23
ənənəviliyi, anonimliyi, kollektivçiliyi, varisliyi,
tarixiliyi, transformativliyi və s. əsas rol oynayır. Qeyd
edək ki, bu xüsusiyyətlər folklora aiddir. Bütün şifahi
xalq yaradıcılığı nümunələrinin dövrümüzə qədər gəlib
çıxmasında bu xüsusiyyətlərin böyük rolu olmuşdur. Bu
xüsusiyyətlər folklor üslublarının
şifahi nitqdə
formalaşmasına təkan vermişdir. Deməli, lirik, epik və ya
dramatik mətnlər bu xüsusiyyətlərin hamısından istifadə
edərək üslubun formasını yarada bilmişdir. Bir sözlə,
üslub folklorda formanın yaradıcısıdır. Folklor
yaradıcılığı öz tarixi inkişaf dövrünü başa vurduqdan
sonra sabit mətn şəklini, mətnin xüsusiyyətlərini
qazanaraq janrlaşmaya məruz qalır. Bu da əvvəldə
dediyimiz kimi, yazıya alındıqdan sonra mətnin
variantlarının çoxalması ilə bağlıdır. Bu, janrlaşmanın
ikinci əlamətidir. Şifahi xalq yaradıcılığı janrlarının
yaranmasında əsas rol oynayan isə əcdadlarımızın
düşüncəsində mifoloji şüurdan tarixi şüura keçidin baş
verməsidir.
Ədəbiyyatdakı janrları yaranma
xüsusiyyətinə görə şifahi xalq yaradıcılığındakı janrlarla
müqayisə etmək olmaz. Şifahi xalq yaradıcılığında
janrların formalaşmasında fərdilik ümumiliyi yaradan
bədii keyfiyyətdir.
Biz yuxarıda şifahi xalq yaradıcılığının tarixi
inkişaf yolundan qismən danışdıq. Şifahi xalq
yaradıcılığının tarixi inkişaf yolu əcdadlarımızın mif
düşüncəsi ilə birbaşa bağlıdır. Mif düşüncəsi dedikdə
əcdadlarımızın yaşadığı tarixi zamanın konkret
çevrəsində onların təbiət, ibtidai cəmiyyət və kosmos
haqqındakı təsəvvürlərinin məcmusu başa düşülməlidir.
Həmin zaman çevrəsindəki bu təsəvvürlər müəyyən
minilliklər içində təfəkkürün qədim formasını təşkil edir.
Dəqiq bəlli olmayan neçə minilliklərdən sonra mifik
təfəkkür dünyagörüş şəklindən çıxaraq müəyyən əxlaq və
24
davranış tipinə çevrilir, ibtidai cəmiyyətin yaşam norması
üçün vacib olan şifahi nəql olunan rəvayət formasını alır.
Bundan sonra həmin rəvayət şəklini almış şifahi mətn
formasındakı mif dünyagörüşü təfəkkürdə konkret
növlərə parçalanır. Tədqiqatçılar mifin növlərini
aşağıdakı bölgüdə təqdim edirlər:
1.
Etioloji miflər. Belə miflərdə yaradılışın,
hadisələrin, əşyaların, toponimlərin və s. yaranmasının
səbəbi izah edilir.
2.
Esxatoloji miflər. Bu miflərdə dünyanın sonu
haqqında məlumatlar verilir. Belə mifləri qiyamət mifləri
də adlandırırlar.
3.
Təqvim mifləri zaman, aylar, günlər, illər
haqqında bilgiləri, ilin fəsillərinin, gecə və gündüzün
insan həyatında oynadığı rolu, əkinçiliklə, qədim
mədəniyyətin digər növləri ilə bağlı ritualları və s. əks
etdirir.
4.
Kosmoqonik miflər qədim əcdadlarımızın
kosmosla bağlı düşüncələrini əks etdirir. Əcdadımızın
kosmoqonik düşüncəsinə (astral miflərə) bürclər, Ay,
Ulduz, Günəş, yağış, külək, bulud, ildırım, səma
haqqında mifoloji təsəvvürlər daxildir.
5.
Dini miflər isə cənnət, cəhənnəm, mələklər, dini
şəxsiyyətlər haqqındakı mətnləri əhatə edir.
6.
Totem mifləri də əski düşüncədə insanla
heyvanın hər hansı formada qohumluğunu yaşadan
qədim mətnlərdir. Belə mətnlərdə müəyyən heyvanlara
yaradıcı, demiurq kimi baxılır, insan nəsilinin əmələ
gəlməsində totemin rolu işıqlandırılır.
7.
Zoomorfik miflər. Bu miflərdə şəxsləndirmə və
metaforiyaya yer verilir, həmin xüsusiyyətlərdən daha
çox zoomorfik və antropomorfik miflərdə istifadə olunur.
8.
Antropoqonik miflər. Belə miflərdə dağ, daş,
ümumiyyətlə, təbiət şəxsləndirilir, insana məxsus
25
xüsusiyyətlər əşya və predmetlərin üzərinə köçürülür,
onlar canlı təsəvvür olunur. Bu miflərin əcdad miflərinə
çox yaxınlığı vardır. Antropoqonik miflərdə ilk insanın
yaranması daha çox dini məzmundadır. Belə miflərdə ilk
insanın Allah tərəfindən gildən yaradıldığı təsvir edilir.
L.Y.Şternberq əkiz miflərini antropoqonik miflərə aid
edir. Belə miflərdə əkiz insanlar ilahi və yer qadınından
doğulur.
9.
İlk insan (əcdad) haqqında miflər. İlk insan
haqqındakı miflərdə də etiojilik hiss olunur. Lakin burada
etiolojilik səbəb deyil. Bu cür mifləri etioloji miflərin
içindən ayıraraq, müstəqil mif növü kimi yanaşmaqla
əcdadlarımızın soyunun kimlərdən başlandığının
fərqindəyik. Qədim türk təsəvvüründə ilk insan Oğuz,
Ağoğlan, Ay-Atamla Ay-Anamın izdivacından doğulan
Yalngık oğludur. Bu cür miflərə Oğuz, Ağoğlan, Yalngık
oğlu haqqında mətnləri misal göstərmək olar.
10.
Ruhlarla bağlı miflər. Belə miflər əcdadın o
dünya haqqında təsəvvürlərinə bağlanır. Bu miflərdə
ruhlar xeyirxah və bədxah ruhlara ayrılır. Ruhtutma
haqqında mətnlər də bu miflərə daxildir. Ruhlarla bağlı
mifləri animistik təsəvvürlər yaratmışdır. Animistik
təsəvvürlərə görə bütün canlı, əşya və predmetlərin
özünəməxsus ruhu vardır.
11.
Etnoqonik miflər. Bu miflərdə nəsil, qəbilə,
tayfa və ya etnosların yaranmasından danışılır.
12.
Dünyanın yaranması haqqında miflərdə də
adından göründüyü kimi, ilk insanların kosmoqonik
təsəvvürləri özünə yer etmişdir. Belə miflərdə də
yaradılışın səbəbləri izah edilir. Dünyanın yaranması
haqqında bitkin fikirlərə “Avesta”da daha çox rast
gəlinir. Quranda da dünyanın ilk dəfə Allah tərəfindən 6
günə yaradıldığı fikri irəli sürülür.
Mifin sadaladığımız növlərini əcdadlarımızın
Dostları ilə paylaş: |