  söz  yazan  şair-alim  Qasım 
Qasımzadə rübailərdən geniş söz açmışdır: 
“Şərq poeziyasında geniş yayılıb şöhrət tapmış 
rübai-dördlük 
forması 
zamanın 
minillik 
sınağından  keçmiş  şeir  şəkillərindən  biridir.  Bu 
forma  öz  təravətini,  təsir  gücünü  ləyaqətlə 
qoruyub  hifz  etməkdədir.  Xəyyam,  Məhsəti 
poeziyası  bu  sahədə  elə  siqlətli,  aydın  və 
qocalmaz  ənənə-irs  qoymuşdur  ki,  hər  şair 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə