39
olması güman edilir, ancaq məlumdur ki, o, bir müddət
İsgəndəriyyə şəhərində astronomik müşahidələr aparıbdır.
Yunan alimi öz dövrünə görə Ayın ölçüsünü çox dəqiq
təyin etmişdi. Hipparxa görə Ayın radiusu 0,27 Yerin
radiusuna bərabərdir. Bu demək olar ki, Ayın indiki ölçü-
sünə yaxındır. Antik dövrün çox məşhur astronomu Yer-
dən Aya qədər məsafəni 59 Yer radiusu kimi göstərmişdir
(həqiqi orta ölçü – 60,3 Yer radiusu).
Hipparx Çin astronomlarından sonra ilk astronomik
kataloqun müəllifidir. Bizim günlərə qədər gəlib çıxmayan
kataloqda 1080 ulduzun koordinantları göstərilmişdir.
Şübhəsiz ki, o, bu işdə triqonometriyanın elementlərindən
istifadə etmişdi. Deyilənlərə əsasən ulduzları öz parlaqlıq-
larına görə ölçülərlə ilk dəfə Hipparx ayırmışdır.
Ptolemey dövründən başlamış XVII əsrə qədər Yer ilə
Günəş arasındakı məsafə 1120 Yer radiusu kimi göstəri-
lirdi. Bu ölçü həqiqi ölçüdən təxminən 20 dəfə azdır.
Yunan alimi Klavdi Ptolemey qədim dünyanın ən böyük
astronomu sayılır. O, bizim eranın II əsrində İsgəndəriyyə
şəhərində yaşayıb fəaliyyət göstərmişdir. Onun əsas elmi
işləri, “Almagest” və “Coğrafiya” əsərləridir. Bundan
başqa alim optikaya aid bir əsər də yazmışdır.
Məlumdur ki, coğrafi enliklərin və uzunluqların dəqiq
riyazi ölçülərinin konsepsiyasını Ptolemey özünün “Coğra-
40
fiya” əsərində təqdim etmişdi. O, ənənəvi müvəqqəti
koordinatları daimi koordinatlarla əvəzləmişdi – enliklər
ekvatordan, uzunluqlar isə məlum olan dünyanın ən qərb
ucqar nöqtəsi sayılan “Fortuna adalarından” (Kanar adaları)
hesablanırdı.
Klavdi Ptolemey (təx. 90-160)
41
Ptolemey ömrünün əksər hissəsini İsgəndəriyyə kitab-
xanasında keçirmiş və orada özünün iki möhtəşəm
əsərlərini yaratmışdı, hansı ki, dünya elmi XVII əsrə qədər
həmin kitabların təsiri altında olmuşdu. Onlardan birincisi
“Amagest” adı ilə məşhur olan “Böyük toplu” özündə ən
qiymətli qədim yunan astronomiyasını əks etdirmişdi. O,
Hipparxla Appoloniyanın əsərlərini daxil etmiş və özünün
çoxsaylı nəticələrini vermişdi. Ptolemeyin ikinci əsəri
həmin dövrün minlərlə məntəqənin coğrafi mövqeyini
göstərən, izahlı məlumat və atlas kimi tanınan, səkkiz cildli
“Coğrafiya” idi. Xəritələrin tərtibatı üçün Ptolemey
coğrafi məntəqələrin müəyyən edilməsində üç əsr əvvəl
Nikeyadan olan Hipparxın təqdim etdiyi üslubun geniş
tətbiqini önə çəkir.
1
Ptolemeyin “Almagest” əsəri 1400 ilə yaxın bir müddət-
də astronomiya tarixində “Hakimi-mütləq” hesab olunmuş-
dur. Bu əsər və Evklidin məşhur “Əsaslar” kitabını dərin-
dən bilən bir adam orta əsrlərdə astronomiya və riyaziyyat
üzrə böyük mütəxəssis sayılırdı.
“Almagest” 13 kitabdan ibarətdir. 1-ci və 2-ci kitablar
ən sadə astronomik hadisələrdən, Yer kürəsindən, üçüncü
kitabda Günəşin hərəkət nəzəriyyəsindən, dördüncü kitab-
1
Д. Хауз. Гринвичское время и открытие долготы. Москва, «Мир»,
1983. стр. 17-18
42
Ptolemeyin Dünya xəritəsi
da Ayın hərəkətindən, beşinci kitabda Astrolyabiya adla-
nan astronomik cihazdan, altıncı kitabda Günəş və Ayın
tutulmalarından bəhs edilir. Yeddinci və səkkizinci kitablar
ancaq ulduzların kataloqudur. Bu kataloqda 1028 ulduzun
siyahısı vardır. Ptolemey göstərir ki, ulduzların ümumillik
pressiyası “36”-dır. “Almagest”in qalan beş kitabı planet-
lərin hərəkətinə həsr olunmuşdur.
“Almagest”in birinci kitabının ikinci fəslində Ptole-
mey yazmışdı: “Ümumi vəziyyəti nəzərə alaraq, qəbul
43
etmək lazımdır ki, Göy sferik formadadır və sferik kimi
hərəkət edir. Yerin özü də sferik formadadır və ümumi
görüşə nəzər salsaq, ulduzları quruluşunu və aradakı
məsafələri nəzərdən keçirsək, Yer Göyün ortasında yerləşir
və mərkəz nöqtəsidir. Yer hərəkətsizdir və heç vaxt öz
yerini dəyişmir”.
1
Ptolemey astronomiya tarixində “Geosentrik sistem”
adlanan dünyagörüşünün müəllifi kimi məşhurdur.
Gələcəkdə kitabın bu fəsli ilə bağlı, orada verilən elmi
fikirlərə görə Nikolay Kopernik çoxsaylı fikirlər söyləmiş
və özünün şərhlərini yazmışdır.
Ptolemey bir çox astronomik müşahidələr nəticəsində
hər planetin öz epitsikli üzrə hərəkət dövrünü, bu epitsikl-
lərin ölçüsünü, deferentlər üzrə hərəkət dövrünü təyin
etmişdir. Bunları bildikdən sonra planetlərin hərəkətlərini
irəlicədən, əlbəttə müəyyən xəta ilə xəbər vermək olur.
1
Н. Веселовский, Ю. А. Белый. Николай Коперник. Москва,
«Наука», 1974. стр. 198
Dostları ilə paylaş: |