Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə133/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   130   131   132   133   134   135   136   137   138

                                                     

 

  



                                                                            

                                                    

529 

silahdaşları təşkil etməli idi. Kapitan Manuel Markos mülki 



gəminin rəisi olsa da, Migel onu öz köməkçisi təyin etməyi 

qərarlaşdırmışdı. Çunki o, dənizçilik işlərində kifayət qədər 

təcrübə toplamış və gəmi idarəçiliyində hər an Migel üçün 

yararlı kadr sayıla bilərdi. 

Öz  planlarını  həyata  keçirmək  üçün  o,  tezliklə  İspaniya 

sahillərinə  yola  düşməyi  planlaşdırırdı.  Mərhum  babası 

Rodrigesin  əldə  etdiyi  kapitala  keyfiyyətli  gəmi  almalı  və 

təcrübəli  dənizçilərdən  ibarət  heyət  təşkil  etməli  idi.  Lakin 

nə  Migel,  nə  də  ki,  onun  dostları  bilmirdilər  ki,  artıq 

Morelos  ilə  Odovaldo  qardaşları  İspaniyaya  yola  düşüblər. 

Onların  isə  vaxtından  əvvəl  Barselonada  peyda  olmaları 

Migelgil  üçün  yeni  sürprizlərin  hazırlanmasına  gətirib 

çıxaracaq.  Çünki  Migel  ilə  onların  arasındakı  şəxsi  ədavət 

hələ də davam etməkdə idi. 

Araukaniyada  gedən  müharibədə  qəhrəman  kimi  çıxan 

dostlar öz vətənlərində keçmiş silahdaşları tərəfindən hazır-

lanan  xəyanətkarlıqla  üzləşə  bilərdilər.  Çünki  nə  Morelos, 

nə  də  ki,  Odovaldo  qardaşları  onlara  qarşı  edilən  pislikləri 

unutmur  və  həmişə  də  çalışaçaqlar  ki,  həmin  pisliklərin 

əvəzini  özlərinin  potensial  rəqiblərindən  çıxsınlar.  Baxma-

yaraq ki, Migel öz həyatını risqə qoyaraq, onları əsirlikdən 

azad  edilmələri  üçün  böyük  səy  göstərmişdir.  Lakin  bu 

yaxşılıqlar  rəqiblər  tərəfindən  azacıq  da  olsun  nəzərə 



                                                     

 

  



                                                                            

                                                    

530 

alınmırdı.  Öz  vətəninə  alnıaçıq  və  başıuca  qayıdan  Migel 



bilmirdi ki, doğma yurdunda onu hansı sürprizlər gözləyir. 

Halbuki o, uşaqlıqdan bilirdi ki, ispan xalqı vətənə qayıdan 

mərd  və  qəhrəman  oğullarını  necə  tamtəraqla  və  şərəflə 

qarşılayır.  İgidlərin  adları  həmişə  şərəflə  çəkilir  və  xatirə-

ləri ehtiramla yad edilirdi. 

Migelin  silahdaşları  arasında  böyük  hüsn-rəğbət  qazan-

ması onun şəxsi rəqiblərinin paxıllığına səbəb olurdu. Onlar 

hər an cavan zadəganın şərəf və ləyaqətini alçaltmağa, onun 

şanlı  adını  ləkələməyə  və  həmyerliləri  qarşısıda  gözdən 

salmağa  hazır  idilər.  Bir  sözlə,  Migel  doğma  vətənində 

böyük bir xəyanətkarlıqla üzləşə bilərdi. 

Bacarıqlı sərkərdə üzərinə düşən missiyanın öhdəsindən 

müvəffəqiyyətlə  gəlmişdir  və  kral  tərəfindən  verilən 

növbəti  tapşırıqların  icrasına  başlamışdır.  Eldorado  ölkəsi-

nin  varlığı  Alonsoda  böyük  şübhə  doğurmuşdu  və  o,  bu 

haqda İspaniya kralına lazımi məlumat göndərmişdi. Hazır-

da polkovnik korsarlara qarşı kəskin mübarizəyə başlamaq 

üçün yeni ekspedisiyanın yaradılması ilə məşğul idi.  

Əvvəlki ekspedisiyanın sağ qalmış üzvləri Konsepsionda 

məskən salandan sonra, Alonso peşəkar döyüşçüləri özünün 

növbəti  ekspedisiyasına  dəvət  etmək  üçün  həmin  şəhərə 

qasid  göndərdi.  Bir  çox  idalqolar  çox  məmnuniyyətlə 

tanınmış  sərkərdə  ilə  növbəti  ekspedisiyada  iştirak  etməyə 



                                                     

 

  



                                                                            

                                                    

531 

öz razılıqlarını bildirdilər. Alonso belə bir dəvəti İspaniya-



ya  yola  düşməyə  hazırlaşan  Markosgilə  də  verdi.  Xüsusən 

də  o,  Migelin  həmin  ekspedisiyada  iştirak  etməsini 

arzulayırdı.  Lakin  Migel  babasının  mülkini  öz  adına  ke-

çirmək  üçün  hökmən  Barselonaya  gedəcəyini  və  ondan 

sonra öz şəxsi gəmi komandasını yaratmaqdan ötrü İspani-

yanın  limalarına  səyahət  edəcəyini  bildirdi.  Alonso  çox 

yaxşı  bilirdi  ki,  Migel  də  fərdi  üsulda  dəniz  quldurlarına 

qarşı  mübarizə  aparmaq  üçün  yaxın  gələcəkdə  Karib 

dənizində  uzunmüddətli  fəaliyyətə  başlayacaq.  Alonso 

əmin  idi  ki,  Migel  dəniz  quldurlarına  qarşı  mübarizədə 

böyük  uğur  qazanacaq.  Çünki  cavan  zadəgan  ən  ağır 

doyüşlərdə  belə  müvəffəqiyyət  qazanmaq  imkanına  malik 

olurdu, sanki Allah-taala özü onu bütün qada-bəlalardan və 

ən  əsası  ölümdən  qoruyurdu.  Bir  çoxlarına  nisbətən  Migel 

ən ağır döyüş əməliyyatlarında iştirak edərək, bir necə dəfə 

ekstremal  vəziyyətlərə  düşmüşdür  və  bir  dəfə  də  olsun 

yaralanmamış,  hələ  əlavə  olaraq  öz  silahdaşlarını  ölümün 

pəncəsindən xilas etmişdir. 

Bütün ekspedisiya iştirakçıları arasında Migel qəhrəman 

bir igid kimi ad-san qazansa da o, həmin müharibədə iştirak 

etməsinə  görə  möhkəm  peşimançılıq  çəkirdi.  Ona  görə  ki, 

bu müharibədə o, atasını, babasını, uşaqlıq dostu Sebastya-

nı və bir çox tanışlarını itirmişdi. Yerli hinduları qılıncdan 



                                                     

 

  



                                                                            

                                                    

532 

keçirdiyinə  görə  Migel  müəyyən  dərəcə  vicdan  əzabı 



çəkirdi. Artıq o, anlamışdı ki, İspaniya krallığının düşmən-

ləri  bu  torpaqda  anadan  olub  boya-başa  çatan  hindular 

deyil,  İspaniyanın  mənafeyinə  toxunan,  maddi  maraqlarını 

qıran,  ticarətinə  ziyan  vuran,  vətəndaşlarına  qarşı  amansız 

vəhşiliklər  törədən  dəniz  quldurlarıdır.  Məhz  belə  bir 

cinayətkar  ünsürlərə  qarşı  mübarizə  aparmaqla  o,  özünün 

vətəndaşlıq  borcunu  yerinə  yetirmiş  olacaq.  Dəniz 

quldurlarına qarşı mübarizəni başa çatdırandan sonra Migel 

dəniz  səyahətləri  ilə  məşğul  olacaq.  İspaniyanın  bayrağı 

altında  kəşf  ediləcək  yeni  torpaqlar  həm  coğrafiya,  həm 

tarix elminə, həm də krallığına böyük xeyir gətirəcək. 

Polkovnik Portobeloda olarkən korsarlara qarşı mübarizə 

aparmaq  üçün  demək  olar  ki,  öz  komandasını  tam  təşkil 

etmişdi.  Tam  fəaliyyətə  başlamaqdan  ötrü  ona  yalnız 

keyfiyyət  baxımından  çox  möhkəm  olan  gəmi  lazım  idi. 

Artıq kapitan Filipp Odovaldo başçılıq etdiyi “Vanquardia” 

gəmisi  ilə  həmin  əməliyyatda  iştirak  etmək  üçün  öz 

razılığını bildirmişdi, lakin onun gəmisi demək olar ki, tam 

yararsız idi. “Vanquardia” kimi köhnə bir gəmi ilə əməliy-

yata  yollanmaq  hər  bir  ispan  dənizçisinin  həyatı  üçün 

böyük təhlükə yaradırdı. Lakin Alonso əvvəlcədən planlaş-

dırdığı  kimi  Karib  dənizində  fəaliyyətə  başlamaq  üçün  iki 

gəmidən  istifadə  etməli  olacaq.  Deməli,  “Vanquardia” 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə