Qrup: 419a buraxiliş İŞİ Mövzu



Yüklə 6,63 Mb.
səhifə6/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
1   2   3   4   5   6   7   8   9   ...   21
DİPLOM İŞİ Hazır

Mexaniki üsul


Mexaniki təmizləmə adətən ətraf mühit üçün ən az zərərsiz üsul hesab edilir və bir sıra vəziyyətlərdə tətbiq edilə bilər, adətən dənizdə mexaniki üsulu ilə dağılmış neftin yalnız kiçik həcmini təmizləmək mümkündür. Mexaniki təmizləmə üsulunda suyun səthində olan neft müxtəlif mexaniki vasitələrlə tutulur [18]. Bu vasitələr içərisində ən geniş yayılmış neftin neft tutucuları ilə yanaşı suyu neftdən təmizləmək üçün üzən seperatorlardan istifadə edilir [Şəkil 2.1]. Lakin mexaniki üsulla suyun səthində olan nefti tam yığmaq mümkün olmur.

Şəkil 2.1. Neft tutucu sistemləri

Dənizdə dağılmalar zamanı əldə edilmiş təcrübə faktiki dağılmanın həcminin 10-20%-dən çox təmizlənməsinin nadir hallarda mümkün olduğunu göstərmişdir. Əslində açıq sularda güclü cərəyan və külək şəraitində yalnız 13% təmizləmək mümkündür.


2.2 Kimyəvi üsul


Laboratoriya sınaqlarından alınan nəticələrə əsasən dəniz şəraiti üçün nəzərdə tutulmuş dispergentlər dağılmış xam neft üçün yalnız 10%-lik duzluluq şəraitində effektivdir [Şəkil 2.2]. Dəniz sularında istifadəsinə icazə verilən dispergentlər effektivlik, toksiki tərkib və ekoloji təsirinə görə qiymətləndirilmiş dispergentlər sayılır.
Dispergentlərin istifadəsi suda olan canlı orqanizmlərə təhlükə yaratmayacağı səviyyəyə qədər dispersiyası mümkün olan sahələrdə istifadə olunur. İstifadə olunması isə ancaq çox ciddi vəziyyətlərdə mexaniki bərpa üsulunun mümkün olmadığı sahələrdə dağılmalara qarşı yeganə effektiv cavab tədbiri növlərindən biridir [18].
Dispersant - Az toksikliyə malik həlledicilərdə həll edilmiş təmizləyici vasitələrə bənzər səthi aktiv maddələrdən ibarət xüsusi neft dağılması əleyhinə məhsullardır. Dispersantlar faktiki olaraq nefti sudan xaric etmir, lakin bunun əvəzində neft təbəqəsini kiçik hissəciklərə parçalayır ki, bu da sonra suda dispersiya olunur və daha sonra təbii proseslər nəticəsində parçalanır. Səthi-aktiv maddələr(SAM) –bir çox sahələrdə müxtəlif məqsədlər üçün istifadə olunan maddələrdir. SAM-lar yuyucu vasitələr, köpük və emulsiya stabilləşdiricisi, flotoreagentlər, hidrofoblaşdırıcılar, antistatiklər, korroziya inhibitorları və sair kimi işlədilir.

Şəkil 2.2. Dispergentlərin və sorbentlərin istifadəsi
İstifadə olunmuş dispergentin effektivliyi barədə fikir yürütmək üçün dağıntının rəngindən istifadə oluna bilər:

Dispergentin effektivliyini göstərən amillər

Bu üsul neft məhsullarından suyun 92 %-ə qədər təmizlənməsinə nail olmağa imkan verir. 


Sahədə yandırma- dənizdə neft dağılma ərazisində neft ləkələrinin yandırılması prosesinə verilmiş termindir. Yerində yandırma üsulunun üstünlükləri “neft-su” qarışığın daşınması, saxlanması üçün əlavə vəsaitə ehtiyac olmamasıdır.Tərtib olunmuş müəyyən qaydalarla sahədə yandırılma suda olan neftin miqdarını mühüm dərəcədə azalda və neftin ətraf mühitdə olan mənfi təsirini minimuma endirə bilər. Lakin yanma zamanı ətrafa yayılan tüstünün də ətraf mühitə verdiyi ziyan məlumdur. Əsasən yandırmalar sahil xəttindən uzaq məsafədə aparılmalıdır [Şəkil 2.3]. Bəzi hallarda isə dağılmış neftin su üzərində idarə olunub yandırılması üsulu, digər dağılmış neftin ləğvi üsullarından daha üstün tutulur. Bu üsul minimal maddi-texniki vasitələr tələb edir və böyük həcmdə neft dağılmalarının tez və az madiyyat tələb edərək aradan qaldırılması üçün yüksək effektli üsul hesab olunur.

Şəkil 2.3. Dağılmış neftin yandırılması


Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə