44
Qədimdə insanlar elmi kamilliyə yetmək
naminə öyrəndikləri halda, bu gün onu
dünyanı fəth ettmək naminə öyrənirlər.
Konfutsi
Şərq dünyasının astronomları
Astronomiya elmini təkmilləşdirməkdən ötrü hökmən
rəsədxanalar tikilməlidir. Abbasilərin nümayəndəsi xəlifə
Məmunun əmri ilə Bağdadda mükəmməl bir rəsədxana
tikilmişdi.
Bu haqda professor S. Klatsko-Rındziun belə bir qeyd
vermişdi: “Əlcəbr və Əlmüqabələ hesablanması üzrə
qısa kurs”... kitabı, Bağdad xəlifi Abdulla əl-Məmun ibn-
Harun ər-Rəşid (786-833) tərəfindən 830-cu ildə yaratdığı
müdriklər Evi adlanan (Baith Al-Hakim), dünyanın ən qə-
dim universitetində yazılmışdır... Harun Ər-Rəşid Bağdad
universitetində, hind və türk professorları, həm də Bizans-
dan qaçaq düşmüş yunan professorları üçün kafedra yarat-
dığından, onların ərəb şagirdləri tez bir zamanda fəlsəfə,
elm, tibb sahəsində nəzərə çarpacaq dərəcədə müvəffəqiy-
yətlər əldə edir və nəticədə ən vacib kitabları və klassik
yunan müəlliflərinin nailiyyətlərini ərəb dilinə tərcümə
etməklə, onları insanlıq üçün qorunub saxlamışdılar.
45
O dövrdə Xorezmli Mühəmməd, Fərqanəli Mühəmməd
Kəsir əl Fərqani, Əhməd bən Abdulla Əlmərvəzi məşhur
astronomlar sayılırdılar. Onların nailiyyətləri fəaliyyət
göstərdikləri məkandan xeyli kanarda yayılırdı.
Əl-Xorezmi astronomiya və riyaziyyat elmlərinin inki-
şaf etdirilməsində misilsiz rol oynamışdır. O, cəbr üzrə ilk
kitab yazmış və bununla da cəbr elminin əsasını qoymuş-
dur. Əl-Xorezminin elmi irsi Avropa alimləri tərəfindən
öyrənilir və o, Avropada “Alxorezemos”, “Alqarizmus”,
“Alkarezmus”, “Alxvarizmus”, “Alqoritm”, “Alqoritmus”
kimi məşhur olmuşdur.
“Astronomiya cədvəlləri”, “Əlcəbr və əlmüqabələ
hesablanması üzrə qısa kurs”, “Torpaqların təsviri kita-
bı”, “Hindlilərin üsulu ilə toplama və çıxma” əsərlərinin
müəllifi Əbu Abdulla Mühəmməd ibn Musa Əl-Xorezmi
Əl-Məcusi (780-850) 827-ci ildə Bağdad yaxınlığında
aparılan dərəcə ölçməsinin hesablama işlərinə rəhbərlik
etmişdi. Həmin elmi iş nəticəsində Yer kürəsinin bir
dərəcəlik meridian qövsünün uzunluğu üçün alınan qiymət
müasir ölçüdə 111815 metrə bərabərdir. Müasir ölçülərə
görə indiki qiymət 110938 metrdir (fərq 877 metr). Bu,
dərəcə ölçüsünün Yer kürəsinin böyüklüyünün təyin
olunmasında əhəmiyyəti çox böyük idi. Ona qədər ilk dəfə,
dərəcə ölçməni bizim eramızdan 250 il əvvəl Misirdə
46
yunan alimi Eratosfen aparmışdı. Evdoksun isə apardığı
ölçü alimlər tərəfindən ciddi qəbul olunmurdu. Xorezmi 35
yaşına çatana qədər, artıq Bağdad elmlər akademiyası
funksiyasını yerinə yetirən “Beytül hükəmasının” (alimlər
evi) rəhbərliyi vəzifəsinə qədər yüksəlir.
Mühəmməd əl-Xorezmi (783-850)
47
Xorezminin “Torpaqların təsviri kitabı” adlı əsər
coğrafiya elmi tarixində qiymətli əsərlərdən ən mühümü
sayılır. Bu kitabda bir çox ölkələr, dənizlər, çaylar, dağlar
haqqında zəngin məlumat vardı. Xorezmi Volqaboyunda və
Bizansda səyahətə çıxmışdı.
Bəzi Qərb tarixçiləri və ya alimləri ədalət naminə,
primitiv üsullardan istifadə etmədən, Əl-Xorezmini ərəb
alimi kimi göstərməklə, yanlış məlumata əl atırlar. Profes-
sor S. Klatsko-Rındziun onun Türk dünyasının böyük alim-
lərdən biri olduğunu ədalətlə bəyan edir. O, yazır: “Müasir
riyaziyyatda “alqoritm” anlayışından istifadə olunanda,
onda ər-Rəşidin, Xivədən anadan olmuş baş kiabxanaçı və
riyaziyyatçısı Əbu-Abdullah Mühəmməd ibn-Musa əl-
Xorezmi əl Məcusinin (780-850) ərəb adının latınca
transliterasiyasından götürüldüyünü başa düşmək olar.
Türkdilli şəhər və region sayılan Xivə 1873-cü ilə kimi, rus
çarizminin Orta Asiyaya başladığı yürüşlərə qədər müstəqil
qalmışdı.
1
Avropa aliminin ədalət prizmasından necə çıxış etməsi
göz qabağındadır.
Əhməd ben Abdulla Əlmərvəzi astronomiya tarixində
Həbəşül Hasib adı ilə məşhurdur. O, hind astronomiyasının
1
Журнал Ассоциации искусственного интеллекта. Новости искусст-
венного интеллекта. С. Клатско-Рындзиун. Москва, 1993. стр. 136