Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   15   16   17   18   19   20   21   22   23
ag-zanbaqlar-olkesi-az Mir.az

12 
Kəndlilər 
Xalqın həyatına və dünyada baş verən hadisələrə cina- 
yətkarcasına baxış, ya da özünün dediyi kimi, alçaq kölə, saray 
nökərçiliyi baxımından yanaşma, Snelmanı məktəb illərindən 
başlayaraq həmişə hövsələdən çıxarardı. Məktəbdə oxudulan 
bütün tarix kitablarında, sonra isə universitet professorlarının 
mühazirələrində, yalnız krallardan, onların nazirlərindən, 
zadəgan ailələrin didişməsindən, hersoqlardan, generallardan, 
ən yaxşı halda isə yüzlərlə böyük alimdən, məşhur yazıçılardan 
və dahi rəssamlardan söz açılırdı. Onların ömür yolundan 
danışılır, müharibə və savaşlar, saray çəkişmələri, 
diplomatiyanın hiyləgərlikləri, sui-qəsdlər və üsyanlar geniş və 
hərtərəfli təsvir edilirdi. 
Milyonlarla xalq kütləsinin bütün ölkələrdə nəsildən- nəslə 
keçən həyatı barədə isə ya ötəri xatırlanır, ya da ümumiyyətlə 
söz açılmırdı. 
Milyonlarla kəndli, fəhlə, yüz minlərlə sənətkar və mil-
yonlarla aşağı statusa malik şəhərli, sanki, bütün bu müddət 
ərzində tarixin baxışlarından kənarda qalmışdı. 
129 


Xalq kütlələrinin əqli inkişafı, insanlığın sayı milyonlarla 
ölçülən bu hissəsinin könlünün, iradəsinin tərbiyə edilməsi, 
maarifləndirilməsi barədə çox az düşünülmüş, olduqca az işlər 
görülmüşdü. Demək olar, heç kim xalqın zahiri və daxili mənəvi 
həyatının yaxşılaşdırılması qayğısına qalmamışdı. 
Əkinçiliyi, maldarlığı, kərpic kəsməyi yaxşılaşdırmış, daha 
yaxşı kağız, parça hazırlamağı öyrənmiş, ancaq beyinləri, 
ruhları, sağlamlığı, bolluğu yüksəltmək və milyonlarla insanın 
rahatlığını artırmaq üçün əllərini ağdan-qaraya vurmaq, bu 
məqsədləri gerçəkləşdirmək üçün düşünmək istəməmişlər və elə 
indi də düşünmək istəmirdilər. 
Xalqın aşağı təbəqəsinin həyatını, rifahını, əxlaqını, xa-
rakterini taleyin ümidinə buraxmışdılar. Sanki, bu məsələlər heç 
kimə aid deyildi. Öz aləmlərində, “kim necə istəyir, elə yaşasın” 
kimi bir fikri ortaya atmaqla bu məsələni öz yoluna 
qoymuşdular. Əgər bununla yaxşı nəsə baş verəcəksə, qoy bu da 
onların xoşbəxtliyi olsun. Yox, bütün bunlar onları dözülməz, 
ağır və iyrənc vəziyyətə salacaqsa, qoy dözsünlər. 
Beləliklə, xalq hər yerdə və həmişə yaşadığı ağır şəraitə 
dözməli olmuşdu. Ehtiyaclara və məhrumiyyətlərə dözmək, tabe 
olmaq sanki xalqın vəzifəsinə çevrilmişdi. Hər yerdə və daima 
deyirdilər: xalq - içki düşkünüdür. Xalq - ərincəkdir, işləmək 
istəmir. Xalq - kobuddur, acgözdür, amansızdır. Sonra isə əlavə 
edirdilər: xalq öz böyüklüyünü yalnız öz səbri və dözümüylə 
göstərə bilir. Aclıq çəkir, soyuqdan donur, kirin-pasın içində 
yaşayır və... bunların hamısına qəzəblənmədən boyun əyir. 
Hamı xalqın səbrini tərifləyir, xalqın səbrinə heyranlığını 
bildirirdi. Kövrəlir, doluxsunurdular. Xalqın səbrindən 
130 


din düzəltdilər. îsa Məsihin dinini də, bunun əsasında səbir və 
dözüm dininə çevirdilər. 
Bu səbir kultu Snelmanı çox bərk narahat edirdi. O bu 
məsələylə bağlı ikili anlaşılmazlıq və narahatlıq duyurdu: 
birincisi, yüksək təbəqəni təmsil edən siniflərin özləri üçün 
istənilən azadlıqları, rahatlığı, rifahı tələb etməsi və buna nail 
olması, bununla yanaşı onların xalqı ən acı və ağır ehtiyaclara 
dözməyin zəruriliyinə inandırmasıyla bağlıy- dısa, ikincisi, xalq 
kütləsinin bütün bunlara dözməsi, səbr etmesiyle bağlıydı. 
Kütlənin əqli baxımdan keyləşməsi, yuxuya dalması onu 
özündən çıxarırdı. Xalqı öz yoxsullu- ğu, cahilliyi, içki 
düşkünlüyü və hüquqsuzluğuyla barışması, öz həyatının zahiri və 
daxili çirkabları içində yaşamağa alışması da, onu bundan az 
qəzəbləndirmirdi. 
- Xalqın milyonlarla nümayəndəsi ikiayaqlı donuz günündə, - 
Snelman qəzəbli vaxtlarda öz-özünə deyirdi - kirin içində, 
kütbeyincəsinə və şəhvət düşkünü kimi yaşayır. Yalnız qarnını 
necə doyuracağını düşünür. Ancaq bu onlarınmı günahıdır? - 
sonra Snelman öz sözünə düzəliş verirdi. - Axı bu onların 
bədbəxtliyi deməkdir. 
O, bununla bağlı həmin iki mənzərəni müqayisə edirdi: bağı 
və meşəni. 
Bağda, hər yerdə yollar salınmışdı. Yollar çınqılla döşənmişdi 
- təmizliyi, quruluğu, gözəlliyi göz oxşayırdı. Yollar boyunca 
çiçək ləkləri, meyvə ağacları və bəzək kolları əkilib. Boş 
sahələrdə qısa biçilmiş, hər gecə suvarılan şirəli otluqlar uzanır... 
bağın müxtəlif guşələrində dincəlmək üçün köşklər qurulub, 
onların ətrafında qızılgül və yasəmən kolları əkilib. Bir çox 
yerlərdə fəvvarələr çağlayır. Kölgəli yerlərdə oturmaq üçün rahat 
oturacaqlar qoyulub. Hər bir 
131 


xırdalıqda, istənilən ağac və çiçəkdə, düşüncəli və qayğıkeş 
əllərin izi duyulur. 
Meşədə isə bütünlüklə başqa mənzərədir. Burada hər şey 
vəhşi və başlı-başına buraxılmış haldadır. Hər şey taleyin 
ümidinə qalıb. Ağac və kollar toxumlarının təsadüfən düşdüyü 
yerlərdə bitib. Bir sıra yerlərdə keçilməz sıxlıq yaradıblar. Əgər 
tufan hansısa ağacı aşırıbsa, düşdüyü yerdə qalıb çürüyür. 
Hansısa cığırlar varsa da, səliqəsiz və dolaşıqdır. Onları 
təmizləyən, səliqəyə salan yoxdur. 
Bağ - əhalinin yüksəkdə dayanan təbəqəsidir. Onlar üçün əqli 
mədəniyyətin, rahat həyatın, incəsənətdən zövq almağın, 
gigiyena və sağlamlığın qayğısına qalmağın yolları açıqdır. 
“Xalq meşəsi” isə daha çox təbiətə uyğun bir həyat yaşayır. 
Əgər onu qoruyur və saxlayırlarsa, bu ancaq onun canlı meşə 
kimi, ehtiyac duyulan təbii material kimi lazım olmasına 
görədir... Lakin axı xalqın milyonlarla nümayəndəsi də, elə canlı 
bağda olanlar kimi, insandırlar. 
Onlar da təbii zəkaya sahibidirlər. 
Onların da bacarıq və istedadları var. 
Ən yüksək mənəvi inkişafa çatmaq qabiliyyətindədirlər. 
Onlarla sadəcə məşğul olmaq lazımdır. Bu milyonların hər 
birinə sözün əsl mənasında insan ola bilmək üçün imkan 
yaratmaq zəruriyyəti var. 
Snelman bu düşüncələrin təsiriylə ən geniş xalq kütlələrini: 
kəndliləri, fəhlələri və aşağı təbəqədən olan şəhərliləri 
maarifləndirməyi öz həyatının başlıca məqsədi elan etmişdi. 
O Finlandiya xalq maarifinin Pyotr Amenskisi oldu. (Pyotr 
Amenski İsa Məsihin doğulduğu, yaşadığı, öz təlimini yaydığı 
və öldürüldüyü Fələstin torpaqlarının müsəlmanların işğalından 
azad edilməsi üçün Avropada başlaya 
132 


Səlib yürüşlərinin mənəvi-ruhani rəhbəriydi. O, Fələstində olub, 
oradakı müqəddəs yerlərin və xristianların təhqiramiz 
vəziyyətini görəndən sonra Avropaya qayıdıb bu məzmunda 
ehtiraslı moizələr oxumağa başlamışdı: “Müqəddəs yerlərin 
təhqir olunduğunu görmək utancvericidir. Öz müqəddəs 
yerlərinizi zorakılıqdan və təhqir edilməkdən azad edin.”) 
Snelman da buna bənzər şəkildə, harada olurdusa bu sözləri 
təkrarlayırdı: 
- Ölkə əhalisinin böyük hissəsinin cahil və kobud olmasına 
dözmək utanmazlıqdır. Mədəniyyət günəşinin İşığıyla 
aydınlanan, gözləri açılan, savadlı insanlar üçün bu vəziyyətə 
laqeyd qalmaq bağışlanmaz və böyük cinayətdir. Dövlət özünü, 
yuxarı mərtəbələrində hündür tavanı, geniş pəncərələri olan 
böyük və işıqlı otaqlardan ibarət, aşağı mərtəbələrində isə, 
qaranlıq, nəmli, darısqal zirzəmili, demək olar, pəncərəsiz otaqlı 
hündür qülləyə bənzətməməlidir. 
Xalq kütlələrinin əsas və başlıca hissəsinin maariflən- 
məməsi dövlətin bağışlanmaz günahıdır: bunun nəticəsində 
dövlətin öz-özünü qarət etməsi, dağıtması və təhqir etməsi baş 
verir - Snelman deyirdi. - Vəhşi halında yaşayan xalqlar 
haqqında danışılanda, onlann məhrumiyyətlər içində yaşadığı, 
yoxsulluq və səfalətdən öldükləri deyilir, çünki öz torpaqlarının 
sərvətlərindən istifadə edə bilmirlər. 
Ən qorxunc vəhşilik, - Snelman sözünə davam edirdi, - 
ölkədəki hər bir insanın fiziki, əqli və mənəvi gücündən istifadə 
edə bilməmək və ya buna çalışmamaqdır. 
Milyonlarla hektar sahəni tutan ən yaxşı və qiymətli ağacların 
bitdiyi bir meşə təsəvvür edin. Əgər onu heç kim qorumursa, 
təmizləmirsə və gərəyincə istifadə etmirsə, onda bu meşənin nə 
əhəmiyyəti var? Bir də görürsən nəhəng 
133 


ağaclar tufan nəticəsində aşır. Çürüyür. Çürüntülər yağış sularını 
özünə çəkir. Meşənin bir hissəsi bataqlığa dönür, malyariya 
mənbəyinə çevrilir. Qiymətli tikinti materialları əvəzinə çürüntü 
yığını olan bataqlıq yaranır. Sağlam meşə havası əvəzinə, 
ətrafdakı yüz kilometrlərlə ərazidə yaşayış məntəqələri, qızdırma 
törədicisi olan mikroblarla dolu havayla nəfəs almalı olur. Böyük 
rifah əvəzinə böyük yamanlıq törənir. 
- Anlayın, anlayın, bir daha anlayın, - Snelman təkrarlayırdı, 
- hər bir sağlam, güclü əməkçi ölkə üçün qiymətli sərvətdir. Heç 
olmasa pulla hesablayın: ölkədə adi bir insanı yedirmək neçəyə 
başa gəlir! Ona əslində nə qədər pul xərclənir! Lazımi qaydada 
canlı və xeyir gətirən bir qüvvə kimi tərbiyə edilmiş hər bir insan 
bu ölkəyə nə qədər fayda verə bilərdi! 
Ölkədə içkiyə qurşanmış neçə adamın olduğunu hesablayın, 
ancaq xalqın şüurlu tərbiyəsinə vaxtında fikir verilsəydi, onlar 
hamısı ayıq zəhmətkeşlər olacaqdılar. Ölkədə nə qədər savadsız, 
tənbəl, nəhayət nə qədər cinayətkar olduğunu hesablayın. Əgər 
bu adamlar ilkin uşaqlıq, sonra gənclik illərində, insanın 
xarakterinin formalaşdığı dövrlərdə, ağıllı bir şəkildə tərbiyə 
olunsaydılar, 
həyatın 
qaranlıq 
meşəsində 
başsız 
qoyulmasaydılar, ana vətənləri üçün faydalı övladlar kimi yetişə 
bilərdilər. 
Belə məqamlarda Snelman Avropaya səyahəti zamanı 
qarşılaşdığı bir maraqlı əhvalatı danışmağı sevirdi. Almaniyada 
olanda, Berlində, bir böyük Avstriya yazı- çısıyla görüşmüşdü. 
Bu yazıçı öz mənşəyinə görə təmiz slavyan olsa da, yalnız alman 
dilində yazırdı. Bu yazıçı on illər boyunca böyük bacarıqla qəzet 
səhifələrində yazdığı məqalələr və parlaq siyasi pamfletlərlə, 
istedadlı sofist kimi, 
134 


alman Avstriyasının cənubi slavyanların, yəni Qalitsiyada 
polyakların, çexlərin və slovakların, serblərin, xorvatların və 
slovenlərin üzərində mədəni hakimiyyət hüququnun olduğunu 
sübut etməyə çalışırdı. 
- Slavyanlar, yumşaq, qadm təbiətlidirlər, - deyə bu satqın 
yazırdı. - Onlar fantaziyaçı, xəyalpərəstdirlər, ancaq şair xəyallı 
deyillər. Onları anadangəlmə tənbəl hesab etmək olar. Yüz illər 
boyunca türk zorakılığının köləliyində qalmaqla iliklərinə qədər 
əməyə nifrət bəsləməyə gəlib çıxmışlar. Bu - işsiz-gücsüz 
adamların toplaşdığı bir tayfadır. Uğursuz məqamla üzləşəndə 
insan ləyaqətini alçaldan və mədəni avropalıları əsəbiləşdirən 
yoxsulluq və çirkab içində yaşamağı seçirlər. 
Yaxşı dolanışığa çatanda, xüsusilə də, ticarət və siyasətdə, 
özlərini vicdansız, yalançı, satqın, yırtıcı, fırıldaqçı kimi 
aparırlar. Acgözcəsinə yüngül qazanca cumur, qısa müddətdə 
qazandıqlarını çox tez və yelbeyinliklə xərcləməyə meyl edirlər. 
Onların ağıllı və sərt alman məktəbinə ehtiyacı var - deyə bu 
satqın publisist yazırdı. - Slavyançılıq, sıx, uzun tüklü, yumşaq, 
eyni zamanda həm də iylənmiş və kirli qoyun dərisidir. Bu dərini 
aşılanmaq üçün alman dabbağına vermək lazımdır, o zaman bu 
dəridən gözəl və isti kürk çıxa bilər. 
Dönük-yazıçı çox istedadlı və hərtərəfli, parlaq təhsil almış 
bir şəxs idi. Bütün əsas Avropa dillərini bilirdi. Çox asanlıqla 
yazdığı cəlbedici və kəskin yazılarında bütün ölkələrin və 
dövrlərin yazıçılarından, fəlsəfi, tarixi və ədəbiyyatla bağlı 
mənbələrdən götürülmüş çoxsaylı sitatlar verilirdi. Ancaq bu 
yazıların hamısında vicdansızcasına fikir hökm sürür və onlara 
Avstriya hökuməti tərəfindən böyük məbləğdə pul ödənilirdi. 
135 


Dönük-yazıçı alçaq adamdı. O, yüngül əxlaqa, pozğun ruha 
sahibdi. Əyyaşlıqda ad çıxarmışdı. Kart oynamağı, bahalı həyat 
sevən, gəzəyən qadınlarla əylənməyi çox sevirdi. Bütün bunlar 
isə, çoxlu pul tələb edirdi. 
O özünün danılmaz böyük istedadı və gözəl təhsiliylə 
namuslu yolla da çox böyük məbləğdə pullar qazana bilərdi. 
Ancaq bu yolda gərək ürəyini, ruhunu sərf edəsən. Həm də, bu 
yol əqli və mənəvi təmizlik, gözəllik, yüksək ideallara sadiqlik 
tələb edir. 
Dönük-yazıçıya isə, bütün bunlar yad idi. Onun Avstriya 
sərhədləri içində keçən tələbəlik-gənclik illəri Mettemix 
irticasının boğucu hakimiyyəti dövrünə düşmüşdü. Qoca saray 
tülküsü olan Mettemix, türk paşasının yerinə bizanslı saray 
hərəmağasını təyin edib, onu nazir adıyla avropalaş- dırmış, 
özünün bütün siyasətini şəxsi hakimiyyəti və şəxsi sərvətini 
artırmağa yönəltmiş, Avropa xalqlarının pozğun- laşması üçün 
məqsədyönlü bir üsuli-idarə yaratmışdı. 0, insanları özünə cəlb 
etməyin yalnız bir satınalma üsulunu bilirdi. Adamları satın 
almaq üçün xüsusi katibləri, satınalma mütəxəssisləri vardı. Bu 
adamlar özünəməxsus istedada malikdilər: kimi, nə ilə və nə vaxt 
satın ala biləcəklərini çox yaxşı bilirdilər. 
Satqınlığın ümumi hal alması, qazanmaq, özü də asan yolla 
və tez qazanmaq yanğısı Mettemix dövrünün inancına 
çevrilmişdi. Cəmiyyətdə mənəvi hava çatışmırdı. Hətta, ziyalı 
təbəqəsinin böyük hissəsi mettemixçiliyin boğucu tüstüsündən 
zəhərlənmişdi. Adətən, işıqlı şeylərə can atan gənclik belə, 
mənəvi düşkünlüyə enmişdi. İdeyasızlıq, prin- sipsizlik günü-
gündən daha da artırdı. 
Heç kim böyük idealları rəhbər tutmaq istəmirdi. 
Təmizlik alovu çatmırdı. 
136 


Müqəddəslik yoxa çıxmışdı. 
Qəhrəman-rəhbərlər tapılmırdı. 
Bu dönük-yazıçı belə bir boğucu mənəvi mühitdə ye-
tişmişdi. Sanki onda əxlaq duyğusundan əsər-əlamət qal-
mamışdı. İdealizmin bütün formaları ona gülünc, qeyri- 
səmimi, saxta və teatr tamaşası kimi görünürdü. O, “həqiqət və 
gözəllik axtarışına cəhd” adlandırdığı şillerçiliyə xəbis- cəsinə 
gülürdü. 
Uzun illər ərzində ondan “əqidəsindən dönməyən” bir alçaq 
yetişmişdi. Öz slavyan mənşəyiylə yanaşı ruhunu və əqlini 
almanların xeyrinə işlətməsi və slavyan xalqlarını 
kölələşdirmək üçün sövdələşməsiylə böyük zövq yaşamaqda 
olduğunu düşünürdü. Özünün cinayətkar ədəbi işini, özünün 
alçaqcasına dediyi kimi, “vicdanla” yerinə yetirirdi. 
-Almanlar mənə yazılarıma görə yaxşı pul verir, mən də 
onlarüçün yaxşı yazılaryazıram. Siz məndən nə istəyirsiniz? - 
bu dönük-yazıçı patriot-slavyanlann gözünün içinə baxıb 
irişirdi. - Siz Florensiyada və Venesiyada iki böyük italyan 
heykəltəraşının, Donatello ilə Verrokionun yaratdığı iki 
abidəni görmüsünüzmü? Venesiya və Florensiyada, iki 
kondotyerə, yəni iki muzdlu ordu başçısına qoyulan abidələri 
deyirəm. Venesiyalı və florensiyalılar bu iki muzdlu ordu 
başçısına yaxşı pul ödəyirdilər, onlar da öz ağala- nna 
“namusla” 
xidmət 
edirdilər. 
Onların 
düşmənləriylə 
qəhrəmancasına döyüşür, Venesiya və Florensiyaya böyük 
xidmətlər göstərirdilər. Ona görə də, İtaliyanın bu iki res-
publikası öz qəhrəman kondotyerlərinin şərəfinə belə bir 
möhtəşəm abidə ucaldıb. 
Əgər Milan, Genuya, Piza, Verona və ya Romada bu iki 
muzdluya daha çox pul versəydilər, onlara da, Venesiyaya 
137 


Dönük-yazıçı alçaq adamdı. 0, yüngül əxlaqa, pozğun ruha 
sahibdi. Əyyaşlıqda ad çıxarmışdı. Kart oynamağı, bahalı həyat 
sevən, gəzəyən qadınlarla əylənməyi çox sevirdi. Bütün bunlar 
isə, çoxlu pul tələb edirdi. 
0 özünün danılmaz böyük istedadı və gözəl təhsiliylə 
namuslu yolla da çox böyük məbləğdə pullar qazana bilərdi. 
Ancaq bu yolda gərək ürəyini, ruhunu sərf edəsən. Həm də, bu 
yol əqli və mənəvi təmizlik, gözəllik, yüksək ideallara sadiqlik 
tələb edir. 
Dönük-yazıçıya isə, bütün bunlar yad idi. Onun Avstriya 
sərhədləri içində keçən tələbəlik-gənclik illəri Mettemix 
irticasının boğucu hakimiyyəti dövrünə düşmüşdü. Qoca saray 
tülküsü olan Mettemix, türk paşasının yerinə bizanslı saray 
hərəmağasını təyin edib, onu nazir adıyla avropalaş- dırmış, 
özünün bütün siyasətini şəxsi hakimiyyəti və şəxsi sərvətini 
artırmağa yönəltmiş, Avropa xalqlarının pozğun- laşması üçün 
məqsədyönlü bir üsuli-idarə yaratmışdı. 0, insanları özünə cəlb 
etməyin yalnız bir satınalma üsulunu bilirdi. Adamları satın 
almaq üçün xüsusi katibləri, satınalma mütəxəssisləri vardı. Bu 
adamlar özünəməxsus istedada malikdilər: kimi, nə ilə və nə vaxt 
satın ala biləcəklərini çox yaxşı bilirdilər. 
Satqınlığın ümumi hal alması, qazanmaq, özü də asan yolla 
və tez qazanmaq yanğısı Mettemix dövrünün inancına 
çevrilmişdi. Cəmiyyətdə mənəvi hava çatışmırdı. Hətta, ziyalı 
təbəqəsinin böyük hissəsi mettemixçiliyin boğucu tüstüsündən 
zəhərlənmişdi. Adətən, işıqlı şeylərə can atan gənclik belə, 
mənəvi düşkünlüyə enmişdi. İdeyasızlıq, prin- sipsizlik günü-
gündən daha da artırdı. 
Heç kim böyük idealları rəhbər tutmaq istəmirdi. 
Təmizlik alovu çatmırdı. 
136 


Müqəddəslik yoxa çıxmışdı. 
Qəhrəman-rəhbərlər tapılmırdı. 
Bu dönük-yazıçı belə bir boğucu mənəvi mühitdə yetişmişdi. 
Sanki onda əxlaq duyğusundan əsər-əlamət qalmamışdı. 
İdealizmin bütün formaları ona gülünc, qeyri- səmimi, saxta və 
teatr tamaşası kimi görünürdü. O, “həqiqət və gözəllik axtarışına 
cəhd” adlandırdığı şillerçiliyə xəbis- cəsinə gülürdü. 
Uzun illər ərzində ondan “əqidəsindən dönməyən” bir alçaq 
yetişmişdi. Öz slavyan mənşəyiylə yanaşı ruhunu və əqlini 
almanların xeyrinə işlətməsi və slavyan xalqlarını kölələşdirmək 
üçün sövdələşməsiylə böyük zövq yaşamaqda olduğunu 
düşünürdü. Özünün cinayətkar ədəbi işini, özünün alçaqcasına 
dediyi kimi, “vicdanla” yerinə yetirirdi. 
-Almanlar mənə yazılarıma görə yaxşı pul verir, mən də 
onlarüçün yaxşı yazılar yazıram. Siz məndən nə istəyirsiniz? - 
bu dönük-yazıçı patriot-slavyanların gözünün içinə baxıb 
irişirdi. - Siz Florensiyada və Venesiyada iki böyük italyan 
heykəltəraşının, Donatello ilə Verrokionun yaratdığı iki abidəni 
görmüsünüzmü? Venesiya və Florensiyada, iki kondotyerə, yəni 
iki muzdlu ordu başçısına qoyulan abidələri deyirəm. Venesiyah 
və florensiyahlar bu iki muzdlu ordu başçısına yaxşı pul 
ödəyirdilər, onlar da öz ağalarına “namusla” xidmət edirdilər. 
Onların düşmənləriylə qəhrəmancasına döyüşür, Venesiya və 
Florensiyaya böyük xidmətlər göstərirdilər. Ona görə də, 
İtaliyanın bu iki respublikası öz qəhrəman kondotyerlərinin 
şərəfinə belə bir möhtəşəm abidə ucaldıb. 
Əgər Milan, Genuya, Piza, Verona və ya Romada bu iki 
muzdluya daha çox pul versəydilər, onlara da, Venesiyaya 
137 


və Florensiyaya xidmət etdikləri kimi, canla-başla xidmət 
edəcəkdilər. 
- Mən də ədəbiyyat muzduruyam, - deyə bu satqın yazıçı öz 
slavyan qardaşlarına deyirdi. - Bütün ömrüm boyu məni 
almanların elədiyi kimi, hətta, onlardan daha artıq, maddi 
baxımdan 
təmin 
edin, 
sizin 
üçün 
vuruşacağam... 
Bacarmırsınız?.. Yoxsa istəmirsiniz?.. Onda mənim zərbələrimi 
gözləyin və müdafiə olunun, mən güclü və çevik rəqiblə qılınc 
oynatmağı sevirəm. 
Slavyanlar bu ədəbiyyat ilanına nifrət edirdilər, ancaq 
almanlar onu “parlaq yazıçı” və “cürətli slavyan filosofu” kimi 
çox yüksək dəyərləndirirdilər. 
Bir dəfə Snelman Berlində olanda bu satqm yazıçı da 
təsadüfən oradaydı. Snelman Finlandiyada olanda bu yazıçının 
ədəbi fəaliyyəti barədə heç nə eşitməmişdi. Hətta, onun adını da 
bilmirdi. Burada, Berlində, almanların dediyi kimi, bu iki 
mədəniyyət apostolunun, slavyan və finin şərəfinə banket təşkil 
etmişdilər. 
Banketin sonunda, artıq qonaqların böyük hissəsi çıxıb 
getdikdən sonra, Snelman “slavyan mədəniyyət apostolu- nu” bir 
qırağa çəkib onunla mədəniyyətcə kiçik olan xalqların 
ölkələrində mədəni işin problemləri barədə danışdı. 
- Gəlin açıq danışaq, - Snelman dedi, - almanlar ürəklərinin 
dərinliyində bizə - finlərə və slavyanlara yuxarıdan aşağı 
baxırlar. Keçmiş zamanda onlar haqlı ola bilərdilər, lakin 
gələcək zaman üçün yox. Biz finlər, siz slavyanlar isə daha çox, 
böyük bir gücü təmsil edirik. Onlar artıq becərilməkdən 
münbitliyini itirməkdə olan torpaqda, biz isə indiyədək 
əkilməmiş, verimli, qara torpaqda çalışırıq... Ancaq, biz yaxşıca 
çalışmalıyıq. Bizə, gənc xalqlara, 
138 


alman, fransız və ingilislərdən iki, üç, on dəfə artıq işləmək 
lazımdır. Biz onlara çatmalı və həm də... onları ötməliyik! 
Biz onları ötəcəyik! - Snelman ilhamlı bir səslə dedi. - Biz 
yalnız şəhərliləri maarifləndirməklə qalmayacağıq. Kəndlərdə 
ibtidai məktəblərin və yoxsul kitabxanaların olmasıyla 
kifayətlənməyəcəyik. Biz hər bir kəndlinin, balıqçının, qatran 
bişirənin evində bilik məşəlini yandıracağıq, tndiki azyaşlı 
uşaqlardan güclü, inkişaf etmiş, xeyirxah bir nəsil 
yetişdirəcəyik. 
Snelman uzun müddət və qızğınlıqla öz sevimli mövzusu 
ətrafında danışdı, o qarşısındakı adamın da özü kimi, slavyan 
xalqlarının alovlu mədəniyyət apostolu olduğunu düşünürdü. 
Öz doğma xalqının mənafeyini və maraqlarını Avstriya 
dövlətinə satmış bu alçaq, Snelmanm danışığına irişə-irişə, 
gözlərindəki xəbis təbəssümlə qulaq asır və düşünürdü: daha bir 
darıxdırıcı axmaq! 
O bu düşüncələrlə Snelmana cavab vermək üçün bir müddət 
fikirlərini toplamağa çalışdı, ancaq Snelmanm sözləri, onun 
qızğın ruhu bu alçalmış adamın ürəyindəki buzu əritməyə 
başladı. O xidmətçilərdən konyak gətirməyi tələb etdi və 
acgözlüklə, böyük qədəhlərlə içməyə başladı. Snelman öz adəti 
üzrə çox qızğın danışırdı və həmsöhbətinin az bir vaxtda bir 
butulka konyakı içib qurtarmağı onun diqqətindən yayınmışdı. 
Birazdan, bütünlükləkeflənənhəmsöhbəti gözlənilmədən 
yerindən qalxdı. Ağır addımlarla, sanki böyük bir ayı kimi, ona 
yaxınlaşıb dedi: 
- Kifayətdir, əziz Snelman! Özünüzün bu böyük ruhunuzun 
müqəddəs odunu boş yerə xərcləməyin. Onu öz xalqınıza sərf 
etmək üçün qoruyun. Siz xoşbəxt insansınız. Belə 
139 


bir övladı olan xalq da xoşbəxtdir... Sabah buradan çıxıb evinizə 
qayıdırsınız. Çox yaxşı. Biz sizinlə burada, ilk dəfə görüşdük. 
Bunadək nə siz məni, nə də mən sizi tanıyırdım. Bu da yaxşıdır. 
Daha doğrusu, nə yaxşı siz mənim kim olduğumu bilmirsiniz. 
Ancaq mən də, sizi tanımağımın özüm üçün yaxşı olub-
olmadığını deyə bilmərəm. Eh, əzizim Snelman, siz qeyri-
adiliyinizlə, qranit şənliyinizlə haradan gəlib çıxdınız? Mən nə 
üçün sizinlə artıq iş-işdən keçəndən sonra, belə gec görüşdüm?.. 
Bu vaxt divar saatı zəng çalıb gecəyarısı olduğunu bildirdi. 
- Yox, mən indi vaxtın gec olduğunu demirəm, bu gö-
rüşümüzün mənim həyatım üçün gec olduğunu deyirəm. - 
Snelmanın həmsöhbəti acı-acı köks ötürüb dilləndi... - Əgər 
gəncliyimdə Snelmanı görüb onun söhbətlərinə qulaq assaydım, 
indi mən də, mənsub olduğum bütöv bir nəsil də, büsbütün başqa 
adamlar olardılar... Ancaq artıq gecdir... gecdir... Gedək, yataq... 
Əziz Snelman, bizim aramızda gülünc və qorxunc bir 
anlaşılmazlıq var... Xahiş edirəm, əlinizi mənə verəsiniz. 
Snelman əlini ona uzatdı. Həmsöhbəti gözlənilmədən onun 
əlindən öpdü. 
- Siz nə edirsiniz? - baş verən hadisədən özünü itirmiş 
Snelman əlini geri çəkdi. 
- Fikir verməyin, - həmsöhbəti tutqun bir görkəmlə dedi. - 
Mən sizin əlinizi öpmürəm... İnsan ürəyində özünə yer etmiş 
snelmançılığm əlini öpürəm... Ruhumda basdırılan, mənə doğma 
olan mərhumun əlindən öpürəm... 
- Nə demək istədiyinizi anlamadım, - Snelman çaşqınlıq 
içində dedi. 
140 


- Anlamağınız heç lazım da deyil, - sərxoş yazıçı gülümsünüb 
dedi. - Hə, siz onsuz da məni başa düşə bilməzsiniz... Bütün 
bunları mənim slavyan ruhumun xüsusiyyətlərinə yozun, getsin! 
Snelman ertəsi günü doğma Suomiyə getdi və bundan 15- 20 
gün sonra Vyanadan bir məktub aldı. Məktub çox qəribə və 
imzasız idi. Onda beş qısa sətir yazılmışdı: “Siz mənim ruhumu 
alt-üst etdiniz... Yeni qaydayla yaşaya bilmirəm. Köhnə qaydada 
yaşamaq iyrəncdir. Sanki təsadüfən, ehtiyatsızlıqdan, özümü 
öldürürəm. İtə it kimi ölmək yaraşır”. 
Məktubu yazanın xətti Snelmana tanış deyildi. O heç nə başa 
düşmədi. Sonra bir az düşünüb sonuncu ayda çap edilən Vyana 
qəzetlərini oxuyub nəsə işıqucu axtarmağa başladı və “Faciəli 
təsadüf’ adlı yazıyla qarşılaşdı: tanınmış slavyan yazıçısı, dərin 
və cəsarətli mütəfəkkir... ehtiyatsızlıq ucbatından özünü ölümcül 
yaralamış, bundan üç saat sonra, şüurunu itirmədən, heyrətamiz 
bir soyuqqanhlıqla ölmüşdü...” 
Snelman ölənin kim olduğunu öyrənincə, Berlindəki 
banketdə baş verən əlöpmə səhnəsinin və bu təsadüfi ölümün 
mənasını anladı. Mərhumun bu sözlərini xatırladı: “Əgər 
gəncliyimdə Snelmanı görüb onun söhbətlərinə qulaq assaydım, 
indi mən də, mənsub olduğum bütöv bir nəsil də, büsbütün başqa 
adamlar olardıq... Snelmanlar bizimlə nə üçün vaxtında 
danışmadılar?..” 
Snelman yazıçının adını çəkmədən bu qəmli əhvalatı 
danışanda dinləyicilər çox vaxt ondan, bu yazıçı hansı xalqın 
nümayəndəsi, çexmi, polyakını, serbmi, xorvatmı, ya başqasımı 
olduğunu soruşurdular? 
Adətən mülayim tərzdə danışmağı sevən Snelman bu sualı 
eşidəndə kəskin şəkildə deyərdi: 
141 


- Bekarçılıqdan doğan maraq! Bunu nə üçün bilmək 
istəyirsiniz? Adam çox böyük günaha batmışdı, ancaq buna görə 
özünə layiqincə ağır cəzalandırdı. Özü özünü yer üzündən sildi. 
Onun adını xatırladıb ruhunu incitməyə dəyərmi? Burada vacib 
olan başqa şeydir. Təsəvvür edin: böyük istedadı olan bir şəxs, 
nəhəng əqli qabiliyyət yiyəsi, zəngin bilik qazanmış bir insan, 
parlaq ədəbi istedad. Ancaq... nəticədə, öz həyatını boşuna 
yandırıb kül edən, əyyaş, qumarbaz, pozğun, muzdlu 
ədəbiyyatçı, öz xalqının ləyaqətini satışa çıxaran adam... 
Axı o, bu böyük istedadıyla öz xalqının mədəniyyətinin 
apostolu ola bilərdi, əlbəttə, əgər düzgün tərbiyə olunsaydı... 
əgər gəncliyində ona xoşbəxtliyin öz cismani həyatını yandırıb 
külə döndərməkdə deyil, öz xalqının əqlini və ürəyini 
alovlandırmaqda olduğunu başa salsaydılar... 
Bu universitetin yetirməsi, elmin övladı, ədəbiyyatın kahini, 
paytaxtda böyüyən bir adamın həyat tarixçəsidir, - Snelman 
sözünə davam etdi. - Siz nə istəyirsiniz? Məktəbi, kitabı 
olmayan, sağlam, gözəl, sevinc dolu bir həyat qurmaq üçün heç 
bir ağıllı çağırış, canlı söhbət eşitməyən xalqdan bundan artıq nə 
gözləmək olar?.. Milyonlarla əhali cismani, əqli və əxlaqi 
baxımdan çürüyüb gedir və heç kim bu mühitin üfunətini hiss 
etmir, hamılıqla pis qoxuya öyrəşiblər. Alışıblar. Bu iyrəndiyin 
içində doğmalaşıblar. Hamılıqla, elə belə də olmalı imiş kimi 
düşünürlər. 
Beləmi olmalıdır? 
Milyonlarla insan vəhşi və beyini kütləşdirən yoxsulluq 
mühitində doğulur, yaşayır və ölür. Milyonlarla anadangəlmə 
istedadlı insan bütün həyatını heyvan kütbeyinliyi içində 
yaşamalı olur. Bu beləmi olmalıdır? Sizin milyonlarla qardaşınız 
mənəvi baxımdan kobud, amansız 
142 


və axmaq ehtirasların düşkünüdür. Sizcə, budamı belə olmalıdır? 
Bütün bu yüzlərlə “beləmi olmalıdır?” sualı doğuran iyrəncliklər 
və cinayətlər üçün utanmırsınızmı? Bu ictimai kütbeyinlik və 
laqeydlikdəmi “belə olmalıdır?” 
Snelmanın danışığı belə anlarda peyğəmbəranə bir ilham 
səviyyəsinə qalxardı. Dedikləri alovlu bir qamçı kimi küt 
beyinlərə və soyuq ürəklərə çırpılardı. Ən yuxulu və tənbəl 
zəkanı belə yerindən tərpədər, ayıldardı. Canlı ürəklərin həvəsini 
coşdurardı. 
Onun söhbətlərindən təsirlənən həkimlər, kənd ruhaniləri, 
xalq müəllimləri, əyalət məmurları xalq kütləsinin həyatını, onun 
ən müxtəlif cəhətlərini diqqətlə öyrənməyə başladılar. 
Qəzetlərdə, jurnallarda, ayrıca kitablarda xalqın hayatıyla bağlı 
zəngin materiallardan ibarət əsərlər çap olunmağa başladı. 
Onların arasında iki kitab daha çox diqqət çəkirdi. Biri, “Kənd 
həkiminin xatirələri”, o birisi isə, “Kənd ruhanisinin qeydləri” 
adlanırdı. Bu kitabların hər ikisi, ədəbi tənqiddə və mətbuatda əsl 
tufan qopardı. Bəziləri bu kitablara heyranlığını bildirir, onları 
öyüb göylərə qaldırır: 
- Düşünmək bacarığına malik və öz xalqı üçün ürəyi ağrıyan 
istənilən savadlı insan bu kitabların hər ikisini oxumalıdır. Bu 
kitablar kor gözləri açır. Mənəvi baxımdan sonacan kütləşməyən 
hər bir insanın üzündə xəcalət qızartısı doğurur deyə qeyd 
edirdilər. 
Narazı qalanlar da vardı. Müəlliflərin üzərinə ildırım 
yağdırır, göy gurultusu qoparırdılar. Onları daşqalaq etməyə 
hazırdılar. Bu yazıçıları öz xalqının tör-töküntüsü adlandırır, 
kitablar haqqında deyirdilər: 
- Hər iki kitab, başdan-başa fın xalqını təhqir edir. Büsbütün 
yalandır. Rənglər iyrənc şəkildə tündləşdirilib. Hər şey 
karikatura kimi şişirdilib. 
143 


Əlbəttə, birincilər kitablara daha ədalətli dəyər verirdilər. 
Narazı qışqırıqlar isə yalançı, ədabaz vətənpərvərlərin 
fikirlərindən ibarətdi, onlar vətənə məhəbbəti, kimliyindən və 
necəliyindən asılı olmayaraq, yalnız özününküləri sevmək kimi 
bayağı bir şəkildə anlayırdılar. Bu adamlar təhlükəni görməmək 
üçün başını quma basdıran dəvəquşuna bənzəyirdilər. Başlan 
qumdan çıxarıldığı üçün incimiş və nifrət püskürməyə 
başlamışdılar. Deyilən kitabların çapı başqa bir təsirə də nail 
olmuşdu. Biri həkim, digəri ruhani iki müəllif öz kitablarının hər 
səhifəsində fın xalqını haraylayırdı: 
-Ayılın! Öz doğma xalqınızın xilası üçün çalışın! Sizin 
ölkənizin əhalisinin dörddə üçü dəhşətli vəziyyətdədir. Kəndlilər 
və fəhlələr bir sinif kimi məhv olmaqdadır. Onlar fiziki və 
mənəvi baxımdan aşınır, məhv olurlar. 
Həkim və ruhani, bu iki istedadlı yazıçı, yalan demirdilər. 
Məsələyə birtərəfli yanaşmır, əsəbləri qıcıqlandırmağa ça-
lışmırdılar. Onlar yaşadıqları bölgənin gündəlik həyatını, 
insanların məişətini, bütün cizgiləriylə, sakit şəkildə təsvir 
edirdilər. Bu isə, həqiqətən, sarsıdıcı mənzərəydi. Oxucuların bir 
çoxu deyirdi: 
- Milyonlarla qardaşımızın belə faciəli vəziyyətə düşməsinə 
nə üçün dözürük? Bu şəraitdə özünü cinayətkar sayırsan, susub, 
kütləvi şərə tamaşa etmək, elə bu şərin iştirakçısı olmaq 
deməkdir. 
Başqaları dəhşətə gəlib soruşurdular: 
- İnsanlar belə bir həyata necə dözürlər? Axı onlar heyvan 
deyil, müqəddəs varlıqdırlar? Bu, Dantenin təsvir etdiyi 
cəhənnəmdən də dəhşətlidir. Dantenin cəhənnəmində insanlar 
törətdikləri günahlara görə cəzalanır, əzab çəkirdilər, bəs bu 
insanların günahı nədir? Bir də, Dantenin cəhənnəmi 
144 


əvvəldən sonuna kimi şairin dahiyanə uydurmasından başqa bir 
şey deyil, burada isə hər şey dəhşətli dərəcədə realdır, bütün 
hadisələr gerçək olaraq baş verir. 
“Kənd həkiminin xatirələri” əsərinin müəllifi xidmətə 
başladığı gündən başlayaraq, qarşılaşdığı hadisələri qələmə alır. 
Əvvəlcə o, tibb fakültəsini necə bitirməyindən, xidmət yerinə 
hansı arzularla gəldiyindən söz açır. İndiyə kimi təmin olunmuş 
bir həyat yaşamamışdı, uşaqlığı və gəncliyi ehtiyac içində 
keçmişdi: kiçik bir şəhərdə, çəkməçi ailəsində doğulub 
böyümüşdü. Həyatın hamının üzünə gülmədiyini yaxşı bilirdi, 
lakin bununla belə, xidmət etdiyi bölgədə gördükləri onu bərk 
sarsıtmışdı. 
Təhkim olunduğu bölgəni gəzəndə, gördüklərinin qorxulu 
bir yuxu, dəhşətli bir qarabasma olduğunu zənn etmişdi. Sanki 
müasir dövrdən uzaq keçmişə, mağara insanlarının yaşadığı 
zamana gedib çıxmışdı. 
Əvvəlcə, təhkim olunduğu bölgənin bu faciəli vəziyyətinin 
hansısa bir acı təsadüf və ölkə üçün istisna hal olduğunu 
düşünmüşdü. Lakin yolu qonşu bölgələrə düşdükcə, eyni 
mənzərəylə qarşılaşmışdı. Bəzi yerlərdə daha pis vəziyyət hökm 
sürürdü. Hər yerdə ibtidai dövrlərə bənzər vəziyyət hökm 
sürürdü. 
Qayalıq yerlərdə yaşayan adamlar kobud yonulmuş və pis 
hörülmüş daş daxmalarda yaşayırdılar. Qapılar alçaq, 
pəncərələr kiçikdi. Evlərin damı və pəncərəsi yarıtmaz ol-
duğundan soyuq, yağış, qar evə dolurdu. Şüşə demək olar, 
tapılmırdı, onun yerinə pəncərəyə əsgi və ya karton parçaları 
yapışdırırdılar. Çox vaxt da şüşələrin yeri boş qalır, pəncərə 
əvəzinə kiçik dəliklər açılırdı. 
Soba boruları isə, ümumiyyətlə, yoxdu. Daşdan və gildən 
hörülmüş ocaq yanır, qalxan tüstü bütün evə yayılır, sonra 
145 


isə yol tapıb damdakı dəlikdən çıxırdı. Evdəkilərin gözləri acışır, 
tüstüdən boğulurdular. Ev avadanlığı hisə batırdı. 
Adamlar eyni paltarda işləyir, yeyir və yatırdılar. İllərlə 
yuyunmurdular. Döşəkağılarının yuyulmalı olması ağıllarına da 
gəlmirdi. Adamları bit-birə basmışdı. Dəhşətli göz xəstəliyi - 
traxoma geniş yayılmışdı. Çox tez-tez soyuqlayır və nəticədə 
vərəm xəstəliyinə tutulurdular. Quyular və tualetlər yanaşı 
olduğundan su çirklənir, yatalaq xəstəliyi üçün zəmin yaranırdı. 
Uşaqlar arasında dizenteriya, dif- teriya, qızılca və çiçək tüğyan 
edirdi. Ölən uşaqların sayı minlərlə hesablanırdı. Bütün əhali 
xəstəlik içindəydi. Artım səviyyəsi düşmüşdü. Qidalanma pisdi, 
əvəzində dəhşətli, eybəcər sərxoşluq hökm sürürdü. Lal-karların, 
qozbellərin, korların, ağıldankəmlərin, əl-ayağı şikəst olanların 
sayı-hesabı yoxdu. Hətta, cüzamlılara da rast gəlmək olurdu. 
- Kəndə getmək adamı dəhşətə gətirir, - həkim-müəllif 
yazırdı. - Öz yerinə, adamların, cəmiyyətin, mədəniyyət adlanan 
anlayışın yerinə xəcalət çəkirsən. Haradasa, uzaqlarda, teatrlar, 
musiqi, rəssamlar və yazıçılar, parlament və elmlər akademiyası 
var, buradasa, milyonlarla insan cəhənnəmdə yaşayır deyə 
düşünürsən. 
Bir daxmaya girirsən - üç uşaq torpaq döşəmədə uzanıb 
qızılca çıxarır. Onların arasında yenicə doğmuş qadın xəstəlikdən 
inildəyir. Ata isə bərk sərxoş halda oturub. Ondan soruşursan: 
Heç xəcalət çəkirsən? Evdə bu qədər xəstə canıyla əlləşir, əzab 
çəkir, sən isə içib keflənmisən! Kefli ata mırıldanır: Sən özün 
burada yaşamağı sınaqdan çıxart, içməsən ürəyin partlar. Bizim 
həyatımızda içkisiz ötüşmək olmur. 
Başqa bir daxmada fərqli mənzərə: ana vərəmin son 
mərhələsini yaşayır, qanlı öskürək başlayıb, uzanıb, başını 
146 


yerdən qaldıra bilmir. Ata qızdırma içində sayıqlayır. Hər ikisi 
yerdə, cır-cındırdan ibarət yataqda uzanıb. Onların arasında iki 
qızcığaz, döşəmədə sürünürlər: birinin bir, o birinin iki yaşı var. 
Hər ikisi canlı skeletdir. 
Qonşulardan haray yoxdur: belə mənzərələrə öyrəşiblər, 
üstəlik, onların da boğazdan yuxarı çətinlikləri var. 
Haradasa, çiçək və ya yatalaq epidemiyası başlananda, ora 
iki-üç həkim göndərirlər, əhali isə qəzəblə mırıldanır: 
- Nə dezinfeksiya? Nə peyvənd? Bu Allahın göndərdiyi 
bəladır! Uşaqları müalicə etməyin, qoy ölsünlər: barı aclıq 
çəkməkdən canlan qurtarar. Siz böyüklərə kömək edin, bizi 
sağaldın. 
Az qala hər evdə sifilisə yoluxanlar, qotura tutulanlar, 
suçiçəyindən, göz xəstəliyindən, xərçəngdən əziyyət çəkənlər 
var. Bütün bunları gördükcə, əvvəl ümidsizliyə qapılırsan, sonra 
yorulub küt bir laqeydliyə alışırsan. Belə bir vəziyyətdə, yeni 
doğmuş qadının sərxoş ərinin dediyi kimi, ya içib keflənmək, ya 
da özünü asmaq istəyirsən. 
- Cənablar! - həkim-yazıçı şəhər əhalisinə, siyasətçilərə, elm, 
incəsənət və mətbuat adamlarına müraciət edirdi. - Siz nə 
vaxtacan gizlənqaç oynayacaqsınız? Vətənpərvərlikdən, xalqa 
sevgidən, özünüzün mədəniyyətə xidmətinizdən dəm 
vurursunuz, ancaq deyin görək, xalq üçün, vətən üçün, 
mədəniyyət üçün nə edirsiniz? Bəziləriniz xaincəsinə, utan-
madan, alçaqcasına, cinayətkarcasma bu “əziz vətəni”, “sevimli 
xalqı” çapıb-talayırsınız, sərvətlərini oğurlayırsınız. Bir 
başqaları dəftərxanalarda və redaksiyalarda avaralanır, məktəb 
və universitetlərdə məmurluq edirlər... və onların “sevimli 
xalqına” mənsub olan milyonlarla insan çürüyür, eybəcərləşir, 
içkiyə qurşanır, pis yollara düşür. Xalq təməlinədək dağılır. 
147 


Nə qədər gec deyil, ölkəni və xalqı xilas edin, - həkim- yazıçı 
onlara çağırış edirdi. - Xalqın içinə gedin. Onları müalicə edin, 
savadlandırın, tərbiyələndirin. 
Onlara ev tikməyi və təsərrüfat qurmağı, torpaqda səmərəli 
işləməyi öyrədin. Milyonlarla əhaliyə gigiyena, günəş, təmiz 
hava, işıq, quru və isti mənzil verin. Onlara insan kimi yaşamağı 
öyrədin. Kömək əlinizi uzadın. 
- Dövlət, - kitabının sonunda həkim-yazıçı yazırdı, - böyük 
ailə, xalq isə sizin kiçik qardaşlarınızdır. Onların dəhşətli həyatı 
əhalinin yüksək təbəqəsinin biabırçılığı və cinayətidir. 
Unutmayın: xalq uzun müddət dözə bilər, ancaq hər şeyin bir 
sonu var. Xalq qəzəbdən vəhşiləşə bilər. Buna yol verməyin! 
Ədəbi çevrələrdə həkim-yazıçının kitabı ətrafında uzun 
müddət müzakirələr getdi. Lakin o, ictimai dairələrdə öz böyük 
işini görmüşdü. Finlandiyanın səhiyyə təşkilatlarında öz 
həmkarlarının kitabının az qala bütün səhifələrini araşdırıb 
öyrənirdilər. 
Bölgə rəhbərləri, icma nümayəndələri yığışıb bu kitabda 
qaldırılan onlarla problemi həll etməyə başladılar. Müxtəlif 
yerlərdəki vəziyyətlə bağlı mühazirələr hazırlanır, məqalələr 
çap edilir, materiallar toplanırdı. Xalqın içində kök salıb 
köhnəlmiş yamanlıqla bağlı davam edən sükut pozuldu, şəri göz 
önünə çıxarıb insanların qarşısına qoydular. 
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə