Qloballaşma prosesi və Azərbaycan ali təhsilinə onun təsiri. Təlimi suallar və araşdırılacaq məsələlər


Boloniya prosesinəqədərki dövrün mərhələləri



Yüklə 56,28 Kb.
səhifə6/14
tarix03.01.2022
ölçüsü56,28 Kb.
#82537
1   2   3   4   5   6   7   8   9   ...   14
lek4

4.Boloniya prosesinəqədərki dövrün mərhələləri

Cəmiyyət həyatında təhsilin rolu ictimai inkişafda insanın biliyi, təcrübəsi, bacarıq və vərdişləri, peşə və şəxsi keyfiyyətlərinin inkişafı ilə müəyyən edilir. Hər hansı cəmiyyətdə intellektual və mənəvi keyfiyyətləri özündə birləşdirən şəxslər daha yüksək statusa malik olarsa, bu cəmiyyətdə təhsil yüksək qiymətləndirilir, gənc nəsil də keyfiyyətli təhsil almağa çalışır, əks halda, təhsil tədricən zəifləyərək, özünün stimullaşdırıcı qüvvəsini itirir.


Təhsil fasiləsiz və dinamik proses olduğundan onun qarşısında duran məqsəd və vəzifələr daim dəyişir. Ona görə də dünyanın inkişaf etmiş ölkələri mütəmadi olaraq öz təhsil sistemlərini yeniləşdirməyə çalışırlar. Son illərdə bu meyil daha çox müşahidə olunur. Hər bir dövlət çalışır ki, YUNESKO-nun təhsillə bağlı tələblərinə cavab verən sistem yaratsın.
Müasir təhsil insanlara bilik verməklə yanaşı, zəruri icbari, kommunikativ bacarıqlar aşılayır. Hər bir dövlət bu ümumi həyat şəraitindən irəli gələn ehtiyacları da nəzərə alır, bu baxımdan özü üçün konkret məqsədlər müəyyənləşdirir. Məsələn, ABŞ dünya dövlətləri sırasındakı liderliyini nə Avropa dövlətlərinə, nə də Yaponiyaya güzəştə getmək niyyətində olmadığından, təhsilin məqsədini beynəlxalq iqtisadiyyatda millətin liderliyinin təmin olunmasına yönəldir. Görkəmli türk alimi R.Gəncin fikrincə isə, milli egitimin amacı duyğu birliyi, hiss birliyi, fikir birliyi yaratmaqdır. Azad düşüncə olmasa, tərəqqi olmaz. Sivilizasiya elə bir atəşdir ki, ona lazım olmayanı yandırır.
Hazırkı dövrdə müasir dünya təhsili üçün olduqca vacib olan meyillər müşahidə olunur:
1) elit təhsildən hamı üçün yüksək ixtisaslı təhsilə keçilməsi;
2) təhsil sahəsində dövlətlərarası əməkdaşlığın güclənməsi;
3) təhsilin humanitarlaşdırılması;
4) milli adət və ənənələri, milli xüsusiyyətləri saxlamaqla innovasiyaların geniş yayılması.
Bu, cəmiyyətdə böyüyən nəslin təhsil-tərbiyəsində yeni parametrlər yaradan, orta və ali məktəblər qarşısında yeni vəzifələr qoyan, ənənəvi təlim metodlarında əsaslı dəyişiklik etməyi tələb edən sosial-iqtisadi dəyişikliklərdən irəli gəlmişdir.
Daha rəqabətli iqtisadi mühitə uyğunlaşmağı tələb edən dünya iqtisadiyyatındakı dəyişikliklər təhsilin keyfiyyəti problemini önə çıxarmışdır. İntellektli insan müasir dövrdə ən mühüm strateji vasitəyə çevrilmişdir. Buna görə də bir çox ölkələrdə təhsildə əsaslı və çoxşaxəli islahatların keçirilməsi zərurəti yaranmışdır. Artıq bu prosesə başlanılmışdır. İlkin mərhələdə vəsaitlərin azlığı və yenilikləri həyata keçirmə mexanizminin olmaması bu işdə çətinliklər yaratmışdır.
Təhsil islahatlarının uğurla həyata keçirilməsi genişmiqyaslı sosial-iqtisadi dəyişikliklərin aparılmasını da tələb edir. Daha təsirli və genişmiqyaslı belə dəyişikliklər inteqrasiya və unifikasiya problemini önə çəkən Avropada baş verdi ki, bunun da rəmzi ümumavropa valyutasının - avronun tədavülə buraxılması oldu. Yeniləşməkdə olan Avropada təhsilin məqsəd və vəzifələrinin əhatə dairəsi genişləndi. Avropada gedən sosial, siyasi və iqtisadi dəyişikliklər təhsilin qarşısına ümumavropa əməkdaşlığı şəraitində, istehsal məhsulları və informasiya mübadiləsi sistemində yaşayacaq, müxtəlif ittifaq, birlik, təşkilat vasitəsi ilə əməkdaşlıq edə biləcək insan hazırlamaq vəzifəsi qoydu.
Bu gün "Avropa meyarı" - hər şeydən əvvəl, təhsildə yeni meyillərə təkan verən və bütün avropalılar tərəfindən həyata keçirilən yeni təcrübədir. Burada təklif olunan yeni yanaşmaların və metodların əsasında alternativ pedaqogikanın fəal metodları və dəyərləri, sosial psixologiya, konstruktiv epistemologiya, antropologiya və kommunikasiya ilə bağlı elmlərin son nailiyyətləri durur. Bütün bunlar müasir dövrdə qəbul olunmuş üç müddəada ifadə olunur.
Birinci müddəada göstərilir ki, şagird yalnız ona məxsus olan təbii imkanlara, xüsusiyyətlərə, fərdi qabiliyyətlərə və məqsədlərə uyğun fəal hərəkət edən subyektdir. O, yaşadığı cəmiyyətin birgəyaşayış qaydalarına riayət edən, milli və bəşəri dəyərləri qoruyub saxlayan, yeni mədəniyyət nümunələri yaradan, müstəqil formalaşan və azad vətəndaşa çevrilən şəxsiyyətdir. Təhsil-tərbiyənin vəzifəsi isə böyüyən bu insana həyat şəraitini keçmiş nəsillərdən bir hədiyyə olaraq qəbul etməməyi deyil, onu dəyişməklə, öz həyatını daha yaxşı qurmağı öyrətməkdən ibarətdir.
İkinci müddəada göstərilir ki, şəxsiyyətin sosiallaşması çoxcəhətli və qarşılıqlı asılılığı ilə xarakterizə olunan polimədəniyyətli cəmiyyətdə həyata keçirilir. Ona görə də mədəniyyət anlayışında yeni yanaşmalar nəzərə çarpır.
Mədəniyyət bu gün təkcə dil və işarələr sistemi, sərvətlər, normalar, dəyərlər şəklində nəsildən-nəslə ötürülən sosial şərtlərin məcmusu kimi özünü doğrultmur. Müasir mədəniyyət dünya xalqlarının hamısının yaratdığı mədəniyyətlərin sintezi, qarşılıqlı əlaqədə olan mədəniyyətlərin toplusudur.
üçüncü müddəada göstərilir ki, müəllim-şagird münasibətləri yenidən qurulmalı, əməkdaşlıq pedaqogikası inkişaf etdirilməlidir. öyrətmə-öyrənmə prosesində əsas diqqət şagirdin üzərinə köçürülməlidir. Müasir təlimin ilk mənbəyi real həyat və birbaşa təcrübə olmalıdır. Müəllim-şagird münasibətləri qarşılıqlı anlaşmaya və humanist ideyalara əsaslanmalıdır. Müəllim şagirdlərin daxili aləminə nüfuz etməli, onların rəylərini öyrənməli, fikirlərindən bəhrələnməli, müstəqillik və təşəbbüskarlığını rəğbətləndirməli, hörmət hissini tələbkarlıqla üzvi surətdə uzlaşdırmalıdır.
Təhsildə Avropa meyarları konsepsiyasının bir çox ölkələrin təhsil proqramlarında öz əksini tapması zəngin innovasiya təcrübəsi, yeni təhsil texnologiyası yaratdı ki, bu da pedaqoji ədəbiyyatda "hərəkətdə təlim" kimi xarakterizə olunur.
Bu gün bir tərəfdən biliklər arasında əlaqə, digər tərəfdən üç bacarıq - "hərəkət etmək bacarığı", "yaşamaq bacarığı" və "həyat bacarığı" digər təhsil təcrübələri ilə müqayisədə daha çox üstünlük qazanmır. Nəzərdə tutulan biliklər sistemi praqmatik məsələlərin həllinə və yeni nəticələr əldə etməyə xidmət edir.
Müasir dövrdə təhsil paradiqmalarının dəyişməsi nəticəsində ənənəvi pedaqogikanın əsas postulatları (nüfuz, intizam, yarış) sıxışdırılır, onların yerinə yeniləri (azadlıq, fəallıq, əməkdaşlıq) tətbiq olunur. Əsasən biliklərin formalaşdırılmasına xidmət edən tədris fənləri, eləcə də siniflərdə şagirdlərin sayının ilbəil artması bu yeni prinsiplərin geniş tətbiqinə mane olur.
"Avropa eyniliyini", "vətəndaşlığını", "təhsildə Avropa meyarları"nı bərqərar etmək meyili təhsil və mədəniyyət sahələrində bir sıra Avropa layihələrinin həyata keçirilməsinə səbəb oldu. Birlik ideyası 1990-cı illərdən Qərbi Avropa ölkələrində həyata keçirilən təhsil islahatlarının əsasını təşkil etdi.
Ali təhsilin ikipilləli (hətta üçpilləli) strukturu hələ Boloniya Bəyannaməsinin imzalanmasından xeyli əvvəl yaranmış və ingilisdilli ölkələrdə üstünlük təşkil etmişdi. Akademik mobilliyin ECTS kimi vasitəsi ERASMUS və digər proqramlar çərçivəsində işlənib hazırlanmışdı. Diploma əlavə 1996-cı ildən Avropa Komissiyasının, Avropa Şurasının və YUNESKO-SERES-in təşəbbüsü ilə təşkil edilmiş və təhsil haqqında sənədlərin tanınması üzrə mütəxəssislərin, ali təhsil müəssisələrinin və üç sponsor təşkilatın nümayəndələrinin daxil olduğu xüsusi işçi qrup tərəfindən yaradılmışdı.
Avropada Boloniya bəyannaməsinə qədər bu sahədə böyük bir yol qət edilmişdir. Bu, ümumavropa ali təhsil sahəsində inteqrasiya proseslərinin zəruriliyinin dərkindən ali təhsildə struktur islahatlarının başlanmasına qədər olan dövrü əhatə edir.
"Elmin işıq saçan qanadlarında daş dövrünün yenidən qayıdacağını" yaxşı dərk edən U.çörçill hələ 1947-ci ildə Avropanın birləşdirilməsi uğrunda mübarizə üzrə Beynəlxalq Komitənin formalaşdırılması təşəbbüsü ilə çıxış etmişdi. 1949-cu ildə Avropa Şurası yaradıldı. 1953-cü ildən başlayaraq Avropa Şurası ali təhsillə bağlı bir neçə konvensiya qəbul etdi: Universitet diplomlarının bərabərliyi haqqında Avropa Konvensiyası (1953); Ali təhsil müddətlərinin bərabərliyi haqqında Avropa Konvensiyası (1956); Ali təhsil ixtisaslarının akademik tanınması üzrə Avropa Konvensiyası (1959) və s. 1955-ci ildə Kembricdə universitet rektorlarının ilk görüşü keçirildi.
1959-cu ildə Dijonda və 1964-cü ildə Gettingendə keçirilən toplantılar "Tələbələrin avropalı kimi humanitar və sosial elmlər üzrə təlimi nədən ibarət olmalıdır?" probleminin müzakirəsi ilə yadda qaldı. ümumavropa iqtisadi məkanının formalaşdığı dövrdə milli universitetlərin Avropa ölkələrinin mənəvi və iqtisadi birliyinin yaradılmasında vətəndaşlıq məsuliyyəti ideyası meydana gəldi.
1964-cü ildə kütləvi ali təhsilin ilk əlamətləri büruzə verməyə başladı. 1968-ci ilin tələbə hərəkatı ali məktəblərin məqsədi, məzmunu, təşkilati və sosial rolunun intensiv surətdə yeniləşməsinə təkan verdi. 1966-cı ildə, demək olar ki, eyni vaxtda iki hadisə baş verdi. Birincisi, iqtisadi və valyuta birliyinin yaranmağa başlanması; ikincisi isə Avropa Universitetləri Assosiasiyasının (tərkibinə ilk mərhələdə Sovet universitetləri də daxil olmuş, sonralar aşkarcasına əks - Qərb yönümü ilə əlaqədar olaraq onun tərkibindən çıxmışlar) təşkili idi. Həmin dövrdə Avropanın ali məktəb rəhbərlərinin bir çoxu Avropa Universitetləri Assosiasiyasının təşkilinə meyil göstərirdilər. Bütün Avropa universitetlərinin anası (alma mater) hesab olunan Boloniya Universiteti Avropanın akademik həmrəyliyinin yaranması prosesində xüsusi rol oynadı. 1969-cu ildə ali təhsilin ixtisaslaşması və elmi məsələlərin həllində ali məktəblərin muxtariyyəti məsələsini yeni istiqamətdə və məzmunda işləyib hazırlayan dördüncü Assambleya keçirildi. 1974-cü ildə Boloniyada keçirilən beşinci Assambleya Şərqi Avropa ölkələri hesabına onun (məclisin üzvlərinin tərkibinin) genişlənməsi haqqında qərar qəbul etdi.


Yüklə 56,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə