QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə10/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

49 
 
probleminə  münasibəti  bu  poetik  nümunələrdə 
özünü bariz şəkildə göstərir:   
Barlıdır, ucadır həyat ağacı,   
Bəhəri həm şirin, həm də ki acı.   
Dırmanıb çıxırıq, ucalırıq biz,   
Başına çatmamış qocalırıq biz.   
Ordan xəyal kimi düşürük bir-bir,   
Ağacın dibində ölüm müntəzir.   
Göydə tutur bizi, gömür torpağa,   
Təzə gələnlərsə çıxır budağa.   
Bu cür ülfətdədir ölümlə həyat,   
Ağacın başına çıxan yox, heyhat!   
Şairin  “Gəlib-getmişəm”  şeirindəki  həyat 
hə-qi-qətləri  adamı  heyrətə  gətirir.  Əslində  şairin 
yara-dı-cılığının  şah  damarını  həyat  həqiqətləri 
təşkil  edir.  Bu  şeirdəki  fəlsəfi  fikirlər,  tarixə 
ekskurs,  həyat  həqiqətləri  öz  yerində,  şeirdəki 
axıcılıq,  şairin  xalq  dilindən  məharətlə  istifadə 
etməsi  adamı  heyran  edir.  İri  həcmli  bu  şeirdən 
müəyyən parçaları verməklə kifayətləndik:   
Bu dünyaya neçə kərə gəlib-getmişəm,   
Gəlib Adəm övladına gülüb getmişəm.   


50 
 
Gəldim əzəl daş əyyamı - əllərində daş,   
Vəhşi kimi öldürürdü qardaşı-qardaş...   
Bir də gəldim, mis əyyamı, dəmir əyyamı,   
Gözlərimə ilk baxışda xoş gəldi hamı. 
Aldadırmış gözüm məni, baxıb nə gördüm,   
Yer üzünün yarısını viranə gördüm.   
Qılınc-qalxan, ox və kaman, mizraq və nizə   
Gecə-gündüz işə düşür, qan çıxır dizə. 
Bir də gəldim, atom əsri, atom əyyamı,   
Göydən yerə düşən kimi peşiman oldum. 
Bombaların dəhşətindən bağrı qan oldum,   
Milyon-milyon ömür sönür bir an içində,   
Uca dağlar gözdən itir al-qan içində. 
Aman Allah, torpaq üstə bu vəhşət nədir?   
Budur insan, bilib getdim,   
Divanə tək gülüb getdim.   
Ölməz idim, ölüb getdim,   
Bir də gəlmədim.   
Hüseyn  Kürdoğlunun  saz  üstə  kökləndiyini, 
folk-lor  və  klassik  poeziyamızla  pərvazlandığını 
yazanlar  haqlıdırlar.  Lakin  unutmaq  olmaz  ki, 
onun  “Quzular  dağa  çıxdı”  (“Gənclik”,  1986,  36 


51 
 
səh.)  və    “Aytənin  nəğmələri”  (Bakı,  “Sabah”, 
2009,  172  səh.)  adlı  iki  kitab  uşaq  şeirləri  də 
vardır.   
Şair  poeziyamızın  bütün  janrlarında  qələmini 
sınamış,  hətta  sərbəst  şeirlər  də  yazmışdır. 
“Yolum  tarladan  keçir”,  “Çiçək  vaxtı”,  “Sən 
düşəndə  yadıma”,  “Bir  şairin  surəti”  və  başqa 
sərbəst şeirləri    belələrindəndir:   
Tarladan keçir yolum,   
Tarladan.   
Qara torpağı kotan parladan, – 
İçindən keçir qara şumların,   
Şum narın-narın. 
Məst olmuşam mən 
torpaq ətrindən,   
Şeir səpirəm şumlara dən-dən... və s.   
 
Sən düşəndə yadıma 
Baxmıram borana, çovğuna, yağışa,   
Pəncərəmi açıram qışa   
Sən düşəndə yadıma.   
Tuturuq qol-qola,   


52 
 
Çıxırıq qarlı yola,   
Od qarışır oduma,   
Baxmıram borana, çovğuna,   
yağışa,   
Pəncərəmi açıram qışa   
Sən düşəndə yadıma!   
 
Çiçək vaxtı 
Vurulmuşam çiçək vaxtına 
Quba bağlarının,   
Gözlərim qamaşır 
çiçək işığından. 
Qəlbim işıqlanır 
Çiçək gülüşündən, 
Ciyərimə çəkirəm 
Səhərin çiçək ətirli nəfəsini.   
Gül-gülü çağırır,   
Çiçək-çiçəyi.   
Eşidirəm güllərin, çiçəklərin səsini...   
Arılar sarışıb şehli çiçəklərə,   
Hər ağacda mini, milyonu...   
Heykələ dönmüşəm bir ağac altında,   
qarşımda çiçək dəryası,   


53 
 
Saçlarıma ağ çiçək tökür arılar. 
Çiçəklənmiş ağac sanır məni də,   
Saçıma qonur bir ağ kəpənək...   
Nə yaxşı burdan düşdü 
Bahar günlərimin yolu.   
Ayrılıram Quba bağlarından,   
Qəlbim çiçək xatirəsiylə dolu.   
Şairin  Rəsul  Rzaya  ithaf  etdiyi  “Bir  şairin 
surəti” şeirində sanki ustadın portretini yaradıb: 
... Bütün dünya yaşayır 
yaddaşında. 
Bəzən gözlərində gülür dünya, 
Bəzən dünyanın üfüqləri 
çatılır qaşında. 
Həm də sadədil bir adamdır, 
lap uşaqdan da uşaq. 
Amma qəzəblənəndə görmə üzünü
Elə bil qar-boran tökəcək 
amansız bir dağ. 
Çək, rəssam qardaş, 
çək onun surətini! 
Elə çək tam özünə bənzəsin, 


54 
 
Gözlərində görüm: 
Vətənə, insana, dünyaya məhəbbətini! 
Hüseyn 
Kürdoğlunun 
yaradıcılığında 
əhəmiyyətli yerlərdən birini də qəzəl janrı tutur.   
Klassik ənənəyə sadiq qalan şairin bir kitablıq 
qəzəlləri vardır.   
Kürdoğlu  qəzəllərində  güldən,  bülbüldən, 
gö-zəl-dən,  gözəllikdən  ilham  almaqla  bərabər, 
vətənə,  soykökə  bağlılıqdan,  ustadı  Füzulidən, 
XX  əsrin  qəzəlxanı  Vahiddən,  musiqi  səcdəgahı, 
şeir  bulağı  Nardarandan,  şairlərin  ilham  mənbəyi 
Xəzərdən,  zə-manəmizin  keşməkeşlərindən  söz 
açır. 
Şairin  əruz  vəznində  uğurlarına  dəlalət  edən 
bir  qəzəlini  oxucu  və  tədqiqatçıların  nəzərinə 
çatdırmağı münasib bildik:   
 
Eylərəm indi də mən aləmi heyran qəzələ 
Eylərəm indi də mən aləmi heyran qəzələ,   
Canım istərsə əgər peşkəş ola can qəzələ. 
Onda min bir gözəlin cilvəsi var, işvəsi var,   
Eşq zövqüylə könül min kərə qurban qəzələ.   


55 
 
Qalmaqaldan uzaq olsun, təzələnsin ruhu,   
Qulaq assın həvəs ilə qoca dövran qəzələ.   
Vermiş öz qəlbini billah ki, Nuh əyyamından,   
Bakı,  Təbriz,  Qarabağ,  bir  də  ki,  Şirvan 
qəzələ. 
Qəzəlin dərdli Füzuli kimi şahənşahı var,   
Nə qədər ləl gətirmiş ulu xaqan qəzələ.   
Qoy soyunsun daha farsın, ərəbin nimdaşını,   
Təzə donlar tikərik gözləri ceyran qəzələ.   
Muğam öz yurdumuzun, öz dirilik çeşməsidir, 
Onun hər qətrəsini eylərik ümman qəzələ.   
İmtahan eylədi Vahid, özü rüsxət verdi,   
Dedi dövran dəyişib, aç tazə meydan qəzələ.   
Sağ-səlamət yetirər karvanı mənzil başına,   
Qoca Kürdoğludur indi yeni sarvan qəzələ.   
Şairin qəzəllərini oxuduqca heyranlıq bir yana, 
təəccüblənməmək  olmur.  Heca  vəznində  klassik 
şeirimizin əlçatmaz nümunələrini yaradan, folklor 
və  aşıq  yaradıcılığı  üstündə  köklənən  Hüseyn 
Kürdoğlunun əruz vəznində belə qəzəllər yazması 
onun fitri istedadından nişan verir.   


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə