52
proseslərin necə cərəyan etdiyi ilə dərindən maraqlanır və
oralarda da elmi tədqiqatlarını davam etdirirdilər.
Akademik Ziya Bunyadov göstərir ki, hələ erkən orta
əsrlərdən bir çox azərbaycanlı alimlər Bağdadda, Mosulda,
İsgəndəriyyədə, Ədəndə, Qahirədə və digər ərəb ölkələrin-
də müxtəlif elm sahələrindən dərs demiş və tədqiqat apar-
mışdılar. Bu o deməkdir ki, həmin dövrə qədər artıq Azər-
baycanın bir çox şəhərlərində təhsil ocaqları yüksək
səviyyədə fəaliyyət göstərmişdi.
Professor N. K. Kərəmov qeyd etmişdir ki, Qafqaz və
Orta Asiya, Yaxın və Orta Şərq, Hindistan və Şimali Afrika
ölkələrinin təbiəti, əhalisi və təsərrüfat fəaliyyəti haqqında
düzgün və dəqiq məlumatların toplanmasında azərbaycanlı
coğrafiyaşünas və səyyahlar həlledici rollardan birini
oynamışdılar.
1
Əlbəttə professor N. K. Kərəmov bu sözləri söyləməkdə
israrlı idi. Ona görə ki, hələ erkən orta əsrlərdən başlayaraq
Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri səyahətlərə
çıxaraq, özləri üçün bir çox maraqlı məlumatlar topla-
mışdılar. Onlardan biri də şair, alim, filosof, səyyah və qis-
mən də kosmoqraf Şeyx Məhəmmədəli Babakuhi Bakuvi
(931/32-1051) idi. Şərqşünas və tədqiqatçı Y. E. Bertels
onun tam adını aşağıdakı kimi müəyyənləşdirmişdir: “Şeyx
1
Керемов Н. К. Путешествие Гудси. Москва, «Мысль», 1977. стр.5
53
Məhəmmədəli Əbu-Abdullah Məhəmməd ibn Abdullah ibn
Ubeydullah ibn – Əhməd Şirvani Babakuhi”.
Şeyx Abdulla Ənsari, Abdurəhman Cəmi və Əliəjdər
Səidzadənin fikrincə, Babakuhi İrana, Orta Asiyaya, Ərə-
bistana və çox güman ki, Hindistana da səyahət etmişdir.
Professor Eybali Mehrəliev “Babakuhi Bakuvi (Nişapuri,
Şirazi) və Pirhüseyn Şirvani” əsərində bu haqda yazır: “Ş.
M. Babakuhi 20 ildən çox müddət ərzində İranı, Orta
Asiyanı və Hindistanı hər tərəfli gəzmişdir. Ona görə ki, o,
həmin yerləri ötəri səyahət etməmiş, ayrı-ayrı hissələrində
dayanıb yaşamış, yerli alimlərlə görüşmüş, müsəlman
dünyasında müəyyən cərəyanların inkişaf etdirilməsində öz
fikirlərini söyləyərək yerli əhalinin dünya görüşündə adət-
ənənələrinin öyrənilməsində mühüm rol oynayır...”
1
Babakuhinin, antik dövrünün alimləri kimi, dünya
okeanının mövcud olmasından xəbəri var imiş. Bunu
yazdığı şerin misralarında anlamaq çətin deyil.
“Sahili görünməz, uzanıb gedən,
Hər yeri qurşayan böyük dənizdə,
Kuhi təbiətlə yudu qəlbini,
1
E. Mehrəliyev. Babakuhi Bakuvi (Nişapuri, Şirazi) və Pirhüseyn
Şirvani. Bakı, “Nafta-Press”. 2002. səh. 37
54
Odur ki, ariflər bilir qədrini”.
1
Ş. M. Babakuhi öz qəzəllərində təbiətşünaslıq və səyahət
marşurutlarının təsvirini verməklə, özünün coğrafi
görüşlərini bəyan edirdi. O, Yerin kürə şəklində olmasını
da öz şerində bildirmişdi:
“Sənin məhəbbətin ağ xoruz oldu,
Oxşatdı dünyanı bir yumurtaya,
Sarısı Günəşdir o yumurtanın,
Təbiət qoyubdur onu ortaya”.
2
E. Mehrəliyev şeirin misralarını belə açıqlayır: “Doğru-
dur şairin elmi mühakiməsi məhəbbət pərdəsi altında veril-
mişdir. Dünyanın (Yer kürəsi nəzərdə tutulur, E. M.)
yumurtaya oxşadılması məsələsi Kainatın heliosentrik
sistemin əsas əlamətlərini izah edir. Həm də bu prosesi
təbiətin özünün işi sayır, təbii qanunlar əsasında qurul-
duğunu söyləyir. Bu elmi müddəalar hələ də özünün elmi
əhəmiyyətini itirməmişdir. İslam dininin təzə başlandığı və
kəskinliklə inkişaf etdiyi vaxtda dini müddəaların əleyhinə
olan fikirləri başqa cür deyilə bilməz. Babakuhi bir insan
1
Перевод на Азербайджанский Э. Мехралиев.
2
Перевод на Азербайджанский Э. Мехралиев.
55
kimi öz dövründən ayrıla bilməsə də bu fikir dahi Xarəzm
alimi Əbu-Reyhan Birunidən 30-40 il əvvəl söylənmiş,
Kainatın heliosentrik quruluşu haqqında öz dövrü üçün çox
cəsarətli fərziyyəsi idi. Eləcə də bu fərziyyə Polşa alimi
Nikolay Kopernikin bu sahədəki kəşfindən də 500 il əvvəl
yürüdülmüşdü...
Digər tərəfdən Yer kürəsinin analoqu olan yumurta,
onun Günəşə oxşadılan sarısı, toyuq tərəfindən yaradıldığı-
na görə, toyuq - bir-birini tamamlayan və bir-birinin təkrarı
olan bioloji prosesin yaradıcısı olmasını da təsəvvür etmək
mümkündür. Lakin Babakuhinin belə qabaqcıl fikirləri açıq
deyil, mifik və lirik örtüklər altında izah edilmişdir”.
1
“Sufilərin kosmoqrafiyasında “dünya yumurtası” haq-
qında danışılanda, Kainat haqqında deyil, Yer kürəsi barə-
sində düşünülür”.
2
Mənim fikrimcə, Babakuhi bu şeirdə Yer kürəsi haq-
qında deyil, məhz Kainat barəsində düşündüyünü bildir-
mək istəmişdir. İnsanın məhəbbəti ağ xoruzdur. Ağ xoruz
isə yalnız bizim Qalaktikaya bənzədilir.
“Oxşatdı dünyanı bir yumurtaya”, alim bu misrada
dünyanı Yer kürəsi kimi yox, Kainat olduğunu göstəyir ki,
1
E. Mehrəliyev. Babakuhi Bakuvi (Nişapuri, Şirazi) və Pirhüseyn
Şirvani. Bakı, “Nafta-Press”. 2002. səh. 37
2
Е. Я. Бертельс. Суфизм и Суфийская литература. Москва, 1965.
стр. 283-284
Dostları ilə paylaş: |