------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
110
- Məgər görmürsünüz ki, mən camaatla xudafizləşirəm. Maşına
əziyyət verməyin, indi gedərik. Mən icazə verəndə maşın işə
düşəcək. Sonra Аğа Mirbаğır аğа dodaqaltı nə isə deməyə başladı
və əllərini Allah dərgahına qaldırdı. İnanın: möcüzə baş verdi. Аğа
Mirbаğır аğа əllərini aşağı salan kimi maşın işə düşdü. Bu mənim
Аğа Mirbаğır аğа ilə ilk və son görüşüm oldu.
HƏSƏNOVА FƏRİDƏ MƏHƏMMƏD QIZI
1962-ci il təvəllüdlü. Tibb işçisi.
Salyan rayonu,
Şorsulu kənd sakini.
Atаm Ağаnın kərаməti sаyəsində yаşаyıb
Mənin nənəm Аğа Mirbаğır аğаnın qonşusu olub. Ailə
qurduqdan sonra nə qədər uşaqları olursa 2-3 aydan sonra ölürlər.
11-ci uşaq dünyaya gələndə ağbirçəklərin tövsiyəsi ilə nənəm uşağı
Аğа Mirbаğır аğаnın yanına aparır və məsələni ona danışır. Аğа
Mirbаğır аğа bir xeyli fikrə getdikdən sonra hansısa kitaba baxır.
Yaşlı olmasına baxmayaraq, qəflətən ayağa durur və cəld uşağı
qucağına götürərək ucadan deyir: «Mənim oğlumun adı
Məhəmməddir. İndi Nəcəfül-Əşrəfə oxumağa gedib. Bu uşağın
adını Məhəmməd qoyuram. Ömrünü Аllah versin. Hesab edirəm,
bu gün adını qoyduğum Məhəmməd elə mənim oğlumdur. Adı ilə
böyüsün». Adını Аğа Mirbаğır аğа qoymuş atam həmişə, ömrünün
sonuna kimi özünü Аğа Mirbаğır аğаnın övladı saydı və onun
adına layiq olmağa çalışırdı. Anamın atası, babam Bilal Həsənov
1941-ci ildə Qazaxıstanda Аğа Mirbаğır аğа ilə eyni düşərgədə
həbsdə olub. O danışırmış ki, bizim düşərgəyə ağ ləbbadə geymiş,
çox nurani görkəmli bir şəxs gətirdilər. Əlləri qandallı idi.
Nəzarətçilər başqa millətlərin nümayəndələri olsalar da, onunla çox
ehtiramla rəftar edirdilər. Soraqlaşıb öyrəndik ki, Аğа Mirbаğır
аğаdır. Bir həftədən sonra eşitdik Аğа Mirbаğır аğа vəfat edib.
Həmin gün bizi başqa düşərgəyə göndərdiklərindən onun barəsində
əlavə məlumat ala bilmədik.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
111
MEHDİYEV HАBİL MÜRSƏL OĞLU
1927-ci il təvəllüdlü.
Salyan rayonu,
Ərəbqardaşbəyli kənd sakini.
Mən Ağаnı görmüşəm
Atam Mürsəl o dövrlərdə tanınmış ruhanilərdən olduğundan
Аğа Mirbаğır аğа ilə də çox yaxın dost olub. Müntəzam olaraq
bir-biri ilə sıx əlaqə saxlayırmışlar. Mənim təxminən 9-10 yaşım
olanda atam məni yaşlı kişilərə qoşub Аğа Mirbаğır аğа üçün
kənddən pay göndərərdi. Demək olar ki, ayda 2-3 dəfə mən Аğа
Mirbаğır аğаgilə pay aparırdım. Evləri Salyanda «Köhnə bərə
ağzı» məhəlləsində idi. Yanında məscid də var idi. Mən onu çox
yaxşı xatırlayıram. Onun ağ bənizi, ağ saqqalı, səliqəli geyimi
sakit danışığı, aram-aram yerişi indi də gözlərimin qabağındadır.
1937-ci ildə Аğа Mirbаğır аğа ilə yanaşı din xadimi kimi
əsassız olaraq atamı da tutdular və heç birindən sonralar xəbər
gəlmədi. Sonra bizə dedilər ki, atam 1939-cu ildə Komi ASSR-
də öz əcəli ilə vəfаt etmişdir.
PАŞА BАLАBƏY OĞLU MƏLİKOV
1915-ci il təvəllüdlü.
Salyan şəhər sakini.
Fəxr edirəm ki, Аğа аtаmın dostu idi
Аğа Mirbаğır аğа atamla eyni məhəllə sakini olduğundan
çox yaxın dostluq əlaqələri olub. Mən onu ilk dəfə təxminən 7-8
yaşım olan vaxtlardan xatırlayıram. 14-15 yaşım olardı, atam
evə çox dilxor gəldi və bildirdi ki, «Аğа Mirbаğır аğаnı NKBD-
yə çаğırıblаr. Çox darıxdırıcı söhbət olub. Hazırlaşın, bir azdan
Ağagilə getməliyik». Axşam üstü Аğа Mirbаğır аğаgilə getdik.
Həmişə nikbin görünən Аğа Mirbаğır аğа çox tutqun idi.
Atamla xeyli söhbət etdilər. Biz az yaşlı olduğumuzdan sakitcə
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
112
oturub onların söhbətinə qulaq asırdıq. 3-4 gün sonra isə, yəni
1930-cu ildə Аğа Mirbаğır аğаnın həbs edilməsi xəbərini
eşitdik. Sonra Аğа Mirbаğır аğаnı 1933-cü ilin axırlarında,
həbsdən gələndən sonra gördüm. Çox arıqlasa da yenə vüqarlı
görünürdü. Yetkin gənc oğlan olduğumdan, dostunun oğlu kimi
ona yaxınlaşıb kef-əhvalını soruşdum. Sonralar arabir
rastlaşardıq. Camaat danışırdı ki, hökumət Аğа Mirbаğır аğаnın
xalq arasında olan nüfuzundan, hörmətindən qorxur. Axırda
böhtan atıb tutacaqlar. Doğrudan da çox çəkmədi ki, 1937-ci
ildə Аğа Mirbаğır аğаnı həbs etdilər. Çox hayıf ki, biz belə dahi
şəxsiyyəti çox tez itirdik. Аğа Mirbаğır аğаnın dünyasını
dəyişməsindən 70 il ötməsinə baxmayaraq, onun nurlu çöhrəsi
gözlərim önündə, həzin səsi isə daim qulağımda səslənir. O
vaxtlar Аğа Mirbаğır аğа məclisə daxil olarkən hamı ayağa
qalxardı. Camaat danışırdı ki, Аğа Mirbаğır аğа gələrkən, elə bil
6-cı imam Cəfəri-Sadiq məclisə gəlirdi. Bəli, Аğа Mirbаğır аğа
xalq arasında çox böyük nüfuza malik idi. Atam Balabəy kişi o
vaxt Həcc ziyarətindən qayıtdıqdan sonra Аğа Mirbаğır аğа
atamı məsciddə təbrik edərək ona çox nəfis çap olunmuş
«Quran» bağışlamışdı. Çox heyf ki, Аğа Mirbаğır аğаnın
yadigarı olan «Quran» təsadüf nəticəsində itirildi.
ƏKRƏM MƏLİK OĞLU MURАDOV
1928-ci il təvəllüdlü.
Salyan şəhər sakini.
Ağа Sаlyаnı qırğındаn qurtаrdı
Təxminən mənim 9-10 yaşım olardı. Anamla birlikdə bazara
gedirdik. Köhnə hərbi komissаrlığın yanında, o vaxtlar
komendatura var idi. Gördük ki, 80-100 nəfərə qədər adamı
komendaturanın yanında küçədə diz üstə dayandırıblar.
Qonşumuz Аğа Mirbаğır аğа da orada idi. Birinci cərgədə diz
üstə dayanmışdı. Mən onu görcək anama dedim və biz çəkilib
bir az kənarda dayandıq. O vaxtlar rayonda hamının yaxşı
Dostları ilə paylaş: |