Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə7/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   72

16 
 
Bunlarda  antigenenlik  xassəsi  də  vardır.  Dekstranlar  sənaye  üsulu  ilə  külli 
miqdarda istehsal olunur. 
Dekstranlar  da  D─qlükozanın  polimerləridir.  Bunlarda  qlükoza  qalıqları 
birinci və altıncı karbonlar vasitəsilə (α─1─6─rabitələrlə) birləşir.  
Pentozanlar.  Pentozanlar  pentozaların  biopolimerləridir.  Bu  qrup  polisaxa-
ridlərə arabanlar, ksilanlar və qeyriləri aiddir.  
Arabanlar  hidroliz  olunduqda  L─arabinozaya  ayrılır.  Arabanlar  suda  yaxşı 
həll olur. Molekul kütlələri 6000-ə yaxındır.  
Ksilanlar  ən  çox  bitkilərin  oduncağında  olan 


n
O
H
C
4
8
5
  polisaxaridlərdir. 
Bunlar  samanda,  bitkilərin  budaq  hissələrində  və  az  miqdarda  üzüm  şirəsində  də 
olur.  Hidroliz  olunduqda  β─D─ksilozaya  ayrılır.  Molekulda  β─1,4─qlikozid 
rabitələri ilə birləşmişdir.  
5.  Heteropolisaxaridlər,  bioloji  rolu  və  kimyəvi  tərkibi:  Heteropolisaxa-
ridlər  müxtəlif  növ  monosaxaridlərdən  əmələ  gəlmiş  karbohidratlardır.  Bunlara 
hemisellüloza, pektin maddələri və qeyriləri aiddir.  
Hemisellülozanın  hidrolizi  nəticəsində  müxtəlif  monosaxaridlər  (qlükoza, 
qalaktoza,  fruktoza,  mannoza,  arabinoza,  ksiloza)  əmələ  gəlir.  Bu  polisaxarid 
hüceyrənin divarında ehtiyat kimi olur.  
Pektin  maddələri  də  heteropolisaxaridlərin  nümayəndəsidir.  Bunların 
hidrolizi zamanı müxtəlif monosaxaridlər: arabinoza, qalaktoza, raminoza, ksiloza, 
fruktoza  ayrılır.  Pektin  maddələrində  çoxlu  miqdarda  qalakturon  turşusundan 
əmələ  gəlmiş  poliqalakturon  turşusu  və  ya  pektin  turşusu  da  olur.  Burada 
α─D─qalakturon  turşusunun  qalıqları  arasında  rabitə  birinci  və  dördüncü 
karbonlar arasında α─1─4─qlikozid əlaqələri hesabına yaranır.  
Pektin  maddələrinə  ən  çox  meyvələrdə,  giləmeyvələrdə,  liflərdə  təsadüf 
edilir. 
Selik  də  heteropolisaxaridlərdəndir.  Ona    k  i  t  r  ə    deyilir.  Bu  polisaxarid 
bitkilər  zədələndikdə  əmələ  gəlir.  Suda  həll  olmur,  şişib  kolloid  məhlul  əmələ 
gətirir. Kitrə hidroliz etdikdə D─qalak-tozaya, D─qlükuron turşusuna, arabinozaya 
və raminozaya ayrılır.  
Selik yoncada, çovdarda, kətanda, meyvə ağaclarında olur.  
Qalaktomannanlar  tərkiblərində  qalaktoza  və  mannoza  (1:2)  saxlayan 
heteropolisaxaridlərdəndir. Bunların nümayəndələrindən quaranı göstərmək olar. 
Qlükomannanlar da polisaxaridlərdəndir. Bunların nümayəndəsi eremuran-
dır.  Eremuran  bizim  ölkəmizdə  də  vardır.  Bunun  hidrolizi  zamanı  qlükoza  və 
mannoza  alınır.  Mannoza  almaq  üçün  yaxşı  mənbədir.  Eremuran  çox  gözəl 
emulqatordur, qismən hidrolizdən sonra qanın əvəzedicisi kimi də işlənə bilər.  
Mukopolisaxaridlər. Mukopolisaxaridlər heteropolisaxaridlər qrupuna aid- 


17 
 
dir. 
Bunlardan 
turş 
mukopolisaxaridlərə 
aşağıdakılar 
aiddir: 
hialuron, 
xondroitin─kükürd,  xondrontinsulfat  turşuları,  heparin  və  s.  Bunlar  hidroliz  olun-
duqda  heksozalara,  heksozaminlərə,  heksuron  turşularına,  sirkə  turşusuna,  sulfat 
turşusuna və s. ayrılır.   
Mukopolisaxaridlərə  birləşdirici  toxumada,  gözün  şüşəvari  cismində, 
sinovial mayesində, toxuma və hüceyrələrarası maddələrin tərkibində, qaraciyərdə, 
selikdə rast gəlinir. Bunlar boy prosesində, mayalanmada iştirak edir və yapışdırıcı 
xassəyə malikdir.  
 
  Hialuron  turşusu  turş  mukopolisaxaridlərdəndir,  hidroliz  olunduqda 
qlükozaminə,  sirkə  turşusuna,  qlükuron  turşusuna  ayrılır.  Onun  tərkibində 
N─asetilqlükozaminlə qlükuron turşusunun qalığı birinci və dördüncü karbonların 
β─1─14 rabitəsilə birləşir. 
Hialuron  turşusunun  molekul  kütləsi  bir  neçə  yüz  mindən  bir  neçə  milyona 
yaxındır.  Məhlulunun  özlülüyü  çox  yüksək  olur.  Hialuron  turşusu  toxumalarda 
(gözün  şüşəvari  cismində,  dəridə)  və  bioloji  mayelərdə  (sinovial  mayesində,  qan 
plazmasında) zülallarla birləşmiş şəkildə olur. Hialuron turşusu sinoviya mayesinə 
sürüşkənlik  xassəsi  verməklə,  oynaqlarda  zərbəni  zəiflətmək  qabiliyyətinə  malik 
olub, hüxeyrələri bir-birinə birləşdirir.   
A,─  və  C─xondroinsulfatlar  sulfatlaşmış  N─asetil-D─qalaktozamin  və  D 
qlükuron  turşusunun  qalıqlarından  əmələ  gəlmiş  zəncirvari  polimerlərdir.  Bunlar 
qalaktozamində sulfat turşusunun  vəziyyətinə  görə  fərqlənir.  A  xondroitinsulfatda 
sulfat  turşusunun  qalığı  qalaktozamində  dördüncü  karbonun  yanındakı  hidroksili, 
C─xondroitin─sulfatda isə altıncı karbonun yanındakı hidroksili əvəz etmişdir.  
B-xondroitinsulfat  (və  ya  dermatansulfat)  bunlardan  D─qlükuron  turşusu 
əvəzinə L─induron turşusunun olması ilə fərqlənir.  
Xondroitinsulfatlar çox da irimolekullu birləşmələr deyildir. 
Onların molekul kütləsi adətən 50-100 min arasında dəyişir.  
Xondroitinsulfatlar qığırdaq toxumasının əsasını təşkil edir.  
Heparinin  tərkibinə  D─qlükozemin,  D─qlükuron  turşusu  və  sulfat  turşusu 
daxildir. Onun molekul kütləsi 10-20 minə yaxındır.  
Heparin  ən  çox  qaraciyərdə,  ağciyərdə,  əzələlərdə,  qan  və  limfada  olur.  O 
qanın ən bioloji fəal spesifik antikoaqulyantıdır. Odur ki, trombozun müalicəsində 
və s.-də işlənir. 
Neytral  mukopolisaxaridlərdə  qlükuron  və  sulfat  turşuları  olmur.  Onlarda 
fruktozaya,  sial  turşularına  (N─asetilneyramin  turşusu)  rast  gəlinir.  Zülallarla 
birləşmiş  şəkildə  (mukoproteidlər)  bütün  üzv  və  toxumalarda,  xüsusən  selikdə  və 
s.-də  olur.  Son  zamanlar  karbohidratların  qarışıq  polimerləri  də  müəyyən  edil-
mişdir.  Bunlar  qlükopeptidlər,  qlükolipidlər  və  lipoqlükoproteidlərdir.  Qlükopep-
tidlərin tərkibində karbohidratlardan başqa aminturşuları da vardır. Qlükolipidlərin 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə