QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə29/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

167 
 
Salmanov,  Ağacavad  Əlizadə,  İbrahim  Göyçaylı, 
Həmid Abbas, Teyyub Qurban, Əbülfəz İbadoğlu, 
Cəfər  Cəfərov,  Vaqif  Hüseynov,  Firudin  Ağayev 
və  başqaları  da  onlarla  bir  qrupda  oxuyurmuş  – 
Q.P.).  Gecə-gündüz  universitetin  kitabxanasından 
çıxmırdı.  Müdam  fikirli  görünərdi.  Elə  bil  bu 
zəmanənin  adamı  deyildi,  başqa  planetdən 
gəlmişdi.  Görünür,  təbiəti  ilə  yanaşı,  şairliyi  də 
onu  bu  günə  qoymuşdu.  (Bax  “Bir  şeir 
bulağıydım”, Bakı, “Sabah”, 2014, s.177-178) 
Hüseyn Kürdoğlunun Humaya həsr etdiyi   
şeir--lərindən  göründüyü  kimi,  şairin  ilk 
məhəbbə-ti  də  öz  işini  görmüş,  onu  zəmanənin 
adamların-dan fərq-ləndirmişdir. Həqiqətən də ilk 
məhəbbət  heç  vaxt  unudulmur,  insanın  qəlbində 
əbədi məskən sa-lır. 
İllərcə  öncə  eşitdiyim  “İlk  məhəbbət” 
mahnı-sı-nı,  xüsusən  də  “Hər  yara  sağalıb 
unudulsa  da,  Sa-ğalmaz  yarası  ilk  məhəbbətin” 
misralarını 
din-lə-----yəndə  nədənsə  həmişə 
haldan-hala  düşmü-şəm.  Gənc---liyimi,  arzularla 
yaşadığım,  bir  sözlə,  fə-rəh-lən---diyim  və  ya 
küskün  olduğum  unudulmaz  günləri  yada 


168 
 
salmışam.  Hüseyn  Kürdoğlunun  yaradıcılığı  və 
həyatı ilə yaxından tanış olanda gördüm ki, həmin 
mahnı  sanki  onun  ilk  məhəbbət  olaylarını  dilə 
gətirib.  Odur  ki,  bu  fəslə  “Sağalmaz  yarası  ilk 
məhəbbətin” başlığını verdim. 
Hüseyn  Kürdoğlu  da  gənclik  illərini  və  ilk 
mə-həbbətini  unuda  bilmir,  ilk  məhəbbətin 
yanğısı  şairin  yaradıcılığının  kədərlə  yoğrulmuş 
əsas mövzularından biri olur.   
On  bənddən  ibarət  “Oxu,  qaratoyuq”  şeiri 
şairin ümid sorağında olan iztirablarını əks etdirir: 
Bəlkə üzü dönmüş o dağlar qızı 
Kövrəlib, sorağa göndərib səni. 
Bəlkə xəyalısan, bəlkə arzusu, 
Sehr ilə bir quşa döndərib səni?! 
Oxu, keçən günlər bir-bir oyansın, 
Kürdoğlu dağlardan aralansa da. 
Oxu, bu həsrətə dözsün, dayansın, 
Köksündə ürəyi paralansa da. 
Və ya:   
Dağ aşıb yanına gələydim sənin, 


169 
 
Gözünün yaşını siləydim sənin. 
Başına dolanıb, üzündən öpüb, 
Ayağın altında öləydim sənin. 
Hüseyn  Kürdoğlu  ürəyinin  odu  ilə  yazdığı 
sev-gi məktubları və şeirlərini Humay müəlliməyə 
gön-dərir. 
Humay  müəllimə  aralarında  olan  yaş  fərqini, 
ucqar  dağ  kəndində  müəllimə  olduğunu  nəzərə 
alır,  qadın  həssaslığı  ilə  dərk  edir  ki,  bu  sevgi 
dastanı  yarımçıq  qalacaq.  Odur  ki,  əvvəlcə 
Hüseyndən gələn sevgi məktublarına və şeirlərinə 
cavab vermir, sonra isə yazır ki, ərə gedib.   
Hüseyn  Kürdoğlu  bu  acı  xəbərə  inanmır. 
“İnanmıram” adlı şeir yazıb Humaya göndərsə də 
cavab  almır.  1954-cü  ildə  yazılmış  şeiri  burada 
oxuculara  təqdim  etməyi  münasib  bildim.  I  kurs 
tələbəsinin  bu  səviyyədə  şeir  yazması  özü  onun 
gələcəkdə  adlı-sanlı  şair  olacağından  xəbər  verir. 
Bu  şeirdən  Müşfiq  ətri,  Müşfiq  həyəcanları 
duyulur:   
           
 
 


170 
 
İnanmıram   
Yadındamı, sevgilim, aylı bahar axşamı,   
Yaşıl meşə, dağ döşü, bulaq üstü, tək çinar?   
Yadındamı ilk görüş, o əhd, ilqar axşamı?..   
Unutdunsa bunları bəs dünyada nəyin var?   
Sükut bizi dinlədi, pıçıldadıq yavaşdan 
Günəş üzlü bir eşqin o müqəddəs andını.   
Yatan quşlar oyanıb qulaq asdı ağacdan 
“Mən sevirəm” söyləyib çəkən zaman adını.   
Görüşəndə baxışlar, onun sirli odundan 
Alışıb nur çilədi göy üzünə ulduzlar.   
Ay da gülümsəyərək bizə baxdı bu zaman,   
Sanki o da deyirdi pozulmasın düz ilqar.   
Mehdən ətir göndərib təbrik etdi çiçəklər,   
Bulaq suyu ney tutub mahnı qoşdu vüsala.   
Dedik belə birləşə bütün sevən ürəklər,   
Bizim kimi hər insan öz eşqindən kam ala. 
İndi qaşım çatılı, məktubuma cavab yox... 
Röyadırmı o günlər, etibarın bəs hanı?   
Ürəyimdə nə şadlıq, nə təsəlli, nə tab yox,   
Unutmusan deyirlər, unutmusan peymanı.   


171 
 
Yox, yox! Necə inanım, eşqimizin andı var,   
Uçmamışdır o dağlar, kül olmamış o meşə.   
Qurumamış o bulaq, kəsilməmiş tək çinar,   
Yenə ətir paylayır boynu bükük bənövşə.   
İnanmıram, yalandır, inanmıram buna mən.   
Ağlamasın ürəyim, titrəməsin qoy dilim. 
Eşqimizin şahidi ay da baxır üfüqdən,   
Ulduzlar da yanır, yox, inanmıram, sevgilim!   
Hüseyn  bu  ülvi,  müqəddəs  məhəbbətin  sona 
yet-məsinə acıyır:   
Yatdıq ot tayasında bir vaxt kürək-kürəyə,   
Ləkə düşməsin dedin müqəddəs bir diləyə.   
Sübhə kimi bircə an yumulmadı gözümüz,   
Ehtirasın alovu tufan saldı ürəyə.   
O taya od tutaydı, kaş yanıb kül olaydıq,   
Əsli-Kərəm eşqitək nağıllarda qalaydıq.   
Qarışaydıq torpağa, dönəydik gül-çiçəyə,   
Hər bahar bu çəməndə açılaydıq, solaydıq.   
Şair  sinəsini  yandırıb-yaxan,  süngü  yarasına 
dö---nən xatirələrlə yaşayır: 
Məni xatirələr yandırıb-yaxır, 


172 
 
Yüz yerdən sinəmə süngülər taxır. 
Eşqin sərxoşuydum Laçında bir vaxt
Selə qərq olurkən ayıldım axır. 
*** 
Məni tərk elədin hicran içində,   
Bilmirəm heç kimin can sirdaşısan. 
Canlı görünsən də insan içində 
Ölən sevgimizin məzar daşısan.   
*** 
Çəkmək olmur ayrılığın yükünü,   
Bir də gəzim o gözəllik mülkünü. 
Kim unudar məhəbbətin ilkini
İlk vüsalın nübarına qurbanam.   
*** 
Qanadı tez qırıldı o kövrək xəyalımın, 
Sağalmadı yarası bu ayrılıq zalımın. 
İlk eşqimin elçisi bənövşə dəstəsiydi, 
Ömrü bənövşə kimi az oldu vüsalımın. 
*** 
Xatirə leysanı yağır gözümdən, 
Görüş bulağımız axır gözümdən. 
Qəlbimdə gizlənib iyirmi yaşın, 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə