Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   15   16   17   18   19   20   21   22   23
ag-zanbaqlar-olkesi-az Mir.az

13 
Pastor Makdonald 
Ruhani Makdonaldın kitabı daha güclü təəssürat yaratmışdı. 
Neçə illər ərzində bütün ölkədə bu kitab haqqında yazır və 
danışırdılar. Gənc ruhanilər və ilahiyyatçı tələbələr bu kitabı 
özləri üçün rəhbər tuturdular, ancaq onu ateistlər də, 
ümumiyyətlə, dinə laqeyd olan insanlar da, maraqla oxuyub 
öyrənirdilər. Onu günəşli kitab adlandırırdılar. 
Müəllifin şəxsiyyəti də çox maraqlıydı. Fin ruhanilərinin və 
fin xalqının mənəvi inkişafında dərin çevriliş etmiş bu kitabın 
müəllifi, əslən isveçliydi və Finlandiyada yaşayan ən məşhur 
isveçli ailəsindən çıxmışdı. Onun əcdadları Şotlandiyadan 
gəlmişdilər, protestantlarla katoliklərin dini müharibəsi zamanı 
vətənlərini tərk etmişdilər. Qraf Makdonald nəsli Şotlandiyada, 
həmişə, qatı dindarlığı və yüksək mənəviyyatıyla seçilmişdi. 
Ailədə qoyulmuş qaydaya görə, ailənin bir uşağı hökmən ruhani 
olmalıydı. Makdonald soyadlı ruhanilər isə, Şotlandiyada 
həmişə ən yaxşı kilsə xadimləri olurdular. Ancaq Roma papası 
həmişə onlara şübhəylə yanaşır, İngiltərədəki papa kardinalları 
onları daima izləyirdilər. 
153 


Ruhani Makdonaldlar yüksək savadla seçilirdilər. İncilin 
dərin biliciləri hesab olunurdular. Gözəl natiq, ilhamlı vaizlər 
kimi tanınmışdılar. Hamılıqla mənəviyyatca çox yüksəkdə 
dayanan insanlar kimi ad qazanmışdılar. Ancaq onların kilsə 
xidməti və ayinlərinin yerinə yetirməsində bir qeyri-adilik vardı, 
xaç suyuna salmada, kəbin kəsmədə, dəfn mərasimində və öz 
tabeliyində olan mahalın dini tərbiyəsində fərqli şəkildə 
davranırdılar. 
Makdonaldlar katolik ruhanilərin işsiz-gücsüz və harın ömür 
sürməsinə, habelə, ölkənin problemlərinə laqeyd qalmasına qarşı 
mübarizə aparır, onları xalqın qaniçənləri, tənbəl kölələr və kilsə 
tacirləri adlandırırdılar. Həmişə islahat tələb edən alimlərlə 
maraqlanar, bəzən isə onlarla dostluq edərdilər: bu ilahiyyatçı 
alimlər kilsə təliminin təmizlənməsi, sağlamlaşdırılması və 
həyata tətbiqiylə bağlı müsbət ideyalar irəli sürürdülər. 
Lüteran islahatı dalğası Şotlandiyaya gəlib çatanda 
Makdonaldlar hamılıqla protestant kilsəsinə qoşuldular. Qızğın 
katolik olan Mariya Stüart, Lüterin ardıcıllarını təqib etməyə 
başladı, nəticədə Makdonaldlar ölkədən qaçmalı olub, kral 
Qustav Adolfun hökmdarlıq etdiyi İsveçə sığındılar. 
Yüksək mənəvi keyfiyyətləri və o dövr üçün çox az rast 
gəlinən dərin bilikləri sayəsində Makdonaldlar yeni vətəndə 
böyük nüfuz qazana bildilər. Krallar onları sevir, İsveç 
zadəganları onlara həsəd aparırdı. 
Makdonaldlar Finlandiyada məskunlaşaraq kobud, pozğun 
və çox vaxt soyğunçuluqla məşğul olan isveçlilər zadəganlığı 
arasında “ağ qarğalara” çevrildilər. Onlar finlərlə doğmalaşdılar, 
onları sevdilər. Qarşılığında özləri də finlərin sevimlisinə 
çevrildilər. Ən ucqar meşəliklərdə 
154 


yaşayan finlər belə, onları tanıyır və bu ailənin üzvlərini sevgiylə 
bizim Makdonaldlar çağırırdılar! 
Makdoaldlar lüterançılığa keçəndən sonra da, qatı din-
darlıqlarını saxlamışdılar. Bibliya onların ailəsində masaüstü 
kitab olmaqda qalırdı. Habelə, ailənin köhnə ənənəsi, 
övladlardan birinin hökmən ruhani olması qaydasını da qoruyub 
saxlamışdılar. 
Beləliklə, Luka Makdonald Snelmanın yaşadığı dövrdə 
ruhani olmuşdu. O fin və İsveç dillərindən başqa alman, fransız 
və ingilis dillərini dərindən bilir, bu dillərdə yazıb- oxuya və 
sərbəst şəkildə danışa bilirdi. Sonradan rus dilini də dərindən 
öyrənmişdi. İki Alman universitetinin elmlər doktoru adını 
almışdı. Fəlsəfəni və iqtisadiyyatı yaxşı bilirdi. Astronomiya və 
geologiyayla maraqlanırdı. 
Ona Helsinqfors universitetində, ilahiyyat fakültəsinin 
professoru vəzifəsini təklif etmiş və az keçmiş xalq seymi- nin 
üzvü seçəcəklərini vəd etmişdilər. Luka Makdonald bu təklifləri 
qəbul etməmişdi. O, qətiyyətlə kənd ruhanisi kimi işləyəcəyini 
bildirmişdi. 
- Bir düşünün, siz nə edirsiniz? - ona deyirdilər. - Siz parlaq 
işgüzar gələcəyinizi məhv edirsiniz!.. 
- Mənsiz də yetərincə işgüzar ruhani lariniz var, - Luka 
Makdonald acı təbəssümlə deyirdi. - Kilsə gələcəyi 
düşünənlərin yeri deyil. Kilsə ardıcıllıq və ardıcıllar tələb edir. 
Keşiş-siyasətçilər, keşiş-demaqoqlar - kilsənin və xalqın 
bədənindəki ağrılı yaralardır. Mən daha yüksək “gələcək” 
qazanmaq istəyirəm, unudulmuş, cəhalət içində yaşayan 
bədbəxt fin xalqının arasında yaşayıb onların həvarisi olmaq 
istəyirəm. 
- Ancaq bir düşünün, - deyirdilər, - siz qrafsınız, zadəgan, 
yüksək mədəniyyət sahibisiniz və... kəndə getmək 
155


istəyirsiniz!.. Axı orada əqli, əxlaqi və fiziki çirkinlik baş alıb 
gedir, yarıvəhşi bir həyat hökm sürür... 
- Məhz elə buna görə ora getmək zəruridir. Xəstə adamların 
həkimə 
ehtiyacı 
olur. 
Xalqın 
xəstəliyi 
isə 
bizim 
düşündüyümüzdən də ağırdır... Mən bütün yazı və yayı heybəmi 
çiynimə alıb Finlandiyanı başdan-ayağa gəzdim. Sal sürənlərin 
tonqalı başında, meşədə qatran bişirənlərin düşərgələrində 
gecələdim. Bizim varlı kəndlərdəki toylara da getdim, orada varlı 
maldarlar yaşayır. Onların hər şeyi var, öküz kimi gövdəli, donuz 
kimi piylidirlər. Mənəvi-ruhani baxımdan isə heyvandan 
seçilmirlər. Sizə bu səfərimdən sonra xalqımızın çox dəhşətli bir 
vəziyyətdə olduğunu hiss etdiyimi deməliyəm... 
Adam özündən xəcalət çəkir. Bizim hamımız, bütün savadlı 
insanlar üçün, bu böyük utancdır. Mədəniyyətimiz üçün də 
xəcalətdir... Yüz minlərlə müxtəlif məzhəbdən olan xristian 
ruhaniləri və yepiskopları bundan xəcalət çəkməlidir, onlar 
əhalinin böyük hissəsinin düşdüyü bu dəhşətli əqli, iqtisadi və 
mənəvi faciələri görür, bütün bu əzablara, ağrı-acılara, xalqın 
məhv olmasına laqeydcəsinə baxır və sanki bütün bunları adi şey 
hesab edirlər. 
- Susa bilmirəm, - Luka Makdonald davam edib deyirdi. - 
Mən 
qışqırmalıyam, 
həyəcan 
zəngi 
çalmalıyam, 
hakimiyyətdəkilərin, yazıçıların, alimlərin və ən çox da dərin və 
uzun-uzadı yuxuya getmiş ruhanilərin yatmış düşüncələrini və 
vicdanlarım oyatmalıyam. Onlar hamılıq- la ölü bir yuxuya 
dalmışlar. Cinayətkarcasına yatırlar. 
Elə Luka Makdonaldın bu kitabı da vicdanın harayı, köməyə 
çağırış fəryadı kimi yaranmışdı. 
Kitab yalnız ilhamla deyil, həm də istedadlı bir qələmlə və 
yüksək bədii zövqlə yazılmışdı. Bir sıra mənzərələr 
156 


dantesayağı cəhənnəmin bu dünyadakı nümunələrini sarsıdıcı 
bir qüvvəylə təsvir edir, xalqın necə əzab çəkdiyini, işgəncə 
içində 
olduğunu, 
qəzəbləndiyini, 
sərxoşluqla 
necə 
zəhərləndiyini, özlərini və övladlarını necə məhv etdiklərini 
bütün qorxuncluğuyla açıb ağardırdı. 
Ön sözdə Makdonald gəncliyində matros şagirdi kimi 
üzdüyü gəmidə səfər etdiyi Qərbi Afrikada, vəhşi adlanan 
insanların hayatıyla bağlı gördüklərini qələmə alır. 
Bu vəhşi afrikalılar məndə insanabənzər heyvan təəssüratı 
yaratmışdı. - Makdonald yazırdı. - Fikrimcə, o zaman bu 
adamlara şəfqətdən çox, nifrətlə baxırdım. Həm də, qürur 
hissiylə mədəni baxımdan bu vəhşilərdən nə qədər uzağa gedə 
bildiyimizi düşünürdüm. 
- İndi isə belə düşünmürəm, - Makdonald kədərlə əlavə edir. 
- Öz xalqımın hayatıyla nə qədər yaxından tanış oluramsa, 
Afrikanın vəhşilərinə öz xalqıma nisbətən bir o qədər çox 
hörmət bəsləməyə başlayıram. Mənə elə gəlir, bizim əhali onlara 
nisbətən daha kobud, kütbeyin və mənəvi baxımdan çürükdür. 
Daha sonra Makdonald çox böyük ustalıqla xalq həyatının 
tipləriylə bağlı səhnələri təsvir etməyə başlayır. Oxucunu öz 
arxasınca 
aparıb 
ona 
kəndli 
daxmalarında, 
usta 
emalatxanalarında, öz mənzillərində, meyxanalarda, yarmarka 
və bazarlarda nə baş verdiyini məharətlə təsvir edir. Düşkünlük 
və hərislik, yalan, fırıldaqçılıq, oğurluq, vicdansızlıq, 
daşürəklilik, təkəbbür, sərxoşluq, bir-biriylə tutaşmalar... 
Müəllif, uşaqların amansızcasına döyülməsi, qadınlarla kobud 
rəftar və başqa bu kimi neqativ halları bütün çılpaqlığı açıb 
göstərir. 
Bunların hamısı adi görünür. Çünki oxucu, bu yamanlıqların 
insan təbiətinin məhsulu deyil, daimi ehtiyacın do 
157 


ğurduğu şər olduğunu anlayır. İnsanlar ruhlarına görə xəbis, əclaf 
və yaramaz deyillər, onları sadəcə basıb əzir, alçaldırlar. Onlar 
ağır əməyin, ümumi alçaldıcı davranışın işgəncəsi altındadırlar. 
Buna görə də, onların ürəyi nifrətlə doludur və onlar bu qəzəbi, 
həmişə, özlərindən zəif olanların üstünə tökməyə hazırdırlar. Bu 
acınacaqlı vəziyyəti müvəqqəti də olsa, unutmağa çalışır, bunun 
üçün içib keflənirlər. Ağır əmək bahasına qazandıqları qəpik-
quruşu mənasız yerə, içkiyə xərcləyirlər. Kobud heyvani 
instinktlərlə yaşayırlar. Yüksək, nəcib duyğuları yadırğayıblar. 
Vicdan, həqiqət, mənəviyyat və Allah barədə düşünmürlər. 
- Mən Çində də olmuşam. - Makdonald yazırdı. - Çinlilərin 
həyatının, məişətinin və ruhunun dərinliklərinə göz gəzdirməyə 
çalışmışam. Təəccüblü, sirli və qorxunc xalqdır! 
Xalq hamılıqla sözün əsl mənasında ateistdir. Onlar etiqadca 
ateist olmasalar da, ilahilik ideyasını danmasalar da, çoxlu sayda 
tanrıları var. Onlara səcdə edirlər. Ancaq onlarda ilahilik 
duyğusu yoxdur. Ruhlarının Allaha ehtiyacı yoxdur. Onlar sanki 
yaxşı qurulmuş mexanizmdirlər. Buxarla, elektriklə, küləklə, nə 
ilə desən, işləyirlər, yalnız ruhla hərəkətə gəlmirlər. 
Onlar vətənlərini sevirlər, ancaq bu heyvani sevgi, hər bir 
Konstantinopol itinin öz yaşadığı küçəni sevməsinə bənzər bir 
duyğudur. Yaşadıqları torpağa, qurdun meşədəki mağarasına 
olan sevgisinə oxşar bir hisslə bağlıdırlar. Həmçinin, ailələrini, 
xalqlarını da, belə bir heyvani duyguyla sevirlər. Çox kobud, 
instinktə, kortəbiiliyə bağlıdırlar. Heç nədə mənəviyyatdan əsər-
əlamət yoxdur. 
- Bizim xalqın böyük əksəriyyəti bu cür əməli dinsizlərə 
çevrilib, - L.Makdonald yazırdı. - Onlar Allahı və dini 
158 


prinsip olaraq danmırlar. Sadəcə, Allah haqqında düşünmür və 
danışmırlar. Allah və din onların həyatında heç bir rol oynamır. 
Onları xristian adlandırılır, özlərini xristian sadırlar, ancaq İsa 
Məsihi, onun təlimini yada salan, adını dilinə alıb danışan 
yoxdur. Nə üçünsə bu ad onlar üçün heç bir məna kəsb etmir. 
Qurumuş çayları xatırlayın: onların suyu çox-çox qədimlərdə 
kəsilib, ancaq yenə də “çay” adlanırlar. Bizim quru “xristianlıq” 
da bunun kimidir. Xristianlar İsa Məsihsiz, Allahsız və dinsiz 
qalıblar. Onlara ehtiyac da yoxdur. 
Hələ ən təəccüblüsü, yüzlərlə məbədin olmasıdır, - 
L.Makdonald davam edirdi. - Yüzlərlə yenisi də tikilir. Onlarda 
minlərlə ruhani çalışır. Hər bayramda bu məbədlərdə ilahi 
ayinlər icra olunur. İnsanları xaç suyuna salır, kəbin kəsir, 
tövbələrini qəbul edir, ölüləri duayla yola salırlar... və bütün 
bunların hamısı “boşunadır”! 
Kilsələrə qoca qarılardan başqa heç kim getmir. Heç kim 
kilsə mərasimlərinə əhəmiyyət vermir. Ruhanilər siyasətlə 
məşğul olur. Çox vaxt silahla gəzir və müxtəlif partiyaların 
təbliğatını aparırlar. Ticarətlə məşğul olurlar. Ağac emalı, kərpic 
zavodlarının sahibidirlər. Yüz minlərlə çəllək pivə və arpadan 
çəkilmə tünd araq düzəldib xalqa satırlar. 
Bu heç kimi təəccübləndirmir. Adamlar sanki, xristian 
ruhanilərinin İsa Məsihin həvarilərinin işinin davamçıları 
olduqlarını, onların işinin xalqın dini və əxlaqı tərbiyəsindən 
ibarət olduğunu, vicdanlar və ürəklərlə məşğul olmalı olduğunu 
unudublar... 
- Bilirsinizmi? - L.Makdonald acı təbəssümlə deyirdi, - bizim 
məbədlərimiz, ruhanilərimiz və qatı katexizislərimiz barədə 
düşünəndə mən həmişə ölkəmizdə çay üzərində qurulmuş 
yüzlərlə su dəyirmanını xatırlayıram. Bəndlərin 
159 


üzərində qurulmuş binalarda yerləşən bu dəyirmanların içində 
taxıl üyütməli olan dəyirman daşları olur. Dəyirman daşı böyük 
və yoğun tirlə, fırlanan nəhəng dəyirman çarxına bərkidilib. Su 
öz axarıyla bu çarxı, o isə öz növbəsində dəyirman daşını fırladır, 
ancaq dəyirmanın gözünə heç kim dən tökmür. Dəyirmana heç 
kim getmir, o unudulub və boşuna işləməkdə davam edir. 
Bu cür boşuna işləyən, unudulmuş, heç kimə gərək olmayan 
dəyirmanlar mənə bizim fın kilsəsini xatırladır. Çarx fırlanır, 
dəyirman daşı çax-çax səsiylə dönür, ancaq un yoxdur: çünki heç 
kim dəyirmanın gözünə dən tökmür. 
İsa Məsihin kitabçıların və fariseylərin haqqında dediyi, 
quruyub qaxac olmuş əncirə bənzər bir şey alınır. Mən bir az da 
müasir, bizim yerli fın şəraitinə uyğun bir müqayisə aparmaq 
istəyirəm. Bizdə çörək dükanlarının və sexlərinin üzərində, 
lövhə əvəzinə, çörək rəngində olan ağacdan düzəlmə qoğal, 
kolbasa dükanının üzərindən isə ağacdan yonulmuş bud simvolu 
asılır. Görünüşcə çörəyə və bud ətinə oxşasalar da, ağacdan 
düzəldilib və yeməyə yaramır. Onlar yemək üçün deyil, yalnız 
nişan vermək üçündür. İndi düşünün, - Makdonald qızğınlıqla 
səsləndi, - burada bizim fın kilsəsi və onun xidmətçiləri haqda nə 
demək olar: “boş-boşuna işləyən, un üyütməyən dəyirman! Quru 
və çürük ağac! Taxta qoğal!” - Bilirəm, mənim bu sözlərimdən 
sonra kilsə xidmətçilərinin arasından minlərlə ikiüzlü haray 
çəkəcək: “bu deyilənlər kilsəni, ruhaniləri təhqir edir, dini 
sarsıdır”. Mən isə onlara demək istəyirəm: Yalançılar! Yeni 
fariseylər! Mən kilsəni təhqir etmirəm, Onun işini pozanlara, 
sanki, İsa Məsihin canlı bədənini iflic etmək üçün çalışanlara 
qarşı çıxıram, bunun dərdini çəkirəm. Mən “ruhaniləri” günah-
landırmıram, həqiqi ruhaniləri axtarıram, canlı, ilahi ruhla 
160 


ilhamlanmış insanları haraylayıram. Cəmiyyətə və gənclərə 
belə bir ricayla üz tuturam: 
- İnsanları, İsa Məsihin həqiqət buğdasına qonaq edin. 
Özünüz bu buğdanın yerini tutun. Məbədlərin mehrablarını 
hörümçək torundan və tozdan təmizləyin. Kilsədə məmurluq 
edənləri, siyasi yüksəliş üçün çalışanları və ticarətlə məşğul 
olanları həvari xidmətindən qovun. Xalqın ruhunda sönmüş 
olan duyğuları yenidən alovlandırın. Milyonlarla insanın 
kobudlaşmış, odunlaşmış ruhunu canlandırın. Onlarda Allaha 
sevgini oyadın. 
Din, gözəl və bəzəkli ayinlərlə bağlı mücərrəd kitab 
göstərişlər toplusu deyil, - Makdonald yazırdı. - Ayinlər bədənə 
geyilən paltar kimidir, onlar bədənə hər hansı geyim kimi 
gərəkli ola bilər, lakin bədənin özü deyil. Paltar bədəndən artıq 
olmadığı kimi, dinin göstərişləri və ehkamları da onun özündən 
üstün deyil. Əvvəl inanc olmalıdır, sonra onun tərifi və 
qaydaları yaranmalıdır. İnsanlarda, xalqda inanc duyğusu 
oyadın. İnsanlarda yeməyə, içməyə, nəfəs almağa, başqalarıyla 
ünsiyyətə tələbat olduğu qədər, Allaha da tələbat yaradın. İnanc 
oyatmağa çalışın. 
Bizdə, çox vaxt, gimnaziya şagirdləri imtahanları verib 
qurtarandan sonra toplaşır və təntənəli şəkildə dərsliklərini 
yandırırlar. Nə üçün? Bu nə deməkdir? Çünki bizim 
məktəblərin ruhu ölüb, onlar şagirdlərə canlı düşüncələr yerinə 
quru və darıxdırıcı məktəb formullarının cansız tozunu verir. 
Bilik yanğısı oyada, şagirdlərdə elmə maraq yarada bilmir. 
Onlara elmi anlamaq və dəyərləndirmək qabiliyyəti verə bilmir. 
Bədiilik, bədiilik duyğusu, gözəllik tələbatı olmadan 
incəsənət yaranmadığı kimi, elmlik olmadan, elmə sevgi 
161 


yaranmadan, elmi biliklərə yanğı doğulmadan elmin və elm 
adamlarının meydana gəlməsi də mümkün deyil. 
Öncə elmilik, sonra elm yaranır. 
Öncə bədiilik, sonra incəsənət yaranır. 
Elmilik və bədiilik, bilik yanğısı və gözəllik - münbit 
torpaqdır, elm və incəsənət isə onların üzərində bitən, göz 
oxşayan çiçəklərdir. 
Din məsələsində də bunun kimidir, - Makdonald yazırdı: - 
birinci dindarlıq, duyğu, sonra bu duyğunun təzahürü, 
müəyyənləşməsi kimi din ortaya çıxır. Həm də dinin mahiyyəti 
heç də ayinlərdə, ehkamlarda, hadisə və istinadların 
müqəddəsləşdirilməsində deyil. Bunlar da lazımdır! Ancaq 
bütün bunların arxasında dərin fəlsəfi və bədii mənalar dayanır! 
Kimya və fizika elektrik, işıq və istilik üçün öz formullarını 
işləyib hazırlayıb, ancaq işıq, istilik və hərəkətverici işçi 
qüvvəsinin olması üçün əvvəlcə elektrikin olması zəruridir. Biz 
gərək canlı enerjiylə yüklənək. Hər bir insan canlı elektrik 
stansiyası olmalıdır. Əvvəl gərək elektrik, işıq və istilik və 
hərəkətverici qüvvə olsun, sonra onların müəyyən edilməsi. 
Qısaca desək, dovşan ətinin qızartmasını bişirmək üçün əvvəl 
dovşan olmalıdır. Dovşan olmadan dovşan qızartması da olmur. 
Dində də belədir. İsa Məsih İudcyada, əlində katcxizis, dua kitabı 
tutub gəzmirdi. O insanların ürəyində dua yanğısı, dua tələbatı, 
həqiqət ehtiyacı, sevgi alovu oyadırdı. 
İsa Məsih, töycü toplayanı, vergi yığanı, hakimlərin bu- 
yuruğuyla xalqı soyanları öz arxasınca getməyə çağırırdı. İsa 
Məsihin bir neçə sözündən sonra vergi toplayan özünün firavan 
həyatını təmin edən sakit işini atıb onun ardınca gedirdi. Onlar 
İsa Məsihin davamçısına, İncilin vaizinə 
162 


çevrilirdilər. Alçaq və zorakı yolla özünə çörək qazanan, vergi 
toplayan şəxs, İncilin həvarisinə çevrilirdi. Bizdə isə iblisin 
istehzasına səbəb olan əməllər törənir!.. Həvari rütbəsi daşıyan 
adamlar vergi toplayanlara çevrilirlər. Yalnız xalqdan necə pul 
qoparmaq, şəxsi qazanc, harın, avara və tənbəl həyat barədə 
düşünürlər. Onların sözünün xalqa təsir etməməsində, 
ümumiyyətlə, onlara heç kimin qulaq asmamasında, təəccüblü 
nə var?! Bu adamlar insanların ruhundakı dini hissləri oyada 
bilmirlər. Deyəsən heç bunu istəmirlər də! Oyatmırlar da... 
Onlar dindən ölü inanc təlimi toplusu düzəldiblər. Dini 
hansısa bir dinin qrammatikasına, onun yüzlərlə qaydalarına, 
paraqraflarına və təlimatlarına çeviriblər. İncili özlərinin 
darıxdırıcı, cəfəng yozumlarıyla gözdən salıb, İsa Məsihin 
şəxsiyyətini, onun təliminin mahiyyətini bütünlüklə unudublar. 
İsa Məsih: “Allahı xatırla”, “yaddaşını Allahın yüzlərlə 
mənası, xüsusiyyəti və hökmləri ilə doldur” - demirdi. İsa Məsih 
daima bunu öyrədir və təkrarlayırdı: sev, sev, sev! İnsanları sev! 
İstənilən insanı sev! Hər bir canlını sev! Bütün dünyanı sev: 
ağacı da, daşı da, çöldəki qum dənəsini də, göydəki ulduzu da 
sev. Hər şeyi sev! Hər şeyə həyat verəni sev! Tanrını və öz 
yaxınlarını sev - deyirdi İsa Məsih, - və bütün İlahi Qanunların, 
dinin və peyğəmbərlərin təliminin mənası da elə bu sevgidir. 
Sevgi, başqalarıyla bərk-bərk bağlanmaq duyğusu, ətrafımızda 
olanların hamısıyla vəhdət - bax, insanı, adamları, xalqları və 
insanlığı imana gətirən budur. - Luka Makdonald bu sözlərin 
müxtəlif çalarlarını dönə-dönə deməkdən, dayanmadan 
təkrarlamaqdan yorulmazdı. 
163 


Bu kitabda iç üzlərinin açılması, özlərinin tənbəlliyinin, 
fəaliyyətsizliyinin və ruhani kütlüyünün ifşası Makdonladın 
rəqiblərinə xoş gəlməsə də, onlar özlərini o yerə qoymur, sanki 
bu acı həqiqətləri görmür və fikri yayındırmaq üçün kiçik 
detallara üz tutur, kitabın qeyri-adi yazılış tərzinə irad tutmağa 
çalışırdılar. Kitabın mahiyyətindən yan keçib onun zahiri 
təsviriylə bağlı haray-həşir salırdılar. Müxtəlif jurnal və 
qəzetlərdə bu məzmunlu yazılar çap etdirirdilər: 
-
Kitabın süjeti yaxşı düşünülməyib. Qarmaqarışıq və 
sistemsizdir. Material bütöv bir axına tabe edilməyib. Bu 
müxtəlif tipli zibillərin bir yerə toplanmasıdır. Hər şey 
təsadüflərə bağlanır, çoxlu təkrarlar var: onlarla yerdə eyni 
şeylərdən təkrar-təkrar söz açılır. 
L.Makdonald kitabına yönələn hücumlar barədə oxuyanda və 
ya eşidəndə, bunlara təbəssümlə yanaşırdı, ancaq kitabının 
beşinci nəşrindəki ön sözdə bununla bağlı yazmağı qət etmişdi: 
-
Öz kitabımı müdafiə etmək istəmirəm, ancaq onun 
məqsədini və xarakterini aydınlaşdırmaq, nə üçün belə yaz-
dığımı, sonrakı nəşrlərdə düzəlişlər etmədiyimin səbəbini izah 
etmək istəyirəm. Mən romançı deyiləm və bu kitabım sizin asudə 
vaxtlarınızda oxuyub həzz almağınız üçün nəzərdə tutulmuş 
bədii bestseller deyil. Mən xalqın qasidi və səlahiyyətli 
nümayəndəsiyəm, xalq mənimlə sizə, onun hesabına ödəməli 
olduğunuz yüzlərlə hesab qəbzi göndərib. 
Hamı həyatın ağırlığından, əzabından, gətirdiyi uğur-
suzluqlardan danışır, ancaq heç kim bu həyatı lazım olduğu kimi 
qurmaq, daha yaxşı etmək üçün çalışmaq istəmir. Sanki hamımız 
həyata kənardan tamaşa edirik və hər şeyi mühakimə edən 
hakimlik səlahiyyətimiz var. Hamı böyük işlər, böyük insanlar, 
böyük sevinclər tələb edir, bu yangıyla 
164 


yaşayır, ancaq heç kim özünü və ətrafındakı həyatı heç olmasa 
adi bayağılığından, axmaqlığından və heçliyindən, heç olmasa 
bir millimetr yüksəyə qaldırmaq barədə düşünmək istəmir. 
İnsanlar vicdansız borclulara bənzəyirlər: hamılıq- la, istənilən 
üsulla borclarını ödəməkdən boyun qaçırırlar. 
Mənim kitabım hamının əlindən, yaxud da vicdanından 
tutmağa çalışır. Bənnanı və naziri, ruhanini və zabiti, vəkili və 
taciri, valideynləri və uşaqları, çəkməçini və rəssamı, parlament 
üzvünü və kənd bələdiyyəsini, xalq müəllimini və qəzet 
redaktorunu, kəndlini və yazıçını tutub deyir: 
- Siz nə edirsiniz?.. Nə üçün heç bir faydalı iş görmürsünüz? 
Həyat bəxş etmək üçün əlinizi ağdan-qaraya vurmursunuz! Nə 
üçün siz bu həyatı ya müftəxor, ya da soyğunçu və dağıdıcı ünsür 
kimi yaşayırsınız? Həyatı qurub yaradan bir mədəni-qurucu ola 
biləcəyiniz halda peyin qurdu kimi üfunət qoxuyan çirkabın 
içində sürünür, həyatı da peyin qalağına döndərirsiniz. Buna 
görə də, - L.Makdonald sözünə davam edirdi, - mənim kitabım 
sizin vaxtı ötmüş veksellərinizlə dolu olan portfel kimidir. Mən 
əziyyətə qatlaşıb onları sahiblərinə çatdırmağa vaxt tapa 
bilmirəm: birinci, ikinci, üçüncü - zorakılara, iyrənclərə, 
tənbəllərə, namussuz və vicdansızlara, daha kimlərə və kimlərə... 
Kiminsə əlindən, ya da vicdanından yapışan kimi, bu 
alverçilər, həkimlər, ruhanilər, zorakı məmurlar - tənbəl qullar 
hamısı bir səslə özlərini sadəlövh uşaq yerinə qoyur, yalançılığa 
vururlar. Özlərini günahlandırmaqdansa, kitaba, onun müəllifinə 
hücum edirlər. Narazı şəkildə qışqırırlar: Niyə, daima bizim 
tənbəlliyimizdən, 
çatışmazlığımızdan, 
özgə 
hesabına 
yaşamağımızdan yazırsınız? Bizim eybəcər bir ömür 
sürdüyümüzü deyirsiniz... Yaxşı, səninlə razıyıq: biz, tənbəl, 
axmaq və harın qullarıq. Ancaq necə yaxşı ola 
165 


bilərik? Bizə həyatın yaradıcılıq qabiliyyəti olan qurucuları 
olmağı öyrədin. Deyin görək, biz nəyi necə etməliyik? 
Bu “nə etməliyik” sualı çox qəribədir, - L.Makdonald 
yazırdı. - İnsanlar milyonlarla dövriyyəsi olan ticarətlə məşğul 
olur, böyük fabrikləri, bankları, meşə və digər idarələri, 
təsərrüfatları idarə edir və heç kim başqasından necə işləməli və 
nə etməli olduğu barədə məsləhət istəmir - hamı öz işini bilir, 
qazanmaq üzrə mütəxəssis olur. Başqaları, icmaları, şəhərləri, 
bölgələri, bütöv ölkəni idarə edir, başqa siyasi partiyadan olan 
insanları alçaltmaq üçün: “Xalqı necə idarə etmək mənim 
işimdir” - deyib qışqırırlar. 
Müəllimlər xalq məktəblərində milyonlarla uşağa bilik 
verirlər. Professorlar universitetlərdə minlərlə tələbəyə yüzlərlə 
mühazirələr oxuyur, ruhanilər nazirlərə, krallara, hər gün moizə 
oxuyur, qəzetçilər yol göstərir və xalqı necə idarə etmək dərsi 
keçirlər. 
Hamı ağıllıdır, hamı müdrikdir, hamı hər şeyi bilir, ancaq 
onlardan: “Nə üçün pis yaşayırsınız? Nə üçün yaxşı həyatın 
yaradıcıları olmaq istəmirsiniz?” - deyə soruşanda, o andaca 
hamısı təcrübəsiz uşaq görkəmi alıb deyir: Gözəl həyatın 
qurucuları olmaq yerinə tənbəl müftəxor və ya yırtıcı 
soyğunçuya çevrilməyimizin günahı bizdə deyil. Bizi buna 
öyrətməyiblər. Buyurun, siz öyrədin. Bütün bu şikayətlər, “bizə 
bunu öyrətməyiblər” kimi bəhanələr, tənbəl və tərbiyəsiz bir 
şagirdin kobud ikiüzlülüyünə, iyrənc yalanma bənzəyir, - 
Makdonlad narazılıqla deyirdi. - Bunu bacarmırlar, çünki 
onlarda faydalı əməklə məşğul olmaq vərdişi inkişaf 
etdirilməyib, tərbiyə olunmayıb, bəslənməyib. Hamı nə etmək 
lazım olduğunu çox gözəl bilir, ancaq bu adamlar ac qalsa da, 
yeməyə iştahası olmayan xəstə kimidirlər. Adamların çoxu buna 
oxşar belə bir 
166 


xəstəliyə yoluxublar: Yeni həyatın yaradıcısı olmağa “iştahaları” 
yoxdur. Onları müalicə etmək lazımdır. Ancaq necə və nə ilə? 
Onlara “yeməyin”, yəni “yaxşı həyat yaratmağın” faydasından 
danışmaqla iş düzəlməz, bunun üçün onlarda bu iştahanı 
oyatmaq, yeni həyat qurmağa tələbat yaratmaq lazımdır. 
Çıraq yağla doludursa və alışdırılıbsa, “mən nə etməliyəm” - 
deyə soruşmur. Siz də canlı çıraqlar olun, - Makdonald yazırdı, - 
hər biriniz bir çıraq kimi, gördüyünüz faydalı işlə ətrafınıza işıq 
saçın. 
Soba odunla doludursa və yanırsa heç kimdən “mən nə 
etməliyəm” - deyə soruşmur. O evi və onun sakinlərini isidir. Siz 
də, soyuq ruhları isidən canlı sobalar olun. Mənim vəzifəm, - 
Makdonald daha sonra yazırdı, - hər bir insana onun nə etməli 
olduğu barədə ayrıca resept verməkdən ibarət deyil, vəzifəm, 
bütün bu insanlarda yeni həyat qurucusu olmağa ehtiyac 
yaratmaqdır: Ən yaxşı yanacaq yağıyla dolu çıraq olmaq. Yaxşı 
yanan odunla dolu canlı soba olmaq. Ona görə də dediklərimi 
dönə-dönə təkrarlayıb, on dəfələrlə, fikrimi müxtəlif yollarla 
çatdırmağa çalışaraq, imana qayıtmağa çağırıram, - deyə 
Makdonlad kitabının əsas mövzusu üzərinə qayıdırdı. 
Əgər insanların, xalqın dini duyğuları olmasa, nə elm, nə 
fəlsəfə, nə incəsənət, nə siyasət, nə də texnologiyalar həyatı 
əzablardan, adamları şərdən xilas edə bilməz. Mən dindən yox, 
dini duyğudan danışıram, - L.Makdonald qeyd edirdi. - Dinlər 
var, özü də çoxsaylı və fərqlidir, lakin ən müxtəlif dinlərə 
mənsub olan insanlar eyni dini duyğularla yaşayırlar. Öz oğlunu 
və ya qızını Tanrı naminə qurban verib, odda yandıran ibtidai-
vəhşi insan bu dini duyğunun yüksək həddində olur, ancaq bu 
onda kobud, eybəcər-iyrənc for 
167 


mada təzahür edir. O, vəhşi insandır, lakin kobud formada olsa 
belə, dünyaya hakim olan qüvvəylə özü arasındakı sıx bağlılığı 
duyur. O, ailəsinin ən qiymətli şeyini, övladını bu ilahi gücə 
qurban verir. 
Florensiyalı çox varlı tacirin yeganə övladı olan Assizli 
Fransisk Yer üzünə xristianlıq günəşinin işığını yaymağı qət 
etdiyi üçün özünün səs-küylü, şən, eyş-işrət içində keçən 
həyatını atdı, xalqda, insanlarda, hətta, göydə uçan 
qaranquşlarda, meşədə yaşayan qurdlarda belə insana və Allaha 
sevgi oyatsın deyə, köhnə rahib cübbəsi geyinib xalqın içinə 
getdi. 
O başqa bir monax ordeninin yaradıcısı Dominik kimi dini 
ehkamların amansız qoruyucusu deyildi. Dominikançılar 
özlərinə “Allahın köpəkləri”, “İnancın keşikçi köpəkləri” 
deyirdilər. Fransiskçilər keşikçi köpəklər deyildilər, onlar 
İlahiliyi tərənnüm edən bülbülə bənzəyirdilər. Onları, yalnız yer 
üzünün deyil, bütün kainatdakı sevgi vəhdətinin apostolları 
adlandırmaq olardı. 
Göydəki günəş və ulduzlar, oyuqdakı qurd, evdəki ana, 
ölkədəki nazir, çöldəki ot - bütün bunlar vahid yaradıcı gücün 
təzahürüdür, bütün bunlar bir ailənin üzvüdür. Nə varsa hamısı 
doğmadır, bir-birinə yaxındır. Bir-birinin qardaşı, dostu, 
həmkarı, yardımçısıdır. Mən səninləyəm, sən mənimləsən, biz 
dünyaylayıq, dünya bizimlədir, biz hamımız bir vəhdət 
içindəyik. Əgər dünyaya ziyan vurursansa, yoldaşına və ya 
hansısa vəhşiyə yamanlıq edirsənsə, onda özünə ziyan vurur
özünə yamanlıq edir, özünü eybəcər və iyrəncliyə düçar edirsən. 
İlahi duyğular deyiləndə mən bunu başa düşürəm. - deyə 
L.Makdonald davam edirdi. - Bu bütün insanlığa və canlıların 
hamısına qarşı bəslənən təmiz, işıqlı, yaradıcı sevgidir: 
168 


Dostuna da, düşməninə də! 
Allaha da, qurbağaya da! 
Rafaelə də, bənnaya da! 
* * * 
Elə xalqlar var, - L.Makdonald kitabının sonunda yazırdı, - 
öz övladlarını yüzilliklər boyunca, nəsildən-nəslə davam edən 
bir qaydada, uşaqlıq çağından başlayaraq, qədim Spartada 
olduğu kimi: igidlik, ölçü-biçi gözləmək, yaşlılara qulaq asmaq 
ruhunda tərbiyə edir. Eyni zamanda övladlarını düşmənə nifrət, 
qisas və qan düşmənçiliyi ruhunda tərbiyələndirib bunu yüksək 
insani keyfiyyət hesab edən xalqlar da var. Xalqların tarixində, 
misal üçün Romanın çürüməkdə olduğu mərhələdə, Karakall və 
Kommodun hakimiyyəti və ya III Napoleonun dövründəki kimi, 
cəmiyyəti başına götürmüş soyğunçuluq, pozğunluq və 
dəbdəbəyə pərəstiş kimi fəsadlarla qarşılaşmaq mümkündür. 
Xalq kütlələrində qanuna hörmət duyğusu, nizam-intizam, 
vətənpərvərliklə yanaşı, başqa xalqlara xoruzlanmaq hissi 
aşılayan xalqlar da olub və olmaqdadır. 
Bir sıra xalqların içində insanın sərbəstliyi və müstəqilliyi, 
əqlinin gücü, möhkəm xarakteri və başqa bu kimi müsbət 
xüsusiyyətləri inkişaf etdirilmiş, tərbiyə olunmuş və 
bəslənmişdir. 
Ancaq hansı ölkələrdə və hansı dövrlərdə, ilahi duyğu 
insanların və xalqların başhca hərəkətverici qüvvəsi kimi, 
sistemli, elmi və insan ruhu əsasında inkişaf etdirilmiş və 
bəslənmişdir? - deyə L.Makdonald kədərlə soruşurdu. - Ov və 
savaş itləri yetişdirirlər, cıdır atlan yetişdirirlər, yaltaqlığı 
yetişdirirlər, siyasi yalanlan yetişdirirlər, par 
169 


tiyaların mübarizəsini, “xalqı aldat” bacarığını bəsləyir, inkişaf 
etdirirlər. Kommunizmin rəhbərləri proletariatın mülkədarlara 
nifrətini bəsləyib inkişaf etdirirlər. 
Nə qədər bitkini və heyvanı cinsləşdirirlər! Bitkiçilik və 
heyvandarlığın qayğısına qalırlar!.. Yalnız insanların ilahi 
duyğusunun keyfiyyətcə yüksəldilməsi haqda kimsə nə düşünür, 
nə də danışır. 
Bütün yer üzündəki insanlarda və xalqlarda ilahi duyğu 
mədəniyyətini yüzlərlə dinin ehkam, kult və ayinləriylə 
əvəzləyiblər, - L.Makdonald həyəcanla deyir və əlavə edirdi: Nə 
deyirsiniz? Sizcə, bununla bağlı yalnız bir dəfə demək 
yetərlidinni? Ağır çəkili və qalın fəlsəfi traktat yazıb sonra da 
onu, məşhur mərhumlarsayağı Elmlər Akademiyasının 
kitabxanasındakı rəflərdə fəxri yerə qoyub saxlamaq doğru-
durmu? Sizdə, mənsiz də, bu cür ağır çəkili, müdrik olmayan, 
ancaq müdriklik donu geyindirilmiş onlarla insan var. Əgər sizə 
qəbirüstü abidələr gərəkdirsə, onda məzarlığa gedin... Mən isə 
sizin yanınıza ölü deyil, canlı olaraq gəldim. Sizi ölümdən, 
ictimai çürümək təhlükəsindən xilas olmağa, ilahi doğuluşa 
çağırmaq üçün gəldim. 
Mən sizi işıqlı pasxa mərasiminə çağırıram! Sizi birlikdə, 
böyük şairin dünyanın kədəri haqqında deyil, onu sevmək barədə 
yazılmış sevinc dolu mahnını oxumağa çağırıram: gəlin, bu 
mahnını birlikdə oxuyaq, ey yaradıcılıq sevincinin vurğunları. 
Sevinci doyunca içib, yanğınızı söndürün! Günəş kimi, həyatı 
işıqlandırın, onu sevincə qərq edin! 
Hələ çox qədimlərdə, Roma ilə Karfagen arasında Aralıq 
dənizinə yiyələnmək uğrunda savaş gedəndə, - L.Makdonald 
kitabın beşinci nəşrinin ön sözünün sonunda yazırdı, - Romanın 
böyüklüyünün amansız qoruyucusu 
170 


Katon, yeri gəldi-gəlmədi, bu sözləri təkrar etməkdən usan-
mırdı: “Karfagen hökmən dağıdılmalıdır!” 
Roma senatında yeni işğal edilmiş ölkələrin torpağının 
bölüşdürülməsindən söz gedəndə, müharibə etməkdən və ya 
hansısa qonşu ölkəylə ittifaqa girməkdən danışanda, bu və ya 
başqa xalq qəhrəmanını təltif etməyi müzakirə edəndə, Katon bu 
söhbətlərin sona çatmasını gözləyər, axırda söz alıb deyərdi: 
- Bunlar hamısı yaxşıdır, siz müdrik qərarlar qəbul etdiniz, 
ancaq başlıcası bu deyil. Görün, sizə nə deyirəm: hər şeydən 
qabaq, qatı düşmənimiz Karfagenin gücünü heçə endirmək 
gərəkdir. Karfageni dağıtmaq lazımdır. 
Katonun dayanmadan təkrarladığı bu fikir, Romanın bütün 
hakimlərinin beyninə batmışdı. Beləliklə, Karfagen dağıdıldı və 
Roma dünyanın vahid ağasına çevrildi. Mən də onun kimi 
hərəkət edirəm, - L.Makdonald dedi. - Əsas fikrimi yüz dəfə 
təkrarlamağa hazıram, bu tələbimi dönə-dönə deməkdən 
usanmıram: “Müftəxor, dağıdıcı deyil, həyatın yaradıcıları 
olun.” 
Bilmək azdır. Bu fikri daima xatırlamaq və bir an da 
unutmamaq gərəkdir. Həyatı qurmağın məsuliyyətini, tələbatını 
və sevincini duymalısan. İnsan revmatizm və ya başqa bir 
xəstəlikdən əziyyət çəkəndə ağnyan yerə yalnız bir dəfə məlhəm 
sürtməklə qalmır, bunu on, yüz dəfə təkrar edir, məlhəm öz 
təsirini göstərənə, xəstəlik sağalana kimi, ağrıyan yerlərə 
məlhəm sürtməkdən əl çəkmir. 
Eynilə mən də, təsiri duyulana kimi öz düşüncəmi xəstə 
beyinlərlə yeritməyə davam edəcəyəm. Küləkli hava siqaret 
yandırmağa mane olduğundan, bir neçə dəfə kibrit çaxmalı 
olursunuz. Elə isə, sizin düşüncələrinizi və iradənizi bu pis 
havada mənim necə bir dəfəyə alışdıra biləcəyimi 
171 


fikirləşirsiniz. Ona görə də, - L.Makdonald kitabına yazdığı ön 
sözünü belə tamamlayırdı, - sizin məni günahlandırdığınız 
“sistemsizlik” elə mənim sistemimdir, pedaqoji üsulumdur, 
fikirlərimi usanmadan təkrarlamağım isə bir nöqtəyə 
döyəcləməkdir... Kəndin kovxası vergi borcunu ödəməyən 
kəndliyə yalnız bir dəfə “sənin borcun var, onu ödə” demir. On 
dəfə, iyirmi dəfə, onu hər dəfə görəndə, yorulmadan: “Borcunu 
nə vaxt ödəyəcəksən? Sən axı onu çoxdan ödəməli idin!” - deyə 
təkrarlayır. 
Mən də, kitabımın hər bir başlığının sonunda, bütün 
oxucularıma xatırlatmaq istəmişəm: “Biz yeni və daha yaxşı 
həyat qurmağa nə vaxt başlayacağıq? Siz cənab və ya xanım, 
həyata olan borcunuzu ödəyəcəksinizmi?” 
L.Makdonald kitabını belə bir gözəl əfsanəylə bitirirdi: 
İki ruh görüşdü, onlardan biri şər, ölüm, zorakılıq, yalan, o 
biri isə həqiqət, xeyir, sevinc və həyat ruhuydu. Görüşdülər və 
onların arasında hansının daha güclü olmasıyla bağlı mübahisə 
düşdü. Mübahisəni şər ruhu başlatdı. O kobud bir təbəssümlə 
həqiqəti, xeyiri, sevinci və həyatı təmsil edən ruha hücum çəkdi: 
- Sən niyə öz darıxdırıcı kölgənlə yer üzündə avaralanırsan? 
İnsanlara mane olursan, onları həmişə olduğu kimi heyvansayağı 
yaşamaq sevincindən məhrum edirsən. Əgər adamlar və xalqlar 
danışmağı bacaran vəhşilər olmaq istəyirlərsə, qoy belə də 
olsunlar. Onlar əhliləşmiş heyvan olmağı arzulayırlarsa, onları 
dinc burax, qoy istəklərinə çatsınlar. Onsuz da onları dəyişə, 
yenidən yarada bilməyəcəksən... Onlar sənin deyil, mənim 
sürümdədirlər... Mən onlara nə gərək olduğunu bilirəm. Onlar da 
mənə qulaq asır, ardımca düşüb gəlirlər. Mənim onların üzərində 
ağalığım səninkindən güclüdür... Xatırla, neçə minilliklər 
172 


boyunca onların arasına neçə müqəddəs insan, neçə-neçə 
peyğəmbərlər, xeyirxah müdriklər göndərmişəm Onların hamısı 
mənə qarşı mübarizə aparmışlar. Bu mübarizə nə ilə qurtardı?.. 
Əlbəttə, onların məğlubiyyəti ilə. 
Yer üzündəki ilk iki insanı - Adəmlə Həvvanı - Allahın 
yolundan mən azdırdım, ona qulaq asmamağa inandırdım, - 
deyə şər və ölüm ruhu ilhamla dedi. 
Mənim Qabilim sənin Habilini öldürdü. 
Mənim Dəlilam sənin Samsonunu kor elədi. 
Mənim kahinlərim sənin peyğəmbərlərini öldürdü. 
Mənim gücüm Sokratı zindanda zəhərləyib öldürdü. 
Mən İsanı Qolqofda çarmıxa çəkdim. 
Mənim iradəmlə Romanın sirklərində sənin minlərlə ən yaxşı 
adamın həlak oldu. 
Mənim əllərim Yan Qusu tonqalda diri-diri yandırdı. 
Mən inancı inkvizisiyanın əlinə verdim. Avropanın siyasətini 
tiranların və yalanın hökmünə tapşırdım. Azadlıq uğrunda 
mübarizləri cəllada çevirdim və gilyotini onların hakimiyyət 
silahı etdim. 
İsa Məsihin səhrada düşüncəyə dalmasını xatırlayırsan- mı? 
O zaman mən özüm də qırx gün İsa Məsihin yanında olmuşdum. 
Orada İsa Məsihə dedim: 
“Özünü aldatma, boş xəyala qapılma! Yer üzünün insan-
larından İlahi krallığın övladları yaratmağa çalışma. Onlara 
həqiqət, yüksək ideyalar lazım deyil, toxluq, tənbəl bir dinclik 
və heyvani, donuzsayağı bir məmnunluq istəyirlər. Onlara 
qarınlarım doyuracaq çörək ver, bədənlərinə həzz, gözlərinə 
gözəl mənzərəyə baxmaq imkanı yarat, sənin kölən olacaqlar. 
Ardınca səhraya da, dağa da gedəcəklər. Səni kral olaraq 
tanıyacaq, sənin üçün yaşayacaq, uğrunda öləcəklər.” 
173 


- 0 mənə qulaq asmaq istəmədi. - Qara qüvvələri təmsil edən 
ruh xəbiscəsinə irişdi. - Bu dəfə mən ona başqa bir məsləhət 
verdim: 
“Sən insanların ruhunu bir qab mərcimək şorbasına almaq 
istəmirsən? Onlara qarınları vasitəsilə deyil, ruhları vasitəsilə 
təsir etmək istəyirsən? Eləsə onları təəccübləndir! İnsanların 
ağlını və ürəyini özünün möcüzə yaratmaq gücünlə ələ al. Qoy 
onlar səndə fövqəladə bir varlığın təcəssüm olunduğunu 
düşünsünlər və kor itaətlə, kölə kimi ardınca gəlsinlər.” 
O yenə də mənə yox dedi! - şər ruhu yenidən xəbis və alçaq 
bir təbəssümlə gülümsündü. - Görürsənmi, o, insanları, 
qarınlarını doyurmaqla özünə kölə etməyi, ona baş əymələrini 
əsla istəmədi. O bu yer böcəklərinin hər birinin şüurlu və azad, 
həm də böyük bir şəxsiyyət olmağını istəyirdi və mən ona 
üçüncü məsləhətimi verdim: 
“Yaxşı! Sən insanların özlərini böyük saymalarını istəyirsən? 
Onlar öz iradə və gücləriylə başqalarını təəccübləndirsinlər? Elə 
isə, bir dön Romaya və tornalılara bax. Romanın iradəsi yer 
üzünün xalqları üçün qanundur. Hər bir romalı vüqarla deyir: 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə