QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə15/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

80 
 
Danılmaz  həqiqətdir  ki,  Vətəni,  eli-obanı 
canından  çox  sevən,  poeziyasında  tərənnüm  edən, 
insanları  vətənpərvərlik  ruhunda  tərbiyə  edən 
şairlərimiz  sırasında  Hüseyn  Kürdoğlu  da  şərəfli 
yer tutur. 
...  Dostluq  edirdik.  Sovet  quruluşu  dağılmış, 
həyat  dəyişmişdi.  Bir  gün  şəhərdə  gəzirdik. 
Bakının  mərkəzində,  Pasaj  deyilən  yerdən 
keçəndə  gördük  ki,  Sovetin  orden  və  medalları 
kütləvi  şəkildə  satılır.  İnsanlar  onlara  baxır, 
təbəssüm  və  laqeydliklə  keçib  gedirlər.  Zarafatla 
dedim:  “Qağa,  qoy  sənə  bir-iki  orden  alım, 
döşünə  tax,  baxaq  qürrə-lənək”.  Nəyə  işarə 
etdiyimə təbəssümlə, şeirlə cavab verdi:   
Çox olaydı könlü-gözü tox olan,   
Yox olaydı ölməmişdən yox olan.   
Olmayaydı gərək qələm əhlində 
Medalları əsərindən çox olan. 
Hər  ikimiz  o  qənaətə  gəldik  ki,  həyatda  hər 
şey  nisbi,  keçəri  imiş.  Həyatda  başlıca  məsələ 
xalqın  azadlığı,  müstəqilliyi,  vətən  torpağının 
bütövlüyü  və  insanın  ailəsindən,  övladlarından 


81 
 
yarıması imiş.   
Hamıya  qayğı  göstərən,  qiymətləndirən  şairə, 
təəssüf  ki,  yuxarıda  dediyimiz  kimi  sağlığında 
layiq olduğu qiymət verilməmişdir.   
Gileyini:   
Mən vətənin qayğısından hələ paysız vətəndaşam,   
Gözütoxlar sırasında yəqin taysız vətəndaşam. 
Təltif eylər Vətən məni son mənzildə bir daş ilə,   
Umacaqsız,  qışqırıqsız,  hay-haraysız  vətəndaşam 
–     
misrasında  açıqlanmışdır.  Bu,  kürsü  sahiblərinə 
gileydən çox, ittiham idi...   
Hətta indinin özündə belə, şairin kiçik qardaşı, 
professor  Şirindil  Alışanov  hərdən  gileylənir  ki, 
Kürdoğlu kimi qüdrətli bir şair diqqətdən kənarda 
qalmış,  layiq  olduğu  qiyməti  almamışdır.  Alimin 
gileyi  ilə  qismən  razılaşmaq  olar.  Doğrudur,  şair 
dövlət qayğısından kənar qalmışdı. Bununla belə, 
yaradıcılığa  başladığı  ilk  gündən  bu  günə  kimi 
ədəbi  ictimaiyyətin,  qələm  sahiblərinin,  el 
şairlərinin,  aşıqların  diqqət  mərkəzində  olmuş, 
istedadlı  şair  kimi  xalqın  ürəyinə  yol  tapmışdır. 
Bir  çoxlarının  məruz  qaldığı  tənqidi  yazılarla 


82 
 
üzləşməmişdir.  Mənə  qalırsa,  şairin  ən  böyük 
mükafatı dostunun adına olan mükafatı almaqdır. 
Burada  minnətdarlıqla  Məmməd  Araz  adına 
mükafatın  təsis  olunmasında  və  Hüseyn 
Kürdoğlunun həmin mükafata layiq görülməsində 
görkəmli  ədəbiyyatşünas  alimlərimiz  Yaşar 
Qarayev  və  İsa  Həbibbəylinin  xidmətlərini  yada 
salmaq yerinə düşər.   
Təəssüf  hissi  ilə  deməliyəm  ki,  şair  Kürdoğlu 
təxəllüsünə  görə  ədəbi  ictimaiyyət  tərəfindən 
birmənalı qarşılanmamışdı. Bəzən eyhamla, bəzən 
aşkar  onu  soy-kökünə  biganə  kimi  qələmə 
verirdilər.  Bu  qeyri-sağlam,  əsası  olmayan 
gedişat,  hardasa  onun  yaradıcılığına  və  özünə 
münasibətdə də özünü göstərirdi.   
Şair onlara cavab verməkdən çəkinmirdi:   
Şairciyəzlər də var, götürmür mənu gözü, 
Yanıb-sönən küləşdi, yerində qalmır közü. 
Güya ki, mən ögeyəm, onlar milli sənətkar
Gözlərinə mil kimi batır “Kürdoğlu” sözü. 
Vəziyyət o yerə çatmışdır ki, bir müddət şairin 
şeirləri “Hüseyn K.” imzası ilə çap olunub. Lakin 
onun  şeirlərində  bədxahların  görmək  istəmədiyi 


83 
 
başqa mənzərənin şahidi oluruq:   
Mənim bir alovlu təbiətim var,   
Torpağım azəri, dilim azəri.   
Atəşdən yaranıb şerim-sənətim,   
Ürəyim azəri, dilim azəri.     
və ya: 
Çox iş gördü bu dünyanın az əri,   
Can Kürdoğlu, söz eşqiylə az əri.   
Öyünürəm öz xalqımın adıyla 
Azəriyəm, azəriyəm, azəri.   
Akademik  Teymur  Bünyadov  çox  yaxın 
müna-si-bətdə  olduğu  şair  haqqında  xatirələrində 
yazır: 
“Hü-seyn 
Kürdoğlu 
əsilli, 
nəsilli, 
köklü-köməcli,  qol-lu-budaqlı  bir  türk  tayfasının 
layiqli  övladıdı.  Gün  kimi  aydındır  ki,  ətraf 
kəndlərdən  fərqli  olaraq,  Mollaəhmədli  türk 
kəndidi.  Şairin  “Kürdoğlu”  tə-xəllüsünə  gəlincə, 
bu, bir xoş təsadüfün nəticəsidir”.   
Bu  da  şairin  qardaşı,  görkəmli  ədəbiyyatşünas 
alim,  professor  Şirindil  Alışanovun  dediklərindən: 
“Babalarımız  Həsən  və  Alışan  türk  mənşəli 


84 
 
olublar”.   
Bütün bunlar öz yerində.   
Əsas  məsələ  odur  ki,  Hüseyn  Kürdoğlu 
təbin,  ilhamın,  fitri  istedadın,  el-obaya,  vətənə 
sonsuz  məhəbbətin  sayəsində  əsl  poeziya 
nümunələri  ya­radan,  Azərbaycan  poeziya 
bağçasında  məxsusi  yeri  olan  şairdir.  Bu 
laləzar bağçada şairin kimliyi soruşulmur.   
Xüsusi  vurğulamaq  lazımdır  ki,  şairin  ədəbi 
taleyi  ilk  gündən  bu  günə  kimi  ədəbi  prosesin 
istiqamətlənməsində  xidmətləri  olan  görkəmli 
ədəbiyyatşünas 
alimlər 
və 
ədəbiyyatımızı 
yaradanların 
diqqət 
mərkəzində 
olmuşdur. 
Akademiklər  Bəkir  Nəbiyev,  Tofiq  Hacıyev, 
Yaşar  Qarayev,  Qasım  Qasımzadə,  Xalq  şairi 
Nəriman  Həsənzadə,  İlyas  Tapdıq,  Teymur 
Kərimli,  professor  Camal  Mustafayev,  filologiya 
elmləri  doktorları  Şamil  Salmanov,  Əli  Saləddin, 
Adil  Cəmil,  Cavanşir  Əliyev,  Qurban  Bayramov, 
Nadir  Cabbarlı,  Südabə  Ağababayeva,  Günay 
Qarayeva,  Aygün  Bağırlı,şair-alim  və  bir  çox 
başqaları  şairin  yaradıcılığına  sanballı  məqalələr 
həsr  etmiş,  poeziyamıza  gətirdiyi  yeniliklərdən 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə