Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az


İnzibati idarəetmə 
Finlandiyanın Rusiyaya birləşməsi müqaviləsinə əsasən 
1816-cı ildə parlamentin iş prinsipini müəyyən edən yeni 
konstitusiya qəbul edildi. I Aleksandr çar manifestində 
səsləndirilmiş fikirlərini bir daha təsdiq etmiş oldu: “biz... Bizim 
tərəfimizdən vəd edilən: ölkənin məxsusi konstitusiyasının 
Bizim dövlətimiz və Bizim varislərimiz tərəfindən həmişə 
müqəddəs şəkildə qorunacağını bir daha təsdiq edirik”. 
Yenidən qurulmuş parlamentin Helsinqforsda keçirilən 
açılışına Finlandiyanın hər yerindən dövlət məmurları gəlmişdi. 
Snelman da burada iştirak etmiş və məruzə oxumuşdu. O 
məruzəsinə isveçlilərin vaxtında Finlandiya məmurlarının 
vəziyyətiylə bağlı tarixi məlumatlarla başlamışdı: 
-
İsveçlilər gözəl xalqdır: ağıllı, vicdanlı, xeyirxah
nəzakətli, həyatsevər və mədənidirlər. Mən isveçlilərə hörmətlə 
yanaşıram. Onların arasında çoxlu dostlarım var. İsveçə 
ürəkdən, yaxşılıq diləyirəm. Ancaq bizim yoxsul və 
57


baxımsız ölkəmizin artıq isveçlilərin hakimiyyəti altında 
olmaması məni xoşbəxt edir. Xalqımızın İsveç dövlətindən deyil, 
İsveç məmurlarından azad olmasını alqışlayıram. 
İsveç inzibati idarəçiləri Finlandiyada kim idilər? Onlar ikiqat 
şəri təmsil edirdilər: bizim xalqımız üçün də, İsveç hakimiyyəti 
üçün də, şər törətməklə məşğul idilər. Bu istənilən hakimiyyət 
üçün şər mənbəyi olan bir zümreydi. İsveç məmurları öz 
ölkələrində ağıllı, vicdanlı və əməksevər insanlardır, ancaq 
təəssüf, bizdə belə deyildilər. İsveç hakimiyyəti bir çox başqa 
hakimiyyətin buraxdığı təhlükəli səhvi təkrarladı. Ölkə 
daxilindəki məmurları diqqətlə seçib ayırsa da, əyalətlərdəki 
yüksək vəzifələrə cəmiyyətin tör- töküntülərini təyin etmək 
yolunu tutdu. 
- Bütün xalqlarda olduğu kimi, isveçlilərdə də varlı və 
tanınmış ailələrin pis övladları vardı: tənbəl, acgöz, axmaq, 
nanəcib, içki düşkünü, tərbiyəsiz gənclər. 
Oxuduqları bütün məktəblərdən qovulmuş bu gəncləri heç bir 
xidmətə: dəftərxanaya, ticarət kontoruna işə götürmürdülər. 
Onlar müstəqil şəkildə heç bir iş görməyi bacarmırdılar: işləmək 
istəmir, günlərini boşuna keçirir, ağılsızcasma pul dağıtmaqla 
məşğul olurdular. 
Bu nadan və tənbəllərlə nə etməli? Əgər onların valideynləri 
və ya yaxın qohumları arasında nüfuzlu adamlar olurdusa, bu 
pozğun gəncləri Finlandiyada məmur vəzifəsinə təyin 
etdirirdilər. 
Bu cür min, iki min məmurun nələr törətdiyini yəqin, yaxşı 
təsəvvür edirsiniz! Gimnaziyanın iki, yaxud üç sinfini bitirmiş, 
tənbəl, əxlaqca pozğun olan bu adamlar Finlandiyada günlərinin 
çoxunu xidmətdə deyil, bahalı restoranlarda və bütün digər 
əyləncə yerlərində keçirirdilər. 
58 


Onlar işləmək istəmir, bunu bacarmırdılar. Kobud və 
savadsızdılar. Xidməti işlərində səliqəsiz davranırdılar. Yerli 
əhaliyə yuxarıdan aşağı baxırdılar. İşə gec gəlir, tez gedirdilər. 
İşdə də, adətən, kofe içir, siqaret çəkir, qəzet oxuyur, yaxın 
tanışlarıyla laqqırtı vururdular. Vacib işdən ötrü yanlanna gələn 
insanları qəbul otağında uzun müddət gözlədirdilər. Kobud 
köməkçilər insanların üstünə: Rəis məşğuldur. Gözləyin! - deyə 
qışqırırdılar. 
Əgər belə bir “rəisin” qəbuluna düşmək olurdusa, o insanları 
yarısərxoş, üzündən axmaqlıq və yuxusuzluq tökülən, özünü 
lovğalıqla hindtoyuğu kimi şişirtmiş bir görkəmdə qəbul edirdi. 
Adətən qəbula gələnin sözünü yarımçıq kəsib kobud şəkildə 
çımxırırdı: 
- Sabah gəlin! Bu gün mən bərk məşğulam. 
- Xahiş edirəm, mənə qulaq asm. Mən uzaqdan gəlmişəm. 
- Sabah! - hindtoyuğu bu dəfə daha ucadan bağırırdı. 
- Mənim gecələmək üçün yerim və pulum yoxdur... 
- Sizə, “sabah gəlin” deyildi! Rədd olun burdan! 
Gecə əyləncə yerlərində çaxır su kimi axırdı. Bu yerlərin 
ətrafında bədənlərini baha qiymətə satan qadınlar dolaşırdı. 
Bütün bu əyləncələr çoxlu pul tələb edirdi. Bu gecə 
fahişəxanalarında baş verənlər namuslu adamları dəhşətə 
gətirirdi, onlar soruşurdular: 
- Bu nə deməkdir? Stokholm bütün bunlara necə yol verir? Bu 
nə vaxtadək belə davam edəcək? 
Əhali əziyyət çəkirdi. Şikayətlənirdi. Nə baş verdiyindən baş 
açmırdı. Özü də əxlaqsızlığa və pozğunluğa yuvarlanmağa 
başlayırdı. Onlar buna belə haqq qazandırdırdılar: əgər 
hakimiyyət belə edirsə, mən də əlimə düşən fürsəti qa-
çırmayacağam! 
59 


- Allaha şükür, indi daha belə deyil, - Snelman sözünə davam 
etdi. - Yavaş-yavaş, tədricən, biz indi hər yerdə öz fin 
məmurlarımızı vəzifəyə təyin edir, yaxud yerli isveçlilərdən 
yaxşılarım işə götürürük. Biz indi yeni tuluğa təzə çaxır tökə 
bilərik. Yeni dövrü qiymətləndirin. Bu işin əvvəlindən, necə 
lazımdırsa elə işləməyə çalışın. Köhnə ruhu qovun, izi-tozu da 
qalmasın. Yeni fin ənənələri yaradın. Qoy xalq sizin onun 
qaniçənləri deyil, xidmətçiləri və hamiləri olduğunuzu görsün. 
Sizə müraciət edənlərin sözünə milçək vızıltısı kimi yanaşmayın, 
imkan daxilində, həmişə onlar üçün nəsə etməyə çalışın. Qoy 
xalq, görülməyən işlərin, sizin istəmədiyinizə görə deyil, sadəcə 
hələlik mümkün olmadığı üçün görülmədiyini bilsin. 
Unutmayın, siz məmurlar da, müəllimlər və ruhanilər kimi xalqın 
tərbiyəçilərisiniz. 
Bilirsinizmi, ədalətsizliyin ən başlıca müəllimi kimdir? - 
Snelman kinayəylə soruşdu. - Məmurlar! Qanunvericilər və 
qanun keşikçiləri! Xalqa qanunlara əməl etməməyi onlar 
öyrədirlər. Buna görə də, yeni Finlandiya adından sizdən xahiş 
edirəm: qanunvericilər və qanun keşikçiləri! Vətəndaşlarda 
qanuna hörmət hissini tərbiyə etməkdə bizə kömək edin. Ya da 
bundan da artığına, xalqa dərin daxili ədalət hissini aşılamağa 
can atın. 
Snelmanın bu nitqiylə məsələ bitmədi. Bütün ölkədə əhali 
məmura ciddi, eyni zamanda həm də ehtiramla yanaşmağa 
başladı. Bir-iki mərhələdən sonra, fin məmurlarının yeni nəsli 
yarandı. Daha ağıllı və əxlaqlı məmurlar təbəqəsi formalaşdı. 
Onlar yaxşı nümunəyə çevrildilər. Əhali onlarla qürur duyur və 
hörmət göstərirdi. 
60



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə