QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə12/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

62 
 
Bütün cah-calalıyla müsibətli yer idi,   
Aylı, günlü, ulduzlu, kəhkəşanlı göy idi.   
Bir nağıl muzey idi!   
Miladdan o yana da, miladdan bu yana da 
Ən qədim köhnə idi, ən yeni təzə idi.   
Bir nağıl muzey idi!   
Daşları neçə rəngdə bir qövsi-qüzeh idi, 
Bir nağıl muzey idi. 
Min illərin töhfəsi nə qədər yazı vardı,   
Ələsgər sazı vardı,   
Şəmşir avazı vardı.   
Vurğunun xatirəsi onun yaraşığıydı,   
Gözünün təbəssümü sanki ay işığıydı.   
Qılınc, qələm, bir də saz,   
Gərdəklər qotaz-qotaz,   
Corablar qotaz-qotaz.   
Xalçalar, nə xalçalar – Dəlidağ çəmənzarı,   
Elin fəxri-vüqarı. 
Neçə növ cəhrə-daraq,   
Neçə növ dükçə-yumaq.   
Babaların papağı, kotanı və çomağı,   
Qayaların qoynunda gildən saxsı çırağı...   
Ah, nələr vardı, nələr,   


63 
 
Nə töhfələr vermişdi, bu muzeyə nənələr?!   
Günbatan və gündoğan,   
Güney və qüzey idi.   
Bir nağıl muzey idi!   
Qarlı zirvələr ilə o da üz-üzə idi. 
Bir nağıl müzey idi. 
Qarlı zirvələr ilə o da üz-üzə idi.   
Bir nağıl muzey idi. 
Onu yaradan kişi çağdaş Prometey idi, 
Dağıtdı bu nağılı, qarət eylədi yağı.   
Vətənin sinəsindən getməz bu namərd dağı. 
Kəlbəcərin muzeyi bir nağıl muzey idi,   
Dünyada hər şey idi. 
3
 
Hüseynin  atası  Həsən  Alışan oğlu aranlı-dağlı 
Qarabağın  hər  obasını  yaxşı  tanımış,  qışda  Mil 
düzündə,  yayda  Laçın  yaylaqlarında  təsərrüfatla 
məşğul  olmuşdur.  Hüseyn  dağ  təbiəti  kimi  aranın 
da özəlliklərinə dərindən bələd olmuşdur. Bu onun 
poeziyasında  bədii  sözün  ifadə  imkanlarını 
                                                 
1
 Söhbət gözəl ziyalı və şair Şamil Əsgərovun yaratdığı 
“Diyarşünaslıq muzeyi”ndən gedir. 


64 
 
artırmış, 
obrazların 
milli 
yaddaşdan 
gələn 
mahiyyətini  təmin  etmişdir.  Akademik  Tofiq 
Hacıyev  doğru  yazır  ki:  “Üç-beş  əsr  sonra 
Hüseynin 
şeirlərindən 
Azərbaycan 
etnoqrafiyasının XX əsrini öyrənəcəklər”. 
Şairin 
1980-ci 
ildə 
çap 
etdirdiyi 
“Qaraqoyunluda”  (indiki  Ermənistan  ərazisində 
Azərbaycan  kəndi)  adlı  şeiri  də  çox  mətləblərdən 
söz  açır.  Şair  məni  sanki  qəflət  yuxusundan 
ayıltdı.  Yadıma  sovet  dövründə  kənd  və  şəhərin 
yaxınlaşmasını təlqin edən “Siyasi iqtisad” fənnini 
və  müəllimlərimi  saldı.  O  yaxınlaşmanın  aqibəti 
elə  Hüseyn  Kürdoğlunun  təs--vir  etdiyi  kimi 
olacaqmış.  Şeirdə  təsvir  edilən  hə-yat  həqiqətləri 
insanı düşünməyə vadar edir:   
Qaraqoyunluda qoyun görmədim,   
Sanki heç tanımır qoyunu bu kənd.   
Elə tarixə də bu adla düşüb,   
Danırmı əslini-soyunu bu kənd?!   
Nə yağı, pendiri, nə qaymağı var,   
Nə də könül açan bağça-bağı var. 
Hansından istəsən bol arağı var,   


65 
 
Neyləyir dağların suyunu bu kənd?!   
Təndirlər qalanıb, çörək yapılmır,   
Qarmaqdan asılıb, cəmdək çapılmır. 
İlanvuran olsa, qatıq tapılmır,   
Özü yaxşı tutub toyunu bu kənd!   
Həyat  həqiqətləri  şairin  “Yol  gedə  bilmirəm 
oğlumla  qoşa”  şeirində  də  özünü  bariz  şəkildə 
göstərir. Əlavə sözə, təhlilə ehtiyac duyulmur:   
Qısa bir yoxuşda sinəm təngiyir,   
Nəbzim gah çoxalır, gah da səngiyir.   
Yapışır qolumdan, o da ləngiyir, 
Ayağım ilişir kəsəyə, daşa,   
Yol gedə bilmirəm oğlumla qoşa.   
Ona gərəksizdir mənə gərəkli,   
Tərlan baxışları min bir diləkli.   
Mən keçən günlüyəm, o gələcəkli, 
Nə deyim ağ saça, nə deyim yaşa,   
Yol gedə bilmirəm oğlumla qoşa.   
Mən qara deyirəm, oğlum ağ deyir,   
Damla sandığıma, gur bulaq deyir.   
Hər şeyi təzədən yaradaq deyir,   


66 
 
Yoldaşlıq yaramır yaz ilə qışa,   
Yol gedə bilmirəm oğlumla qoşa.   
Şair  bəzən  həyat  həqiqətlərini,  reallıqları  elə 
boyalarla,  elə  ştrixlərlə  verir  ki,  göz  önünə  dahi 
rus  tənqidçisi  Belinskinin  kəlamı  gəlir:  “Poeziya 
həyatın  təcəssümüdür,  daha  doğrusu  həyatın 
özüdür.  Hələ  bu  harasıdır.  Poeziyada  həyat 
həqiqətdə olduğundan daha həyatidir”.   
H.Kürdoğlunun yaradıcılığını izləyəndə görmək 
olur ki, bu həqiqət onun poeziyasının şah damarını, 
canını,  qanını  təşkil  edir.  Şairin  “Qoltuq  ağacı”, 
eləcə də “Röya və həqiqət” şeirləri isə təkcə həyat 
həqiqətləindən  deyil,  ümumiyyətlə,  bir  çox 
mətləblərdən söz açır. Güman edirəm ki, bu şeirlər 
haqqında  əlavə  sözə  ehtiyac  yoxdur.  Hər  şeir  bir 
dünyadır. 
Qoltuq ağacıyla yeriyir oğlan,   
Yanında qaraqaş, qaragöz pəri.   
Necə qayğıkeşdir, necə mehriban,   
Qəhrəman əsgərin qəşəng dilbəri.   
Vətən namusudur başının tacı,   
Müqəddəs ağacdır qoltuq ağacı!   
 


67 
 
Röya və həqiqət 
Bir qaya başından uçuruq qoşa,   
Əlvida deyirik torpağa, daşa.   
Qalxırıq göylərin yeddi qatına,   
Baxırıq ruhların kainatına.   
Burda çıraq-çıraq yanır diləklər,   
Uçur pərvanətək incə mələklər.   
Ülvidir xaliqin cahü-cəlalı,   
Qansız-qadasızdır göy istiqlalı.   
Burda əsarətdən yoxdur bir nişan,   
Ruhların yoludur ulu kəhkəşan.   
Bacı-qardaş olub eşq ilə kamal,   
Qoşa sevgilidir gerçəklə xəyal.   
Bir cüt ulduz kimi biz də yanırıq,   
Şirin busələrlə xumarlanırıq.   
Nə çörək dərdi var, nə su dərdi var,   
Qızılgül qoxuyur sanki dər-divar...   
Heyf, zəngli saat oyadır bizi,   
Yenə yorğan-döşək, yenə yer üzü.   
Qapıda zarıyır dilənçi qoca,   
Ay Allah, ac şair nə versin aca?!   
Şairin  elə  şeirləri  də  var  ki,  oxuyanda 
möhtəşəm  “Kitabi-Dədə  Qorqud”  abidəsi  göz 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə