48
əsas nailiyyətlərini “Sindihind” yolu ilə tərtib edilmiş
“Zic” adlı kitabında qeyd etmişdir.
Sabit ben Qürrə (821-901)
IX əsrin ən böyük riyaziyyatçı və astronomlarından biri
sayılan Sabit ben Qürrə (821-901) Bağdada köçəndən sonra
bacarıqlı bir alim kimi məşhurlaşır. O, ərəb dilindən başqa
suriya və yunan dillərini sərbəst bildiyindən, elmi tərcümə
işləri ilə də məşğul olmuşdur. Sabit tərəfindən Evklidin
“Əsaslar” Ptolemeyin “Almagest” əsəri ərəb dilinə tərcü-
mə edilərək, Şərq dünyasına yayılmasında müstəsna rol
49
oynamışdır. Ona görə ki, bu tərcümələr vaxtilə ən səlis və
dəqiq tərcümələrdən hesab olunurdu. O, 150-dən çox
orijinal və tərcümə əsərlər yazmışdır.
Əbül Əbbas Təbrizi də IX əsrdə yaşayıb yaratmış və
məşhur astronom və riyaziyyatçı kimi tanınmışdır.
Suriyada yaşamış tanınmış ərəb alimi Bəttani (təx. IX
əsrin 2-ci yarısı - 929), Rəkka şəhərində öz xərcinə bir
rəsədxana təsis etmiş və orada 878-ci ildən 918-ci ilə qədər
astronomik müşahidələr aparmışdı. Alim pressesiya, eklip-
tikanın mailliyi kimi çox mühüm astronomik kəmiyyətlərin
qiymətini təyin etmiş və onları öz müasirlərinin aldıqlarına
nisbətən daha dəqiq qiymət almışdır. Bəttaninin astrono-
miyaya aid olan kitabını alman alimi İohann Müller
(Reqiomontan) XV əsrdə latın dilinə tərcümə etmişdir.
Həmin kitabın latınca adı“Mohametis Albetini de Scienta
stellarum Liber” (Mühəmməd Əlbəttaninin ulduzlar
elmi kitabı).
Bəttani (Əbu Əbdulla Mühəmməd ben Cabir ben Sinaya
əl Hərrani Əli Sabi) zəngin ərəb zadəgan ailəsindən anadan
olmuş və onu “ərəb Ptolemeyi” adlandırırdılar. Hələ Ptole-
mey tərəfindən 36 qiymətində təyin edilmiş illik
pressesiyanın nisbətən daha düzgün qiymətini məhz o,
təyin edə bilmişdi. Plato Tivalskinin, Maslama Əhməd ben
Maqritin və Reqiomontanın tərcümələri əsasında Bəttani
50
tərəfindən tərtib edilmiş “Zic Sabi” geniş sürətdə orta
əsrlərdə Avropa astronomlarına məlum olmuşdu.
Orta əsrlərin ən nüfuzlu alimlərindən biri Əbu Nəsr
Mühəmməd ibn Mühəmməd əl Fərabi (870-950) olmuşdur.
Özbəkistanın Fərab şəhərində anadan olmuş alim çoxlu
səyahət etmişdi. Əl Fərabi fəlsəfəyə, tibbə, riyaziyyata,
astronomiyaya və musiqiyə dair çoxlu əsərlər yazmışdır.
Məşhur ərəb alimi İbn Hallikan onun haqqında yazır:
“...Türk olan əl Fərabi tanınmış filosofdur, məntiqə, musi-
qiyə və başqa elmlər haqqında əsərlər yazmışdır. O,
müsəlmanların ən dahi filosofudur və elmlər sahəsində
onun səviyyəsində olanı yoxdur”.
Astronomiyada onu məşhurlaşdıran əl Fərabinin Ptole-
meyin “Almagest” əsərinə yazdığı şərhdir. Əl Fərabi dün-
yada kifayət qədər tanınmış alimdir, lakin onu müsəlman-
ların ən dahi filosofu adlandırmaq, qeyri-ciddi fikir sayılır.
Məşhur alim Buzcanlı Əbül Vəfa (939-998) astronomi-
yanın həm nəzəri, həm də təcrübi məsələləri ilə məşğul
olmuşdur. Onun qələmindən hesab, cəbr, həndəsə, astrono-
miyaya aid bir çox dəyərli əsərlər çıxmışdır. Əbül Vəfa
Ayın nəzəriyyəsi ilə mükəmməl surətdə məşğul olmuş və o,
Ayın hərəkətində “variatsiya” adlı bərabərsizliyi aşkara
çıxarmışdır.
51
Mühəmməd ibn Mühəmməd ibn Yəhya ibn İsmail ibn
Əl-Abbas Əl-Buzcani 960-cı ildə Bağdada gəlmiş və ora-
dakı rəsədxanada elmi tədqiqat işləri ilə məşğul olmuşdur.
Onun bir çox qiymətli əsərləri yoxa çıxmışdır.
Əbül Vəfanın riyaziyyatın və astronomiyanın inkişaf
tarixində əhəmiyyəti çox böyükdür.
Keçmişə nəzər salmağın bizə
faydası var.
Uilyam Şekspir
Şeyx Məhəmmədəli Babakuhi Bakuvi
Azərbaycan bir balaca diyar olsa da, həmişə öz alimləri,
şairləri və mütəfəkkirləri ilə başqa ölkələrdən seçilmişdi.
Bu ondan irəli gəlir ki, hələ erkən orta əsrlərdən elmə,
mədəniyyətə, incəsənətə və ədəbiyyata xüsusi diqqətlə
yanaşılmış və bu sahələrin inkişafı üçün güclü mütəxəs-
sislər yetişdirilmişdi. Bundan əlavə Azərbaycan alimləri
ölkənin sərhədləri ilə yaxın olan dövlətlərdə baş verən elmi
Dostları ilə paylaş: |