Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə17/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   13   14   15   16   17   18   19   20   ...   102

                                                     

 

  



                                                                            

                                                    

68 

   Biruni “Astrolaybiyanın hazırlanmasının müxtəlif yol-



ları”,  “Astronomiyada  açar”,  “Yer  fırlanır,  ya  fırlan-

mır?”, “Hindistan”, “Ərəblərin Yerin hərəkəti nəzəriy-

yəsi haqqında” əsərlərində heliosentrik sistemin ideyaları-

nı müdafiə edir. 

Alim  astronomiya  müşahidələri  ilə  dərindən  məşğul 

olmaq  üçün,  995-ci  ildə  diametri  7,5  metr  olan  divar 

kvandrantını hazırlamış və qurmuşdu. Həmin cihaz vasitə-

silə  təyin  edilən  kəmiyyətlərdən  biri  ekliptikanın  mailliyi-

nin  qiymətini  əldə  etməsidir.  O,  iki  dəfə  (995-996-cı  və 

1020-ci  illərdə)  ekliptikanın  mailliyinin  qiymətini  təyin 

etməklə  məşğul  olmuş  və  bu  müşahidələrin  nəticəsində 

alim  ekliptikanın  mailliyi  üçün  23

0

 35


/

 45


//

 və  23


0

 35


/

 50


//

 

qiymətlərini almışdı. 



H.  Məmmədbəyli  bu  haqda  belə  yazır:  “Günəş  apoge-

yinin  uzunluq  koordinatını  təyin  etmək  üçün  Biruni  yeni 

metod  vermişdir.  Biruni  tərəfindən  riyazi  kartoqrafiya  və 

coğrafiya sahəsində diqqətəlayiq əsərlər yazılmışdır. Yerin 

kürə  şəklində  olmasını  iddia  etmək,  bəzi  müəlliflərin 

göstərdiyi  kimi  heç  də  Biruninin  elmi  xidməti  deyildir. 

Biruninin  bu  sahədə  əsas  xidməti  Yerin  ölçülərini  təyin 

etmək üçün yeni bir üsul verməsidir”.

1

 

                                                 



          1

 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 

1980. səh.25-26  



                                                     

 

  



                                                                            

                                                    

69 

Həmin metodun mahiyyətini açıqlamaq üçün Biruni belə 



izah edirdi: 

“Yer  meridianı  qövsünü  ölçmək  üçün  mən  yunan  alim-

lərinin,  hindlilərin  və  Məmun  astronomlarının  metodların-

dan  fərqli  olan  bir  metod  vermişəm.  Bu  məqsədlə  mən 

Hindistanda  düzənliklər  üzərində  yüksələn  hündür  bir  dağ 

tapdım.  Həmin  dağın  təpəsindən  mən  Yer  ilə  Göyün 

birləşməsini,  yəni,  üfüq  dairəsini  cihazda  (astrolyabiyada) 

tapdım  ki,  bu  da  şərq-qərb  xətti  istiqamətində  idi.  Bucağı 

təyin  etdim  ki,  34  idi.  Mən  dağın  652,05  dirsək  təyin 

etmişdim”. 

Alimin  hesablamalarına  əsasən  yerin  radiusu  12851369 

dirsəyə, Yerin mühiti 80780039 dirsəyə, Yer mühitinin bir 

dərəcəlik qövsü isə 50,2 ərəb milinə bərabərdir. 

Nallino və Şöy dirsəyin 0,493 metrə və ərəb milinin isə 

4000 x 0,493 m = 1972 metr olduğunu təyin etmişlər. 

Biruni  bir  dərəcəlik  meridian  qövsünün  uzunluğunu 

111,6 km. (müasir qiyməti 111,1 km.) təyin etmişdir. 

Mütəxəsisslər  bildirirlər  ki,  Biruni  coğrafi  uzunluğu 

təyin  etmək  üçün  öz  dövrünün  texniki  səviyyəsinə  uyğun 

olan  bir  metod  işlətməklə  riyazi  coğrafiyaya  böyük  hədiy-

yə vermişdir. Doğrudur, bu metod nəzəri cəhətdən tamami-

lə  düzgündür,  amma  müşahidə  xətalarının  çox  olması 

üzündən o dövrdə yaxşı nəticə verə bilmirdi. 



                                                     

 

  



                                                                            

                                                    

70 

İş  ondadır  ki,  Biruni  nəinki  nəzəri  olaraq  coğrafi 



uzunluqlar fərqini tapmaq yolunu vermişdi, o, eyni zaman-

da  Bağdad  ilə  Şirazın,  Qurqanın,  Qəznənin  coğrafi 

uzunluqlar fərdini təyin edə bilmişdi. 

Biruni bir çox şəhərlərin coğrafi uzunluq və enliklərinin 

cədvəlini tərtib etmişdi. Qeyd etmək lazımdır ki, başlanğıc 

meridian  üçün  o,  özündən  əvvəl  təyin  edilmiş  meridianı 

qəbul etmişdir. 

   Tacik alimi H. U. Sadıqov Biruninin xidmətlərini qiymət-

ləndirərək  yazırdı:  “Şərqin  böyük  alim  astronomlarından 

biri  olan  Biruni  astronomiya  elminin  bir  çox  sahələrində 

nəhəng işlər görmüşdü”. 

Astronomiya sahəsinin qədim elm olduğunu inkar etmək 

olmaz.  İş  ondadır  ki,  astronomiya  erkən  orta  əsrdə  Şərqdə 

geniş  yayılmış  və  onun  incəliklərinin  araşdırılıb  üzə 

çıxarılmasında,  müsəlman  astronomları  böyük  səy  göstər-

mişdilər. Yuxarıda göstərilibdir ki, həmin elm Azərbaycan-

da  hələ  Babakuhi  Bakuvinin  dövründə  öyrənilib  tədqiq 

edilmişdir.  Hətta  astronomiya  Azərbaycanın  şimal  hissəsi 

sayılan  Şirvanda  daha  tez  inkişaf  etmişdi.  Buna  sübut 

olaraq professor Eybali Mehrəliyevin ifadələrini göstərmək 

vacib olardı. 

Riyaziyyat  və  nücum  elminin  inkişaf  tarixinə  dair 

əsərlərdə  Şirvanda  astronomiya  elmi  mərkəzinin  olmasını 



                                                     

 

  



                                                                            

                                                    

71 

və  burada  öz  dövrü  üçün  yüksək  səviyyəli  tədqiqatlar 



aparılması  barədə  sistemli  olmasa  da,  tez-tez  ədəbiyyatda 

rast  gəlmək  olur.  Buna  inam  ona  görə  ümidvercidir  ki, 

Şirvan hələ IX-X əsrdən Xarəzmlə əlaqədə idi... 

Astronom  və  şair  Fələki  Şirvani  Kafiəddin  nəslinin 

haqqında  danışarkən  onun  ailə  üzvlərinin  yüksək  vətən-

daşlıq  qayəsindən  və  bütün  nəsil  içərisində  Vəhidəddin 

Şirvaninin (1100-1159 – R. D.) nücum və üsturlab sahəsin-

də əvəzedilməz şəxs olmasından danışır.

1

 

Əbu Əli ibn Sina (980-1037) Məmun Akademiyası təşkil 



edildikdə oraya dəvət edilmişdi.  

Ümumiyyətlə, ibn Sina 29 fənn üzrə ən azı 450 kitab və 

elmi iş yazıb, lakin bizə çatanların sayı cəmi 274-dür. 

İbn  Sina  o  vaxt  olan  bütün  elmləri  tədqiq  etmişdir. 

Fizika, həkimlik, filosofiya, riyaziyyat, həndəsə, biologiya, 

psixologiya,  metafizika  -  bunlar  hamısı  İbn  Sina  vasitəsilə 

yenidən  işıq  üzü  gördülər.  İbn  Sina  mexanika  ilə  də 

maraqlanırdı və bəzi cəhətlərdən bu elmə bəzi dəyişikliklər 

yeritdi. O, çox-çox illər sonra kəşf edilən elementlərin xas-

sə uyğunluğunu qeyri-ümumilləşdirilmiş halda vermişdi. 

Onun  astronomiya  və  riyaziyyat  sahəsində  yazmış 

olduğu əsərlərinin ümdəsi bunlardır. 

                                                 

         1

 E. Mehrəliyev. Şirvan Elmlər Akademiyası. Bakı, “Çaşıoğlu”, 2000. 

səh. 52-53 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə