QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə3/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   2   3   4   5   6   7   8   9   ...   46

12 
 
Bizə  görə  bu  cür  ya-naşma  Hüseyn  Kürdoğlunun 
əslində  ədəbiyyat-şü-naslıq  elminin  yüksək 
tələbləri  səviyyəsində  də-yər---ləndirilən  şeirlər 
yazdığını  səciyyələndirmək  de---məkdir.  Məhz 
bütün  bunlardan  sonra  professor  Qə-zənfər 
Paşayevin  Hüseyn  Kürdoğlunun  yaradı-cılığı 
haqqında  gəldiyi  obyektiv  ümumiləşmiş  nəticə 
elmi-nəzəri  qiymətə  çevrilir: 
“Əsas  məsələ  odur 
ki,  Hüseyn  Kürdoğlu  təbin,  ilhamın,  fitri 
istedadın,  el-obaya,  vətənə  sonsuz  məhəbbətin 
sayəsində  əsl  poeziya  nümunəsi  yaradan, 
Azərbaycan  poeziya  bağçasında  məxsusi  yeri 
olan şairdir”. 
Professor 
Qəzənfər 
Paşayevin 
“Hüseyn 
Kürdoğlunun  poetik  dünyası”  monoqrafiyasının 
strukturu 
da 
yeni 
və 
orijinaldır. 
O, 
ədəbiyyatşünaslıq  elmində  ənənə  şəklini  almış 
“Şairin  lirikasının  janr  (yaxud  sənətkarlıq) 
xüsusiyyətləri” məlum modelindən imtina edərək, 
Hüseyn  Kürdoğlunun  şeir  yaradıcılığının  daxili 
imkanlarına 
əsaslanmaqla  onun  lirikasında 
aparıcılıq  təşkil  edən  hər  janrı  ayrıca  bölmədə 
təhlil  edib  dəyərləndirmişdir.  Qəzənfər  Paşayev 


13 
 
Hüseyn Kürdoğlunun şeirlərindən çıxış edərək və 
akademik Tofiq Hacıyevin təhlillərinə əsaslanaraq 
onun  “dördlük  tarixində  eraya  çevrilən” 
şeirlərinin: 
bayatı-dördlük, 
qoşma-dördlük, 
gəraylı-dördlük,  satirik  dördlüklər  formalarında 
yazılmış 
poetik 
nümunələrin 
ideya-bədii 
xüsusiyyətlərini 
seçilmiş 
misallarla 
isbata 
çatdırmışdır.  Qəzənfər  müəllim  “zəmanəmizin 
bayatı  ustası”  deyə  dəyər  verdiyi  Hüseyn 
Kürdoğlunun bayatı dünyasını bütün zənginliyi ilə 
təqdim  etmişdir.  Tədqiqatçı  haqlı  olaraq  bu 
qənaətə  gəlmişdir  ki:  Sarı  Aşığın  bayatıları  və 
Kərkük  xoyratları  ilə  yanaşı,  atasının  yaxın 
dostunun  arvadı  “sinədəftər”  Çilə  xaladan  eşidib 
yazdığı  və  “Laçın”  qəzetinin  qocaman  əməkdaşı, 
şair  Tapdıq  Nəcibdən  “bir  qalın  dəftər  bayatı 
toplayıb” 
öyrəndiyi 
örnəklər 
Hüseyn 
Kürdoğlunun 
bu 
janra 
dərin 
sədaqətini 
formalaşdırmışdır.  Hüseyn  Kürdoğlunun  1992-ci 
ildə  “Gənclik”  nəşriyyatında  çap  etdirdiyi  “Min 
bir  bayatı”  kitabı  Azərbaycan  yazılı  şeirində 
bayatılardan ibarət ilk müəllif kitabı kimi mühüm 
əhəmiyyət  kəsb  etmişdir.  Monoqrafiyada  Hüseyn 


14 
 
Kürdoğlunun  bayatılardan  ibarət  poemalar 
yazması  haqlı  olaraq  əsl  novatorluq  nümunəsi 
kimi dəyərləndirilmişdir.   
Azərbaycan  şeirində  ağıların,  təcnislərin, 
gəraylıların,  rübailərin,  az  işlədilən  təsniflərin, 
həcv, bəhri-təvil kimi unudulmaqda olan janrlarda 
yaşadılıb 
inkişaf 
etdirilməsində 
Hüseyn 
Kürdoğlunun  xidmətlərini  professor  Qəzənfər 
Paşayev 
konkret 
bədii 
nümunələrlə  açıb 
göstərmiş, təhlil edib qiymətləndirmişdir. Bununla 
şairin şeir yaradıcılığının janr baxımından tam və 
zəngin 
mənzərəsi 
bütün 
dolğunluğu 
ilə 
canlandırılmışdır. 
Bu 
təhlillər 
və 
ümumiləşdirmələr  həm  də  Azərbaycan  şeirinin 
XX  əsrin  ikinci  yarısından  sonrakı  dövrdəki  janr 
imkanlarını  aydın  surətdə  təsəvvür  etməyə  imkan 
verir. 
“Hüseyn  Kürdoğlunun  poetik  dünyası” 
monoqrafiyasında  professor  Qəzənfər  Paşayev 
“Sağalmaz  yarası  ilk  məhəbbətin”,  “Şairin  əbədi 
məhəbbəti” 
bölmələrində  onun  ilk  nakam 
sevgisinin və ailə həyatına çevrilmiş məhəbbətinin 
dastana  bənzəyən  sü-jetini  müəyyən  etmiş, 


15 
 
maraqlı  elmi  ümumiləşdir-mələrə  gəlmişdir. 
Hüseyn  Kürdoğlunun  vaxtilə  məşhur  xanəndə 
Qulu  Əsgərovun  oxuduğu,  indi  də  repertuarda 
olan  “Bəyənmir  məni”  və  “Könül  bağladım” 
mahnılarının  məlhəm  kimi  insana  rahatlıq 
gətirməsi də monoqrafiyada haqlı olaraq bu poetik 
nümunələrin  həyatiliyi  və  müəllifin  dərin 
səmimiyyətilə əlaqələndirilir.   
Çoxcəhətli  yaradıcılıq  fəaliyyətinə  malik  olan 
Hüseyn  Kürdoğlunun  tərcüməçilik  işinə  dair 
çalışmaları 
və 
elmi-tədqiqat 
sahəsindəki 
araşdırmaları  da  təqdim  edilən  monoqrafiyanın 
tədqiqat  obyektidir.  Professor  Qəzənfər  Paşayev 
ilk  dəfə  olaraq  Hüseyn  Kürdoğlunun  həmin 
istiqamətlər  üzrə  xidmətlərinə  də  işıq  salmışdır. 
Əsərdə 
İraq, 
Türkmənistan 
və 
Dağıstan 
poeziyasından 
etdiyi 
tərcümələrin 
orijinalın 
ruhunu  dolğun  ifadə  etməsi  şairin  mühüm 
nailiyyətlərindən  biri  olaraq  səciyyələndirilir. 
Hüseyn 
Kürdoğlunun 
Səməd 
Vurğunun 
yaradıcılığının  ilk  dövrünə,  Abdulla  Qoranın 
həyatı  və  bədii  yaradıcılığına,  XIX  əsr  Cənubi 
Azərbaycan  folkloruna  həsr  olunmuş  elmi 


16 
 
əsərlərinin  ana  xətləri,  Azərbaycan  Milli  Elmlər 
Akademiyası 
Şərqşünaslıq 
İnstitutundakı 
fəaliyyəti  oxuculara  təqdim  olunur.  Beləliklə, 
monoqrafiya  Hüseyn  Kürdoğlunun  həyatı  və 
çoxcəhətli  yaradıcılığı  haqqında  tam,  bütöv, 
ümumiləşmiş  elmi  təəssürat  yaradır.  “Hüseyn 
Kürdoğlunun  poetik  dünyası”  monoqrafiyası 
professor  Qəzənfər  Paşayevin  çoxillik  elmi 
fəaliyyətinin  müasir  mərhələdəki  uğurlarından 
olmaqla  bərabər,  həm  də  ədəbiyyatşünaslıq 
elmimizin də qiymətli nümunələrindən biridir. 
Bir  məsələni  də  ayrıca  qeyd  etməyi  lazım 
bilirəm.  Yazıçı  və  şairlərimizin  həyatı  və 
yaradıcılı-ğı-na  həsr  edilmiş  təməl  monoqrafik 
tədqiqatlar  uzun  zamanlardan  bəridir  ki,  çox  az 
hallarda meydana çıxır. Belə kitablar az olduğu və 
ya 
bəzən 
heç  olmadığı  üçün  ayrı-ayrı 
sənətkarların 
yaradıcılığı 
əsasında  aparılan 
problem-tədqiqatlar  çox  hallarda  möhkəm  təməli 
olmayan,  havadan  asılı  qalan  araş-dırmalar 
təəssüratı  doğurur.  Ədəbiyyat  tarixçiliyi  ilə 
nəzəriyyə  biri  digərini  tamamlayanda  daha 
mükəmməl,  uzunömürlü  əsərlər  meydana  çıxa 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə