əhalisinin 18 yaşdan yuxarı hissəsinə özündə 1000 investisiya balı cəmləşdirən 1
kupon
kitabçası (ilkin mərhələdə 35 kron, ikinci mərhələdə isə 50 kron ödənilmək şərti ilə) verilirdi.
Bundan əlavə hər bir kupon kitabçasının qeydiyyatı üçün 1000 kron ödəmək tələb olunurdu.
Qeydiyyat zamanı kupon kitabçasında onun sahibinin koordinatları təsbit edilirdi ki, bununla da
sahibkar kitabçadakı balları bir neçə obyekt arasında bölüşdürmək imkanı qazanırdı. Statistik
məlumatlara görə, kütləvi özəlləşdirmə mərhələsi çərçivəsində ölkə üzrə ümumilikdə 8,5 mln nəfər
kupon kitabçasını qeydiyyatdan keçirmişdir ki, onların da 74% - ni və ya 5,9 mln nəfərini Çexiya,
2,6 mln nəfərini və ya 26% - ni Slovakiya vətəndaşları təşkil edirdi.
Belə nəticələr hətta Çexo-
Slovakiya özəlləşdirməsinin müəllifləri üçün də gözlənilməz olmuşdur, çünki əldə edilmiş
yekunlar ən optimist proqnozlardan da 2 dəfə yüksək idi.
Böyük özəlləşdirmənin birinci dalğası çərçivəsində kupon hərraclarına 948 müəssisənin
səhmləri (tikintinin - 132, yeyinti sənayesinin - 102, kimya sənayesinin- 7, dəri sənayesinin - 5
və s.), ikinci mərhələsində isə 681 müəssisənin səhmləri (bura birinci mərhələdə aktivlərinin bir
hissəsi reallaşdırılan 185 müəssisə də daxildir) təklif edilmişdir. Onların ümumillikdə balans
dəyəri 355 mlrd. kron və ya 12,3 mlrd. dollar təşkil edirdi ki, bu da 1995-ci il 1
yanvar
tarixinə böyük özəlləşdirməyə cəlb edilən bütün dövlət əmlakının 71,7 faizinə və ya bütövlükdə
səhmləşdirilən müəssisələrin 46,2 faizinə, nəhayət özəlləşdirilməsi nəzərdə tutulmuş kiçik, orta
və iri müəssisələrin 36,7 faizinə bərabər idi.
Özəlləşdirmənin birinci mərhələsi çərçivəsində səhmləşdirilməyə cəlb edilən 948 müəssisənin 13
faizinin səhmlərinin yarısına qədəri, 17 faizinin 51-dən 75 faizinə qədəri, yerdə qalan 70 faizinin
isə səhmlərinin dördə üçündən çoxu kuponlar vasitəsilə reallaşdırılmışdır. Bu müəssisələrin
böyük əksəriyyəti mənfəətli fəaliyyət göstəricilərinə malik olmuş, yalnız 19
faizinin fəaliyyətinin
maliyə nəticəsi zərərlə ifadə edilmişdir. Lakin bütövlükdə məcmu mənfəətin həcmi zərərin ümumi
məbləğindən 10,4 dəfə üstün olmuşdur.
Kupon özəlləşdirilməsində özəlləşdirmənin birinci dalğası dövründə, Çexoslovakiyanının vahid
dövlət olduğu zamanda yaranan 434 investisiya özəlləşdirilmə fondu (İÖF) hakim rol oynamışdır.
Özəlləşdirmənin növbəti mərhələsində, Çexiya İÖF-lərinin 353-ü onun ərazisində fəaliyyətini
davam etdirmişdir. Əhali özəlləşdirmənin birinci mərhələsində investisiya kuponlarının 71,8
faizini, ikinci mərhələdə isə 64 faizini bu fondlara etibar etmişdir. Beləliklə də, Çexoslovakiyada
kupon kitabçalarının investisiya ballarının böyük əksəriyyəti fondlarda cəmlənmişdir.
Özəlləşdirmənin birinci mərhələsinin gedişində bütün investisiya ballarının 55,4
faizi və yaxud
da İÖF-nin ümumilikdə topladığının 77,63 faizi 13 iri investisiya qrupunda cəmlənmişdi.
Beləliklə də, İÖF birinci dalğa çərçivəsində özəlləşdirilən müəssisələrin kuponlara satılan bütün
səhmlərinin 63,4 faizini, ikinci mərhələdə isə 51,6 faizini əldə etmişdir. Həmçinin onu da qeyd
edək, birinci mərhələdə özəlləşdirilən maliyyə və sığorta şirkətlərinin kuponlar vasitəsilə
bölüşdürülmüş bütün səhmlərinin 82 faizi, yüngül sənaye müəssisələrinin bütün səhmlərinin 76
faizi, ağır sənaye üzrə 65 faizi, ticarət və təchizat üzrə 64 faizi, nəqliyyat və rabitə üzrə 60 faizi,
elm və elmə xidmət üzrə - 59 faizi, məişət və sosial xidmət sferası üzrə 58 faizi, tikinti üzrə 56
faizi, kənd və meşə təsərrüfatı , eləcə də su təchizatı üzrə 55 faizi İÖF-lərə məxsus olmuşdur.
İÖF-in yüksək təmərküzləşmə strukturu yalnız bütövlükdə iqtisadiyyatın sahələrinə deyil, həm də
ayrıca müəssisələr səviyəsinə də sirayət etmişdir. Birinci mərhələdə kuponlar vasitəsilə səhmləri
bölüşdürülmüş 844 müəssisənin ümumillikdə 39,7 faizlik səhm paketləri İÖF-ə məxsus olmuşdur.
Bu qrupda 5 ən iri fond özəlləşdirilən müəssisələrin 32,3 faizinin səhmlərinin 50 faizindən çoxunu
ələ keçirə bilmişdir. Burda ilk baxışdan təmərküzləşmə səviyyəsi yüksək görünməsə də,
mövcud
vəziyyəti müxtəlif investorların payları üzrə təhlil edəndə məlum olur ki, xırda səhmdarların
geniş təbəqəsinin mövcudluğu səbəbindən həmin 5 ən iri investisiya fondu 754 müəssisəyə
nəzarət etmişdir. Eyni zamanda həmin müəssisələrin 146-da nəzarət hüququ yalnız bir fonda
məxsusdur. Bu deyilənlərə aşağıdakı nəticələri də əlavə etməklə bu istiqamət üzrə real mənzərə
formalaşdırmaq mümkündür. Belə ki, 3 fonddan ibarət qrup 85 müəssisədə səhmlərin 50 faizindən
çoxunu əldə etməklə yanaşı, onların payı digər 495 şirkətdə 50 faizdən az olmasına
baxmayaraq
başqa investorların payından xeyli üstünlük təşkil etmişdir.
Çexoslovakiyada 1992-ci ilin aprel ayında qəbul edilmiş "İnvestisiya Özəlləşdirmə Fondları
haqqında" Qanuna görə, həmin fondlara bir müəssisədə aktivlərinin 10%-dən çoxunu
yerləşdirmək və yaxud da bir müəssisəsinin 20 faizdən çox səhmini əldə etmək qadağan olunurdu.
Bununla yanaşı eyni təsisçilər tərəfindən yaradılmış fondlar qrupu bir müəssisənin səhmlərinin 40
faizindən çoxuna sahib dura bilməzdi. Lakin bütün bu məhdudiyyətlərə baxmayaraq, əhalinin
yüksək aktivliyinin nəticəsi olaraq investisiya kuponlarındakı balların çox hissəsinin fondlara
etibar edilməsi həmin fondların yuxarıda sadalanan göstəricilərə malik olmasında əhəmiyyətli rol
oynamışdır.
Beləliklə, Çexoslovakiya özəlləşdirilməsində mülkiyyətçinin dəyişdirilməsinin aşağıdakı
formalarından istifadə olunmuşdur:
- hərraclarda satış;
- mülkiyyət hüququnun özəl şəxsə verilməsi;
- xarici investorlara satış;
- səhmləşdirmə.
Bu üsul hər bir müəssisənin texniki-iqtisadi xüsusiyyətlərini nəzərə alan
fərdi layihələr üzrə
özəlləşdirilməsində də istifadə oluna bilərdi. *
Bu ölkənin hökuməti tərəfindən özəlləşdirmə prosesində xarici investorların iştirakına daha liberal
şərait yaradılsa da (məsələn, onlar hərracların ikinci mərhələsində səhmlərin 100 faizini almaq
hüququna malik idilər), Polşa ilə müqayisədə Çexiyada xarici kapitalın özəlləşdirmədə iştirak payı
xeyli aşağı olmuşdur. Yeri gəlmişkən onu qeyd edək ki, Polşada özəlləşdirmə prosesinin gedişində
onlarla müəssisə birgə şirkət statusunda formalaşmışdır. Baxmayaraq ki, bu ölkədə həyata
keçirilən özəlləşdirmə prosesində xarici investor Xarici İnvestisiya
Məsələləri üzrə Agentliyin
icazəsi olmadan səhmdar cəmiyyətinin yalnız 10 faizlik kapitalı məbləğində səhmlərini sərbəst
şəkildə əldə edə bilərdi. Razılıq əsasında isə bu həddin 30 faizədək artırılması mümkün hesab
olunurdu. Eyni zamanda Polşada xarici kapitalın özəlləşdirmə prosesində iştirakında sərmayə
qoyuluşunun minimum həddi 50 min ABŞ dolları təşkil edirdi.
Mərkəzi və Şərqi Avropada müvəffəqiyyətli özəlləşdirmə təcrübəsi ilə seçilən üçüncü ölkə olan
Macarıstana gəlincə, burada struktur islahatları ilə bağlı proseslər nisbətən tez - 1988-ci ildə start
götürmüşdür. Belə ki, 1988-ci ildə "Təsərrüfat cəmiyyətləri haqqında", 1989-cu ildə "Yenidən
təşkiledilmə haqqında", 1990-cı ildə "Dövlət Əmlak Agentliyi və onun yuridiksiyasında
yerləşən
əmlakdan istifadə haqqında", "Özəlləşdirmə və mülkiyyətin islahatı haqqında" Qanunlar qəbul