Qriqori Petrov a ğ zanbaqlar


Partiyalararası mübahisələri, şəxsi çəkişmələri bir qırağa



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   15   16   17   18   19   20   21   22   23
ag-zanbaqlar-olkesi-az Mir.az


Partiyalararası mübahisələri, şəxsi çəkişmələri bir qırağa 
qoyub xalqın sağlamlığının bərpası və qorunmasıy- la məşğul 
olmaq zamanı gəldi. Ölkədə vərəm xəstəliyi üzrə hesabat 
məlumatları toplandı, xəstələrin, hər il bu xəstəlikdən ölənlərin 
sayı dəqiqləşdirildi. Bununla yanaşı başqa xəstəliklər üçün də 
hesabatlar hazırlanırdı: 
148 


-
Malyariyadan əziyyət çəkən insanların sayı. 
-
Traxomaya yoluxanların sayı. 
-
Pis qulluq və yoluxucu xəstəliklər nəticəsində ölən 
uşaqların sayı. 
-
Bir il ərzində diş ağrısından əzab çəkmiş insanların sayı. 
-
Kar və kor olanların sayı. 
-
Bir ildə ölkədə sərxoşluğa xərclənən pulun, sərxoş halda 
törədilən cinayətlərin, sərxoş halda törədilən davaların, 
bıçaqlanmaların, qətllərin, yanğınların, zorakılıq və soy- 
ğunçuluqların hesabatı. 
Qorxunc rəqəmlər alınırdı! Hesabatlar haray çəkir, çəkic 
kimi başlara enirdi. Xalqın vəziyyəti xəcalət doğururdu. Öz-
özüylə döyüşmək ruhu aşılayırdı. 
Hakimiyyət, bölgələr, ayrı-ayrı icmalar fəlakət zonalarına 
getmək üçün gəzərgi həkim dəstələrinə çağırış etdilər. Diş, göz, 
qulaq, uşaq, qadın xəstəlikləri üzrə həkim qrupları yaradıldı. 
Onlar ardıcıl olaraq kənd-kənd gəzir, ehtiyacı olanları müalicə 
edirdilər. İnsanlara gigiyena və sanitariya qaydalarını, 
sağlamlıqlarını necə qorumalı olduqlarını izah edirdilər. 
Uşaqların, qadınların və kişilərin sağlam həyatını pul vahidinə 
çevirirdilər: onların sağlam böyüməsi və yaşaması ölkəyə hansı 
qazancı gətirir və onların xəstəliyiylə ölümü hansı itkiyə səbəb 
olur? 
Kəndlilər insan həyatının iqtisadi dəyərini anlamağa 
başladılar. Onlara deyirdilər: “Pulunu oğurlanmaqdan qo-
ruyursan. Sənin uşaqların, arvadın və sən özün, ən qiymətli, 
canlı kapitalsınız. Onları qoru. Boşuna xərcləmə, artır”. 
Kəndlərin çoxunda nümunəvi kəndli evləri tikildi: bu evlərdə 
tüstünü bayıra ötürən boruları olan soba qurulur, ikiqat çərçivəli 
pəncərələr qoyulurdu. Fəhlələrdən ibarət 
149 


briqadalar yaradılır və onların vasitəsilə çox ucuz başa gələn bu 
cür nümunəvi evlər tikilirdi. Hökumət bir çox yerlərdə tikinti 
materialları anbarı yaratdı və bu anbarlardan kəndli icmaları 
vasitəsilə kənd evlərinin tikintisinə ucuz qiymətə bütün lazımi 
materiallar, o sıradan şüşə, həncama və çərçivəsi də üstündə olan 
hazır qapı-pəncərələr, ev avadanlıqları satılırdı. 
Beş, səkkiz, on il sonra kəndlərin böyük əksəriyyətində 
vəziyyət yaxşılığa doğru dəyişdi. Evlər mal-qara tövləsi 
olmaqdan çıxıb insana layiq mənzillərə çevrildi. Kəndlilər daha 
yaxşı və isti paltarlar geyindilər. İctimai xadimlərin nəzarəti 
altında seçilmiş ən yaxşı insanların rəhbərlik etdiyi 
emalatxanalar kənd camaatı üçün minlərlə kostyum, palto, 
ayaqqabı və alt paltarlar tikməyə başladı. Bunların hamısı ən 
yaxşı parça və materiallardan hazırlanır, sonra bütün ölkəyə 
yayılırdı. Çox ucuz qiymətə demək olar, maya dəyərinə satılırdı. 
Əhali yeni, necəsə, bayram və sevinc ifadə edən bir görkəm 
aldı. Artıq cır-cındır və yamaqlı paltarlar gözə dəymirdi. Daha, 
payızda və qışda demək olar, yarıçılpaq gəzən adamlara rast 
gəlinmirdi. Onlarla birlikdə daimi öskürək, zökəm, bronxit və 
soyuqdəymələr də yoxa çıxdı. Vərəm qurbanlarının sayı qısa 
müddətdə iki dəfə azaldı. Uşaq ölümlərinin sayı aşağı düşdü. 
Traxomaya yoluxmalar aradan qalxdı. Bölgələrin bir çoxunda 
əhali belə bir xəstəliyin varlığını unutmağa başladı. Qadınlar 
daha sağlam oldular. Doğulan uşaqların sayı artdı, uşaqlar əksər 
hallarda sağlam və boy-buxunlu olurdular. 
Ölkədə işçi qüvvəsi artdı. İnsanlar daha çox qazanmağa və 
yaxşı qidalanmağa başladılar. 
150 


Həmin həkim-yazıçının dəfnində ölkənin bütün kəndlərini 
təmsil edən yüzlərlə insan iştirak edirdi. Onları yerli əhalinin 
arasından seçib göndərmişdilər. Nümayəndələr ucaboylu, 
genişçiyinli, enlikürək bahadırlar, alyanaq, güclü, möhkəm 
əzələli gənclərdən ibarətdi. 
Onlar “xalqı sağlamlaşdıran” bu böyük insanın tabutunu 
çiyinlərində bütün şəhərdən keçirib apardılar. Küçələri iri 
addımlarla, sıx sıralarla keçib gedən bu yüzlərlə çiçəklənən 
nəhəngə, gənc kəndlilərə baxan şəhərlilər sevinclə deyirdilər: 
“Ölkənin canlı dayaqları gedir! Onlar insandan çox, canlı 
nəhəng dor ağaclarına bənzəyirlər!” 
Mərhumun cənazəsini məzara qoymazdan öncə kəndli 
gənclərdən biri qabağa çıxıb bu sözləri dedi: 
- Biz bura kənd çöllərindən və meşələrindən gəlmişik. Sənin 
məzarının qarşısında, adət edildiyi kimi deyil, çiçək- lərsiz və 
əklillərsiz dayanmışıq. Bu, səbəbsiz deyil, biz özümüz sənin 
Suomidə saldığın bağçanın canlı çiçəkləriyik. Əbədi rahatlıq 
içində uyu, ey xalq bağbanı! Biz sənin xeyirxah və müdrik 
əməyinlə öyünürük. Sən həqiqi xalq hakimiydin, yüz minlərlə 
kəndlini sağaltdın. Xalqın damarlarına yeni, təmiz qan vurdun. 
Bizim əzələlərimizi öz əllərinlə möhkəm kəndir kimi hördün. 
Ölkə üçün bahadırlar nəsli yetişdirdin, bizə sağlam əməyin 
sevincini bağışladın... 
Minnətdar xalq sənə abidə ucaltmaq istəyir. Buna haqqın 
çatır, ancaq sənin ən yaxşı abidən bizlərik! Biz - yeni xalq 
həyatının yaradıcılığı və onun yaradıcılarıyıq. Sənin əməyinin 
bəhrəsi olan bizlər yeni, sağlam gənclik canlı abidə kimi 
müqəddəs əməyini, xalqa xidmət nümunəsi olan ömrünü daima 
fın ziyalılarına xatırladacağıq. Adın, zaman keçdikcə 
sağlamlığım qaytardığın xalqın ağlında və ürəyində özünə daha 
da dərindən yer edəcək, onun yadda 
151 


şında qat-qat artıq möhkəmlənəcək. Sən Sezar, Napoleon 
deyildin. Bir qarış da olsun, yad torpağını işğal etməmişdin. Bir 
damcı da olsa insan qanı tökməmişdin, ancaq öz vətəninə 
minlərlə yeni sağlam, güclü, faydalı əməkçi əlləri qazandırdın. 
Öz xalqının həyatını yaxşılıqlarla zəbt etmiş ey böyük mübariz 
və fateh - sənə eşq olsun! 
152 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə