QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə13/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

68 
 
önünə gəlir:   
Bostanıma axan sular axmaz oldu,   
Qismətimə çıxan şikar çıxmaz oldu.   
Pəncərəmə baxan gözəl baxmaz oldu,   
 
 
 
 
 
Qocalmışam. 
Şairin  elə  şeirləri  də  var  ki,  oxuyanda  göz 
önünə    Füzulinin  “Şəbi-hicran”ı,  Cahangir 
Cahangirovun “Füzuli kantatası” gəlir: 
Kürdoğlu, bu gen dünyada,   
Sənə xoş bir gün olmazmı?!   
Min arzun var ürəyində,   
Onun biri çin olmazmı?!   
Şairin  poeziyası  o  qədər  zəngindir  ki,  xalq 
həyatına, 
adət-ənənəyə, 
insanın 
duyğu 
və 
düşüncələrinə və digər reallıqlara o qədər bağlıdır 
ki,  oxuduqca  oxumaq  istəyirsən,  poeziyanın 
sehrinə düşürsən.   
Sinəmdə min bir yara var
Qocalmış qayalar kimi.   
*** 
Sözə verdim mən ömrümü dəmadəm, 
Əzəl gündən söz Əslidir, mən Kərəm.   


69 
 
*** 
Ayıran varmıdır əyrini, düzü,   
Elə bil kor olub dünyanın gözü.   
*** 
Möhləti var, hesabı var dünyanın,   
Nə vermişsə bir-bir alır əlimdən.   
*** 
Ömür olur ögey ana
Məhəbbət yetim qalanda. 
Şairin  “Cəbrayıl  çinarı”  şeirini  də  həyəcansız 
oxumaq  olmur.  Cəbrayıl  rayonun  mərkəzində 
gövdəsi və budaqları arasında bir vaxtlar çayxana 
və  restoran  yerləşən  möhtəşəm  çinarın  da  taleyi 
şairi düşündürür. Şeiri oxuyanda düşüncələrə qərq 
oldum.   
Dəfələrlə  kölgəsində  çay  içdiyim  çinarın  şair 
tərəfindən  zərgər  dəqiqliyi  ilə  qələmə  alınan 
təsviri məni heyrətləndirdi. 
Cəbrayılda qalxmışdı göylərə bir dağ çinar, 
Adam boyunca qara, qol-budağı ağ çinar. 
Köç yolunun üstündə min yaşlı məğrur qoca, 
Başında quş obası, dibində bulaq çinar... 


70 
 
Bayatı yazmışdılar xəncər ilə köksünə
Bir qara sevdalıdan verirdi soraq çinar. 
“Oxu yar, 
Çək sinəmdən oxu, yar! 
Sənsiz yanıb kül oldum, 
Son sözümü oxu, yar!” 
Aman Allah, yağılar kəsdimi, doğradımı, 
Ona düşmən də qıymaz, bəlkə qalıb sağ çinar. 
Ey biçarə Kürdoğlu, gələydi qisas günü, 
Qaldıraydı başında bir şanlı bayraq çinar. 
Yol üstə məğrur qoca, o qaməti dağ çinar. 
Hüseyn  Kürdoğlunun  qəlbində  tükənməz 
təbiət  sevgisi  vardı.  Odur  ki,  həmişə  təbiəti, 
təbiətin  gö-zəlliyini  vəsf  edir,  insanları  təbiəti 
sevməyə, qorumağa çağırırdı: 
Deməyin çinarda nə bəhrə, nə bar, 
Çinar bu torpağın əzəmətidir. 
Çinarın bəhrəsi gözəllik, vüqar, 
Bir də babaların məhəbbətidir.   
Bəzən  şairin  ikicə  misrası  insanı  düşüncələrə 
qərq  edir.  Hər  iki  misranın  şairin  tale  yazısı 


71 
 
olduğuna acıyırsan. 
Ağladır insanı vətən həsrəti, 
Bir də nakam qalan ilk məhəbbəti. 
Hüseyn 
Kürdoğlu 
yaradıcılığı 
obrazlar 
qalereyasının  zənginliyi  ilə  seçilir.  “Dağ”, 
“bulaq”, “dünya”, “palıd”, “çinar” obrazları şairin 
yaradıcılığında  tez-tez  özünü  göstərir  və  onun 
təbiətə vurğunluğunu ifadə edir. 
Şairin “Bir palıd yanır” şeirində olduğu kimi: 
Gecənin bağrında bir palıd yanır, 
Meşədən aralı bir dağ başında. 
Alov dilim-dilin ərşə dayanır, 
Palıdın bitdiyi bulaq başında.   
Yayın oğlan çağı nə sərin idi,   
Kölgəsi dağların quzeyi kimi.   
Palıdın yaddaşı od tutub indi,   
Yanır xatirələr muzeyi kimi.   
Şairin “Bənövşə” silsiləsindən olan şeirlərində   
isə  “bənövşə”  obrazı  diqqəti  çəkir  və  şairin 
yazdığı  neçə-neçə  bənövşə  şeiri  onun  dilinin 
zənginliyinə, 
vətən 
torpağına 
vurğunluğuna 


72 
 
dəlalət  edir.  Şairin  “Bənövşə”,  “Ağ  bənövşə”, 
“Bərdə 
bənövşələri”, 
“Kəpəz 
bənövşəsi”, 
“Görəsən  küsdümü  bənövşə  məndən”,  “Ağlatma 
məni, bənövşə”, “Laçın bənövşəsi yadıma düşdü”, 
“Ağlat məni, bənövşə” adlı şeirlərinin hər biri bir 
aləmdir,  təkrarsızdır.  70-ci  illər  poeziyasında 
təbiət mövzusu ilə bağlı araşdırmalarında Hüseyn 
Kürdoğlunun  “Kəpəz  bənövşəsi”  şeirinə  xüsusi 
yer 
ayıran 
Y.Qarayev 
yazır: 
“Hüseyn 
Kürdoğlunun  “Kəpəz  bənövşəsi”ndən  bizim 
təbiətimizdən  çox  tariximizin,  keçmişimizin  ətri 
gəlir.  Şair  dağ  bənövşəsinin  ləçəklərini  də  Vətən 
tarixinin  səhifələri  kimi  “oxuyur”.  Lirik  obraz 
tarixi  süjetin  fonunda  verilir.  Araz  nisgili  də, 
Göy-göl  fərəhi  də,  Nizami,  Afaq  və  Məhsəti 
həsrəti  də,  Vurğun  təbəssümü  və  Hüseynin  öz 
nəşəsi  də  “bənövşə”  süjetinə  hopdurula  və 
sığdırıla bilir”. (Y.Qarayev. Poeziya və nəsr. Bakı, 
Yazıçı,  1979,  səh.73)  Aşağıda  misal  gətirdiyimiz 
poetik  nümunələrin  hər  biri  şairin  mənəvi 
dünyasının zənginliyindən xəbər verir.   
Anasız böyüyən körpə qız kimi,   
Neçin yad olmusan naza bənövşə – 


73 
 
deyə  qəm-qüssəyə  batan  şair  özünü  göz  yaşı  ilə 
yazdığı şeirləri ilə ovundurmağa çalışır:   
Laçın dağları dustaq,   
Dərdi sinəmdə dağ-dağ, 
Bilməz bənövşə qədri,   
Tapdar səni yad ayaq.   
Sən yuxuma girirsən, 
Yuxum çəkilir ərşə. 
Ağlat məni, bənövşə.   
Dərən yox dəstə-dəstə,   
Qaldım qulağı səsdə. 
Görüş qismət olmasa,   
Bitərsən qəbrim üstə. 
Şerim də həsrət qalıb 
Təbəssümə, gülüşə. 
Ağlat məni, bənövşə. 
Şairin  “Bənövşə”  şeirini  də  ürək  çırpıntısız 
oxu-----maq  olmur.  Adam  dərd-ələm  içində 
boğulur, şairə həyan olur.   
Solursan torpağa töküləndə qan,   
Neçin bir-birinə qənimdir insan?!   
Nifaq toxumunu göyərdib şeytan,   


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə