QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə11/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

56 
 
Hüseyn  Kürdoğlu  yaradıcılığında  Azərbaycan 
poeziyasında  az  işlənən,  satirik  səciyyəli  “bəhri 
tə-vil”ə  (ərəbcədir:  bəhr  –  dəniz,  təvil  –  uzun, 
ucsuz-bucaqsız, sahilsiz deməkdir) də rast gəlinir. 
Şairin  “Bir  neçə  fövqəldövlət”  bəhri-təvili 
keşmə-keşli 
dünyamızda  dövrün  taleyüklü 
olaylarını, 
əda-lət-sizliyi, 
eybəcərlikləri, 
haqsızlıqları tam çılpaqlığı ilə açıb göstərir: 
Tanrının hökmü ilə böylə yazılmış əlbət,   
Dünyanın sahibi olsun da gərək 
Bir neçə fövqəldövlət –   
 
 
Yekə dövlət,   
 
 
 
Əkə dövlət,   
 
 
 
 
Təkə dövlət.   
Qalanı xırda-para,   
Baxtı qara,   
Tikə dövlət, kökə dövlət. 
Yekələr xırdaları 
Bir-birinə saldırsın,   
Malını, sərvətini 
Gözgörəsi çaldırsın.   
Tıxasın anbarına, doldursun 
 
 
Yekəsindən,   


57 
 
 
 
 
Əkəsindən,   
 
 
 
 
Təkəsindən. 
Niyə bəs tanrı soruşmur ki,   
Neçin qan tökülür.   
Neçin odlarda yanır   
Dürlü şəhərlər, kəndlər,   
Bütün insan olanın yurdu deyilmi yer üzü,   
Bəs neçindir bu qədər sərhədlər?   
 
 
Odlu ahlar ilə qalxır 
 
 
 
Bu suallar fələyə.   
 
 
 
 
Cavabı yoxdur, yox!   
Şairim, sən də fəğan eyləmə çox. 
Tanrının hökmü ilə böylə yazılmış əlbət,   
Dünyanın sahibi olsun da gərək 
Bir neçə fövqəldövlət.   
Şairin fəxriyyəsi də vardır: 
Bayatı çağıran Həkəriyəm mən,   
Yurdumun şirini-şəkəriyəm mən.   
Sarıldım boynuna Arazın, Kürün,   
Sənətin, ilhamın ülkəriyəm mən.   
Olmadım ağlımın ağası bir gün,   


58 
 
Odur ki, qəlbimin nökəriyəm mən.   
Dünyanın məhşəri qorxutmaz məni,   
Özüm ki, özümün məhşəriyəm mən.   
Bağrından doğuldum eşqin, ülfətin,   
Həzin nəğməsiyəm əbədiyyətin.   
Hüseyn  Kürdoğlunun  elə  şeirləri  də  var  ki, 
prof.  T.Hacıyevin  doğru  olaraq  göstərdiyi  kimi, 
hecaların  düzülüşü,  misraların  bölgüsü  tamam 
yeni və ürəyəyatandır. 
Oxuma, kəklik, oxuma,   
Qarşıda yağı gizlənib.   
Səni də vurar, məni də,   
Əldə yarağı gizlənib.   
O, qanlı daşın dalında   
Ac qurd sayağı gizlənib,   
Oxuma kəklik, oxuma!   
və ya:   
Təpə boyda bulud yumaq –   
Çözülür mil-mil tökülür.   
Elə bil göy zəmisindən,   
Biçilib sünbül tökülür. 
Yağış döyür bağ-bağatı,   


59 
 
Ləçək-ləçək gül tökülür.   
Dağ aşağı qijhaqıjla 
Çaya sarı sel tökülür.   
Dalğa bəndi qırar deyə   
Sel ağzına el tökülür... və s.   
Hüseyn Kürdoğlunun ilham mənbəyi təbiət və 
onun  ecazkar  gözəllikləri  olub.  Onun  sevgi 
şeirlərindən  də  təbiətin  ətri  gəlir.  Hüseyn 
Kürdoğlunun təbiətə sevgisi ilk eşqi ilə qaynayıb 
qarışır.  Şair  təbiət  nəğməkarına  çevrilir.  İnanırıq 
ki,  qüdrətli  bir  rəssam  şairin  təbiət  mənzərələrini 
vəsf  edən  şeirlərini  incələsəydi,  fırçasının  və 
qəlbinin  məhəbbəti  ilə  ölkəmizin  füsunkar 
gözəlliklərini  əks  etdirən  heyrətamiz  bir  tablo 
yaradardı.   
Şairin  təzə-tər  üçlükləri  də  deyilənləri  təsdiq 
edir: Burada da təbiət təsviri güclüdür: 
Qəribədir yaz buludu
Qışı yola salıb ağlar, 
Yaza aşiq olub ağlar.   
və ya:   
Leysan keçdi, ətirli bir meh əsdi dağdan,   


60 
 
Sarınmışdı bir-birinə bayılmış otlar,   
Mehdən tutub dikəlirdi əyilmiş otlar.   
Şairin  “Anam  xalça  toxuyur”  şeirində  isə 
təbiətlə insanın vəhdəti ön plana çəkilir. 
... Yanında dükcə, yumaq, 
İpliyi boyaq-boyaq. 
İplərə sünbül çəkir, 
Bülbül çəkir, gül çəkir və s. 
Şair “Yaz rəngi” şeirində isə yazın gəlməsini, 
onun  rəng  çalarlarını  elə  ustalıqla  təsvir  edir  ki, 
heyran  olmamaq  olmur:  “Göylər  bənövşə 
rəngində,  günəş  gülöyşə  rəngində”.  “Daşlarda  da 
gül açır yaz; Hər çiçəkdə bir dünya naz” və s. 
Çəkinmədən deyə bilərik ki, Kürdoğlu xalq dili 
ilə  ədəbi  dilin  qovşağında  poeziyadan,  sözdən 
heyrətamiz 
bir 
abidə 
ucaltmışdır. 
Buradan 
vətənimizin  hər  guşəsi  –  şəhərləri,  kəndləri, 
dağları,  ormanları,  çayları,  şəlalələri,  çəmənləri, 
bulaqları,  yurdsevər  insanları,  qürur  mənbəyi  olan 
görkəmli 
şəxsiyyətləri 
apaydın 
görünür. 
Ümumiyyətlə,  Kürdoğlu  yaradıcılığında  dünyanın 
on  bir  iqlim  zonasından  doqquzunu  özündə  cəm 
edən  vətənimizin  füsunkar  gözəllikləri  incə  bədii 


61 
 
boyalarla  vəsf  edilmişdir.  Şairin  “ölməz  şah  əsəri 
təbiət idi” – deyənlər yanılmayıblar.   
Doğru  deyiblər  ki,  Hüseyn  Kürdoğlunun 
poeziyası insanla təbiətin vəhdətindən yaranıb.   
Dolama yolları kəsə gəlmişəm,   
Bir acı xəbərə, səsə gəlmişəm. 
Kəsiblər qayada bitən palıdı, 
Eşidib dağlara yasa gəlmişəm.   
Şairin  dərdinin  böyüklüyünə  qoşulmamaq 
olmur.  O,  dağlara  başsağlığı  verməyə,  dərdini 
bölüşməyə,  təsəlli  verməyə  gəlir.  Şairin  həssas 
qəlbinə,  poeziyanın  qüdrətinə  qibtə  etməmək 
olmur.   
Şairin  “Kəlbəcərin  muzeyi”  isə  tarixi 
keçmişimizə  güzgü  tutur.  Bu  əsərdə  əkinçiliklə, 
maldarlıqla,  xalçaçılıqla,  suvarma  ilə,  gündəlik 
kəndli  həyatı və s. ilə  bağlı  o qədər  terminlər var 
ki, dilimizin leksikası ilə məşğul olan tədqiqatçılar 
üçün ən qiymətli material ola bilər. Odur ki, şeiri 
bütöv veririk:   
Kəlbəcərin muzeyi, bir nağıl muzey idi,   
Zərrədən günəşəcən dünyada hər şey idi.   


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə