60
rəsədxananı təsis etmişdir. Orada aparılan müşahidə işləri
səmərəli olmuş və onların əsasında ulduzlar kataloqu tərtib
edilmişdir. Bu kataloq 1874-cü ildə Peterburqda Şellerup
tərəfindən “Decreption des etoiles fixes” (Sabit ulduzlar
siyahısı) adı ilə nəşr edilmişdir.
Əl Sufi bir çox dəyərli əsərlərin müəllifidir. Rey
rəsədxanasında onunla birlikdə, sekstant adlı astronomiya
cihazının qurucusu məşhur alim Xocəndi işləmişdir.
X əsrin ikinci yarısında Orta Asiyanın Xorezm dövlə-
tində Xorezmşah II Məmun tərəfindən “Məmun Akademi-
yası” təsis edilir. Həmin dövrdə Xorezm dövlətinin mədəni
və təsərrüfat həyatında böyük yüksəliş yaranır və Urgenc,
Kyat kimi böyük şəhərlər təşəkkül tapır. Həmin şəhərlər
bütün Orta Asiyada öz zəngin kitabxanaları olan mədəniy-
yət və elmi mərkəzləri ilə məşhur idilər.
Məmun Akademiyasında Biruni, Əbu Əli ibn Sina, Əbu
Nəsr İraqi, Xocəndi, Əbu Səhl Məsihi, Əbul Həsən Həm-
mar və Biruninin müəllimləri olmuş Həraçi və Həmdaki
kimi alimlər fəaliyyət göstərmişdilər.
Əbu Reyhan Mühəmməd ben Əhməd əl-Biruni (973-
1048) Kyat şəhərində Əbu Nəsr Mənsur ibn Əhməd ibn
İraqinin yanında oxumuş, elə ilk astronomik müşahidə-
lərinə də həmin şəhərdə başlamışdır. Biruni 22 yaşına
çatanda doğma Kyat şəhərini tərk edib Qurqana (Curcana)
61
gedir və elə həmin dövrdə də özünün çox məşhur olan “Əl
əsrar”, “Əl baqiyə”, “Qədim xalqların xronolojisi”adlı
əsərini yazır. Bu kitabda bir çox xalqların mədəniyyət,
incəsənət və ədəbiyyat tarixləri haqqında, onların təqvim-
ləri, adətləri, bayramalrı və s. haqqında çox geniş məlumat-
lar verilmişdir.
Əbu Reyhan əl-Biruni (973-1048)
62
Həmin kitab Biruniyə böyük şöhrət qazandırır və
Xorezmşah II Məmun alimi təsis etdiyi Akademiyaya dəvət
edir. O, burada yeddi il işləyir. Məmun Akademiyası,
Mahmud Qəznəvi 1017-ci ildə Xorezmi zəbt edənə qədər
fəaliyyət göstərmişdi.
Mən, H. Məmmədbəylinin “Mühəmməd Nəsirəddin
Tusi” əsərindən iki abzasa toxunmaq istəyirəm. “Xorezm
işğal olunan kimi Məmun Akademiyasının bəzi alimləri
Xorezmdən qaçmağa imkan tapmışdılar. Amma başqaları
Biruni ilə birlikdə həbs edilmişdi. Onu islam dini əleyhinə
çıxmaqda müqəssir hesab edirdilər. Saray adamlarının
vasitəsilə Biruni həbsdən azad edilir və az bir zamanda
Mahmud Qəznəvinin sarayında ən sevimli alim olur. Özü-
nün astronomiya əsərlərindən birini o, Mahmud Qəznəvinin
oğlunun şərəfinə “Məsud Qanuni” adlandırır. Mahmud
Qəznəvi və onun oğlu Biruninin bilik xəzinəsindən çox
istifadə edirdilər.
Bir dəfə türk ölkəsinin elçisi Sultan Mahmud Qəznəvi-
nin yanına gəlib, şimal qütbünə yaxın bir uzaq ölkədə
gördüklərini söylədi ki, orada Günəş həmişə üfüq üzərində
durur, gecə isə heç yoxdur. Sultan buna inanmadı, çünki bu
o dövrün etiqadının əksinə gedirdi və bu barədə əbu
Reyhanın fikrini soruşdu. Biruni bu hadisəni o qədər aydın
63
və inandırıcı tərzdə izah etdi ki, Sultan ona inandı və elçiyə
çoxlu hədiyyələr verdi”.
1
Mahmud Qəznəvi Hindistanın şimalına yürüş edir və
Birunini də özü ilə aparır. Qısa müddət ərzində alim
sanskrit dilini mükəmməl surətdə öyrənərək, Hindistan
xalqlarının elmi nailiyyətləri və adətləri ilə tanış olur.
Biruni sanskrit dilini o qdər səlis öyrənir ki, həmin dildə
elmi əsərlər yazır, ərəb və fars dillərinə və əksinə, həmin
dillərdən sanskrit dilinə tərcümə edir.
Biruni Hindistana gəlməmişdən əvvəl bu ölkədə riyaziy-
yat və astronomiya elmləri lazımi qədər inkişaf etmişdi.
Orada triqonometriya da öyrənilmişdi. 1860-cı ildə ingilis
dilinə “Surya-Siddxanta” adlı astronomiyaya dair hind
əsəri tərcümə edilir. Bu əsərin tərtib olunma dövrü bizim
eranın IV əsrinə təsadüf edilir. Başqa bir “Siddxanta
Çiromani” adlı əsər Baskar Akaria tərəfindən XII əsrdə
yazılmışdır.
Həmin əsərlərin dəqiq tədqiqi ilə Renaud, Albrext
Veber, Morits Kantor və başqaları məşğul olmuşdular.
Sonradan məlum olub ki, hindlilərin riyaziyyatla və
astronomiya ilə bağlı olan bilikləri yunanlardan keçmişdir.
1
H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”,
1980. səh.21-22
Dostları ilə paylaş: |