QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə14/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   10   11   12   13   14   15   16   17   ...   46

74 
 
Tərsinə dolanır dövran, bənövşə.   
On ildir Qırxqızda bənövşə bitmir,   
Şuşa dağlarından durnalar ötmür.   
Vaqifin harayı bir yana yetmir,   
Virandır Qarabağ, viran, bənövşə.   
Şair  Məmməd  Aslan  bəlkə  də  Hüseyn 
Kürdoğlunun  “Ağlat  məni,  bənövşə”  şeirindən 
təsirlənərək  qəm,  qüssə,  kədərin  zirvəsi  olan 
“Ağla, qərənfil, ağla” ağısını yazmışdır:   
Bu bədənsiz qollara,   
Bu uçurum yollara,   
Bu yiyəsiz qullara 
Ağla, qərənfil, ağla.   
Şairin  “Bənövşə”  silsiləsindən,  xüsusən  “Ağ 
bənövşə”  şeirindən  təsirlənərək  bir  çox  şairlər 
nəzirələr  yazmışlar:  tanınmış  şair,  şərqşünas  alim 
Abbasəli  Sarovlu,  Əli  Qurban  Dastançı,  Sabir 
Eyvazov  və  başqaları.  Bu  şeirlərin  hər  birində 
Hüseyn  Kürdoğlunun  qəm-qüssəsi,  kədəri,  el-oba 
həsrəti  duyulur.  Çünki  nəzirənin  tələbindən  asılı 
olaraq 
bu 
şeirlərin 
hər 
biri 
Kürdoğlu 
əhvali-ruhiyyəsinə köklənmişdir:   


75 
 
Əcəl gözlərimi bağlayan zaman,   
Sadiq ürəkləri dağlayan zaman.   
Bahar buludları ağlayan zaman,   
Açıl qəbrim üstə hər yaz, bənövşə,   
 
 
 
              bəyaz bənövşə! 
 
 
 
 
(Abbasəli Sarovlu)   
Laçın dağları dustaq,   
Eh! Özü də nə sayaq!   
Çıxıb dərd məhvərindən 
Dayanıbdır baş-ayaq.   
Satqınların əliylə   
Necə də düşdük işə –   
Bənövşə, ay bənövşə!   
Tamarzıyam ətrinə,   
Gir şerimin sətrinə. 
Ölüm ondan yaxşıdır   
Yad dəydikcə xətrinə. 
Deyirəm ləçəyindən 
Kaş qəbrimə pay düşə –   
Bənövşə, ay bənövşə!   
 
 
 
(Sabir Eyvazov)   
Ağ atın üstündə düşdün dağlara,   
Qoşdun neçə nəğmə o gözəl yara.   


76 
 
Bənövşə, şairin düşübdür dara,   
Quzeydən əsəndə bir küləklə gəl,   
O xoş rayihənlə, ağ çiçəklə gəl.   
 
 
 
 
(Əli Qurban Dastançı) 
Biz  burada  Hüseyn  Kürdoğlunun  yalnız 
“bənövşə” 
silsiləsindən 
olan 
şeirlərinə 
nəzirələrdən  söz  açdıq.  Şairin  şeirlərinə  yazılan 
nəzirələrin  sayı-hesabı  yoxdur.  Biz  hələ  şairə 
ünvanlanan  şeir--məktubları  və  şairin  cavablarını 
demirik. 
Təkcə 
Aşıq 
Şəmşirin 
Hüseyn 
Kürdoğluya 
həsr 
elədiyi 
it-hafları 
və 
şeir-məktubları iyirmiyə çatır. Bu o de-məkdir ki, 
şeir-məktublar,  xüsusən  də  ithaflar  və  nə-zirələr 
poeziyamızda 
geniş 
vüsət 
almışdır. 
Bu, 
poeziyamızda  qəbul  olunan,  onu  daha  da 
zənginləşdirən  yoldur.  Şairin  həyəcanlarını,  ürək 
döyüntülərini  ifadə  etmək  üsuludur.  Xalq  şairi 
Məmməd  Arazın  məşhur  “Salamat  qal”  şeirinə 
şair  Rasim  Kərimlinin  çox  uğurlu,  ürəkləri  fəth 
edən nəzirəsi – “Salamat qal”ı da beləcə yaranıb.   
Laylamı bu yerdə çalıb bülbüllər,   
Ətrini könlümə bəxş edib güllər.   
Nərgizli çəmənlər, laləli çöllər,   


77 
 
Nəğməli meşələr, sağ-salamat qal.   
“Bənövşə”  silsiləsindən  olan  şeirlərdən  də 
göründüyü  kimi,  şairin  ömrünün  sonuna  yaxın 
poezi-yasında  zamanın  gərdişi  ilə  bədbinlik, 
həzinlik  baş  alıb  gedir.  Doğrudur,  Qarabağ 
hadisələrinə,  xüsu-sən  də  Laçın  düşmən  tapdağı 
altına  düşənə  qədər  şairin  şeirlərində  poeziyaya 
xas  olan  həzinliyə, bəd-binliyə  az  da olsa  təsadüf 
edilirdi.  Qarabağ  hadisələrindən  sonra  şairin 
poeziyasındakı həzinlik ah-naləyə çevrildi:   
Möhlət ver, ey Tanrı, möhlət ver bir az,   
Laçın azad olsun, ölüm Laçında.   
Öpüm torpağını ölümdən əvvəl,   
Bir dinə-imana gəlim Laçında.   
Şairin bədbinliyi son həddə çatdı:   
Laçın torpağına qismət olmasam,   
Pay verin çöllərdə qurd-quşa məni,   
və ya: 
Məni basdırmayın, atın qurd-quşa,   
Kök atıb dünyanı dərdim tutmasın –   
deyə inlədi. 


78 
 
Açığını deyim ki, bu və aşağıdakı misraları 
təhlilə çəkməyə qüdrətim çatmadı. 
Deyirlər  göz  yaşının  nə  olduğunu  əvvəllər 
ağlamış  adam  bilər  (Yetim  yanağı  bilir,  göz  yaşı 
necə  dağlar  –  Kərkük  bayatısından).  El-oba 
həsrəti,  el-oba  möhnəti  çəkmiş,  doğma  yerlərdən 
didərgin  düşmüş  adamlar  bilər  göz  yaşının  nə 
olduğunu.   
O  da  olsun  “Vətəndə  vətən  gəzmək”  zorunda 
qalan,  “Torpaqsız  da  ümid  gülü  bitərmi?”  – 
deyən, Kürdoğlu kimi kövrək qəlbli bir şair. Laçın 
həsrətinin  el-oba  möhnətinin  yanğısı  sağalmaz 
dərdə, ələmə çevrilir şairin ürəyində:   
Xəyalım göylərdən enə bilmədi,   
Yanmış yuvasına dönə bilmədi.   
Soruşdum Laçını Günəşdən, Aydan,   
Qəhərdən boğulub dinə bilmədi.   
*** 
Qəlbimi dəyişdim səbir daşına,   
Çəkdi vətən dərdi, paralandı daş.   
Bu sətirləri “Qarabağ kədərini, Laçın həsrətini 
dərd motivinə döndərən, bu dərdli ağrını ölənədək 


79 
 
yaşadan”  (Əpoş  Vəliyev)  şair  yaza  bilərdi.  Yazdı 
da.  Tezliklə  şairin  “Yaralı  torpağım,  yaralı 
sevgim”  kitabı  (Bakı,  1997)  çıxdı.  Onun  ürək 
çırpıntılarını,  üzüntülərini,  dərd-ələmini  əks 
etdirən,  ürəklərə  od  salan  şeirlərini  oxuyaraq 
akademik Tofiq Hacıyev bəyan etdi: 
“Bütün 
məsuliyyəti 
ilə 
deyirəm 
ki, 
millətimizin  bugünkü  böyük  dərdindən,  Qarabaq 
faciəsindən heç kəs Hüseyn qədər çox və onunku 
qədər nüfuzedici yazmayıb. Çünki şair olanlardan 
heç  kəs  La-çın  və  Əhmədli  (onun  kəndi) 
yoxluğunu onun ki-mi əyani yaşamayıb”.   
Qarabağ  dərdini  əyani  şəkildə  yaşayan  təkcə 
Hüseyn  Kürdoğlu  deyildi.  Laçının  işğalından 
sonra ölkənin ayrı-ayrı bölgələrinə səpələnən yaşlı 
adamlar,  hətta  orta  yaşlılar  bu  dərdə  dözmədilər. 
Əsir  düşən  el-oba  həsrəti,  ata-ana  məzarının 
düşmən  tapdağı  altında  qalması,  qəriblik, 
didərginlik dərdi bu dağ vüqarlı insanları sındırdı. 
Bu Alışanovlar ailəsindən də yan keçmədi. Seyfi, 
Alışan,  Hüseyn  Kürdoğlu  bir  çoxları  kimi  bu 
çəkilməz  ağrıya-acıya  dözmədilər,  dünyalarını 
dəyişdilər... 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə