QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə25/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

142 
 
möhnətinin  yanğısıdır,  dünyasını  qəfil  dəyişmiş 
gənclərin, görkəmli şəxsiyyətlərin yanğısıdır.   
Dünya  bina  olandan  qəm  yükünü  daşımaq 
şairlərin alın yazısı, qismət payı olmuşdur. Böyük 
yaradan  bu  payı  Hüseyn  Kürdoğludan  da 
əsirgəməmişdir. “Meşələrində düşmən mərmisinin 
səsindən  bənövşə  qorxa-qorxa  çiçək  açdığı” 
Laçının yüzdən artıq şəhidinin qəhrəmanlığından, 
şəhidlik zirvəsinə yüksəlməsindən bəhs edən “Hər 
şəhid  bir  nəğmədir”  (Bakı,  “Ozan”,  1999)  kitabı 
da şairin üzüntüləri, ürək  ağrısı və göz  yaşları ilə 
yazılıb.  Şairin  kitabda  yer  alan  “Hələ  son  sözüm 
deyil” adlı ilk şeirində göstərilir ki, yüzlərlə başqa 
şəhidlərdən  söz  aça  bilməyib.  Onlar  qarşısında 
günahkar olduğunu qələmə alır:   
 
Ey mənim kitabıma adı düşməyən igid,   
Bağışla bu qocanı, keç sonsuz günahından.   
Son mənzilin hardasa mənim qibləgahımdır,   
Qəbrinə nur çilənsin xaliqin dərgahından.   
Şəhid  nəğmələrinin  bəziləri  döyüş  və  zəfər 
marşlarını  xatırlatsa  da,  əksəriyyəti  ağı  və 
laylalardır.   


143 
 
“Yadigarım, a laylay” ağısında olduğu kimi:   
Sızıldaram beşiyinin başında,   
Eşqimizdən ilk nübarım, a laylay.   
Yetim qaldın təzə gəlin yaşımda, 
Təkcə balam, təkcə barım, a laylay, 
Yadigarım, a laylay.   
Canım titrər bu çovğunda, bu qarda,   
Sən beşikdə, atan soyuq məzarda.   
Qana batdı bir qorxulu güzarda,   
Qara daşdan baxan yarım, a laylay,   
Yadigarım, a laylay. 
Beşiyində şirin-şirin yatasan,   
Böyüyəsən, boya-başa çatasan.   
Qismət ola, görəm sən də atasan,   
Körpə dünyam, ruzigarım, a laylay, 
Yadigarım, a laylay. 
“Hər  şəhid  bir  nəğmədir”  kitabı  şəhid 
ata-analarına,  qardaş-bacılarına,  qohum,  dost, 
tanışlarına, ümumən, oxuculara təsəlli və təskinlik 
baxımından böyük dəyər kəsb edir. 
Şairin  dörd  misralı,  formaca  bayatılara  oxşar, 
məzmunca fərqlənən ağıları çoxdur:   


144 
 
Düzü bağlar,   
Ağdamın düzü bağlar. 
Könlüm vətən dərdini 
Varağa düzüb ağlar.   
*** 
Mən ölsəm, Laçın ağlar,   
Yolar ağ saçın, ağlar. 
Göydən keçən durnalar 
Ləngidər köçün, ağlar.   
*** 
Çeşmələr axıb ağlar,   
Yandırıb-yaxıb ağlar.   
Viranə qalmış yaylaq   
Yollara baxıb ağlar.   
*** 
Ağacda xəzəl ağlar
Dibində gözəl ağlar.   
Belə oğlu ölənlər   
Sərgərdər gəzər ağlar.   
***               
Yurd ağrısı başımda,   
Qəm düyünü qaşımda. 


145 
 
Mindim ümid qayığı,   
Üzürəm göz yaşımda. 
Şairin dördlükvari ağıları da az deyildir:   
Kimdir o qızcığaz, nədir bu ağı,   
Yüz yerdən göynədi sinəmin dağı.   
Yamandır anadan yetim bir qızın 
Ölmüş atasına layla çalmağı.   
Şairin müxəmməs üstündə də ağıları vardır: 
Vaxtsız getdi, yuvasında 
Beş quzu qaldı bacımın. 
İki qəşəng oğul payı, 
Üç qızı qaldı bacımın. 
Halıydım hər ələmindən, 
Özündən gizli qəmindən. 
Ürəyində matəmindən 
Min sızı qaldı bacımın. 
Şairin  təsnif  üstündə  də  ağıları  vardır.  Əri 
Qarabağda 
şəhid  olmuş,  yurd-yuvalarından 
didərgin  düşmüş,  qucağında  körpə  balası  laçınlı 
gəlinin  “qə-ribəm”  deyərək  yanğı  ilə  bayatı 
deməsi  şairi  köyrəltmiş,  təsəllini  ona  şeirlə  -  ağı 
ilə təskinlikdə tapmışdır:   


146 
 
 
Özünə qərib demə 
Yuvası yanmış sonam,   
Özünə qərib demə. 
Doğmaca balam təki 
Taleyinə həyanam. 
Yanar bağrımın başı,   
Özünə qərib demə. 
Qızın bir ağ çiçəkdir,   
Çiçəkdən də qəşəngdir.   
Şəhid olmuş igiddən 
Sənə yadigar qalan,   
İşıqlı bir ürəkdir,   
Bəslə bu göyərçini 
Qızına qərib demə,   
Özünə qərib demə.   
Şairin  gəraylı  üstündə  yazılmış  ağıları  da 
çoxdur.  Burada  1967-ci  ildə  şairin  doğma  kəndi 
Mollaəhmədlidə  Seyid  Hacib  ağanın  ailəsində 
anadan 
olan, 
1988-ci 
ildə 
Əfqanıstan 
döyüşlərindən  qayıdan,  1992-ci  il  iyunun  24-də 
Ağdam  rayonunun  Abdal  Gülablı  kəndi  uğrunda 


147 
 
döyüşlərdə  həlak  olan  Cabbarov  Cavanşirin 
xatirəsinə yazdığı “Talan düşdü” ağısını veririk:   
Sonbeşiyim, ciyərparam,   
Elə qurban olan oğul. 
Adaşıntək aslan idin,   
Uçdu sənin qalan, oğul!   
Yarın ağlar hönkür-hönkür,   
Ürəyimə zülmət çökür.   
Qəbrin üstə qan-yaş tökür   
İki körpə balan, oğul!   
Şığıyırdın neçə dağa,   
Üstünə od yağa-yağa.   
Can qıymısan Qarabağa,   
Yağıdan can alan oğul!   
Minərdin köhlən atına,   
Çıxardın göylər qatına.   
Əhmədlinin büsatına 
Talan düşdü, talan, oğul!   
Orda safdır məhəbbət də,   
Həqiqət də, ədalət də. 
Elə bil ki, o cənnət də 
Yalan imiş, yalan, oğul!   


148 
 
Şairin elə ağıları var ki, oxuyanda adam özünü 
müsibətə  qərq  olmuş  insanın  qohumlarının, 
əzizlə-ri-nin yerində hiss edir, gözündən yaş gəlir. 
Hüseyn Kürdoğluya həsr etdiyim əsərimin “Ağılar 
bölümü”nü  tale  elə  gətirdi  ki,  İstanbulda  (12-17 
may  2016-cı  il)  “The  house  hotel”də  yazdım. 
Şairin  Gül--yana  ağısını  köçürəndə  göz  yaşlarına 
qərq  oldum.  Bəlkə  bu,  uşaqlıqdan  anadan  yetim 
qalmağımla  bağlı  idi,  bilmirəm.  Bir  onu  bilirəm 
ki,  həyat  yoldaşım  Arəstə  Mikayıl  qızı  məni 
çətinliklə sakitləşdirə bildi. Yeddi bənddən ibarət 
həmin ağının üç bəndini oxuculara təqdim edirəm:   
 
 
Gülyana 
Laçının  Qarıqışlaq  kəndində  balalarını  sel 
ağzından xilas etmək istəsə də, iki körpəsi – Zülfü 
və  Süleymanla  birlikdə  həlak  olan  Gülyana 
Tanrıverdiyevanın nisgilli xatirəsinə   
Dağ titrədən, dağ uçuran bu zaval   
Hardan gəldi, hardan belə, Gülyana?!   
Balaların qoşa ulduz, özün ay,   


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə