Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   36   37   38   39   40   41   42   43   ...   62

pulsuz olaraq, ölkənin 18 yaşından  yuxarı vətəndaşları arasında  bölüşdürülürdü. Bu zaman həmin 
vətəndaşlara çatan payı ifadə edən özəlləşdirmə sənədi bon adlandırılırdı. Bonlar  adlı olmaqla  ilk 
12 ay ərzində yalnız səhmlərə dəyişdirilə,  bu müddət ötdükdən sonra isə  sərbəst alqı-satqı obyekti 
kimi satışa çıxarıla bilərdi. Əgər müəssisələrin  Milli Agentlikdə yerləşdirilən 30 faizlik səhm 
paketi  bonlara  5 il ərzində satılımazsa, onda onların səhmləri açıq bazarda reallaşdırılırdı. Bundan 
sonra müəssisənin  15 faizlik səhm paketi 5 ildən gec olmayaraq güzəşt  hüququ  ilə alınmaq şərtilə
öz işçiləri üçün ehtiyatda saxlanılırdı. Səhmlərin 35 faizdən çox olmamaq şərtilə digər hissəsinin  
xarici investorlara satışına icazə verilirdi. Bir çox hallarda müəssisənin işçiləri üçün ehtiyatda 
saxladığı 15 faizlik paketdən əlavə yerdə qalan 85 faizlik səhm paketi bütövlükdə birjalar vasitəsilə
istənilən fiziki və hüquqi şəxslərə, o cümlədən banklara, sığorta şirkətlərinə  təklif olunurdu.
Bolqarıstanda özəlləşdirməyə doğru ilk addım həddindən artıq gərgin siyasi şəraitdə atılmışdır. 
1990-cı ilin aprelində Nazirlər Sovetinin 36 saylı qərarı ilə bu ölkədə ticarət, ictimai-iaşə və xidmət 
sferası müəssisələrinin hərraclar vasitəsilə satışına icazə verilmişdir. Bu müəssisələrin əmlakının 
qiymətləndirilməsində obyektin yerləşdiyi ərazi, onun populyarlığı və digər meyarlar  nəzərə
alınırdı. Satış zamanı heç bir güzəşt hüququ tətbiq olunmurdu. Yeganə olaraq alıcıların yalnız 
təsərrüfat təşəbbüsü ilə bankdan kredit almaq  hüququ təmin edilirdi. *
Bolqarıstanda dövlətsizləşdirmə üç əsas formada həyata keçirilmişdi:
-birincisi, dövlət əmlakının özəl şəxsə və ya kollektivə icarəyə verilməsi;
-ikincisi, dövlət və ya icma mülkiyyətində  olan müəssisələrin  səhmdar cəmiyyətlərə çevrilməsi;
-üçüncüsü isə müəssisənin tam şəkildə özəl firmaya və ya ayrıca şəxsə satılması.
Bu ölkədə özəlləşdirmənin təşkili və həyata keçirilməsinə məsul orqan kimi Milli Agenlik 
yaradılmışdır ki, bu təşkilatın da başlıca funksiyası obyektlərin qiymətləndirilməsi, özəlləşdirmə
üzrə fəaliyyətin koordinasiya edilməsi və dövlətsizləşdirmə  tədbirinin həyata keçirilməsinə icazə
verməkdən ibarət idi. Bolqarıstanda  özəlləşdirmə prosesi hazırda da əsasən fərdi layihələr üzrə
davam etdirilir. *000-ci ildə bu prosesə iri şirkətlər, o cümlədən  "Bulqartabak xoldinq", "İnkoms 
Telekom", "Balkankar" və digərləri cəlb olunmuşdur.
Ntic
Şərqi və Mərkəzi Avropa ölkələrinin özəlləşdirmə  təcrübəsinin nəticələrini və dərslərini 
yekunlaşdırarkən, aşağıdakı xüsusiyyətlərin diqqət mərkəzinə gətirilməsini vacib hesab edirik.
Əvvəla, praktiki olaraq Mərkəzi və Şərqi Avropanın postsosialist məkanına daxil olan  bütün 
ölkələrində "kiçik" və "böyük" özəlləşdirmə bir-birindən ayrılmış və xüsusi, ayrıca qanunlarla 
reqlamentləşdirilmişdir. Bu regionun özəl xüsusiyyətlərindən biri də qanunvericilik bazasının 
formalaşması zamanı bəzi ölkələrdə ilkin olaraq restitutsiya tədbirlərinin hüquqi əsaslarının 
yaradılmasıdır.
 İkincisi,  əvvəlcə "böyük" özəlləşdirmənin  "canlı" pullarla aparılmasına üstünlük  verən ölkələr, o 
cümlədən Polşa, Macarıstan, Bolqarıstan sonradan kapital çatışmazlığının yaratdığı problemin həlli 
məqsədilə kütləvi özəlləşdirmə modelinə  müraciət etmişdilər.


Ümumiyyətlə, özəlləşdirmənin bu mərhələsində   ilkin kapital yığımı   problemi bütün Şərqi və
Mərkəzi  Avropa ölkələrinə   xas olan xüsusiyyət kimi qeyd oluna bilər. İstisna olaraq Almaniyanın 
Şərq hissəsində aparılan özəlləşdirmə prosesinə külli miqdarda xarici investisiyaların,  xüsusilə də
alman mənşəli kapitalı cəlb olunması bu problemə münasibətdə  özəlləşdirmənin "ağrısız" 
aparılmasına şərait yaratmışdır. Beləliklə də, postsosialist dövlətləri arasında əmlakın müəyyən 
şərtlərlə vətəndaş kateqoriyaları arasında bölgüsü  prinsipindən  istifadə  etməyən yeganə ölkə
Şərqi Almaniya olmuşdur. Macarıstan da  özəlləşdirməyə münasibətdə əvvəlcə bu istiqamətli  
kursa üstünlük versə də  sonradan bonların tətbiqi bu ölkədə qismən də olsa kütləvi özəlləşdirmə
modelindən istifadəni səciyyələndirmişdir. Təbii ki, Macarıstan əhalisinin sərəncamında olan 
sərbəst kapitalın ümumi özəlləşdiriləcək əmlakın 1 faizinə çatması, Polşada müvafiq olaraq həmin 
göstəricinin 4%, Bolqarıstanda 3-4%, keçmiş  SSRİ  məkanında orta hesabla 6%  təşkil etdiyi halda 
özəlləşdirməni başqa variantda aparmaq yalnız xarici kapitalın aktiv iştirakı ilə mümkün  idi.  
Region ölkələri  arasında bu istiqamətdə fərqləndirici  nəticələr Macarıstana, Polşaya və Şərqi 
Almaniyaya məxsusdur.
 Özəlləşdirmənin gedişində maliyyə-investisiya qoyuluşu sahəsində vasitəçilik hüququnu həyata  
keçirən investisiya fondlarının aktiv fəaliyyəti Çexo-Slovakiya və Polşa Respublikalarında xüsusilə
yüksək səviyyədə nəzərə çarpmışdur. Mərkəzi və Şərqi Avropa ölkələrində özəlləşdirmənin gedişi 
zamanı qeydə alınmış tipik problemlər və çətinliklər əsasən müəssisələrin əmlakının 
qiymətləndirilməsində, özəlləşdirmənin daha məqsədəuyğun forma və metodlarının seçilməsində, 
əhalinin, xüsusilə də əmək kollektivinin sosial müdafiəsinin təşkilində müşahidə olunmuşdur. 
Region ölkələrinin bir çoxunda ötən əsrin 90-cı illərinin başlanğıcına təsadüf edən siyasi 
hakimiyyət dəyişiklikləri bu  və ya digər formada özəlləşdirmənin gedişinə müsbət və ya mənfi 
təsir göstərmişdir.
4. 1. Rusiya v digr MDB ölklrind özllşdirmnin nticlri v drslri
Rusiyada 1992-ci ildən başlayan mülkiyyətin dövlətsizləş-dirilməsi və müəssisələrin özəlləşdirməsi 
siyasətinin əhatə dairəsi ümumi iqtisadi fonda çox keçmədən sürətlə genişlənmişdir. Rusiya 
özəlləşdirməsi miqyasları  və  tempinə görə dünyada  analoqu olmayan dövlətsizləşdirmə  prosesi 
hesab olunur. Harvard Universitetinin professoru Marşal Qoldmanın  təbirincə desək, effektlik    
məsələsini arxa plana keçirən, siyasi məqsədlərin reallaşdırılmasını  önə çəkən Rusiya 
özəlləşdirilməsi ötən əsrin 30-cu illərinə xas olan tələsik kollektivləşdirməni xatırladırdı. *
Rusiyada özəlləşdirmə mürəkkəb - sosial-iqtisadi şəraitdə həyata keçirilmişdir: mövcud iqtisadi 
institutlar həddindən artıq mərkəzləşdirilmiş və inhisarlaşdırılmış formada fəaliyyət göstərir, 
kifayət qədər ilkin kapital  yığımına malik  və zəruri sayda effektiv sahibkar çatışmır, kapital 
bazarının infrastrukturu və rəqabət  mühiti zəif formalaşmış, özəl sahibkarlıq  ənənəsi yaddan 
çıxmış, maliyyə-kredit mexanizmi dağıdılmış, müəssisələr nəinki MDB çərçivəsində, həm də  
Rusiya   daxilində belə təsərrüfat əlaqələri itirilmişdir. Bütün bunlarla yanaşı enerji daşıyıcılarının, 
maşınqayırma məhsullarının qiymətinin birdən-birə artımı, dəmiryol tariflərinin yüksəlməsi digər 
məhsulların da bahalaşmasına təsir göstərdiyindən, ölkəni inflyasiya dalğası bürümüş və nəticədə  
maliyyə bölməsində yaranmış qeyri-sabitlik, əhalinin həyat səviyyəsində  müşahidə olunan sosial 
çətinliklər, banklarda əmanətlərin dəyərsizləşməsi və  digər bu kimi   neqativ sosial iqtisadi  
faktorlar özəlləşdirmənin gedişində gərginliklər yaratmışdır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə