19
İbtidai insanların yaratdığı hər bir folklor nümunəsi
tarixilik xüsusiyyətinə əsaslanır. Hər bir folklor nümunəsi
konkret bir dövrdə yaranır, inkişaf edir və yayılır. Həmin
mətnin yarandığı dövrdən keçən müddət o zamana
nisbətdə tarix hesab olunur. Şifahi mətnin yaşadığı bütün
sosial dövrlər onun tarixidir. Qəbilə və tayfa həyatının
keçdiyi bütün dövrlər onun tarixi olduğu kimi, yaranan,
yayılan və cilalanan hər bir şifahi mətnin yaşadığı dövr
də tarix sayılır. Hər bir tarixi hadisə mətnə təsir edir,
onun məzmununa və formasına dəyişiklik gətirir. Şifahi
sözə aid olan tarixilik xüsusiyyətinə 2 prizmadan baxmaq
olar: şifahi mətnin yaşadığı tarixi dövr və tarixi
hadisələrin mətnə təsiri dövrü. Birinci halda şifahi mətn
sonradan asanlıqla dəyişə bilir. İkinci halda isə tarixi
hadisə mətni yaradan əsas xüsusiyyət hesab olunur.
Birinci hala mif və əfsanə mətnləri uyğun gəlir, ikinci
formaya rəvayət yaxındır.
Çoxvariantlılıq.
Çoxvariantlılıq yeni bədii
şifahi mətnin
yaranmasında mühüm rol oynayır. Çoxvariantlılıq şifahi
mətnin əsas xüsusiyyətidir.
Ən qədim dövrlərdə insanların həyatında və
məişətində yerdəyişmə halları çox olmuşdur. Qədim
insanlar sulu, münbit torpaqlara yiyələnmək üçün
yürüşlər etmişlər. Onlar getdikləri yerlərə özləri ilə
bərabər öz dünyagörüşlərini, ibtidai yaradıcılıqlarını da
aparmışlar. Onların qaynayıb-qarışdığı yeni torpaqlarda
qarşılaşdıqları qəbilələrin üzvlərinin şifahi yaradıcılıqları
özlərinin ilkin mətnləri ilə üst-üstə düşmüş, yeni çalarlar
qazanmış, beləliklə, bir mətnin bir neçə forması
yaranmağa başlamışdır.
Çoxvariantlılıq qədim söyləyicilərin ifaçılığı ilə
bağlı problemdir. Hər bir söyləyici sərbəst surətdə mətnə
20
müdaxilə edə bilər, onu zamanın ruhuna uyğun
dəyişdirərək yeni formaya sala bilər. Çoxvariantlılığın
əsas xüsusiyyəti onun məhəlli xüsusiyyətə malik
olmasıdır.
Transformativlik.
Şifahi mətnin transformativlik xassəsi sadə mətnlə
mürəkkəb mətn arasında, mətnlə mətn arasında, süjetlə
süjet arasında, süjetlə mətn arasında əlaqə yaradan bir
formadır. Heç bir mətn yarandığı kimi durub qalmır, o,
öz inkişafında başqa mətnə keçmək xüsusiyyətini
saxlayır. Transformativlik xüsusiyyəti mif istisna
olmaqla, folklorun janrlarına aid bir məsələdir. O, janr-
lararası əlaqənin daşıyıcısı kimi çıxış edir. Məsələn, mif
mətni asanlıqla əfsanəyə transformasiya olunur, əfsanə
motivləri nağıl süjetinə daxil olur və s. Transformasiya
bədii şüurun yarandığı zamandan istifadə formasına
çevrilmişdir.
Varislik
şifahi yaradıcılığın mühüm xüsusiyyətlərindən
biridir. Şifahi yaradıcılıqda varislik köhnənin üzərində
yaranan yeni mətnin forma və məzmun xüsusiyyətlərinin
daşıyıcısıdır. Unudulmuş mətnlərin əvəzinə yaranan yeni
mətn köhnənin varisinə çevrilir, ancaq onu təkrar etmir,
hətta köhnə mətni izah edə bilir, köhnə məzmunu yeni
şəklə salır, yeni zamanın ruhuna uyğunlaşdırır.
Ənənəvilik.
Şifahi yaradıcılıqda ənənəvilik ictimai funksiya
daşıyır. O, ədəbi yaradıcılığın bədii xüsusiyyətlərini,
inkişaf meyillərini, forma və məzmun cəhətlərini özündə
birləşdirir. Ənənə sosial həyatda və şifahi yaradıcılıqda
nəsillər arasında əlaqə yaradan ictimai formadır.
21
Ənənəvilik funksiyası söz yaradıcılığında ibtidai
insanların söz demək qabiliyyətini yaşadan, onu nəsillərə
ötürən və etnosun adət-ənənələrinə bağlı olan etnoqrafik
keyfiyyətdir. Məhz ənənəvilik xüsusiyyəti folklorda bədii
yaradıcılığın inkişafına təkan vermişdir. İbtidai insanların
bədii yaradıcılığında ənənə adətə çevrildikdən sonra
şifahi mətnin digər funksiyaları formalaşmışdır. Məsələn,
şifahi mətnin varislik, çoxvariantlılıq, transformativlik
funksiyaları ənənəvilik funksiyasına bağlıdır. Şifahi xalq
yaradıcılığtında bu xüsusiyyətlər daha çox epik və lirik
üsluba aiddir.
Azərbaycan folklorunda lirik üslub bir çox janrları
əhatə edir. Buraya həm uşaq folkloru nümunələri (yanılt-
maclar, tapmacalar, sanamalar və s.), həm də xalqın bədii
hisslərinin lirik ifadəsi olan bayatılar, laylalar, əmək
nəğmələri, holavarlar, sayaçı sözləri, oxşamalar, -
nazlamalar, mərasim nəğmələri və s. daxildir. Məsələn,
tapmaca əvvəl uşaq folkloru nümunəsi kimi, sonra lirik,
daha sonra epik üslubun janrı kimi Azərbaycan
folklorunda istifadə olunmaqdadır.
Epik üslub folklor yaradıcılığında daha geniş vüsətə
malikdir. Bu üslubun janrları olduqca çoxdur. Atalar sözü
və məsəllərdən başlamış nağıla, dastana kimi təhkiyə
üsulu ilə yaradılan epik folklor janrları xalqın bədii
düşüncəsində xüsusi çəkisi, yüksək mənəvi dəyərləri olan
milli sərvətdir. Azərbaycan folklorunun digər bir qolunu
dramatik üslubda yaradılan janrlar təşkil edir. Buraya
oyunlar, meydan tamaşaları və xalq dramları daxildir.
Belə nəticəyə gəlmək olar ki, mövsüm-mərasim
nəğmələri xalq dramlarının və oyunlarının yaranmasında
da əsas vasitə olmuşdur.
22
ŞİFAHİ XALQ YARADICILIĞININ DÜŞÜNCƏ
QAYNAQLARI
Azərbaycan şifahi xalq yaradıcılığı tarix və zaman
etibarilə ən qədim yaradıcılıqdır. Şifahi xalq
yaradıcılığının tarixinə nəzər salsaq, onun ilk
nümunələrinin uzaq yüz min illərin arxaik dövrlərində
yarandığı qənaətinə gələ bilərik. Bunu arxeoloji tapıntılar
da sübut edir. Şifahi xalq yaradıcılığının tarixi zaman-
zaman
əcdadlarımızın yaratdığı
şifahi folklor
nümunələrinin tarixidir. Şifahi xalq yaradıcılığının tarixi
zamanla bağlılığı isə əcdadlarımızın düşüncəsində şifahi
folklor ənənəsinin yaranmasında üzə çıxır. Deməli,
şifahi xalq yaradıcılığı nəsildən-nəsilə ötürülən toplu
ədəbiyyatdır.
Şifahi xalq yaradıcılığının tarixi inkişaf mərhələləri
vardır. Onun ən qədim inkişaf mərhələsi üslublarla
bağlıdır. Bu üslubların içində lirik, epik və dramatik
üslubların adlarını çəkə bilərik. Üslub şifahi nitqə aid
məsələdir. Hər hansı bədii nümunə şifahi nitqdə
formalaşır, sonra üslubi xüsusiyyətlər daşıyır. Məsələn,
lirik üslubun yaratdığı bədii nümunələr cilalandıqdan və
çoxaldıqdan sonra folklor mətnlərinə çevrilir. Deməli,
folklor mətni hər hansı bədii üslubda şifahi şəkildə
formalaşan bədii nümunədir, çoxaldıqdan və
variantlaşdıqdan sonra folklor yaradıcılığını əmələ
gətirir. Şifahi xalq yaradıcılığı ilə folkloru bir-birindən az
da olsa birləşdirən hər ikisinin üslub əlamətlərinə malik
olmasıdır. Şifahi xalq yaradıcılığının lirik, epik və
dramatik qayda-qanunları ilə yaranan bədii nümunələr
əvvəlcə şifahi yaradıcılıq ənənəsində özünü təsdiq edir,
toplandıqdan və yazıya köçürüldükdən sonra bu
mətnlərin hamısı toplu şəkildə folklor adını daşıyır.
Folklorun yaranmasında onun şifahiliyi, bədiiliyi,
Dostları ilə paylaş: |