Qrup: 419a buraxiliş İŞİ Mövzu


Birinci fəsil üzrə nəticələr



Yüklə 6,63 Mb.
səhifə5/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
1   2   3   4   5   6   7   8   9   ...   21
DİPLOM İŞİ Hazır

Birinci fəsil üzrə nəticələr


Bu fəsildə araşdırdıq ki, neft sənayesinin inkşafı ekoloji tarazlığın pozulmasına gətirib çıxarır və qabarıq şəkildə nəzərə çarpır. Bu sahəyə tələbatın artması ətraf mühitdə çox yüksək çirklənməyə səbəb olur. Bu çirklənmə Xəzər dənizində də özünü biruzə vermişdir. Müxtəlif səbəblər nəticəsində Xəzərə tökülən neft və neft məhsulları su səthini örtərək, oksigenin daxil olmasına mane olur. Nəticədə yaranan zərər kifayət qədər yüksəkdir. Neft məhsullarının yaratdığı problem canlıların tələf olması və atmosferlə suyun səth balansını pozulmasıdır.
Bu kimi çirklənmənin özünəməxsus əlamətləri kimi bütün təbii mühitin tərkib hissələrinin çirklənməsi, ərazilərə yayılması, alt çöküntülər və. s göstərmək olar. Yalnız neftin çıxarılması bunlara səbəb deyil. Emalı, daşınması, saxlanılması prosesləri daima çirkləndirməsi və karbohidrogenlərin buraxılması ilə müşayət olunur. Hətta texniki vasitələtin də müasir dövrə uyğun olmaması belə buna səbəbdir. Çünki qəza hallarının baş verməsinin qurğularla çox əlaqəsi var. Neft kəmərində və yaxud mühəndis qurğularında neftin sızması ilə yanğın və partlayışlar baş verə bilər. Bu cür proses böyük dərəcədə zərər vurur, insanlara canlılara sağlamlığında bir sıra təhlükə yaradır. Zəhərlənmələr, orqanizmdə dəyişikliklərdə, mühitin xüsusiyyətinin dəyişməsində səbəbiyyət verir.
Çirklənmə hətta içməli suya belə təsir edir. Araşdırmalara görə 1 damcı neftin dənizə, suya düşməsi 25 litr içməli suyu yararsız hala salır. Əhalinin yaşayışında, səhhətində, sağlamlığında, ekologiyanın rolunu nəzərə alaraq ekologiyanın təmizliyini, təhlükəsizliyini təmin etmək üçün problemləri aradan qaldıra biləcək tədbirlərin həyata keçirilməsi önəmlidir.
Dövlətimizin mühiti mühafizəsi yönündə də etdiyi bir çox yollar əsas istiqamətlərdəndir. İndiki dövrdə Respublikanın inkşafı üçün təbiətin qorunması, çirklənmənin minimuma endirilməsi və bunun hər zaman tətbiqi ön planda olmalıdır.

2.Xəzər dənizinin neftlə çirklənməsi ilə mübarizə metodları


Xəzər dənizi uzun müddət ərzində müxtəlif çirklənmələrə məruz qalmışdır. Dəniz XX əsrin ikinci yarısından etibarən ekoloji və antropogen amillər kompleksinin təsiri altındadır. Xüsusən də, neft çirklənməsi dənizin ekoisteminə mənfi təsir göstərir. Neft məhsulları və fenollar dənizin canlı orqanizmlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, əksər dəniz dib onurğasızları az hərəkətliliklə və uzun həyat fəaliyyəti (1-3 və daha çox il) ilə səciyyələnirlər. Buna görə, məsələn, zoobentos dəniz benqalı çirklənməsinin yaxşı bioindikatoru hesab olunur. Bununla əlaqədar olaraq, dənizin müxtəlif ərazilərində əmələ gələn şəraitin təhlili məqsədilə dib faunasının çoxillik dəyişməsinin təfərrüatlı tədqiqi mühüm əhəmiyyət kəsb edir. Bu cür tədqiqatlara əsasən ekoloji vəziyyətin prioritet dəyişkənliyinin və dib faunası məhsuldarlığının qiymətləndirilməsini aparmaq mümkündür. Neft məhsullarının və fenolların suda olan miqdarı tədqiq olunan sahənin ümumi çirklənməsinin əsas göstəricisidir [16].
Su ehtiyatlarının qorunmasında sənaye çirkab sularının təmizlənməsi xüsusi əhəmiyyətə malikdir. Xüsusilə Sovet dövründə yaradılan sənaye müəssisələrinin təmizləmə qurğuları olmadan çirkab sularının ümumi kanalizasiya sisteminə göndərilməsi su ehtiyatlarının çirklənməsində mühüm rol oynayıb. Yüngül sənaye sahələri neft və neft kimya müəssisələrinin çirkab sularının tərkibində olan maddələrin zərərsizləşdirilməsi baxımından təmizləmə qurğularının yaradılması yüksək əhəmiyyətə malikdir [15-16]. Ətraf mühitin mühafizəsi üçün yaradılan texnoloji proseslərin və onların həyata keçirilməsini təmin edəcək qurğu və aparatların layihələndirilməsinin böyük əhəmiyyət kəsb edir. İldə 12-18 milyon ton yüksək keyfiyyətli neft məhsulları emal edən müxtəlif neft emalı müəsisələrində istehsal müddətində külli miqdarda tullantılar yaranır. Bu tullantılarla atmosfer və su mənbələrini çirkləndirməsinin qarşısını nisbətən almaq üçün bir sıra məqsədli kompleks tədbirlər görülür. Qeyd etmək lazımdır ki, həyata keçirilən hər bir tədbir ilk növbədə emal olunacaq neftin tərkibindən asılıdır. Azərbaycan neftinin tərkibi kükürdlü olduğu üçün emal müəssisələri kükürdlü neft emalı üçün hesablanmışdır. Destruktiv proseslər də daxil olmaqla neftin dərin emalı zamanı 8-10%-ə qədər karbohidrogen qazları alınır. Hidrotəmizləmə və hidrokrekinq qurğularında alınan tullantı qazların tərkibi isə hidrogen sulfitlə zəngin olur.
Suyun səthində üzən neft çirkləndiricilərini təmizləmək üçün mexaniki vasitələrdən, müxtəlif növ sorbentlərdən, kimyəvi emulsiya – dispergentlərdən, neftin komponentlərini parçalayan mikroorqanizmlərdən istifadə olunur.
Eyni zamanda bəzi yeni zavodlarda aşağıdakı tədbirləri görmək lazımdır:

  • Yüksək minerallaşmış tullantı suları buxara çevirib, kondensləşdirib ya sistemə qaytarmaq, ya da texnoloji məqsədlər üçün işlətmək [17].;

  • Atmosferin çöküntülərindən və biokimyəvi üsulla təmizlənmiş kommunal yığıntı sularından zavodlarda istifadə etmək;

Müasir dünyada ətraf mühitin neft və neft məhsulları ilə çirklənmədən səmərəli mühafizəsini təmin edən müxtəlif üsullar mövcuddur. Ən çox yayılmış üsullara aşağıdakılar daxildir: mexaniki, kimyəvi, fiziki, fiziki-kimyəvi, mikrobioloji, bundan əlavə, yeni üsullar və texnologiyalar hazırlanır. Bunlara biosorbsiya üsulu, suyun ozonlaşdırılması, maqnitlərlə təmizləmə, flotasiya-kavitasiya üsulu ilə təmizləmə, maqnit nanohissəcikləri ilə təmizləmə ,bioloji təmizləmə və başqaları daxildir.

    1. Yüklə 6,63 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə