“qirx” KƏLMƏSİ haqqinda qirx iNÇƏLİK



Yüklə 4,6 Mb.
səhifə15/29
tarix25.06.2018
ölçüsü4,6 Mb.
#51590
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

ALLAHIN QIRX ANDI


1-“Vətturi”: “And olsun Tur dağına.”224

2-“Və kitabin məstur”: “And olsun yazılmış kitaba (Qurana).”225

3-“Vəssəmai vət-tariq”: “And olsun göyə və gecə gələnə.”226

4-“Vəssəmai zatil-büruc”: “And olsun bürclər sahibi olan göyə.”227

5-Vəl-yovmil-məvud”: “And olsun vəd olunmuş günə.”228

6-Vəlləyli və ma vəsəq”: “And olsun gecəyə və gecənin qoynuna aldıqlarına.”229

7-Vəl-qəməri izət-təsəq”: “And olsun bədirlənməkdə olan aya.”230

8-Fəla uqsimu bil-xunnəs”: “And içirəm gecə yanıb, gündüz sönən ulduzlara.”231

9-“Vəlləyli iza əsəs”: “And olsun qaralmaqda olan gecəyə.”232

10-“Vəvs-subhi iza tənəffəs”: “And olsun sökülməkdə olan dan yerinə.”233

11-“Vən-naziati ğərqa”: “And olsun (kafirlərin canını) çətinliklə alanlara (əzab mələklərinə).”234

12-“Vən-naşitati nəşta”: “And olsun (möminlərin canını) rahatlıqla alanlara.”235

13-“Vəs-sabihati səbha”: “And olsun (Allahın əmrlərini) sürətlə yerinə yetirənlərə.”236

14-“Fəs-sabiqati səbqa”: “And olsun (bir-birini) ötən mələklərə.”237

15-“Fəl-muddəbirati əmra”: “And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə).”238

16-Vəl-mursəlati urfa”: “And olsun bir-birinin ardınca göndərilən elçilərə.”239

17-“La uqsimu biyovmil-qiyaməh”: “And içirəm qiyamət gününə.”240

18-“Və la uqsimu bin-nəfsil-ləvvaməh”: “And içirəm özünü qınayan nəfsə.”241

19-“Nun vəl-qələmi və ma yəsturun”: “Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına.”242

20-“Vən-nəcmi iza həva”: “Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun.”243

21-“Vəl-bəytil-məmur”: “And olsun (mələklərin ibadət etdiyi) Beytül-məmura.”244

22-“Vəz-zariyati zərva”: “And olsun (toz-torpağı) sovurub dağıdan küləklərə.”245

23-“Fəl-hamilati viqra”: “And olsun yağış yüklü buludlara.”246

24-“Vəl-adiyati zəbha”: “And olsun (cihad zamanı) tövşüyə-tövşüyə) qacan atlara.”247

25-“Vəttini vəz-zəytun”: “And olsun əncirə və zeytuna.”248

26-“Və turi sinin”: “And olsun Tur dağına.”249

27-“Və hazəl-bələdil-əmin”: “And olsun bu təhlükəsiz, əmin-amanlıq şəhərə (Məkkəyə).”250

28-“Vəzzuha”: “And olsun günorta vaxtı aydınlıq günə.”251

29-“Vəlləyli iza səca”: “And olsun sakitləşməkdə olan gecəyə.”252

30-“Vəlləyli iza yəğşa”: “And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə.”253

31-“Vəşşəmsi və zuhaha”: “And olsun günəşə və onun işığına.”254

32-“Vəl-qəməri iza təlaha”: “And olsun günəşin ardınca çıxan aya.”255

33-“Vəssəmai və ma bənaha”: “And olsun göyə və onu yaradana.”256

34-“Vəl-ərzi və ma təhaha”: “And olsun yerə və onu döşəyənə.”257

35-“Və nəfsin və ma səvvaha”: “And olsun nəfsə və onu yaradana.”258

36-“La uqsimu bihazəl-bələd”: “And içirəm bu şəhərə (Məkkəyə).”259

37-“Və validin və ma vələd”: “And içirəm ataya və onun övladına.”260

38-“Vəl-fəcr”: “And olsun dan yerinə.”261

39-“Və ləyalin əşr”: “And olsun on gecəyə (Zil-həccə ayının birinci on gecəsinə).”262

40-“Vəlləyli iza yəsr”: “And olsun keçib getməkdə olan gecəyə.”263



2plant0


QIRX HAQQ


1-Allahın sənin üzərində ən böyük haqqı: Ona ixlasla ibadət etməkdir.

2-Nəfəs çəkməyin haqqı: Allaha itaət etməkdir.

3-Qulağın haqqı: Onun insanın boynunda olan haqqı haram sözlər (qeybət) eşitməkdən qoruyub saxlamaq, qəlbdə xoş düşüncə, ideya və gözəl xasiyyət yaradan hikmətli sözləri eşidib qəlbə ötürməkdən əlavə, xariclə qəlb arasında əlaqə vasitəsinə çevirməməkdən ibarətdir. Çünki qulaq həm pis, həm də yaxşı şeyləri ürəyə yetirən bir qapıdır.

4-Dilin haqqı: Haram sözlər deməkdən (söyüş söymək, qeybət etməkdən) çəkinmək, boş-boş danışmamaq və gözəl sözlər deməyə adət etməkdir.

5-Gözün haqqı: Onu haramlardan saxlamaqdır.

6-Əlin haqqı: Haram mala (və haram şeyə) əl uzatmamaqdır.

7-Ayağın haqqı: Haram üçün arddım atmamaqdır; çünki insan bir neçə müddətdən sonra həmin ayaqla Sirat körpüsünü keçməlidir.

8-Qarının haqqı: Həddən artıq yeməmək və onu haram malla doldurmamaqdır.

9-cinsiyyət üzvünün haqqı: Onu örtmək və zinadan qoruyub saxlamaqdır.

10-Namazın haqqı: Onu hüzuri-qəlblə, diqqətlə qılmaq və bütün şərtlərinə əməl etməkdir.

11-Həccin haqqı: Onun vacib bir vəzifə olduğunu bilmək və günahdan çəkinib Allaha pənah aparmaqdır.

12-Orucun haqqı: Onun Allah tərəfindən dilin, qulağın, gözün, qarının və sair bədən üzvlərinin üzərinə çəkilən bir pərdə olduğunu və cəhənnəm odundan qoruduğunu bilməkdir.

13-Sədəqənin haqqı: Allaha tapşırılan bir zəxirə və əmanət olduğuna inanmaqdır.

14-Qurbanlığın haqqı: Onu yalnız Allaha xatir yerinə yetirməkdir.

15-Müəllimin haqqı: Onun sözlərinə qulaq asmaq, ona ehtiram bəsləmək və onunla ucadan danışmamaqdır.

16-Nəzarət altında yaşayanların haqqı: Onlarla ədalətlə davranmaq, mehriban bir ata kimi onların qayğısını çəkmək, cəzalandırmaqda tələsməmək və səhvlərinə göz yummaqdır.

17-Şagirdin haqqı: Onlarla yaxşı və mülayim rəftar etmək, elm öyrətməkdə paxıllıq etməməkdir.

18-Arvadın haqqı: Onun Allah tərəfindən bir nemət olduğunu bilmək və onunla yaxşı davranıb, ehtiramını saxlamaqdır.

19-Ananın haqqı: Səni doqquz ay özü ilə gəzdirdiyini, gecələri yatmayıb sənə süd verdiyini, əzab-əziyyətlərə sinə gərib səni boya-başa çatdırdığını, özü ac-susuz qaldığı halda, sənə yemək və su verdiyini başa düşüb, ehtiramını saxlamaqdır. İmam Səccad (ə) bu barədə buyurmuşdur: “Ananın sənin boynundakı haqqı budur ki, biləsən ki, o, səni elə bir müddətdə və elə bir yerdə – öz bətnində saxlamışdır ki, heç kəs sənə qarşı bu işi görməzdi. Anan səni öz qəlbinin meyvəsi ilə qidalandırmışdır, halbuki başqaları bu işi görməzdi. O, səni bütün var-qüvvəsi və bütün vücudu - qulağı, gözü, əli, ayağı və s. - ilə qoruyub saxlamışdır.”264

20-Atanın haqqı: Sənin dünyaya gəlməyində əsas rol oynadığını başa düşməkdir; çünki əgər o olmasaydı, sən də dünyaya gəlməzdin, deməli, bu nemətə görə Allaha şükür et və onun ehtiramını saxla. İmam Səccad (ə) bu barədə buyurmuşdur: “Atan barəsində bilməlisən ki, o, sənin vücudunun başlanğıcı və əslidir, sən isə onun budaqlarısan. Əgər o olmasaydı, sən də olmazdın. Sənin vücuda gəlməyin ona bağlıdır.”265

21-Övladın haqqı: Sənin vücudunun bir hissəsi olduğunu, dünyada həm yaxşı, həm də pis bir iş gördüyü halda, sənə mənsub edildiyini bilmək və Allaha itaət etməkdə ona kömək etməkdir.

22-Qardaşın haqqı: Sənin izzət, qüdrət, dayaq nöqtən və arxalanacağın şəxs olduğunu başa düşüb, çətinliklərdə ona kömək etməyindir. Əgər o, Allaha itaət edənlərdən olsa, ona arxa ol; əks təqdirdə, Allahı ondan üstün tutmalısan.

23-Sənə yaxşılıq edən şəxsin haqqı: Ona təşəkkür edib minnətdar olmaq, onu dua etmək, yaxşılığı barəsində danışmaq, mal-dövlət və qüdrət sahibi olduğun zaman əvəzini ödəməkdir.

24-Azan verən şəxsin haqqı: Səni ibadətə dəvət etdiyi üçün ona öz minnətdarlığını bildir.

25-Camaat namazında imamın haqqı: O, Allah ilə sənin aranda səfir hökmündə olub, sənin tərəfindən danışdığı, haqqında dua etdiyi, qorxu hissi ilə Allah dərgahında durmağı öhdəsinə aldığı, özünü sənin, namazını da namazının qalxanı qərar verdiyi üçün ona öz təşəkkürünü bildir.

26-Məclisdəki həmsöhbətlərin haqqı: Onunla mülayim danışmaq, məclisdən çıxmaq istədikdə, ondan icazə almaq və ona elm öyrətmək üçün paxıllıq etməməkdir.

27-Qonşunun haqqı: Birlikdə olanda ona ehtiram göstərmək, yanında olmadıqda onun abır-heysiyyətini qoruyub saxlamaq, eyblərini axtarmamaq və səhvini bağışlamaqdan ibarətdir.

28-Dostun haqqı: Onunla insafla rəftar et, ehtiramını saxla. Əgər sənə yaxşılıq etmişdirsə, əvəzini ödə, günah etmək fikrində olsa, onu bu işdən çəkindir.

29-Malın haqqı: Onu yalnız halal yolla kəsb et və onu xeyirxah işlərə sərf etmək üçün paxıllıq etmə.

30-Borc aldığın şəxsin haqqı: Əgər gücün çatırsa, borcunu qaytar, əks halda xoş dillə razılığını cəlb et.

31-Al-ver etdiyin şəxsin haqqı: Onu aldatmayasan və kələk vurmayasan.

32-Dava edən şəxsin haqqı: Əgər onun iddiası haqdırsa, özün ona şahid ol, ona zülm etmə, haqqını ver; yox əgər nahaq yerə iddia edirsə, onunla mülayim rəftar et.

33-Məsləhətçinin haqqı: Əgər məsləhət edənin məsələsi barəsində xüsusi nəzərin vardırsa, bəyan et, əks təqdirdə, nəzər sahiblərinin yanına göndər.

34-Nəsihətə qulaq asanın haqqı: Ona mülayimliklə, mehr-məhəbbət göstərməklə nəsihət etməkdir.

35-Özündən böyük olan şəxslərin haqqı: Onun yaşını nəzərə alıb, ehtiramını saxlamaq, ondan qabağa keçməmək və onu nadanlıqla ittiham etməməkdir.

36-Özündən kiçik yaşlı şəxslərin haqqı: Ona məhəbbət göstərməklə təlim vermək və səhvini bağışlamaqdır.

37-Xahiş edən şəxsin haqqı: Onun xahişinə və hacətinə müsbət cavab verməkdir.

38-Xahiş etdiyin şəxsin haqqı: Əgər sənin xahişini qəbul etsə, ona minnətdarlığını bildir, əks təqdirdə, üzrxahlıq et.

39-Allaha xatir səni sevindirən şəxsin haqqı: Əvvəlcə Allaha, sonra da ona təşəkkür et.

40-Sənə pislik edən şəxsin haqqı: Onu bağışla, əgər bağışlamağının ona zərəri vardırsa, qisasını al.



2plant1



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə