Qrup: 419a buraxiliş İŞİ Mövzu


Neftlə çirklənmənin ətraf mühitə təsiri



Yüklə 6,63 Mb.
səhifə4/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
1   2   3   4   5   6   7   8   9   ...   21
DİPLOM İŞİ Hazır

Neftlə çirklənmənin ətraf mühitə təsiri


Ətraf mühiti çirkləndirən müəssisələr içərisində neft sənayesi müəsisələri əsas yerlərdən birini tutur. Praktiki olaraq neft sənayesinin əsas obyektləri – neftin çıxarılması, nəqli, onun emalı, emaldan alınmış məhsulların istifadəçiyə çatdırılması prosesləri ətraf mühiti çirkləndirən potensial mənbələrdir. Bir ildə çıxarılan neftin ümumi miqdarının 2-3% itkiyə gedir, bu itkinin 0,23%-i isə Dünya okeanına daxil olaraq okean sularını çirkləndirir.
Neftçıxarma rayonlarında torpağın və suyun neftlə çirklənməsinin əsas səbəbləri aşağıdakılardır:
-Neftin çıxarılmasında köhnə texnologiyaların tətbiqi: istifadə olunan avadanlıqların ətraf mühitin çirklənməsinin qarşısını ala bilməməsi;
-Neft mədənlərində quyuların qazılması zamanı quyu daxili kollektorların hermetikliyinin pozulması, neftin nəqli zamanı boru kəmərlərində baş verən qəzalar.
-Əlavə olaraq neft quyularının qazılması zamanı ətraf mühit buruqlarda olan cihazların normal işləməməsi səbəbindən (quyudaxili təzyiqin nizamlanması) işlənmiş məhlulların (gilli məhlul) ətrafa atılması səbəbindən çirklənir [12].
Neft və neft məhsullarının çıxarılması, daşınması, emalı və utilizasiyası prosesləri ətraf mühitə zərərli maddələrin atılması ilə müşayiət olunur. Ətraf mühitin çirklənməsi həm də neft məhsullarının su hövzələrinə icazəsiz axıdılması, texnogen qəzalar, sənaye istehsalı nəticəsində baş verir. Şəhər yerlərindən, dəniz limanlarından və müxtəlif sənaye obyektlərindən gələn tullantı suları da bu maddələrlə çirklənir.
Beləliklə, ətraf mühitə daxil olan neft və neft məhsulları ətraf mühitə xeyli ziyan vurur. Neft ehtiyatlarının işlənməsi və istifadəsi miqyasının artması ilə əlaqədar olaraq onların ətraf mühitin çirklənməsi problemi getdikcə aktuallaşır.
Neft və neft məhsulları ilə çirklənməyə hər yerdə rast gəlinir: torpaq qatında, hidrosferdə, atmosferdə. Çirklənmiş ərazidə ekoloji vəziyyətin pisləşməsi ilə əlaqədar həm flora, həm də faunanın vəziyyətinin xeyli pisləşməsini müşahidə edirik. Neftin ətraf mühitə mənfi təsiri məlumdur. Ekoloji qanunvericilikdə əksini tapmış hüquq normalarına əməl edilməməsi bütövlükdə ekosistemin və xüsusilə onun elementlərinin fəaliyyətinin pozulmasına gətirib çıxarır.
Bir çox onilliklər ərzində neft istehsalında köhnəlmiş texnologiyalardan istifadə edilməsi, torpağın neft və minerallaşmış su ilə çirklənməsinə gətirib çıxarmışdır. Təkcə Abşeron yarımadasında və onun ətrafındakı çirkləndirilmiş ərazilər təxminən 15 min hektardan artıqdır ki, bunun da 7,3 min ha-ı kənd təsərrüfatı (əkin sahələri) torpaqlarıdır. Bəzi ərazilərdə neft torpağın 3 m-lik dərinliyinə hopmuş və yeraltı suların çirklənmə mənbəyinə çevrilmişdir. Bir sıra hallarda, eyni torpaq sahəsi həmçinin radionuklidlərlə də çirklənmişdir. Neftayırma və neft-kimya zavodlarının ətrafındakı torpaqlar neft və maye karbohidrogenlərlə çirkləndirilmiş, bu da öz növbəsində atmosferin çirkləndirilməsi mənbəyinə çevrilmişdir. Neftlə çirklənmiş suyun səthindən təmizləmək üçün müxtəlif təmizləmə üsullarından istifadə edilir. Bu mövzu 2-ci fəsildə araşdırılmışdır. Onu da qeyd edək ki, neft məhsullarının təmizlənməsində biokimyəvi üsullar daha səmərəli hesab olunurlar.
Neft layihələrinin ətraf sosial mühitə təsiri ilə əlaqədar riskə məruz qalan ərazilərdə müxtəlif qurumlar, ekspertlər tərəfindən aparılan monitorinq və qiymətləndirmələr təsdiq edir ki, hasilat zamanı ətraf mühit təsirlərə məruz qalır [13]. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq neft və neft məhsulları ilə çirklənmiş ərazilərin sahəsinin artacağını güman etmək olar. Nəticədə, müəyyən bir zamanda mövcud olan ekoloji vəziyyət daha da pisləşəcək və bu, riskə məruz qalan insan sağlamlığının vəziyyətinə birbaşa və ciddi təsir edəcəkdir.

  • Atmosferə atılan emissiyalar (səmt qazları-metan, uçucu üzvi birləşmələr, qazın yandırılması və s);

  • Quyu avadanlıqlarında və kompressor stansiyalarında sudan istifadə, yuma nəticəsində çirkləndirici maddələrin yerüstü və qrunt sulara, o cümlədən Xəzər dənizinə atılması;

  • Neftlə bərabər yüksək minerallaşmış lay sularının səthə çıxarılması;

  • Torpaqların neft və neft məhsulları ilə çirklənməsi;

  • Qazma şlamları və onların basdırılması;

  • Qəza hadisələri nəticəsində neft dağılmaları

  • İstismardan çıxarılmış texniki avadanlıqlar, üzən vasitələrin qalıqları və təmir-tikinti işləri nəticəsində formalaşan bərk tullantılar [14].

Əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti həyata keçirilir. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və mühafizəsi dövlətimizin bu yöndə siyasətinin əsas istiqamətlərindəndir.
Respublikamızda ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması Ulu Öndərimiz Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olmuşdur. Bu gün Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də təbiətin mühafizəsini, ekoloji vəziyyətin yaxşılaşdırılmasını və vətəndaşların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu strategiya onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, ekoloji tədbirlərin davam etdirilməsi çox önəmlidir. Son illər ərzində həm Bakı şəhərində, həm bölgələrdə bu istiqamətdə çox böyük işlər görülmüş, Bibiheybət buxtasının təmizlənməsi işləri də uğurla başa çatmışdır. Vaxtilə Bibiheybət ərazisi də bir ekoloji fəlakət mənzərəsi idi. Artıq burada gözəl parklar istifadəyə verilib. Birinci Avropa Oyunları yarışlarının bir hissəsi məhz burada keçirilibdir [15].

    1. Yüklə 6,63 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə